Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
20-07-2023, 21:26
Fransa hökumətinin yeni tərkibi açıqlandı


Fransa hökumətinin yeni tərkibi açıqlandı

Fransa hökumətinin yeni tərkibi açıqlanıb. Elizabet Born Fransanın Baş naziri vəzifəsində qalıb.
Yeni hökumət əvvəlkindən çox da fərqlənmir.
Səhiyyə və təhsil nazirləri, sosial və həmrəylik üzrə dövlət katibi vəzifələrinə yeni təyinatlar olub.
Hökumətin digər üzvləri öz funksiyalarını davam etdirəcəklər.
İyulun 21-də Prezident Emmanuel Makronun sədrliyi ilə Yelisey sarayında yeni hökumətin üzvləri ilə ilk iclasın keçiriləcəyi gözlənilir.
20-07-2023, 20:26
Üçtərəfli görüşünün keçirilməsi şansı çox yüksəkdir - Zaxarova


Üçtərəfli görüşünün keçirilməsi şansı çox yüksəkdir - Zaxarova

Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin Moskvada üçtərəfli görüşünün keçirilməsi şansı çox yüksəkdir.
Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bugünkü mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bütün məsələlər tərəflərlə razılaşdırıldıqdan sonra görüşün tarixi barədə məlumat veriləcək.
Qeyd edək ki, Rusiyada sonuncu dəfə XİN başçıları səviyyəsində görüş mayın 19-da baş tutub. Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər.
Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb.
20-07-2023, 20:20
Moldova MDB-nin Parlamentlərarası Assambleyasını tərk etdi


Moldova MDB-nin Parlamentlərarası Assambleyasını tərk etdi

Moldova MDB-nin Parlamentlərarası Assambleyasını tərk edib.
Bu barədə qərarı Moldova parlamenti qəbul edib.
Belə ki, parlament 1995-ci ildə Minskdə imzalanmış MDB-nin Parlamentlərarası Assambleyası haqqında Konvensiyanı denonsasiya edib.
20-07-2023, 19:51
Natəvan Babayeva vəfat etdi


Natəvan Babayeva vəfat etdi

Tanınmış aparıcı Natəvan Babayeva vəfat edib. Mərhum Salyanda dəfn olunacaq.
Xatırladaq ki, Natəvan Babayeva AzTV, ondan öncə uzun illər ANS televiziyasının aparıcılarından biri olub.
Bir müddət əvvəl Natəvan Babayevanın Türkiyəyə gedərkən Bakı hava limanında halı pisləşmişdi. Tanınmış jurnalist xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Allah rəhmət eləsin!
20-07-2023, 19:11
Türkiyə ilə Şimali Kipr arasında Anlaşma Memorandumu imzalandı


Türkiyə ilə Şimali Kipr arasında Anlaşma Memorandumu imzalandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına (ŞKTR) səfər edib.
Səfər çərçivəsində o, ŞKTR lideri Ersin Tatar ilə görüşüb.
Lefkoşadakı "Concorde" otelində baş tutan görüşdən sonra iki lider Şimali Kipr Türk Respublikası vətəndaşlarına konsulluq xidmətlərinin göstərilməsi haqqında Saziş və Şimali Kipr Türk Respublikasının Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə Mərkəzinin yaradılması prosesində Türkiyənin göstərəcəyi dəstək haqqında Anlaşma Memorandumu imzalayıblar.
20-07-2023, 17:42
Türkiyənin Avropa İttifaqına daxil olması prosesi dayanıb - Almaniya XİN


Türkiyənin Avropa İttifaqına daxil olması prosesi dayanıb - Almaniya XİN


Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması prosesi nəinki dayanıb, əksinə dalana dirənib.
Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.
Onun sözlərinə görə, İttifaqın yeni üzvlüklə bağlı hər kəsə bəlli olan qaydaları mövcuddur.
“Türkiyənin üzvlük perspektivləri, prosesləri və tərəqqisinin son illərdə nəinki dayanması, hətta deyərdim ki, dərindən dondurulması da onunla izah olunur ki, danışıqlar üçün zəruri olan əsas müddəalar, qanunun aliliyi, insan hüquqlarının müdafiəsi nəinki həyata keçirilməyib, hətta ondan uzaqdır”,- deyə Berbok vurğulayıb.
20-07-2023, 17:28
Azərbaycanla İran arasında heç bir problem yoxdur - İran Baş Qərargah rəisi


Azərbaycanla İran arasında heç bir problem yoxdur - İran Baş Qərargah rəisi

"Azərbaycanla İran arasında sərhəd məsələləri ilə bağlı heç bir problem yoxdur".
Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri deyib.
“Xoşbəxtlikdən Azərbaycanla əlaqələrimiz inkişaf edir, sərhəd və təhlükəsizlik məsələlərində heç bir problemimiz yoxdur. Allaha şükürlər olsun ki, iki ölkə arasında iqtisadi əlaqələr günü-gündən inkişaf edir və dərinləşir”, - deyə iranlı general bildirib.
Qeyd edək ki, ötən gün Məhəmməd Baqiri təhlükəsizliyi yoxlamaq üçün Azərbaycanla sərhəd məntəqəsində olub. O, Qərbi Azərbaycan əyalətinin Naxçıvanla sərhəddə yerləşən Poldəşt şəhərində və Araz çayı sahillərində hərbi hissələrə baş çəkib. Baş Qərargah rəisi şəxsi heyətin döyüş hazırlığı vəziyyətini yoxlayıb.
Onu İran ordusunun yüksək vəzifəli komandirləri müşayiət edib.
20-07-2023, 17:19
Rusiyaya qarşı sanksiyaların müddəti 6 ay uzadıldı


Rusiyaya qarşı sanksiyaların müddəti 6 ay uzadıldı

Avropa İttifaqı Şurası Rusiyaya qarşı bütün iqtisadi sanksiyaların müddətini daha altı ay uzadıb. Bu barədə Aİ Şurası bəyanat yayıb.
“Şura bu gün Rusiyanın iqtisadi sektorlarına qarşı qadağaların altı ay – 2024-cü il yanvarın 31-dək uzadılması barədə qərar qəbul edib”, - bəyanatda deyilir.
Məlumat üçün bildirək ki, sanksiyalar ilk dəfə 2014-cü il avqustun 1-də qüvvəyə minib və hər altı aydan bir uzadılıb. Avropa İttifaqı 2022-ci ilin fevralından bəri Rusiyaya qarşı birtərəfli sanksiyaları 11 yeni məhdudiyyət paketi ilə sərtləşdirib.
20-07-2023, 16:45
Rusiya Çinin Baş Konsulluğuna ziyan vurdu


Rusiya Çinin Baş Konsulluğuna ziyan vurdu

Rusiyanın Odessanı atəşə tutması nəticəsində Çin Xalq Respublikasının Baş Konsulluğunun binasına ziyan dəyib.
Bu barədə Odessa Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.
"Təcavüzkarlar qəsdən liman infrastrukturuna zərbələr endirir, ətrafdakı inzibati və yaşayış binalarına, eləcə də Çin Xalq Respublikasının konsulluğuna ziyan dəyib. Bu, düşmənin heç nəyə fikir vermədiyini göstərir", - Kiper bildirib.
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Nikolenko Oleq isə qeyd edib ki, XİN dəyən ziyanın müəyyən edilməsi və lazımi yardımın göstərilməsi üçün Çin Xalq Respublikasının səfirliyi ilə əlaqə saxlayır.
Qeyd edək ki, Çinin Baş Konsulluğunun binası Odessanın mərkəzində yerləşir.

20-07-2023, 16:36
İlham Əliyev Xocalının işğal olunmuş kəndlərinə baş çəkdi


İlham Əliyev Xocalının işğal olunmuş kəndlərinə baş çəkdi

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərində olub.
Məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!