Amerikada koronavirusun yeni ştammı yayılır .....                        "Bu, kişiliyə yaraşan bir hərəkət deyil" .....                        Ağdamın Xıdırlı kəndindən FOTOLAR .....                        “İmarət” stadionunun təməli qoyuldu - FOTO .....                        Dövlət başçısı Xankəndidə uşaq bağçasının açılışında .....                        Bakıda körpünün üzərində iki maşın yanır .....                        Azərbaycanda abortla bağlı dəhşətli statistika - əksəriyyəti gəncdir .....                        Rusiya bazarında ən populyar HİBRİD AVTOMOBİLLƏR .....                        3000-dən çox şəxsin yaralanmasına səbəb olan peycerlər - TARİX .....                       
11-07-2023, 14:12
Müəllimlərin işə qəbulu üzrə 1-ci seans imtahanı yekunlaşdı


Müəllimlərin işə qəbulu üzrə 1-ci seans imtahanı yekunlaşdı

İyulun 11-dən 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib. Elm və Təhsil Nazirliyindən verilən məlumatına görə, imtahanların ilk seansına riyaziyyat fənni üzrə 4400 namizəd dəvət olunub. Saat 10:00-da başlayan 1-ci seans imtahanlar 12:30-da yekunlaşıb. İmtahan iştirakçılarına 60 sual təqdim olunub - 20 metodika, 40 sual ixtisası əhatə edirb. Cavablar 100 ballıq şkala ilə qiymətləndirilir. İxtisasda bir sual 2 bal, metodikada isə 1 baldır. 4 səhv 1 düzü aparır. İmtahanın müddəti 150 dəqiqədir.
Məlumata görə, müəllimliyə namizədlər sualların çətin olmasından şikayətləniblər. Xüsusilə kurikulum sualları ilə bağlı narazılıq edənlər var.
11-07-2023, 14:05
“Neftçi” Futbol Klubu yeni baş məşqçisini təqdim etdi


“Neftçi” Futbol Klubu yeni baş məşqçisini təqdim etdi

"Neftçi" Peşəkar Futbol Klubu yeni baş məşqçisi Adrian Mutunu təqdim edib. "Ağ-qaralar"ın Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf rumıniyalı mütəxəssislə görüşüb. Görüşdə “Neftçi” PFK-nın hazırki durumu və qarşıya qoyulan hədəflər barədə fikir mübadiləsi aparılıb, klubla bağlı gözləntilər diqqətə çatdırılıb. Daha sonra rumıniyalı mütəxəssis Adrian Mutu ilə iki illik müqavilə imzalanıb.
Xatırladaq ki, ötən mövsüm “Neftçi” PFK-nı çalışdıran baş məşqçi Laurentsiu Regekampf və onun köməkçiləri ilə iyunun 21-də yollar ayrıldıqdan sonra bir sıra namizədlərlə danışıqlar aparılıb, onların arasından klubumuzla maraqları üst-üstə düşən, bacarıq və potensialı ən yüksək olan mütəxəssislə anlaşılıb. Yeni baş məqşçinin ictimaiyyətə təqdimatı klub rəhbərliyi və komanda üzvləri təlim-məşq toplanışından qayıdandan sonra baş tutacaq, bu xüsusda mətbuat konfransı təşkil olunacaq.
Qeyd edək ki, Adrian Mutu 1979-cu il yanvarın 8-də anadan olub. Rumıniya tarixinin ən yaxşı futbolçularından biri olan A.Mutu ölkəsində bir neçə klubla yanaşı, İtaliyada “İnter”, “Hellas Verona”, “Parma”, “Yuventus”, “Fiorentina”, “Çezena”, İngiltərədə “Çelsi”, Fransada “Ayaçço” və Hindistanda “Puna Siti” klublarının formasını geyinib, Rumıniya milli komandasının heyətində 77 oyun keçirib, 35 qol vurub. 2003, 2005, 2007 və 2008-ci illərdə Rumıniyada, 2007-ci ildə isə İtaliyada ilin futbolçusu seçilib. Adrian Mutu “Voluntari” (Rumıniya, 2018), “Əl Vəhdə” U-21 (BƏƏ, 2018-2019), Rumıniya U-21 milli komandası (2020-2021), “Universitatya Krayova” (Rumıniya, 2021) və “Rapid”in (Buxarest, Rumıniya, 2022-2023) baş məşqçisi olub. UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdir.
11-07-2023, 13:59
Ankara çəhrayı eynək taxmasın, Türkiyəni Avropada görmək istəmirlər - Peskov


Ankara çəhrayı eynək taxmasın, Türkiyəni Avropada görmək istəmirlər - Peskov

"Fransanın Ukraynanı uzaqmənzilli raketlərlə təmin etmək qərarı yanlışdır". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Rusiya belə hərəkətlərə cavab verəcək. Ankara çəhrayı eynək taxmasın, avropalıların heç biri Türkiyəni Avropada görmək istəmir", - Peskov iddia edib.
"Kreml hələ də Putinin Cənubi Afrikada keçiriləcək BRICS sammitində iştirak edəcək formatı nəzərdən keçirir", - o qeyd edib.
11-07-2023, 13:48
Arutyunyanın qızları Qarabağı tərk etdi


Arutyunyanın qızları Qarabağı tərk etdi

Xankəndidəki separatçıların başçısı Araik Arutyunyanın qızları Qarabağı tərk edib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Xəbərdə deyilir ki, qızlardan biri ailə qurduqdan sonra, digəri təhsil bəhanəsi ilə İrəvana köçüb. Bundan əlavə, Arutyunyanın “fövqəladə dövlət xidməti”nin əməkdaşı olan kürəkəni də işdən çıxarılıb. O Qarabağı tərk edərək, Ermənistana yollanıb.
11-07-2023, 13:35
Ərdoğan fransalı həmkarıyla görüşdü


Ərdoğan fransalı həmkarıyla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla görüşüb. İki ölkə liderləri Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində bir araya gəliblər. Onlar qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
11-07-2023, 13:02
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda iyulun 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.
11-07-2023, 12:33
Ukraynanın NATO-ya daxil olması planı təklif olunacaq - Stoltenberq


Ukraynanın NATO-ya daxil olması planı təklif olunacaq - Stoltenberq

"İyulun 12-də ilk NATO-Ukrayna sammiti keçiriləcək və burada Ukraynanın NATO-ya daxil olması planı təklif olunacaq". Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. Stoltenberq Ukrayna prezidenti Volodimir Zelenskinin bu gün Vilnüsə gələcəyini bir daha təsdiqləyib.
Qeyd edək ki, bu gün Litvanın paytaxtı Vilnüs şəhərində NATO liderlərinin sammiti keçiriləcək.
11-07-2023, 11:19
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanına start verildi


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanına start verildi

İyulun 11-dən 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib. İmtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd dəvət olunub. 58 000-ə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.
10-07-2023, 20:02
XİN Başçısı Müqəddəs Taxt-Tacın dövlət katibiylə görüşdü


XİN Başçısı Müqəddəs Taxt-Tacın dövlət katibiylə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın ölkəmizdə səfərdə olan dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Söhbət zamanı Azərbaycan-Vatikan münasibətlərinin cari vəziyyəti və gələcək perspektivləri, Azərbaycanla Ermənistan arasında sülh prosesi və bölgədəki hazırkı vəziyyət müzakirə edilib.
Ceyhun Bayramov Azərbaycanın ölkələrimiz arasında olan münasibətlərə böyük əhəmiyyət verdiyini və bu xüsusda Azərbaycanın Vatikanda yeni fəaliyyətə başlayan səfirliyinin əməkdaşlığın daha da inkişafına xidmət göstərəcəyinə əminliyini ifadə edib. İki tərəf arasında həyata keçirilən yüksək səviyyəli səfərlər mübadiləsinin bu münasibətlərin inkişafına təkan verdiyi qeyd olunub. Nazir, həmçinin qarşı tərəfə 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə törədilmiş cinayətlər, vandalizm və dağıdılmış mədəni və dini irs barədə ətraflı məlumat verib. Bununla yanaşı, Ermənistanın törətdiyi və davam edən mina təhdidləri və digər təxribatları barədə müfəssəl məlumat verilib. 1990-cı illərin əvvəllərindən 3 800-dən yuxarı itkin düşmüş azərbaycanlı barədə hələ də məlumat olmadığı diqqətə çatdırılıb.
Qeyd edilənlərlə yanaşı, Ermənistanın sərhədi təsadüfən keçmiş hərbçilərin geri qaytarılması barədə etimad quruculuğu tədbirlərinə əməl etmədiyi xatırlanıb.
Görüşdə, həmçinin Azərbaycanın Vatikanın tarixi və dini məkanlarının bərpasında iştirakı məmnunluqla qeyd edilib və bunun mədəniyyətlərarası dialoqa bir töhfə kimi qiymətləndirildiyi diqqətə çatdırılıb. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
10-07-2023, 19:51
Ərdoğan Stoltenberq və İsveçin Baş naziri ilə görüşdü


Ərdoğan Stoltenberq və İsveçin Baş naziri ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberq və İsveçin baş naziri Ulf Kristerssonla görüşüb. Bu barədə TRT məlumat yayıb. Bildirilir ki, görüş Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammiti çərçivəsində baş tutub. Görüş mətbuata qapalı keçirilir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!