Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
11-07-2023, 17:57
Hazırda ölkəmizin büdcəsi 36 milyard manatdan çoxdur - İlham Əliyev


Hazırda ölkəmizin büdcəsi 36 milyard manatdan çoxdur - İlham Əliyev

Onsuz da bizim builki dövlət büdcəmiz rekord həddə, 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. Ancaq ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, biz təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək və bunu etdik. Bu sözləri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söyləyib. Bu gün ölkəmizin büdcəsinin 36 milyard manatdan çox olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Əlbəttə, bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və hərbi gücümüzü artıraq”.
11-07-2023, 17:49
Qeyri-neft sənayemiz 6,5 faiz artıb - Prezident


Qeyri-neft sənayemiz 6,5 faiz artıb - Prezident

Azərbaycanın qeyri-neft sənayesi 6,5 faiz artıb və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıb. Bununla bərabər, bizim maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb. Bu sözləri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söyləyib. Ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını təmin edən amillər arasında dövlətimizin başçısı, ilk növbədə, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsini, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsini, şəffaflığın təmin olunmasını qeyd edib. “Bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq. Bu, çox sevindirici haldır, çünki proqnozlardan xeyli dərəcədə böyük vəsait toplanmışdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
11-07-2023, 17:31
Bilgəh yaxınlığında dənizdə 1 nəfər batdı


Bilgəh yaxınlığında dənizdə 1 nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.


11-07-2023, 17:23
İran və Ermənistanın milli təhlükəsizlik sahəsində ümumi maraqları var - Səfir


İran və Ermənistanın milli təhlükəsizlik sahəsində ümumi maraqları var - Səfir

"Ən mühüm, daha doğrusu siyasi və strateji məsələlərdə biz müntəzəm təmasların yüksək səviyyədə davam etdirilməsinin, qarşılıqlı etimad və hörmətin güclənməsinin şahidi olduq". Bunu İranın Ermənistandakı keçmiş səfiri Abbas Bədəxşan Zohuri “Orbeli” analitik mərkəzindəki müsahibəsində deyib. "Ən mühüm hadisə İranın Qafanda Baş Konsulluğunun açılışıdır. Ölkələr arasında əmtəə dövriyyəsi 40%-dən çox artaraq 700 milyon dolları ötüb. Beynəlxalq və regional səviyyədə dərin dəyişikliklər baş verir ki, bu da gözlənilməz imkanlara və çağırışlara səbəb ola bilər. İran və Ermənistanın milli təhlükəsizlik sahəsində ümumi maraqları və narahatlıqları var. Şimal-Cənub proqramının həyata keçirilməsi digər ölkələrin diqqətini cəlb edən İran və Ermənistan vasitəsilə Fars körfəzi-Qara dəniz tranzit dəhlizinin işə salınmasına töhfə verəcək", - o qeyd edib.
11-07-2023, 17:05
Zelenski Vilnüsə səfər etdi


Zelenski Vilnüsə səfər etdi

Ukrayna prezidenti Volodimir Zelenski Latviya paytaxtı Vilnüsə səfər edib. Bu barədə "Unian" məlumat yayıb. O, NATO sammitinin keçirildiyi şəhərə tədbirə qatılmaq üçün gəlib. Zelenskinin çıxışı yerli vaxtla saat 18:00 radələrində gözlənilir. Sammit çərçivəsində onun bir sıra görüşlər keçirməsi nəzərdə tutulub.
11-07-2023, 16:43
Sahibə Qafarova Almaniyanın dövlət nazirini qəbul etdi


Sahibə Qafarova Almaniyanın dövlət nazirini qəbul etdi

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindneri qəbul edib. Parlamentin sədri bu barədə “Twitter” hesabında paylaşım edib.
11-07-2023, 16:10
Araz çayında 2 nəfər batdı - Biri azyaşlıdır


Araz çayında 2 nəfər batdı - Biri azyaşlıdır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İmişli rayonunun Şahverdili kəndi ərazisindən keçən Araz çayında biri uşaq olmaqla 2 nəfərin batması barədə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
11-07-2023, 15:17
NATO İsveç və Finlandiyanın hərbi inkişafına hazırlaşır - Lavrov


NATO İsveç və Finlandiyanın hərbi inkişafına hazırlaşır - Lavrov

"NATO İsveç və Finlandiya ərazisini hərbi baxımdan inkişaf etdirməyə hazırlaşır". Bunu Rusiyanın XİN başçısı Sergey Lavrov bildirib. "Hərbi alyansın infrastrukturunun Rusiya Federasiyasının sərhədləri yaxınlığında yerləşdirilməsi müzakirə edilir. Rusiya NATO-nun niyyətləri ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi üçün hansı tədbirləri görəcəyini və onları praktikada necə həyata keçirməli olduğunu bilir", - deyə nazir əlavə edib.
11-07-2023, 14:26
Mirziyoyev prezident seçkilərində qalib gəldi


Mirziyoyev prezident seçkilərində qalib gəldi

Özbəkistanın hazırkı dövlət başçısı Şavkat Mirziyoyev növbədənkənar prezident seçkilərində qalib gəlib. Bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası rəsmi məlumat yayıb. Bildirilib ki, o, 87.05% səslə yenidən prezident seçilib.
Qeyd edək ki, iyulun 9-da Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilib.
11-07-2023, 14:24
Ərdoğan Britaniyanın Baş naziriylə görüşdü


Ərdoğan Britaniyanın Baş naziriylə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşüb.
İki ölkə liderləri Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində bir araya gəliblər. Onlar qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Ərdoğan bundan əvvəl Fransa dövlət başçısı Emmanuel Manronla görüş keçirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!