Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
8-07-2023, 03:10
FHN-ə yeni səlahiyyət verildi


FHN-ə yeni səlahiyyət verildi

Fövqəladə Hallar Nazirliyinə yeni səlahiyyət verilib. Nazirlər Kabineti bununla bağlı "Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası"na dəyişiklik edib. İndiyə qədər idarənin müdiriyyəti və ərazi üzrə sanitariya-epidemioloji xidmət müəssisəsi fərdi dozaların üzərində radiasiya nəzarətinin vaxtında və keyfiyyətlə keçirilməsinə, habelə şüalanma yüklərinin uçotu üzrə sənədlərin düzgün aparılmasına müntəzəm nəzarət etməli idilər. Dəyişikliyə əsasən, müəssisə və təşkilatlar tərəfindən ilin sonunda (növbəti ilin yanvar ayının 15-dək) ionlaşdırıcı şüa mənbələri ilə işləyənlərin fərdi şüalanma dozalarının uçot vərəqəsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə təqdim edilməlidir. Əgər indiyə qədər fərdi dozaların normadan artıq yüksək olması müəyyən edilən bütün hallarda radiasiya təhlükəsizliyi xidməti və ya radiasiya nəzarətinə cavabdeh şəxs bu barədə idarənin rəhbərliyinə, idarə rəhbərliyi isə öz növbəsində ərazi üzrə sanitariya-epidemioloji xidmət müəssisəsinə məlumat verməli idisə, dəyişikliyə əsasən artıq fərdi şüalanma dozalarının normadan artıq olması müəyyən edilən bütün hallarda radiasiya təhlükəsizliyi xidməti və ya radiasiya nəzarətinə cavabdeh şəxs dərhal bu barədə müəssisənin (və ya təşkilatın) rəhbərliyinə, müəssisənin (və ya təşkilatın) rəhbərliyi isə öz növbəsində Fövqəladə Hallar Nazirliyinə məlumat verməlidir. İndiyə qədər əhali və işçilərin radiasiya təhlükəsizliyini təmin etmək məqsədi ilə təbii və ya texnogen dəyişdirilmiş radiasiya fonu normadan artıq olan yerlərdə kollektiv fərdi dozimetrlərdən istifadə etməklə həmin ərazidə radiasiya nəzarəti müvafiq olaraq ərazi üzrə sanitariya-epidemioloji xidmət müəssisəsi və idarə müdiriyyəti tərəfindən aparılıb. Artıq əhalinin və işçilərin radiasiya təhlükəsizliyini təmin etmək məqsədilə təbii radiasiya fonu və ya texnogen təsirlə dəyişilmiş radiasiya fonu yüksək olan yerlərdə radiasiya nəzarəti həmin ərazidə aparılan radioloji ölçmələrin nəticələrinə görə yerinə yetirilən qiymətləndirmə əsasında müvafiq olaraq Fövqəladə Hallar Nazirliyi və müəssisənin (və ya təşkilatın) rəhbərliyi tərəfindən aparılacaq.
7-07-2023, 21:12
Yeniyetmə güləşçimiz tarixi medalın sahibi oldu


Yeniyetmə güləşçimiz tarixi medalın sahibi oldu

Azərbaycanın yeniyetmə güləşçisi Esra Məmmədli Macarıstanın Kaposvar şəhərində keçirilən U-15 Avropa çempionatında gümüş medal qazanıb. 46 kq-da çıxış edən idmançı finalda yerli Mariya Jitovoza 0:7 hesabı ilə uduzub və qitə ikincisi olub. Bununla da Məmmədli qadın güləşi üzrə U-15 Avropa çempionatları tarixində medal qazanan ilk Azərbaycan güləşçisi olub.
7-07-2023, 21:04
Paşinyan gürcüstanlı həmkarıyla görüşdü


Paşinyan gürcüstanlı həmkarıyla görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşüb. Bu barədə Gürcüstanın hökuməti məlumat yayıb. Baş nazirlər iki ölkə arasındakı əlaqələri, həmçinin regionda və dünyada təhlükəsizlik mühitini nəzərdən keçiriblər. Qaribaşvili Dinc Qonşuluq Təşəbbüsü çərçivəsində regionda sülhün inkişafı üçün Azərbaycan və Ermənistan arasında birbaşa səylərə davam etməyə hazır olduğunu ifadə edib.
7-07-2023, 20:15
Prezident qaz ixracıyla bağlı mühüm açıqlama verdi


Prezident qaz ixracıyla bağlı mühüm açıqlama verdi

Azərbaycan ilə Albaniya arasında enerji sektorunda əməkdaşlıq nəinki ölkələrimiz, o cümlədən böyük sayda digər ölkələr, xüsusilə də Cənub Qaz Dəhlizin hissəsi olan TAP layihəsində iştirak edən ölkələr üçün əhəmiyyətlidir. Həmin boru kəməri Albaniyanın ərazisindən keçir və hazırda enerji təhlükəsizliyinin mənbəyidir. Bu sözləri Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı deyib ki, Azərbaycan və Avropa İttifaqının qaz təchizatı sahəsində fəal işini, eləcə də Aİ ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədini nəzərə alsaq, bütün bunlar, təbii ki, ölkələrimiz arasında sıx əməkdaşlıq üçün mühüm meyarlardır. “Bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilir. Həmin ölkələrin sayı artır. Avropa İttifaqı bazarına Azərbaycanın təbii qaz ixracı artır. Həcmlər artır və onun coğrafiyası genişlənir. Bu ilin sonunadək biz Aİ-yə üzv olan daha çox sayda ölkənin Azərbaycandan təbii qazı alacağını gözləyirik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
7-07-2023, 19:19
Bayram Beqay xanımıyla Heydər Əliyev Mərkəzində


Bayram Beqay xanımıyla Heydər Əliyev Mərkəzində

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay və birinci xanım Armanda Beqay iyulun 7-də Heydər Əliyev Mərkəzində olublar. Mərkəzin direktoru Anar Ələkbərov Albaniya Prezidenti Bayram Beqaya dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr, həmçinin Azərbaycan tarixinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə təbliğinə xidmət edir. Albaniya Prezidenti Bayram Beqay Mərkəzdə 1969-cu ildən 2003-cü ilədək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərlə tanış olub. Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Albaniya Respublikasının Prezidenti Bayram Beqayda böyük maraq doğurub. Qonaqlar “Azərbaycan inciləri” sərgisi ilə tanış olublar. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı eksponatlar nümayiş etdirilir. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər. Prezident Bayram Beqay və birinci xanım Armanda Beqay "Kukla incəsənətdə” sərgisinə baxıblar. Diqqətə çatdırılıb ki, ekspozisiyada nümayiş etdirilən sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivallarının qalib olub. Qonaqlar “Azərbaycan xalçası - ilmələrin rəqsi” adlı kolleksiya ilə də tanış olublar. Bayram Beqay və Armanda Beqay Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi”ni ziyarət ediblər. Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov diqqətə çatdırıb ki, sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir. Ali qonaq Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb. Sonda qonağa xatirə hədiyyəsi təqdim edilib.
7-07-2023, 18:06
Uzaqmənzilli silahlar olmadan müdafiə əməliyyatı aparmaq çətindir - Zelenski


Uzaqmənzilli silahlar olmadan müdafiə əməliyyatı aparmaq çətindir - Zelenski

Ukrayna ordusu təkcə hücum üçün deyil, həm də müdafiə üçün uzaqmənzilli silahlara ehtiyac duyur.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski Praqada keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda Rusiya uzaqmənzilli silah növündə üstünlüyə malikdir. “Uzun mənzilli silahlar olmadan təkcə hücum missiyası deyil, müdafiə əməliyyatı da aparmaq çətindir. Bu, çox çətindir. Torpağını müdafiə və düşməni məğlub etmək üçün lazımi məsafəyə çata bilmədiyiniz faktdır", - Zelenski bildirib. Ukrayna lideri qeyd edib ki, müttəfiqlərlə, o cümlədən ABŞ-la daha da uzaqmənzilli silahların əldə edilməsi üçün danışıqlar aparılır.
7-07-2023, 17:45
Bayram Beqay Şəhidlər Xiyabanına ziyarət etdi


Bayram Beqay Şəhidlər Xiyabanına ziyarət etdi

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay iyulun 7-də Şəhidlər xiyabanını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Şəhidlərin əziz xatirəsini ehtiramla yad edən Prezident Bayram Beqay “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Daha sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən Albaniya Prezidentinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
7-07-2023, 17:10
Ermənistanda tabe olmayan komandirlərin işi məhkəməyə göndərildi


Ermənistanda tabe olmayan komandirlərin işi məhkəməyə göndərildi

2020-ci ilin oktyabrında Ermənistan Silahlı Qüvvələrinin iki hərbi hissəsinin və batalyonunun komandiri komandirin əmrini yerinə yetirməkdən imtina edib. Daha bir cinayət işi İrəvan məhkəməsinə göndərilib. İttiham tərəfi qeyd edir ki, istintaq altında olan zabitlər sonradan fövqəladə hallar naziri olmuş Andranik Piloyana tabe olublar, lakin döyüş əməliyyatları zamanı onun əmrini yerinə yetirməyiblər. Təqsirləndirilən şəxslər əməllərini depressiyaya uğramış mənəvi-psixoloji vəziyyətlə izah ediblər.
7-07-2023, 16:42
Paşinyan Gürcüstanda səfərdədir


Paşinyan Gürcüstanda səfərdədir

Ermənistanın baş naziri Nikol Paşinyan artıq Gürcüstanın Batum şəhərindədir. Bu barədə "Sputnik Armenia" Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən yazıb. Hava limanında Paşinyanı Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili qarşılayıb. Bu gün onun baş nazir İrakli Qaribaşvili ilə görüş planlaşdırılır.
7-07-2023, 16:18
Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir - Bayram Beqay


Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir - Bayram Beqay

Albaniya Cənubi Qafqazda etibarlı tərəfdaşlar və beynəlxalq təşkilatların vasitəçiliyi ilə uzunmüddətli sülhün bərqərar olunmasını dəstəkləyib və dəstəkləyəcək. Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını dəstəkləyib. Bunu Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib. “Hətta Qərbi Balkan regionunda da dialoq vacibdir ki, biz bir-birimizə keçmişin kini deyil, gələcəyin imkanları baxımından yanaşaq. Mən Qərbi Balkanlarda regional sabitliyin zəruri element olması ilə bağlı əminliyimi ifadə etdim. Serbiya və Kosovo mübahisənin həlli və aralarında yeni əməkdaşlıq ruhunun yaradılması ilə bağlı danışıqlarında iştirak edən tərəflərdir. Tərəflərin öz aralarında və beynəlxalq forumlarda irəli sürdükləri arqumentlərə hörmət dayanıqlı sülhün bərqərar olması üçün istiqamətverici məqamlar olmalıdır”, - deyə Albaniya Prezidenti əlavə edib. Bayram Beqay vurğulayıb ki, münaqişə əvəzinə firavanlıq ikitərəfli və regional tərəqqi üçün kompas olmalıdır, bu nə qədər tez baş versə, xalqlarımız ondan bəhrələnəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!