Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
17-07-2023, 12:59
“20 Yanvar” stansiyasında yanğın baş verdi


“20 Yanvar” stansiyasında yanğın baş verdi

Bakı metropoliteninin "20 Yanvar" stansiyasının havalandırma şaxtasının köşkü yaxınlığındakı obyektlərdən birində baş vermiş yanğın səbəbi ilə stansiyaya tüstü daxil olması müəyyən edilib.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat ximdətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, şaxtadakı güclü ventilyatorların iş rejimi operativ şəkildə dəyişdirilərək, tüstü və qoxunun təsiri ən qısa zamanda aradan qaldırılıb.
"Ümumiyyətlə, son illərdə ventilyatorların iş rejiminin mərkəzləşdirilmiş qaydada təşkil edilməsi ilə bağlı tətbiq edilmiş texnoloji yeniləşmə və idarəetmə sistemlərinin müasir tələblər səviyyəsində qurulması sayəsində ventilyatorların iş rejimi operativ şəkildə dəyişdirilir, həmçinin ventilyatorların bir rejimdən digərinə keçidi mümkün ən qısa müddətdə baş verir", - deyə B. Məmmədov əlavə edib.
17-07-2023, 12:42
Sabahın havası


Sabahın havası

Azərbaycanda iyulun 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 25-29° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə saatlarında yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacaq.
17-07-2023, 12:30
Krım körpüsünə hücumun təfərrüatları qələbədən sonra açıqlanacaq


Krım körpüsünə hücumun təfərrüatları qələbədən sonra açıqlanacaq

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Krım körpüsünə hücumun təfərrüatlarını Rusiya üzərində qələbədən sonra açıqlayacaq. Bunu UTX-nin spikeri Artyem Dextyarenko bildirib.
“Hələlik biz Putin rejiminin simvollarından birinin növbəti dəfə hərbi yükə necə tab gətirmədiyini maraqla izləyirik”, - Dextyarenko deyib.
Qeyd edək ki, iyulun 17-nə keçən gecə Krım körpüsünə dronlarla hücum olunub.
17-07-2023, 11:53
Güclü geomaqnit qasırğası gözlənilir


Güclü geomaqnit qasırğası gözlənilir

16 iyul axşam saatlarından başlayaraq G1 (zəif) səviyyəli geomaqnit qasırğası qeydə alınıb.
Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, Günəş küləyinin sürətinin də 17-19 iyul tarixlərində yenidən yüksələcəyi gözlənilir.
Geomaqnit sahəsinin 10-11 iyulda qeyri-stabil olması, 12-13 iyulda isə 4Kp-yə kimi yüksəlməsi ehtimalı var.
16 iyul saat 13:20-də gələn şok dalğasının təsiri ilə S1 səviyyəli radiasiya qasırğası baş verib, sonra isə geomaqnit sahəsinin aktivliyi G1 səviyyəsinə kimi yüksəlib. 17-18 iyulda Tac Kütlə Atılmalarının təsiri ilə G2 (orta) səviyyəli geomaqnit qasırğasının olacağı, 19 iyuldan sonra isə yavaş-yavaş təsirin zəifləyəcəyi gözlənilir.
17-07-2023, 11:37
Azərbaycana qar yağdı - Faktiki hava şəraiti açıqlandı


Azərbaycana qar yağdı - Faktiki hava şəraiti açıqlandı

Milli Hidrometeorologiya Xidmətinin iyulun 17-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü keçib.
Xidmətdən verilən məlumata görə, iyulun 17-si gecə saatlarında Şahdağın 2800 metr yüksəkliklərinə qar yağıb.
Düşən yağıntının miqdarı Oğuzda 34 mm (aylıq normanın 51%-i), Lənkəranda 31 mm (aylıq normanın 223%-i), Xaltanda 30 mm (aylıq normanın 53%-i), Qrızda 26 mm (aylıq normanın 46%-i), Astarada 24 mm (aylıq normanın 72%-i), Qusarda 21 mm (aylıq normanın 70%-i), Qəbələdə 20 mm (aylıq normanın 27%-i), Qaxda 17 mm, Altıağacda 18 mm, Beyləqanda 15 mm (aylıq normanın 154%-i), Qobustanda 15 mm (aylıq normanın 92%-i), Şahdağda 19 mm (aylıq normanın 64%-i), Lerik, İmişlidə 9 mm, Ağdam, Göyçay, Sabirabad, Şabran, Yardımlı, Zərdab, Xaçmaz, Şamaxı, Quba, İsmayıllı, Şəki, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Zaqatala, Tərtər, Yevlax, Kürdəmir, Biləsuvarda 8 mm-dək, Bakıda və Abşeron yarımadasında 5 mm-dək (aylıq normanın iki misli qədər) olub.
Şimal-qərb küləyi arabir Gəncə, Neftçalada 20 m/s, Ceyrançöldə 17 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.
Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.
17-07-2023, 11:24
Nə NATO, nə də ABŞ buna hazır deyil - ABŞ rəsmisi


Nə NATO, nə də ABŞ buna hazır deyil - ABŞ rəsmisi

Ukraynanın indiki şəraitdə NATO-ya daxil oması Qərbin, xüsusilə ABŞ-ın Rusiya ilə müharibəyə girməsinə səbəb ola bilər. Bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib. Sallivanın fikrincə, münaqişə zamanı Ukraynanın bloka daxil olması Qərbin Rusiya ilə müharibə vəziyyətinə gəlməsinə səbəb olacaq. “Bu, ABŞ-ın Rusiya ilə müharibə vəziyyətində olması deməkdir. Nə NATO, nə də ABŞ buna hazır deyildi",- müşavir qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!