5-07-2023, 11:56
Aİ Ermənistana hərbi yardım göstərməkdən imtina edib - SpikerAvropa İttifaqı (Aİ) Ermənistana Aİ tərəfdaşlarının müdafiə qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş xüsusi fonddan hərbi yardım göstərməkdən imtina edib. Bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib. Simonyan Varşavaya səfəri zamanı Polşa Prezidenti Andjey Duda ilə görüşərkən Aİ-nin imtinasından şikayətlənib. O, Dudaya bildirib ki, Ermənistan hökuməti inkişaf etməkdə olan ölkələrə hərbi texnika almağa kömək etmək üçün Aİ-nin 2021-ci ildə yaratdığı Avropa Sülh Fondundan (EPF) "texniki yardım" istəyib. “Bu mexanizm vasitəsilə Aİ Ukrayna, Moldova və Gürcüstana yardım ayırır. Təəssüf ki, Aİ-nin Ermənistanla Azərbaycan arasında münasibətləri yaxşılaşdırmaq üçün vasitəçilik səyləri göstərməsi, habelə “münaqişə həssaslığı” məsələsi əsas gətirilərək Ermənistanın müraciəti rədd edilib. Bir daha demək istəyirəm ki, söhbət Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına yönəlmiş texniki yardımdan gedir”, - Simonyan əlavə edib.
5-07-2023, 11:38
Azərbaycan minalarla çirkləndirilmiş on ölkədən biridirAzərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı söyləyib. “İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır”, - deyə dövlətimizin başçısı əlavə edib.
5-07-2023, 11:24
47 yaşlı nazir qəfil vəfat etdiBelarusun nəqliyyat və rabitə naziri Aleksey Avraamenko 47 yaşında qəfil vəfat edib. Bu barədə BelTA xəbər agentliyi məlumat yayıb. 2006-cı ildən Avraamenko Belarus Nazirlər Şurasının Nəqliyyat və Kommunikasiya Departamentindən başlayaraq hökumətdə işləyib. 2013-cü ildən Nəqliyyat və Rabitə Nazirliyində nazir müavini, 2016-cı ildən birinci müavin vəzifələrində çalışıb. 2019-cu ildə Avraamenko nəqliyyat və rabitə naziri vəzifəsinə təyin olunub.
5-07-2023, 11:10
Ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur - PrezidentMünaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı səsləndirib. “Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərksilah edilməli və tərxis olunmalıdır.
5-07-2023, 10:57
Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olur - İlham ƏliyevErmənistan, həmçinin Zəngəzur dəhlizinin açılmasına mane olur. Zəngəzur dəhlizi Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktı ilə üzərinə götürdüyü digər öhdəlikdir və buna görə də yerinə yetirilməlidir. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı ifadə edib. İşğal zamanı və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə görə Qoşulmama Hərəkatı ölkələrinə dərin minnətdarlığını bildirdən dövlətimizin başçısı qeyd edib ki, o, xüsusilə 2020-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı ölkələrinin BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısını aldıqları iki hala istinad edir.
4-07-2023, 22:50
“Qarabağ” klubu Avstriyada qələbə qazandıAvstriyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu son yoxlama matçını keçirib. Çempion Bolqarıstan təmsilçisi SSKA-ya qalib gəlib. Oyunda qapılara bir qol vurulub. Birinci hisssənin sonlarında Cica fərqlənib. Ağdam klubu bundan əvvəl iki yoldaşlıq oyununda qüvvəsini sınamışdı. “Legiya” ilə 2:2 oynayan “Qarabağ”, “Ferentsvaroş”a 0:2 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, Avstriya toplanışını başa vuran “Qarabağ” İspaniyaya yola düşəcək. Komanda Marbelya bölgəsində 4 günlük hazırlıq keçəcək.
4-07-2023, 20:19
Naxçıvanda antik dövrə aid qəbir abidəsi aşkarlandıNaxçıvanda Tumbultəpə yaşayış yerində arxeoloji
qazıntı aparılır. AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Tumbultəpə qədim yaşayış yerində tədqiqatlara başlayıb. Aparılan araşdırmalar nəticəsində burada antik dövrə aid qəbir abidəsi və keramika nümunələri aşkar olunub. Arxeoloji ekspedisiyanın rəhbəri professor Vəli Baxşəliyev bildirib ki, bu yaşayış yeri ilk dəfə 2017-ci ildə aparılan arxeoloji kəşfiyyat işləri zamanı qeydə alınıb və burada enolit dövrünə aid keramika nümunələri üzə çıxarılıb: "Hazırda aparılan araşdırmalar göstərir ki, Tumbultəpə yaşayış yeri çoxtəbəqəli abidədir. Ola bilsin ki, burada eneolit və neolit dövrlərinə aid maddi mədəniyyət nümunələri də aşkar olunsun".
Qeyd edək ki, hələlik təpənin yalnız üst qismi qazılıb və bu qədim yaşayış yerində genişmiqyaslı tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
4-07-2023, 19:35
Moldova Saakaşvilinin vəziyyətindən narahatdır - Maya SanduMoldova Gürcüstanın sabiq lideri Mixail Saakaşvili ətrafında yaranmış vəziyyətdən narahatdır. Bunu Moldova Prezidenti Maya Sandu "Twitter" səhifəsində yazıb. O qeyd edib ki, Saakaşvilinin həbsdə olduğu müddətdə səhhətinin ciddi şəkildə pisləşdiyini göstərən görüntülər narahatedicidir. "Mən Gürcüstan hakimiyyətini onun sağlamlığına diqqət yetirməyə və ona təcili olaraq xaricdə tibbi müalicə imkanı təmin etməyə çağırıram", - prezident vurğulayıb.
4-07-2023, 19:13
Türkiyədəki səfirimiz milli müdafiə naziri ilə görüşdüAzərbaycanla Türkiyə arasında müdafiə sahəsindəki güclü əməkdaşlığın inkişaf edəcəyinə əminik. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin səfir Rəşad Məmmədovun Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşünə dair məlumatında bildirilib. Qeyd edilib ki, səfir Rəşad Məmmədov Yaşar Güləri müdafiə naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib.
4-07-2023, 18:38
Stoltenberq Ukrayna Prezidentiylə telefon danışığı apardıNATO Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb. Bu barədə Stoltenberq "Twitter"də yazıb. Bildirilir ki, telefon danışığı zamanı Ukraynadakı son hadisələr və NATO Sammitinə hazırlıqlar müzakirə olunub. "Vilnüsdə müttəfiqlər uzunmüddətli dəstəyi artırmaq, siyasi əlaqələrimizi təkmilləşdirmək və Ukraynanı NATO-ya daha yaxınlaşdırmaq üçün qərarlar qəbul edəcəklər", - Stoltenberq vurğulayıb.