Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
9-07-2023, 18:05
N hərbi hissəsinin yaradılmasının ildönümü münasibətilə tədbir keçirildi


N hərbi hissəsinin yaradılmasının ildönümü münasibətilə tədbir keçirildi

İyulun 9-da N hərbi hissəsinin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Tədbirdə Müdafiə Nazirliyinin və rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, hərbi hissənin şəxsi heyəti, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasimdə Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri şəxsi heyətə çatdırılıb. Çıxış edənlər hərbi hissənin yaranma tarixindən, keçdiyi döyüş yolu, o cümlədən Vətən müharibəsi və son əməliyyatlarda iştirakından, eləcə də qarşısında duran vəzifələrdən danışıblar. Hərbi hissənin qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəldiyi xüsusi qeyd olunub. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasəti uğurla davam etdirdiyi vurğulanıb. Bildirilib ki, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində şəxsi heyətin döyüş hazırlığı və sosial-məişət şəraiti daim yüksək səviyyədə saxlanılıb. Sonra komandoların nümunəvi çıxışları izlənilib, incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim olunub. Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.
9-07-2023, 17:37
XİN əməkdaşları “Heydər Zirvəsi”nə qalxdı


XİN əməkdaşları “Heydər Zirvəsi”nə qalxdı

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları peşə bayramı günü qürurla 3 751 metrlik "Heydər zirvəsi"nə qalxıblar. Bu barədə XİN-dən bildirilib. Qeyd edilir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və “Heydər Əliyev İli” münasibətilə, Azərbaycanın Xarici İşlər Nazirliyinin əməkdaşları 9 iyul peşə bayramı günü qürurla "Heydər zirvəsi"nə (3 751 metr) qalxıb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, 9 iyul - diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür. Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür.
9-07-2023, 16:46
Fransada 6 minə yaxın insan küçələrə axışdı


Fransada 6 minə yaxın insan küçələrə axışdı

Fransanın bir çox şəhərində polis zorakılığına qarşı etiraz aksiyası keçirmək üçün 6 minə yaxın insan küçələrə çıxıb. Bu barədə bazar günü Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb. Hakimiyyət orqanlarının məlumatına görə, respublikada 30-a yaxın nümayiş təşkil olunub. Polis prefekturasının qadağasına baxmayaraq, ən böyük aksiya Parisdə baş tutub. Etirazlarda 2 minə yaxın insan iştirak edib. Marseldə 750, Nantda 640, Strasburqda 400, Bordoda 200 nəfər nümayişə gedib. Etirazlar Anqulme, Venisyo, Dijon və ölkənin digər şəhərlərində də keçirilib. Lilldə yerli hakimiyyət nümayişi qadağan edib. Parisdə 2016-cı ildə jandarmlar tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən 24 yaşlı qaradərili Adama Traorenin bacısı Assa Traorenin çağırışı ilə Respublika meydanında mitinq keçirilib. Aksiya başlamazdan əvvəl prefektura nümayişə qadağa qoyub. İştirakçılar meydana toplaşmağa başlayanda polis hərəkətə keçib, icazəsiz nümayişdə iştirak etdiklərinə görə bir neçə nəfəri cərimələyib.
Qeyd edək ki, Fransada kütləvi etirazlar polis əməkdaşlarının iyunun 17-də əlcəzairəsilli 17 yaşlı yeniyetməni odlu silahla qətlə yetisməsindən sonra başlayıb. Ölkədə digər xalqların nümayəndələrinə qarşı bu cür zorakılıq ilk dəfə deyil ki, baş verir.
9-07-2023, 16:01
G7 ölkələri Ukrayna infrastrukturunun bərpası üzrə razılığa gəldi


G7 ölkələri Ukrayna infrastrukturunun bərpası üzrə razılığa gəldi

“Böyük Yeddilik” qrupunun (G7) şəhərsalma üzrə nazirləri Yaponiyanın qərbindəki Takamatsu şəhərində başa çatan danışıqlar zamanı Ukrayna infrastrukturunun bərpası üzrə razılığa gəliblər. Nazirlər, həmçinin istixana qazı emissiyalarının azaldılacağı şəhər mühitinin formalaşmasına töhfə verməyə razılaşıblar.
Qeyd edək ki, mayın 20-də G7 liderlərinin Xirosima sammitinin yekunlarına dair birgə bəyanatında 2030-cu ilə qədər dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına ehtiyac vurğulanır.
9-07-2023, 15:03
Fransa Ukraynaya yardımı artırır


Fransa Ukraynaya yardımı artırır

Fransa Ukraynaya yardımı artıracaq. Bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna deyib. O, qeyd edib ki, heç kim Fransanın lazım olduğu qədər Ukraynanı dəstəkləmək əzminə şübhə etməməlidir. Yeni hərbi yardımın çatdırılmasına hazırlıq görülür. "Fransa dəfələrlə təsdiqləyib ki, o, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qanuni müdafiəsini təmin etmək üçün lazım olduğu müddətdə Kiyevə dəstək verəcək. Bu öhdəliyi yerinə yetirmək əzmimizə heç kim şübhə etməməlidir", - nazir vurğulayıb. Ketrin Kolonnanın sözlərinə görə, Fransa tərəfindən göstərilən yardım Kiyev tərəfindən formalaşdırılan ehtiyacların ödənilməsinə yönəlib. Söhbət ilk növbədə hava hücumundan müdafiə və artilleriyaya yönəldərək Ukraynaya Rusiyanın təcavüzündən özünü müdafiə etməkdə kömək etməkdən gedir. "Bu dəstək davam edəcək və intensivləşəcək. Ukraynanın ifadə etdiyi təcili ehtiyaclar nəzərə alınmaqla yeni hərbi yardım göndərişləri hazırlanır", - nazir bildirib.
9-07-2023, 12:15
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabah havanın temperaturu aşağı düşəcək, külək əsəcək. Bunu açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Ölkə ərazisində arabir güclənən şimal-qərb küləyi əsəcək, temperatur ötən günlərlə müqayisədə 4-5 dərəcə aşağı düşəcək. Şimal-qərb rayonlarında yağış yağacağı proqnozlaşdırılır. Bakıda və Abşeron yarımadasında 29-34, Aran rayonlarında 32-37, dağlıq rayonlarda isə 22-27 dərəcə isti olacaq.
9-07-2023, 11:42
Şavkat Mirziyoyev prezident seçkilərində iştirak etdi


Şavkat Mirziyoyev prezident seçkilərində iştirak etdi

Özbəkistan prezidentliyinə namizəd Şavkat Mirziyoyev yerli vaxtla saat 10:00 radələrində (Bakı vaxtı ilə saat 90:00) Daşkənddəki 59-cu seçki məntəqəsində səs verib. Mirziyoyevi həyat yoldaşı, övladları və nəvələri müşayiət edib. Prezidentliyə namizəd səs verdikdən sonra seçki məntəqəsinə gələn yerli sakinlərlə danışıb.
Qeyd edək ki, bu gün Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilir. Ölkədə seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 7:00) açılıb və 20:00-da (Bakı vaxtı ilə saat 19:00) bağlanacaq.
9-07-2023, 11:23
Ermənilər mövqelərimizi atəşə tutdu


Ermənilər mövqelərimizi atəşə tutdu

İyulun 8-i saat 23:40-dan iyulun 9-u saat 06:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd, Aqaraq rayonunun Karçevan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana və Dəmirçidam, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilit yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. İyulun 8-i saat 22:35-dən 23:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub. Bölmələrimiz tərəfindən bu istiqamətlərdə cavab tədbirləri görülüb. Bundan əlavə, Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopterlər Ordumuzun Naxçıvan Muxtar Respublikası və Laçın rayonu ərazilərində yerləşən mövqeləri, qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter isə Xocavənd rayonu Tağaverd kəndi istiqamətində yerləşən bölmələrimizin mövqeləri üzərində kəşfiyyat xarakterli uçuşlar aparmağa cəhd göstərib. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən kvadrokopterlərin fəaliyyətinin qarşısı alınıb. Eyni zamanda, mühəndis texnikasının cəlb olunması ilə müxtəlif istiqamətlərdə təminat yollarının genişləndirilməsi, səngərlərin qazılması, sığınacaqların hazırlanması, eləcə də döyüş mövqelərinə müşahidə kameralarının quraşdırılmasına cəhd edən qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyəti bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində dayandırılıb.
9-07-2023, 11:11
“Vaqner”in yüzlərlə muzdlusu Mərkəzi Afrika Respublikasını tərk etdi


“Vaqner”in yüzlərlə muzdlusu Mərkəzi Afrika Respublikasını tərk etdi

“Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) yüzlərlə muzdlusu Mərkəzi Afrika Respublikasını (MAR) tərk edib. Ölkədə isə bunun sadəcə rotasiyanın bir parçası olduğunu bildiriblər. “Vaqner” ÖHŞ-nin yüzlərlə muzdlusu Afrika ölkəsini tərk edib. Lakin MAR Prezidentinin mətbuat katibi Albert Yaloke Mokpem bunun “yekun tərketmə yox, rotasiya” olduğunu diqqətə çatdırıb: “Biri gedib, digəri gələcək”, - o vurğulayıb. Ölkədə neçə rusiyalı muzdlunun qaldığı hələlik bəlli deyil. Orada 1 900-ə yaxın şəxsin fəaliyyətdə olduğu güman edilir.
Qeyd edək ki, “Vaqner” ÖHŞ rusiyalı sahibkar (eyni zamanda mətbuatda “Putinin aşpazı” kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət silahlı qruplaşmasıdır. Qrup ağır texnika, artilleriya və hərbi aviasiya ilə silahlanıb.
9-07-2023, 11:00
Şabranda yüksələn yanğın söndürüldü


Şabranda yüksələn yanğın söndürüldü

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Şabran rayonu, Təkyə kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın geniş ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb. FHN-dən verilən xəbərə görə, yanğın nəticəsində təxminən 15 hektar sahədə quru ot, kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb. Ətraf yaşayış məntəqələri, istirahət mərkəzləri, kommunikasiya xətləri və meşə yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları və bir qrup kənd sakini iştirak edib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!