14-07-2023, 17:46
Bayden Priqojinin taleyindən danışdıABŞ prezidenti Co Bayden "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinin taleyindən danışıb. O, zarafat etməkdən də yayınmayıb.
Belə ki, Bayden Priqojinə yediyinə fikir verməyi tövsiyə edib və zarafat edib ki, özü də onun yerinə yediklərinə qarşı diqqətli olacaq.
Xatırladaq ki, 24 iyunda "Vaqner"çilər qiyama qalxmışdılar.
14-07-2023, 17:38
Eks-prezidentin mülkləri əlindən alına bilərErmənistanın eks-prezidenti Robert Koçaryanın və onun ailə üzvlərinin əmlakı, avtomobilləri, pul əmanətləri qeyri-qanuni mənşəyinə görə müsadirə oluna bilər. Antikorrupsiya Məhkəməsi bununla bağlı müvafiq addımlar ata bilər.
Belə ki, məhkəmə Baş Prokurorluğun bəyanatı əsasında eks-prezidentin və ona bağlı şəxslərin əmlakına həbs qoyub.
Qeyd olunub ki, söhbət 20 ədəd daşınmaz əmlakdan, 2 avtomobildən, 1,5 milyon dollar dəyərində depozit və qiymətli kağızlardan, 10 milyard dram kreditlərdən, hətta erməni və xarici şirkətlərdəki səhmlərdən gedir.
14-07-2023, 17:19
Ərdoğan İrqaın Baş naziriylə telefon danışığı apardıTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın baş naziri Muhammed Sudani ilə telefon danışığı aparıb. Bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, Türkiyə ilə İraq arasında iqtisadi və ticarət əlaqələri, eləcə də regional məsələlər müzakirə mövzusu olub.
14-07-2023, 17:05
İrəvanda həyəcanlı anlar yaşandı Ermənistanın paytaxtı İrəvanda həyəcanlı anlar yaşanır. Bu haqda "Hraparak" nəşri məlumat yayıb.
Bildirilib ki, İrəvanda binalara və yol kənarlarına hava hücumu siqnalından sonra necə hərəkət etmək barədə göstərişlərin yer aldığı vərəqlər vurulub.
Xəbərdaredici vərəqlər əsasən İrəvanın mərkəzində yerləşən Kentron rayonundakı binaların girişlərinə yapışdırılıb. Bununla vətəndaşlara hava hücumu siqnalından sonra davranış qaydaları izah edilir və ən yaxın sığınacaqların ünvanı göstərilir.
Qeyd edək ki, sözügedən elanın kimlər tərəfindən hazırlandığı və hansı məqsədlə binalara vurulduğu məlum deyil.
14-07-2023, 16:37
Ərdoğan taxıl sazişinin uzadılmasından danışdıTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl sazişinin uzadılmasından danışıb. O, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri barədə məlumat verib. "Cənab Putini avqustda qonaq etməyə hazırlaşırıq. Qara dənizdəki taxıl koridoru ilə bağlı razılaşmanın müddətinin uzadılmasında həmfikirik. BMT baş katibi Antonio Quterrreş Putinə bir məktub göndərib. Ümid edirik ki, taxıl koridorunun fəaliyyət göstərməsini təmin edərik", - deyə o qeyd edib. Ərdoğan Putinin səfəri ilə bağlı dəqiq tarixi açıqlamayıb.
14-07-2023, 15:54
Şolts Putinlə yenidən danışmağa hazır olduğunu bildirdiAlmaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə yenidən danışmağa hazır olduğunu bildirib. Bu barədə Rusiya mətbuatı yazıb. "Təbii ki, mən onunla yenidən danışacağam", - o bildirib. Bununla belə, Şolts hazırda Putinlə danışıq üçün dəqiq tarixlərin olmadığını qeyd edib.
14-07-2023, 15:30
Putin Təhlükəsiz Şurası ilə toplantı keçirdiRusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantı keçirib. Bu barədə Kreml məlumat yayıb. İclasda kritik obyektlərin qorunması üçün əlavə tədbirlər müzakirə edilib.
14-07-2023, 14:52
Mövqelərimiz atəşə tutulduİyulun 14-ü saat 10:55 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bundan başqa saat 13:39-dan 13-50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.