27-07-2023, 13:12
Xəstə ermənilərin ”Laçın” dövlət sərhədindən keçidinə icazə verildiQarabağın erməni əhalisinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Həkəri çayının üzərində Azərbaycan Ermənistan sərhədində fəaliyyət göstərən “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən sərbəst keçidinə növbəti dəfə şərait yaradılıb.
Xankəndidən Gorus İstiqamətində hərəkət edən 7 nəqliyyat vasitəsi və 34 şəxsin buraxılış məntəqəsində qaydalara uyğun olaraq yoxlanıldıqdan sonra Ermənistana keçidi təmin edilib. Həmin 34 şəxsin 11-i Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvü, 12-si tibbi ehtiyacı olan şəxslər və onları müşayiət edən 10 ailə üzvü, eləcə də 1 nəfər tibb heyəti olub.
Bu, bir daha onu göstərir ki, dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan tərəfindən hər hansı maneə yoxdur. Son günlər Ermənistanın sərhədlə bağlı bəyanat və əməlləri isə sırf təxribat xarakteri daşıyır.
27-07-2023, 13:00
Millimizin Avstriya ilə keçirəcəyi ev oyununun stadionu bəlli olduFutbol üzrə Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya seçməsi ilə keçirəcəyi ev oyununun stadionu müəyyənləşib.
Görüş oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
Qarşılaşma saat 20:00-da başlayacaq.
Qeyd edək ki, F qrupunda yer alan Azərbaycan millisi ilk üç oyunda 1 xal toplayıb. Canni De Byazinin yetirmələri I turda səfərdə Avstriyaya 1:4 hesabı ilə məğlub olub.
27-07-2023, 12:45
İsrailin müdafiə naziri türkiyəli həmkarıyla telefon danışığı apardıİsrailin müdafiə nazir Yoav Qallant və Türkiyənin milli müdafiə naziri Yaşar Gülər arasında telefon danışığı olub.
Bu barədə İsrailin müdafiə naziri "Twitter" hesabında bildirib.
"Bu səhər mən həmkarım, Türkiyənin müdafiə naziri Yaşar Gülərlə ilk dəfə danışdım. Biz əməkdaşlığı və təhlükəsizlik sistemləri arasında dialoqu gücləndirmək yollarını müzakirə etdik. Mən Türkiyənin müdafiə naziri ilə telefon danışığımda vurğuladım ki, ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi bizim ümumi strateji təhlükəsizlik marağımızdadır və bu, Yaxın Şərqdə sabitliyi yaxşılaşdıracaq", - İsrailin müdafiə naziri qeyd edib.
27-07-2023, 12:36
Daşqınlar nəticəsində 150 nəfər öldü, 300 nəfər xəsarət aldıPakistanda musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində azı 150 nəfər həlak olub, 300-ə yaxın insan isə xəsarət alıb.
Pakistanın Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin məlumatına görə, ən çox ölüm halı Pəncab əyalətində qeydə alınıb – 66 nəfər. Yağışlar və daşqınlar əyalətdə onlarla evi dağıdıb və kənd təsərrüfatına ciddi zərər vurub. Lahor və Ravalpindi şəhərlərinin bəzi rayonları su altında qalıb.
Hayber-Paxtunxva əyalətində isə yağışlar, torpaq sürüşmələri və ildırım 47 nəfərin həyatına son qoyub. Eyni zamanda, ölkənin qərbində yerləşən Bəlucistan və cənub-şərqində yerləşən Sind əyalətlərindən də insan tələfatı ilə bağlı xəbərlər gəlir.
27-07-2023, 12:27
Zelenski Dnepr şəhərinə səfər etdiUkrayna Prezidenti Volodimir Zelenski ölkənin cənub-şərqindəki Dnepr şəhərinə səfər edib.
Bu barədə o, özünün "Telegram" kanalına bildirib.
Hərbi komandirlər və hökumət rəsmiləri ilə görüşdə cəbhədəki vəziyyəti, hücum və müdafiə əməliyyatlarının gedişi müzakirə olunub.
Zelenski ali baş komandan Valeri Zalujnı, komandirlər Oleksandr Tarnavski və Aleksandr Sırskinin, eləcə də Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanovun məruzələrini dinləyib. "Həmişə olduğu kimi, biz qoşunlarımızın döyüş sursatı ilə təchizatına ciddi diqqət yetiririk", - o qeyd edib.
27-07-2023, 12:13
Sabahın havasıİyulun 28-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23° isti olacaq.
27-07-2023, 11:48
Misir Prezidentinin Türkiyəyə səfəri ləğv olunduMisir Prezidenti Əbdülfəttah əs-Sisinin Türkiyəyə səfəri ləğv olunub.
Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Buna səbəb kimi Sisinin Sankt- Peterburqda keçirilən Rusiya-Afrika sammitində iştirak etməsi göstərilib.
Sisinin bu gün, iyulun 27-də Türkiyəyə səfəri planlaşdırılırdı.
27-07-2023, 11:32
Bu il 17 mindən çox qaziyə birdəfəlik ödəniş təyin olunub"Bu il 1991-1997-ci illərdə hərbi xidmətlə bağlı xəsarət almış 17 234 şəxsə proaktiv formada birdəfəlik ödəniş təyin edilib".
Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.
26-07-2023, 22:21
Ermənistan KTMT-nin təlimlərində iştirak etməyəcəkErmənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Belarusdakı təlimlərində iştirak etməyəcək.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ermənistan buna səbəb kimi “xilasetmə xidmətinin iş yükü”nü göstərib.
Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski bildirib ki, KTMT-nin kollektiv çevik reaksiya qüvvələrinin təlimlərinin mövzusu “Rok-2023” nüvə obyektində qəzanın aradan qaldırılmasıdır.
Belarusdakı təlimlərin aktiv mərhələsi Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin Minsk vilayətindəki filialının bazasında keçiriləcək.
Bundan əvvəl Ermənistan KTMT-nin “Sarsılmaz Qardaşlıq-2023” manevrlərinə ev sahibliyi etməkdən imtina edib.
26-07-2023, 22:21
Ermənistan KTMT-nin təlimlərində iştirak etməyəcəkErmənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Belarusdakı təlimlərində iştirak etməyəcək.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ermənistan buna səbəb kimi “xilasetmə xidmətinin iş yükü”nü göstərib.
Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski bildirib ki, KTMT-nin kollektiv çevik reaksiya qüvvələrinin təlimlərinin mövzusu “Rok-2023” nüvə obyektində qəzanın aradan qaldırılmasıdır.
Belarusdakı təlimlərin aktiv mərhələsi Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin Minsk vilayətindəki filialının bazasında keçiriləcək.
Bundan əvvəl Ermənistan KTMT-nin “Sarsılmaz Qardaşlıq-2023” manevrlərinə ev sahibliyi etməkdən imtina edib.