Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
4-07-2023, 11:04
Prezident amerikalı həmkarına təbrik məktubu yolladı


Prezident amerikalı həmkarına təbrik məktubu yolladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
"Hörmətli cənab Prezident, Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələr dostluq və əməkdaşlıq zəminində dinamik inkişaf edərək bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Qlobal çağırışlara, beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik məsələlərində fəal və səmərəli birgə işimiz, iqtisadi sahədə geniş spektrdə qarşılıqlı fəaliyyətimiz ikitərəfli münasibətlərimizi səciyyələndirən başlıca amillərdəndir. Enerji sahəsindəki əhəmiyyətli əməkdaşlığımız məmnunluq doğurur. Birləşmiş Ştatlar Azərbaycanın enerji strategiyasını bütün mərhələlərdə qətiyyətlə və davamlı şəkildə dəstəkləmişdir. Biz enerji təhlükəsizliyinin təmin olunmasında ölkələrimizin sıx əməkdaşlığını, reallaşdırdığımız irimiqyaslı transmilli layihələrdə ABŞ-ın hərtərəfli dəstəyini xüsusi dəyərləndiririk. Hazırda Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əlverişli şərait formalaşmışdır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsinin hazırlanması prosesində ABŞ-ın səylərini yüksək qiymətləndiririk.
Hörmətli cənab Prezident, Bu gün biz bir sıra sahələrdə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ABŞ-la əlaqələrimizi daha da genişləndirmək əzmindəyik. Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Fürsətdən istifadə edərək bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim rifah diləyirəm".
4-07-2023, 10:36
Erməni seperatçılarının rəhbərindən Putinə məktub


Erməni seperatçılarının rəhbərindən Putinə məktub

Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Arutyunyan Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanlayıb. Bu barədə “Hraparak” nəşri məlumat yayıb. Məktubun tam mətni ictimaiyyətə açıqlanmasa da, bəzi nüanslar diqqətə çatdırılıb. Belə ki, Arayik Putinə məktubunda Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətinə toxunub, belə bir missiyanın davam etdirilib-etdirilməyəcəyi sual olunub. Bildirilib ki, sülhməramlılar Qarabağda vəziyyəti nəzarətdə saxlamaq və Laçın-Xankəndi yolunu açmaq niyyətində deyillərsə, qondarma rejimə ətraflı məlumat verilməlidir. "Əldə etdiyimiz məlumata görə, məktub kifayət qədər sərt tonda yazılıb", - “Hraparak”ın xəbərində deyilir. Bundan başqa, Arayik Arutyunyan həddini aşaraq, “səbr kasaları”nın dolduğunu qeyd edib və yeni təxribatların anonsunu verib.
4-07-2023, 10:20
Azərbaycanlı deputat ATƏT PA-da Komitə sədri vəzifəsinə təyin olundu


Azərbaycanlı deputat ATƏT PA-da Komitə sədri vəzifəsinə təyin olundu

İyulun 3-də ATƏT PA-nın Kanadanın Vankuver şəhərində keçirilən 30-cu illik sessiyasında qurumun İqtisadi məsələlər, ətraf mühüt, elm və teknologiya Baş Komitəsinin sədri vəzifəsinə seçkilər keçirilib. Seçkilərdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev və Avstriya nümayəndə heyətinin və yaşıllar partiyasının üzvü David Stüqmüller iştirak edib. Gizli səsvermənin nəticəsində Azay Quliyev 50 səs, David Stüqmüller 23 səs toplayıb. Beləliklə, azərbaycanlı deputat böyük səs fərqi ilə avstriyalı deputatı məğlub edərək ATƏT PA-nın Komitə sədri və büro üzvü seçilib.

3-07-2023, 21:24
Zelenski Saakaşvilinin vəziyyətindən narahat olduğunu bildirdi


Zelenski Saakaşvilinin vəziyyətindən narahat olduğunu bildirdi

Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəziyyətindən narahatdır. Bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Zelenski Ukrayna Xarici İşlər Nazirliyinə Gürcüstan səfirini çağırmağı tapşırıb. "Hazırda Rusiya Ukrayna vətəndaşı Mixail Saakaşvilini Gürcüstan hakimiyyətinin əli ilə öldürür", - Zelenski qeyd edib. O, Gürcüstan səfirini 48 saat ərzində Kiyevi tərk etməyə çağırıb.
3-07-2023, 21:24
Zelenski Saakaşvilinin vəziyyətindən narahat olduğunu bildirdi


Zelenski Saakaşvilinin vəziyyətindən narahat olduğunu bildirdi

Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəziyyətindən narahatdır. Bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Zelenski Ukrayna Xarici İşlər Nazirliyinə Gürcüstan səfirini çağırmağı tapşırıb. "Hazırda Rusiya Ukrayna vətəndaşı Mixail Saakaşvilini Gürcüstan hakimiyyətinin əli ilə öldürür", - Zelenski qeyd edib. O, Gürcüstan səfirini 48 saat ərzində Kiyevi tərk etməyə çağırıb.
3-07-2023, 20:34
Quranın yandırılması heç bir insani əsasa söykənə bilməz - Ərdoğan


Quranın yandırılması heç bir insani əsasa söykənə bilməz - Ərdoğan

İsveçdə Quranın yandırılması heç bir insani əsasa söykənə bilməz. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, nifrət cinayətinin polisin himayəsi altında törədilməsi çox ağırdır. Ərdoğanın sözlərinə görə, İsveç NATO-ya daxil ola bilməsi üçün islamafobiya və terrorizmin təbliğatına icazə verməməli, Türkiyə qarşısında üzərinə götürən bütün digər öhdəlikləri yerinə yetirməlidir.
Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində yerləşən Medborjarplatsen meydanındakı məscidinin yaxınlığında 37 yaşlı Salvan Momika adlı iraqlı mühacir aksiya keçirib. O, kitabın səhifələrini qoparıb, onlarla ayaqqabılarını silib və daha sonra Quranı yandırıb. İsveç hakimiyyəti bu cür hərəkətlərin qanuni olduğu bildirib, ancaq aksiyanın yersiz olduğunu vurğulayıb. Aksiyadan dərhal sonra Salvan Momikaya qarşı dini ədavətin qızışdırılması və yanğın qadağasının pozulması ilə bağlı protokol tərtib edilib.
3-07-2023, 20:06
İranda 2023-cü ildə 354 nəfər edam edilib


İranda 2023-cü ildə 354 nəfər edam edilib

İranda 2023-cü ilin ilk altı ayında 354 nəfər edam edilib. Bu barədə Norveçdə fəaliyyət göstərən İran İnsan Haqları Qrupu məlumat yayıb. Məlumatda bildirilib ki, İranın hakim dairələri ötən ilin sentyabrında başlayan etiraz hərəkatından sonra cəmiyyətdə qorxu yaratmaq məqsədilə ölüm hökmünün tətbiqini daha da artırıblar. Cari ilin 6 ayı ərzində 354 nəfər edam edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 36 faiz çoxdur. Hüquq müdafiəçiləri bildiriblər ki, İranda qeyri-fars etnik qruplar edamlara daha çox məruz qalır. Onlar iddia edirlər ki, edam edilən şəxslərin 20 faizi sünni bəluclardır. Məlumata əsasən, narkotiklərlə bağlı ittihamlar üzrə 206 nəfər asılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 126 faiz çoxdur. Edam edilənlər arasında 6 qadın var. İran İnsan Haqları Qrupunun direktoru Mahmud Əmiri jurnalistlərə müsahibəsində deyib ki, İranda ölüm cəzası cəmiyyətdə qorxu yaratmaq və daha geniş etirazların qarşısını almaq məqsədilə istifadə olunur. Onun sözlərinə görə, bu ölkədə 2022-ci ildə 582 edam icra edilib ki, bu da 2015-ci ildən bəri olan ən yüksək göstəricidir. İran hakimiyyəti 6 ay ərzində etirazlarla bağlı 7 nəfəri edam edib. Hüquq müdafiəçiləri bu ilin sonunadək edamların sayının artacağı ilə bağlı xəbərdarlıq ediblər.
3-07-2023, 18:17
Gürcüstan Ukraynaya etiraz etdi


Gürcüstan Ukraynaya etiraz etdi

Ukraynanın Tbilisidəki müvəqqəti işlər vəkili Aleksandr Şulqa Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə "Imedi" telekanalı məlumat yayıb. Bildirilir ki, buna səbəb Ukraynanın "Georgian Airways” aviaşirkətinə qarşı sanksiya tətbiq etməsi olub. Ukraynalı diplomata etiraz bildirildiyi ehtimal edilir. Ukraynalı diplomat təxminən yarım saat Gürcüstan Xarici İşlər Nazirliyində olub. Bundan sonra Şulqa mətbuata açıqlama verməyib. Gürcüstan Xarici İşlər Nazirliyi vəziyyətlə bağlı məlumat yaymayıb.
Xatırladaq ki, Ukrayna Rusiyaya uçuşları bərpa edən “Georgian Airways” aviaşirkəti və onun direktoru Tamaz Qayaşvilini "qara siyahı"ya salıb. Qərar Gürcüstan hökumətinin etirazına səbəb olub və belə bir addımı qeyri-dost adlandırıb.
3-07-2023, 17:43
Priqojin səsli mesaj yaydı - Növbəti qələbələrimizi cəbhədə görəcəksiniz


Priqojin səsli mesaj yaydı - Növbəti qələbələrimizi cəbhədə görəcəksiniz

"Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojin son bir həftə ərzində ilk dəfə səsli mesaj yayıb. O, tərəfdarlarına ünvanladığı mesajda "yaxın gələcəkdə cəbhədə növbəti qələbələr" vəd edib. “Bu gün həmişəkindən daha çox sizin dəstəyinizə ehtiyacımız var. Bunun üçün sizə təşəkkür edirəm. İstəyirəm başa düşəsiniz ki, bizim “Ədalət marşı” satqınlarla mübarizə aparmaq, cəmiyyətimizi səfərbər etmək məqsədi daşıyırdı. Və hesab edirəm ki, biz çox şeyə nail olmuşuq. Yaxın gələcəkdə əminəm ki, növbəti qələbələrimizi cəbhədə görəcəksiniz. Təşəkkürlər uşaqlar!" - "Vaqner"ə yaxın "Gray Zone" teleqram kanalı tərəfindən yayımlanan mesajda deyilir. Priqojin hazırda harada olduğunu və muzdlularla birlikdə gələcəkdə nə edəcəyini açıqlamayıb. "Vaqner" rəhbərinin əvvəlki audio mesajı 11 dəqiqədən çox davam edib və iyunun 26-da dərc edilib. Orada o, baş verənlərlə bağlı öz versiyasını açıqlayıb. Bildirib ki, “rejimi devirmək” niyyətində deyil.
3-07-2023, 17:30
Qəbul imtahanlarında 600-dən yüksək bal yığanların sayı açıqlandı


Qəbul imtahanlarında 600-dən yüksək bal yığanların sayı açıqlandı

2022-ci il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 7078 abituriyent 500-dən, o cümlədən 2077 abituriyent 600-dən yuxarı bal toplayıb. Bu barədə «Abituriyent» jurnalının 12-ci nömrəsində məlumat yer alıb.
600 və ondan yuxarı bal toplayanların ixtisas qrupları üzrə paylanmasına gəlincə, onların 52.05%-i (1081 nəfəri) I qrupun, 6.84%-i (142 nəfəri) II qrupun, 16.56%-i (344 nəfəri) III qrupun, 24.55%-i (510 nəfəri) IV qrupun abituriyentləridir.
Yüksək bal toplayanlar respublikanın 73 bölgəsini təmsil edir. Onların nisbi sayına görə Sumqayıt, Mingəçevir və Bakı şəhərləri, Qəbələ, Abşeron və Şəki rayonlarının göstəriciləri daha yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 12–13-ü imtahanlarda 500-dən yuxarı bal toplayıb.
500-700 arasında bal toplayan abituriyentlərin əksəriyyəti ən nüfuzlu ixtisaslara qəbul olub. Onlardan ən yüksək nəticə göstərən 102 nəfər Prezident təqaüdünə layiq görülüb. 600-dən yuxarı bal toplayan abituriyentlər dövlət ali təhsil müəssisələri arasında ən çox Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.
600 baldan yuxarı nəticə göstərən abituriyentlər özəl ali təhsil müəssisələri arasında ən çox Xəzər Universitetini (26 nəfər) seçib. 600 və ondan yuxarı bal toplayıb qəbul olanların ixtisas qrupları üzrə paylanmasına gəlincə, qeyd etmək lazımdır ki, onların 51.89%-i (1057 nəfəri) I qrupun, 6.68%-i (136 nəfəri) II qrupun, 16.89%-i (344 nəfəri) III qrupun, 24.55%-i (500 nəfəri) IV qrupun abituriyentləridir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!