Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
19-07-2023, 15:29
İrilandiyanın Baş naziri Ukraynada səfərdədir


İrilandiyanın Baş naziri Ukraynada səfərdədir

İrlandiyanın Baş naziri Leo Varadkar Ukraynada rəsmi səfərdədir.
O, Rusiya hərbi cinayətlərinin qurbanlarının xatirəsini yad etmək üçün Buçaya gedib.
Baş nazir Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
“İrlandiya hökumətinin başçısı Leo Varadkarı Ukraynada salamlayıram. Bu gün biz təhlükəsizlik, siyasi əməkdaşlıq, Ukrayna üçün ədalət və iqtisadi əməkdaşlıqla bağlı mühüm danışıqlar aparacağıq. İrlandiya neytral ölkə olsa da, bu neytrallıq biganəlik demək deyil və bu çox vacibdir. Bütün dəstəyə görə təşəkkür edirik!”, - V.Zelenski bildirib.
19-07-2023, 13:51
Bayden bizi III Dünya Müharibəsinə sürükləyir - Tramp


Bayden bizi III Dünya Müharibəsinə sürükləyir - Tramp

Yenidən ABŞ prezidenti seçilsəm, Ukraynaya hərbi dəstək üçün Avropa ölkələrindən silah ehtiyatlarının bərpasına görə təzminat ödənilməsində israrlı olacağam.
Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
Tramp Avropa müttəfiqlərinin mərmi ehtiyatlarının tükənməsi səbəbindən Vaşinqtonun kasetli sursatları Ukraynaya ötürmək qərarını tənqid edib.
O bildirib ki, hakimiyyətdə olduğu dövrdə ABŞ ordusunu tamamilə yenidən qurub və ölkəsinin qlobal mövqeyini gücləndirib.
“İyirmi doqquz aydan sonra arsenallar boşaldı, ehtiyatlar tükəndi, xəzinə tükəndi, hərbi rütbələr boşaldı, ölkəmiz tamamilə alçaldıldı və korrupsioner, güzəştə getmiş prezidentimiz, fırıldaqçı Co Bayden bizi III Dünya Müharibəsinə sürükləyir",- deyə Tramp qeyd edib.
19-07-2023, 13:30
MİQ üzrə müsabiqənin imtahan nəticələri açıqlandı


MİQ üzrə müsabiqənin imtahan nəticələri açıqlandı

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanlarının nəticələri açıqlanıb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 11-15 iyul tarixlərində keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanlarının nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin bütün fənlər üzrə minimum tələbi 40 bal müəyyən olunub.
19-07-2023, 13:25
Fransa mindən çox etirazçını həbs etdi


Fransa mindən çox etirazçını həbs etdi

Fransada iğtişaşlarda iştirak edən mindən çox şəxs həbs cəzasına məhkum edilib.
Bu barədə Fransanın ədliyyə naziri Erik Düpon-Moretti bildirib.
Onun sözlərinə görə, həbs cəzası verilən 1056 nəfərdən 742-si real müddətə məhkum edilib. Məhkəmədən sonra 600 nəfər cəzaçəkmə müəssisələrinə göndərilib.
DİN rəhbəri övladları iğtişaşlarda iştirak edən valideynlərin də cəzalandırılacağını diqqətə çatdırıb:
“Valideynlik hüququnu həyata keçirə bilən, lakin bunu etməyən insanlar uşaqların tərbiyəsini təhlükə altında qoyur. Cinayət məcəlləsində onları cəzalandırmaq imkanı verən maddə var”.
Qeyd edək ki, Fransada iyun ayının sonlarında və iyulun əvvəlində iğtişaşlar baş verib.
19-07-2023, 12:58
Vardanyan Avropa ölkələrinin birliyini tənqid etdi


Vardanyan Avropa ölkələrinin birliyini tənqid etdi

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Qarabağ mesajı separatçıların ürəyincə olmayıb. Mişelin xüsusilə Ağdam-Xankəndi yolundan istifadə ilə bağlı Azərbaycanın təklifini dəstəkləməsi qondarma rejimi qıcıqlandırıb. Nəticədə arzuları puç olan təxribatçılar Mişeli və onun rəhbərlik etdiyi qurumu hədəf alaraq, hədyanlar yağdırmağa başlayıblar.
Qondarma rejimin “sabiq dövlət naziri”, Rusiyanın adamı kimi ad çıxaran Ruben Vardanyan twitter hesabında Avropa ölkələrinin birliyini "tənqid atəşinə" tutub.
Həddini aşan Vardanyan iddia edir ki, Avropa İttifaqı Azərbaycanın Ağdamdan keçən yoldan istifadə etmək təklifini bəyənməklə guya Qarabağın “blokada”sını qanuniləşdirir.
O, bir qədər də irəli gedərək, Mişelin mövqeyinin yeni problemlər yaradacağını, hətta hansısa "cinayətlərə" səbəb olacağını deyib.
Görünür, Ruben Vardanyanın Avropa İttifaqı ilə bağlı təxribatçı fikirlər səsləndirməsi Moskvanın tapşırığından irəli gəlir. Moskvanın Qarabağa göndərdiyi qondarma siyasətçinin bu cür destruktiv mövqe ortaya qoymaqla Brüssel danışıqlarına kölgə salmağı hədəflədiyi şübhə doğurmur. Məqsəd sülhü əngəlləmək, hazırki qeyri-müəyyən vəziyyətin davam etməsinə çalışmaq və Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan torpaqlarında qalmasına zəmin yaratmaqdır.
Rusiya Xarici İşlər Nazirliyi də bir neçə gün öncə təxminən eyni tezislərə əsaslanan bəyanat yaymışdı. Rusiya XİN-in açıqlamasına etirazını bildirən rəsmi Bakı Moskvanı üçtərəfli bəyanatın şərtlərinə əməl etməyə çağırıb.
"Rusiya Federasiyasının tərəf olduğu 2020-ci il üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin qalıqlarının hələ də tam olaraq çıxarılması təmin edilməyib. Bunun əksinə, bölgədə Rusiya sülhməramlı kontingentinin müşahidəsi altında erməni silahlı qüvvələrinə dəstək həyata keçirilir. Bununla yanaşı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz kommunikasiyaya müxtəlif bəhanələrlə maneçilik törədildiyi məlumdur", - XİN-nin məlumatında vurğulanıb.
Belə bir məqamda Vardanyan kimi uğursuz layihənin yenidən ortaya atılması təsadüfi hesab oluna bilməz. Erməni separatçılarının Avropaya dil uzatması yalnız Rusiyanın maraqlarına xidmət edə bilər. Odur ki, Rusiya rəhbərliyi Azərbaycan və Ermənistan arasında davam edən Brüssel sülh formatını "vurmaq" üçün öz əlaltısı olan Vardanyanı meydana çıxarıb.
19-07-2023, 12:24
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyulun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah havanın temperaturu gecə 20-25° isti, gündüz 29-34° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi dağlıq rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti , dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.
19-07-2023, 12:09
“Barselona” yeni transferini açıqladı


“Barselona” yeni transferini açıqladı

“Barselona” klubu Oriol Romeunun transferini açıqlayıb.
Ötən mövsüm “Jirona”da çıxış edən yarımmüdafiəçi Kataloniya təmsilçisi ilə üçillik müqavilə imzalayıb.
31 yaşlı Romeu karyerasına “Uldecona” və “Espanyol” akademiyalarında başlayıb. Daha sonra yeddi il “Barselona”da çıxış edib. Daha sonra “Çelsi”, “Valensiya, “Southempton” klublarında oynayıb və 2022-ci ildə “Jirona”ya keçib.
Qeyd edək ki, ispaniyalı yarımmüdafiəçi ötən mövsüm 33 oyunda meydana çıxıb və iki qol vurub.
19-07-2023, 10:47
Prezident Özbəkistanın Baş nazirini qəbul etdi


Prezident Özbəkistanın Baş nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu qəbul edib.
Dövlətimizin başçısı bu yaxınlarda Özbəkistan Prezidenti ilə telefon danışığını xatırlayaraq söhbət zamanı Şavkat Mirziyoyevi seçkilərdə inamlı qələbə münasibətilə təbrik etdiyini və əlaqələrimizin bütün istiqamətlərdə müsbət inkişaf dinamikasına malik olmasından məmnunluq ifadə edildiyini bildirdi. Dövlətimizin başçısı əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi baxımından Özbəkistanın Baş naziri Abdulla Aripovun ölkəmizə səfərinin əhəmiyyətini qeyd etdi.
İkitərəfli münasibətlərin ildən-ilə daha da inkişaf etdiyini vurğulayan Azərbaycan Prezidenti gələcəkdə də əməkdaşlığın genişləndirilməsi ilə bağlı yeni uğurlu layihələrin icra olunacağına əminliyini bildirdi.
Abdulla Aripov, ilk növbədə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını Prezident İlham Əliyevə çatdırdı və vurğuladı ki, Özbəkistan Prezidenti həmişə dostu və qardaşı Prezident İlham Əliyevlə təmaslardan böyük məmnunluq duyduğunu bildirir.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Özbəkistan Prezidentinə çatdırmağı xahiş etdi.
Abdulla Aripov Özbəkistanda keçirilmiş seçkilərdən sonra Şavkat Mirziyoyevi təbrik edən ilk dövlət başçısının məhz Prezident İlham Əliyev olduğunu qeyd edərək vurğuladı ki, bu da dövlət başçıları və ölkələrimiz arasında dostluğun və qardaşlığın nümunəsidir.
Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın çox böyük uğurlar əldə etdiyini deyən Özbəkistanın Baş naziri Bakının inkişafının onlarda dərin təəssürat hissi yaratdığını dedi.
Qonaq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini vurğuladı.
Görüşdə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri və bu səfər çərçivəsində əməkdaşlığımızın hərtərəfli inkişafı ilə əlaqədar müəyyən edilmiş prioritet sahələr, bu istiqamətdə görülmüş işlərin nəticələrinin çox müsbət olduğu qeyd edildi, iqtisadi-ticarət, investisiyalar, energetika, kənd təsərrüfatı, nəqliyyat-logistika, sənaye sahələrində yeni layihələrin həyata keçirildiyi diqqətə çatdırıldı.
Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti vurğulandı, Azərbaycanda yaradılmış azad iqtisadi zonada Özbəkistan şirkətlərinin iştirakı perspektivləri, hökumətlərarası komissiyanın fəaliyyəti və iyulun 18-də Şuşada keçirilən Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclasının önəmi qeyd edildi.
19-07-2023, 10:21
Ağalı kəndinə əhalinin qayıdışından bir il ötür


Ağalı kəndinə əhalinin qayıdışından bir il ötür

Bu gün Zəngilan rayonunun Ağalı kəndinə əhalinin qayıdışından bir il ötür. 30 ilə yaxın həsrət içində yaşayan insanlar məhz ötən ilin bu günü öz doğma yurdlarına qayıdaraq burada rahat yaşamağa başlayıb.
Bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyindən məlumat verilib.
Prezident İlham Əliyevin göstərişi əsasında işğaldan azad olunmuş ərazilərdə birinci pilot layihə Zəngilan rayonun Ağalı kəndində icra edilib.
Yenidən qurulan Ağalı kəndində küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, günəş panellərinin quraşdırılması kimi müasir şəhərsalma standartları tətbiq edilib. Həmçinin kəndin dayanıqlı enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Arximed turbini tipli Su Elektrik Stansiyası inşa edilib. Üç ədəd generatorun quraşdırıldığı stansiya Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir.
Kənddə dövlət xidmətlərinə əlçatanlığı təmin etmək və insanların rifahının yaxşılaşdırılması məqsədilə “ASAN”, “DOST”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Aqrar Inkişaf Mərkəzinin xidmətləri, həmçinin məktəb, bağça, tibb məntəqəsi, ictimai iaşə obyektlər və s. mövcuddur.
Bu günə kimi Zəngilan rayonunun Ağalı kəndinə 86 ailədən ibarət 420 nəfər köçürülüb. Hazırda kənd ərazisində tikilmiş evlərin təmir işlər davam edir və təmir işləri başa çatdıqdan sonra ailələrin növbəti köçü həyata keçiriləcək.

19-07-2023, 10:12
Krımda güclü partlayış - Sakinləri təxliyə olunur


Krımda güclü partlayış - Sakinləri təxliyə olunur

İşğal altında olan Krım regionunun qondarma rəhbərliyi yanan silah-sursat anbarının yaxınlığındakı dörd yaşayış məntəqəsinin sakinlərini təxliyə edir.
Bu barədə regionun qondarma rəhbəri Sergey Aksenov bildirib.
O, yarımadanın şərqində yerləşən poliqon ətrafındakı ərazilərdən dörd yaşayış məntəqəsinin 2 min sakininin təxliyə olunacağını açıqlayıb.
Məlumata görə, hazırda Kirovski rayonundakı təlim poliqonunda Rusiya ordusunun silah-sursat anbarı yanır. Yanğına güclü partlayış səbəb olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!