20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 18-02-2019, 15:40
Dəlidağın Harayı
Yaz yenicə girmişdi. Gecələr ayaz, gündüzlər mülayim keçirdi. Axşam işdən yorğun gələn Mövlan televizorun pultunu əlinə alıb, xəbərlər proqramına baxa-baxa yuxulamışdı. Həyat yoldaşı Xanım onu süfrəyə çağırmaq üçün otağa keçdi. Onu oyatmağa qıymadı. Üstünü yüngül yorğanla örtüb işığı və televizoru keçirib, ehmalca otaqdan çıxdı. Bir azdan özü də yatmaq istədi. Amma nədənsə yuxusu ərşə çəkilmişdi. Mətbəxdə oturaraq yarımçıq qalmış yun köynəyi toxumağa davam etdi. Hərdənbir xoruzlar banlayırdı. Sübh azanı eşidildi.

Qəflətən Mövlanın qışqırığından o, diksindi: – Gəlirəm, lap elə indi gəlirəm! Özümü çatdıracağam… Mütləq gələcəyəm!

Xanım cəld yerindən qalxaraq işığı yandırıb ərinə baxdı. O möhkəm tərləmişdi. Onu silkələyib çətinliklə ayılda bildi. Masanın üstündəki qrafindən stəkana su töküb verdi. Mövlan birnəfəsə içdi, işarə ilə ikinci dəfə istədi. Sonra cəld geyinməyə başladı. Xanım çaşıb qalmışdı. Mövlan masanın siyirməsindən maşının açarlarını alıb həyətə yüyürdü, mühərrikini işə saldı. Küçə qapısını açıb, yerindən tərpəndi. Xanım maşının arxasınca yüyürərək qışqırdı:

– A kişi, sənə nə oldu? Hara gedirsən? Nə vaxt qayıdacaqsan?

Mövlan cavab verəsi halda deyildi. O, sürəti artırdı.

Artıq kənd yolundan şoseyə çıxmışdı. Alnından süzülən tərini sildi. Gecə gördüyü yuxu beynində yenidən təkrarlanırdı. Dəlidağı alov bürümüşdü. Göyə od püskürürdü. Bu od – alovun içindən dağ əllərini ona tərəf uzadıb haray çıkirdi:

– Heyy… hardasınız? Məni tək qoymusunuz! Sizi nə qədər gözləmək olar?.. Mənə niyə sahib durmursunuz? Adımı da Dəli qoymusunuz! Kimdir

dəli? Mən, yoxsa siz? Yoxx… yoxx mən dəli deyiləm! Sizsiniz dəli! Öz adınızı mənə qoymusunuz! Mən bu dərdə dözməzdim. Çoxdan çatlayardım, partlayardım. Sinəmdə əmanət yatır. Ey, Mövlan, hardasan?! Niyə əmanətini unutmusan? Sən axı söz vermişdin!

Mövlan elə bil yuxudan oyandı. Yolu maşınla davam etmək artıq təhlükəli idi. Maşını bir az aralıda uçub yandırılmış evin divarlarının arxasına sürüb elə yerdə saxladı ki, kənardan görünməsin. O, buraların hər daşına, kəsəyinə, ağacına bələd idi. Mümkün olan qədər yoluna davam etdi. Gündüz vaxtı işğal altında olan Dəlidağa qalxmaq təhlükəli idi. Odur ki, arxayın bir yer tapıb axşamın düşməsini gözləməyə məcbur oldu.

Artıq hava qaralırdı. Mövlan yoluna davam etdi. Cığır onu Tərtər çayına çıxardı. Çayiçi gedəndən sonra daşlı – qayalı, kollu – koslu dərə ilə üzü yuxarı qalxmağa başladı. Bir qədər sonra ona çox doğma olan Dikqayaya çatdı. Bu qaya mağaranı uzaqdan görünməz edirdi. Ürəyi şiddətlə döyünməyə başladı. Özündə təpər tapıb qayanın arxasındakı mağaraya çatdı, sürünə – sürünə içəri keçdi. Onu içəridə iki işıldayan göz qarşıladı. Yadına düşdü ki, elə ona görə də bu mağaraya qurd mağarası deyirlər. Xəyalı onu uzaqlara apardı…

… Bir aprel 1993 – cü il. Kəlbəcər uğrunda müxtəlif istiqamətlərdə şiddətli döyüşlər gedirdi. Dəlidağın ətəyində Mövlanın ayağına güllə dəydi. Yeriyə bilmədi. Ona cüssəli bir əsgər yanaşdı:

– Komandir, biz mühasirəyə düşürük!

O, cəld Mövlanın yarasını sarıdı. Sonra kürəyinə alıb dağın zirvəsinə tərəf süründü. Çətinliklə də olsa mağaraya çatdılar. Əsgər dilləndi:

– Komandir, girəcək dar olsa da içəri genişdir, – deyib, mağaraya girməsinə kömək etdi. Sonra Mövlanın da su qabını kəmərindən çıxarıb getdi. Xeyli vaxt keçdikdən sonra geri qayıtdı. Suyu birinci Mövlana içirtdi. Özü isə içmədi, onu qucaqladı:

– Qardaş, bağışla…səni tək qoyub gedirəm.

Mövlanın əli isti qana bulaşdı. Var gücü ilə əskəri silkələdi. Amma onun ürəyi susmuşdu. Mövlan bu müharibədə çox ölümlər görmüşdü. Amma beləsini yox.

...Səhər açılırdı. Mövlan öz əlləri ilə dəfn etdiyi şəhid əsgərin qəbrinin önündən qalxaraq qürurla dedi:

– Qardaşım, Qarabağı azad edib səni Şəhidlər Xiyabanında dəfn edəcəyəm, – bir an düşünərək,- Yox…bağışla, səhv etdim. Bura da Vətən torpağıdır. Bu dağın adını Şəhid Dağı qoyacağıq!.

Hava qaralırdı. Mövlan şəhid əsgərin qəbirinin daşını – torpağını dəfələrlə öpüb geri baxa – baxa mağaradan çıxdı. Mağarada məskunlaşan boz qurd onu Tərtər çayına qədər müşayiət etdi.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!