Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                        Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq .....                       
13-07-2023, 22:00
XİN Ermənistanın təkrarlanan mina təhdidiylə bağlı çağırış etdi


XİN təkrarlanan mina təhdidiylə bağlı çağırış etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Kəlbəcərdəki arıçının yaralanması ilə nəticələnən mina partlayışı ilə əlaqədar Ermənistanın bu təhdidinə göz yummamağa çağırır. Bu barədə XİN tviterdə paylaşım edib.
“Bu gün Ermənistanın yerləşdirdiyi növbəti minanın partlaması nəticəsində Kəlbəcərdə bir arıçı ağır yaralanıb, Azərbaycanda 2020-ci ilin müharibəsindən sonra qurbanların sayı 303 nəfərə çatıb.
Azərbaycan Ermənistandan qaynaqlanan mina təhdidinə göz yummamaq çağırışını yeniləyir”, - paylaşımda qeyd olunub.
13-07-2023, 20:52
Kəlbəcərdə arıçılıqla məşğul olan şəxs minaya düşdü


Kəlbəcərdə arıçılıqla məşğul olan şəxs minaya düşdü

Kəlbəcərdə arıçılıq təsərrüfatı ilə məşğul olan şəxs minaya düşüb. DİN-in mətbuat xidmətindən bildirilib ki, iyulun 13-də saat 20 radələrində Kəlbəcər rayonu Çopurlu kəndində arıçılıq təsərrüfatı ilə məşğul olan 1964-cü il təvəllüdlü Əliyev Sahib İsa oğlunun minaya düşməsi ilə polisə məlumat daxil olub. Hadisə rayonun Seyidlər kəndi ərazisində baş verib. S.Əliyev xəsarət alıb. Araşdırma aparılır.
13-07-2023, 20:40
Gədəbəydə fəaliyyət göstərən qalmaqallı şirkət bağlandı


Gədəbəydə fəaliyyət göstərən qalmaqallı şirkət bağlandı

Söyüdlüdə təbiətə, insanların sağlamlığına yaranmış təhlükəni nəzərə alaraq şirkətin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması ilə bağlı qərar qəbul edilib.
Baş nazir Əli Əsədov Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın ikinci iclasında bu barədə qərar qəbul etdiyini deyib.
Cəlb edilmiş beynəlxalq şirkət tərəfindən aparılacaq qiymətləndirilmənin nəticələrinə və veriləcək tövsiyələrə uyğun olaraq işini təşkil edəcəyi təqdirdə müəssisənin fəaliyyətinin bərpa edilməsi məsələsinə baxıla bilər.
Baş nazir qeyd edib ki, ərazidə fəaliyyət göstərən şirkət tərəfindən növbəti dövrdə istehsalatda müasir texnika və yeni texnologiyaların tətbiqi təmin edilməlidir.
Bildirilib ki, bu müddət ərzində müəssisə müəyyən edilən bütün nöqsanları aradan qaldırmalı, fəaliyyətini müvafiq qanunvericiliyin tələblərinə uyğun qurmalıdır, o cümlədən işçilər qarşısında sosial öhdəliklərini yerinə yetirməlidir.
Vurğulanıb ki, beynəlxalq şirkətlər cəlb edilməklə mövcud tullantı anbarı və gölün bəndinin dayanıqlığının yoxlanılması və istifadə imkanlarının qiymətləndirilməsi, həmçinin ərazidə fəaliyyət göstərən şirkətin sosial-korporativ öhdəlikləri çərçivəsində yerli icmalarla münasibətlərin yaxşılaşdırılması, habelə bütün digər məsələlərin həllində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi və Komissiyaya üzv olan dövlət qurumlarının iştirakı ilə əlaqələndirilmiş şəkildə ciddi və mütəmadi iş aparılmalıdır. Eyni zamanda Səhiyyə Nazirliyinə aidiyyəti üzrə daimi nəzarətin həyata keçirilməsi və kənd əhalisinin, o cümlədən müəssisədə çalışan əməkdaşların vaxtaşırı dispanzerizasiya olunmalarının təmin edilməsi ilə bağlı Səhiyyə Nazirliyinə göstəriş verilib.
13-07-2023, 20:28
Baş nazir Söyüdlü ilə bağlı tapşırıq verdi


Baş nazir Söyüdlü ilə bağlı tapşırıq verdi

Baş nazir Əli Əsədov Gədəbəy rayonunun Söyüdlü kəndində nöqsanların ciddi araşdırılması və aradan qaldırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə tapşırıqlar verib.
Ə.Əsədov Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ikinci iclasında icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan tullantı anbarında müxtəlif illərdə üç dəfə inşaat işlərinin aparılması, tullantı su anbarının tikintisinə dair layihə sənədlərinin ekspertizadan keçirilməməsi, bəndin dayanıqlığının qiymətləndirilməsinin aparılmaması, tullantı anbarının istismar imkanlarının artırılması ilə əlaqədar şirkət qarşısında heç bir tələbin qoyulmaması, tullantı sularını nəql edən boruların sanitar-mühafizə zonası müəyyənləşdirilməməsi, məhdudlaşdırıcı hasarlarım çəkilməməsi, boru xətti boyu və tullantıxana sahəsində məlumatverici və qadağanedici lövhələrin quraşdırılmaması və digər nöqsanların ciddi araşdırılması və aradan qaldırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə tapşırıqlar verib.
Qeyd olunub ki, ərazidə fəaliyyət göstərən müəssisədə ekoloji və geoloji audit aparılması məqsədilə beynəlxalq şirkət müəyyənləşdirilərək dəvət olunub və onun yaxın günlərdə ölkəmizə səfəri gözlənilir. Bu şirkət tərəfindən ətraf mühit, təhlükəsizlik və sağlamlıq məsələləri qiymətləndiriləcəkdir.
İclasda, həmçinin aparılan monitorinqlərin nəticələrinə dair Komissiya üzvlərinin məruzələri dinlənilib.
13-07-2023, 19:22
Bayden Skandinaviya ölkələrinin başçılarıyla görüşdü


Bayden Skandinaviya ölkələrinin başçılarıyla görüşdü

ABŞ Prezidenti Co Bayden Skandinaviya ölkələrinin liderləri ilə görüşüb. Görüş Helsinkidə baş tutub.
Görüşdə Finlandiya Prezidenti, İsveç, Danimarka, Norveç və İslandiya baş nazirləri iştirak edib.
Liderlər Ukraynaya dəstəklərini lazım olduğu qədər davam etdirəcəklərini bildirib, Skandinaviya ölkələrinin ABŞ-la təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırlıqlarını ifadə ediblər.
13-07-2023, 19:06
Paytaxtda fəaliyyət göstərən tikinti şirkəti şam ağaclarını kəsdi


Paytaxtda fəaliyyət göstərən tikinti şirkəti şam ağaclarını kəsdi

Bakıda tikinti şirkəti tərəfindən şam ağaclarının kəsildiyi müəyyən edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, Nəsimi rayonu, Moskva prospektində ağacların kəsilməsi ilə bağlı Xidmətə daxil olan şikayət qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb.
Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ərazidə tikinti işləri aparan "Ay İnşaat" MMC tərəfindən iki şam ağacının kəsildiyi müəyyən olunub.
"Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır", - o deyib.
13-07-2023, 18:59
Zelenski qərbli tərəfdaşlarının yardımlarına görə 48 dəfə təşəkkür etdi


Zelenski qərbli tərəfdaşlarının yardımlarına görə 48 dəfə təşəkkür etdi

Ukrayna prezidenti Volodimir Zelenski xalqa videomüraciəti zamanı ölkənin qərbli tərəfdaşlarına silah və digər yardımlara görə 48 dəfə təşəkkür edib. Zelenskinin müraciəti onun "Telegram" kanalında yayımlanıb.
“Prezident Baydenə və bütün Amerikaya təşəkkür edirəm. Sammitin təşkilinə görə Litvaya təşəkkür edirəm. Niderland, Danimarka, Fransa və cənab prezident Emmanuel Makrona təşəkkür edirəm”, - deyə Zelenski qeyd edib. Videoda Ukrayna prezidenti NATO-nun demək olar ki, bütün ölkələrinə və onların liderinə təşəkkür edib.
Xatırladaq ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Zelenskini dəstəyə görə Qərbə təşəkkür etməyə çağırıb.
13-07-2023, 18:13
Güneyli fəala 16 illik həbs cəzası kəsildi


Güneyli fəala 16 illik həbs cəzası kəsildi

Tehrandakı “Evin” həbsxanasında məhbus olan azərbaycanlı fəal Mahmud Ocaqlı Tehran İnqilab Məhkəməsi tərəfindən 16 il həbsə və əlavə cəzalara məhkum edilib. Bu barədə “Azad İran” teleqram kanalı İranda İnsan Haqları Təşkilatına (HRANA) istinadən məlumat yayıb.
Bildirilib ki, Mahmud Ocaqlı İslam Cinayət Məcəlləsinə görə, “İslam Respublikası əleyhinə təbliğat aparmaq”, “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə Azərbaycanın Milli Hərəkat Qrupuna üzv olmaq” və “insanları döyüşə və bir-birini öldürməyə təhrik etmək” ittihamları ilə ümumilikdə 16 il müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, daha əvvəl molla rejiminə etiraz etdikləri üçün milli-mədəni fəal Ramin Əliniyaya, aktivist Əli Rzayiyə, idmançı Səhənd Nurməhəmmədzadəyə və başqalarına həbs cəzaları verilib.
13-07-2023, 17:37
Naxçıvanda 192 mənzillik yaşayış kompleksi istifadəyə verildi


Naxçıvanda 192 mənzillik yaşayış kompleksi istifadəyə verildi

Naxçıvanda 192 mənzillik yeni yaşayış kompleksi istifadəyə verilib. İyulun 13-də Naxçıvan şəhərində istifadəyə verilən “Ümid” yaşayış kompleksinin açılış tədbirində qonaqları salamlayan Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov bildirib ki, yaşayış kompleksinin ümumi sahəsi 22 min 325 kvadratmetrdir. Şəhərcikdəki 9 mərtəbəli 4 yaşayış binasında 192 mənzil var. Mənzillərdən biri şəhid ailəsinə hədiyyə edilib, 72-si isə ipoteka krediti ilə satılıb. Vüqar Abbasov vurğulayıb ki, kompleksdə orta aylıq əməkhaqqı 600 manat olan 10 yеni iş yеri açılıb.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli yeni kompleksin açılışı münasibəti ilə təbriklərini çatdıraraq bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” həm Naxçıvan şəhərinin, həm də muxtar respublikanın bütün rayon və kəndlərinin inkişafına təkan verəcək. Dövlət proqramının icrası çərçivəsində yaşayış komplekslərinin, sosialyönümlü obyektlərin müasir memarlığın tələblərinə uyğun şəkildə tikintisi davam etdiriləcək. Naxçıvan Dövlət Xalça Muzeyi üçün yeni binanın, 1000 yerlik yeni məktəb binasının inşasının planlaşdırılıdığını, Naxçıvan və Ordubad şəhərlərinin tarixi hissəsinin yenidən qurulacağını diqqətə çatdıran səlahiyyətli nümayəndə bildirib ki, Naxçıvanda Qızlar bulağı, Əcəmi seyrəngahı, Möminə Xatun türbəsi, Mərkəzi bazar və Bazarçay gölünün ətrafında da yeni layihə ilə işlər aparılacaq.
“Ordubad şəhəri “1 küçə - 1 ölkə” konsepsiya ilə yenidən qurulacaq, Ordubad şəhərindəki tarixi “Sahil” mehmanxanası yenidən inşa olunacaq, Ordubad şəhərinin “Sərşəhər” məhəlləsi orijinallığı saxlanılmaqla bərpa ediləcək”, - deyə Fuad Nəcəfli bildirib. Əhalinin nisbətən azgəlirli təbəqəsi üçün iş yerlərinin açılması istiqamətində tədbirlərin görüləcəyini vurğulayan səlahiyyətli nümayəndə Əliabad qəsəbəsində 3000 mənzillik yeni yaşayış kompleksi layihəsinin hazırlandığını və yaxın zamanda bu layihənin icra olunacağını vurğulayıb.
Səlahiyyətli nümayəndə Naxçıvanda indiyə qədər aparılan tikinti işlərində nöqsanlara yol verildiyini, əhalinin mülkiyyət hüququnun pozulduğunu, aparılan tikinti işlərində funksionallıq və memarlıq işinin lazımi səviyyədə olmadığını diqqətə çatdırıb. Bildirib ki, bu gün hazırlanan yeni layihələr isə elmi yanaşma və qanunvericiliyin tələblərinə əsaslanır: “Təəssüf ki, muxtar respublikada Naxçıvan şəhərindən başqa, heç bir şəhərin baş planı yoxdur. Naxçıvan şəhərinin baş planı 1984-cü ildə hazırlanıb. Baş planda isə həmin ildən indiki dövrə qədər şəhərdə baş verən inkişafla bağlı heç bir qeydiyyat aparılmayıb. Zərurət nəzərə alınaraq, muxtar respublikanın bütün şəhərlərinin baş planları hazırlanacaq”.
Babək rayonunun Hacıvar kənd tam orta məktəbinin yeni inşa olunmasına baxmayaraq, layihəsinin tamamilə yararsız olduğunu, texniki-tikinti normalarının kobud şəkildə pozulduğunu, bu səbəbdən də binanın sökülüdüyünü bildirən səlahiyyətli nümayəndə Hacıvar kənd tam orta məktəbinin müasir üslubda yenidən inşa olunacağını vurğulayıb.
Çıxışlardan sonra şəhid kapitan Elməddin Meydanovun ailəsinə və digər mənzil sahiblərinə mənzillərin orderləri təqdim olunub.
Şəhid ailəsi ilə görüş zamanı “Şəhid ailələri başımızın tacıdır, sizlər üçün nə etsək, azdır”, - deyən Fuad Nəcəfli dövlətin hər zaman şəhid ailələrinin, qazilərin yanında olduğunu bildirib. Daha sonra komplekslə tanışlıq olub. Tanışlıq zamanı bildirilib ki, binaların hər mərtəbəsində sahəsi 95 və 96 kvadratmetr olan 4-ü üçotaqlı, sahəsi 82 kvadratmetr olan 2-si ikiotaqlı olmaqla 6 mənzil var. Bütün binalar sürtəli liftlərlə təmin olunub. Həmçinin, kompleksdə müasir işıqlandırma, mərkəzi nəzarət videokamera sistemi, 2 ədəd 650 kilovoltamper gücündə transformator, mərkəzi havalandırma sistemləri qurulub. Yanğından mühafizə üçün 500 kubmetrlik, tələbatı ödəmək üçün 250 kubmetrlik iki su anbarı tikilib. Bildirilib ki, yaşayış kompleksində 8460 kvadratmetr ərazi abadlaşdırılıb, sakinlər üçün istirahət parkı, uşaqlar üçün əyləncə parkı yaradılıb. İnşa olunan mənzillər ipoteka və sərbəst satışlarla əhalinin xidmətindədir. Qeyd olunub ki, daxili imkanlar hesabına 32 ailəyə bir illik faizsiz daxili kredit, 29 ailəyə isə üç illik daxili kredit verilərək gənc ailələr mənzillə təmin olunub.



13-07-2023, 17:01
İranın Fransadakı etirazlarla bağlı bəyanatları “gülünc” adlandırıldı


İranın Fransadakı etirazlarla bağlı bəyanatları “gülünc” adlandırıldı

İranın Fransadakı etirazlarla bağlı bəyanatları cavabsız qalmayıb. Fransa xarici işlər nazirinin müavini və Avropa məsələləri üzrə müşaviri Lorens Bun İranın Fransadakı etirazlarla bağlı bəyanatlarını "gülünc" və "həyasızca" adlandırıb.
Qeyd edək ki, İran Fransada qadın hüquqlarının pozulmasından “narahat” olduğunu bəyan edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!