Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 24-01-2026, 08:05
ELDAR MƏMMƏDBƏYLİ-85


ELDAR

MƏMMƏDBƏYLİ-85


Kimya elmləri doktoru, professor Eldar Məmmədbəylinin 85 illik yubileyi ilə əlaqədar dərc olunaçaq kitabda yer alan məqalə və xatirələri nəzərdən keçirərkən bir əlyazma diqqətimi cəlb etdi və bu hekayənin yaranmasına səbəb oldu. Əlyazma hamımızın yaxşı tanıdığımız, haqq sözünü deməkdən çəkinməyən Rəşid müəllimin Eldar müəllim haqda yazdığı ürək sözləri idi.

Müdafiə

(hekayə)

Proloq əvəzi

Rəşid müəllim müdafiə edib elmi dərəcə almamışdan öncə də bir çox müdafiələrdə iştirak etmişdi. Dostlarının, tanışlarının, qohum əqrabasının, haqqı tapdananların müdafiəsində. Onların ən çətin anlarında yanında olmuş, heç zaman öz köməyini əsirgəməmişdir. Həmişə ədalət tərəfdarı olmuş, ədalət tərəzisinin əyilməsinə yol verməmışdir. Elə bu səbəbə görə də təkcə qohum-əqrabasının və tələbələrinin deyiı, onu tanıyanların hamısının sevimlisinə çevrilmiışdır. Onun müdafiəçisi olduğu insanlar içərisində yalnız bir nəfərin, onun dostu, yaxın qohumu, zəmanəmizin tanınmış alimi, professor Eldar Məmmədbəylinin “müdafiəsində”keçirdiyi sarsıntılar heç vaxt xəyalından çıxmır.

***
Müharibə vaxtına düşən uşaqlıq illərinin çətinlikləri Rəşid ilə Eldarı o qədər doğmalaşdırmışdı ki, qohumdan çox qardaşa çevrilmişdilər. Hər ikisinin uşaqlıqları bir yerdə keçmiş, uşaq olmaqlarına baxmayaraq, kişilərin hamısı müharibəyə yollandığı üçün təsərrüfat işlərində də yaxından iştirak etmiş, qışa hazırlıq üçün mal qaraya ot-ələf, sobalarda yandırmağa odun tədarük edərək hər cür çətinliklərə qatlaşmışlar. Bütün bu çətinliklərə rəğmən kitabdan ayrı düşməmiş, məktəbdən ayrılmamış, əla oxuduqları üçün hər ikisi müəllimlərinin sevimlisinə çevrilmişdilər. Həm müəllimləri, həm valideyinləri, həm də bütün qohum-əqraba və kənd camaatı onların işıqlı gələcəyinə və görkəmli şəxslər olacağına böyük ümidlə baxırdılar. Hər iki dost orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Tibb İnstitutuna qəbul oldular. İnsitutda təhsil zamanı keçirdiklərı qəribçılık hissi və tələbəlik illərinin özünəməxsus çətinlikləri Eldarla Rəşidi daha da doğmalaşdırdı. Böyük şəhərdə ucqar dağ kəndindən gəlmiş bu iki gənc tələbəni ən güclü xəfiyyəçilər belə bir-birindən ayrı, təklikdə yaxalaya bilməzdilər. Yarıac-yarıtox tələbəlik illərini başa vuraraq, institutu da əla qiymətlələ bitirən gənclər öz rayonlarına təyinat aldılar. Dostlardan biri xəstəxananın baş həkimi, o biri isə aptek müdiri kimi hörmət-izzət sahibi olub maddi sıxıntılardan qurtulsalar da, elmə olan həvəsləri onları yenidən böyük şəhərə çəkdi. Hər ikisi məktəb illərində müəllimlərinə və valideynlərinə verdikləri vədə əməl etmək, alim kimi doğma yurdlarına qayıtmaq niyyətində idilər. Çox keçmədi ki, Eldarın elmdə qazandığı uğur hekayələri onu dostundan ayrı salmalı oldu və müdafiə etmək üçün daha böyük şəhərə – Moskvaya yollanmalı oldu. Dostların bir-birindən ayrı düşmələri hər ikisini kədərləndirsə də, Rəşid daha çox narahat olur və özünə yer tapa bilmirdi...

***
Eldarın Moskvada aspranturada oxuduğu müddətdə də dostlar bir-biri ilə əlaqəni kəsmir, demək olar hər həftə məktublaşır, imkan düşdükcə telefonla da əlaqə saxlayırdılar.
Vaxt ötdü, vədə bitdi, müdafiə vaxtı gəlib çatdı, Eldar müdafiəsinin nə vaxt və harada olacağı barədə Rəşidi məktubla məlumatlandırdı. Rəşid məktubu alıb oxuyan kimi aerokassaya üz tutub əvvəlcədən Moskvaya təyyarəyə bilet aldı. Əlbətdə, müdafiə zamanı dostunun yanında olmağı, ona ürək-dirək verməyi özünün mənəvi borclarından biri sayırdı. Lakin Moskvaya uçmazdan bir gün əvvəl danışıq məntəqəsindən Eldarla apardığı telefon danışığı zamanı müdafiənin açıq deyil, qapalı keçəcəyini biləndə qanı xeyli qaraldı və gecənı yata bilmədi. Telefon danışığı zamanı Eldar – “ ış o qədər çoxdur ki, üzümü qırxmağa belə vaxt tapmıram. Moskvada məni Mendeleyev kimi saqqallı görsən təəcüblənib qorxma” -demişdi.

***
Bakı-Moskva gecə reysi ilə Moskvaya uçan Rəşiddə belə təsərrüat yaranmışdı ki, təyyarədəkilərin hamısı Eldarın müdafıəsində iştirak etmək üçün uçurlar və dostunun böyük şəhərdə dünya əhəmiyyətli işdə müdafiə edib alimlik dərəcəsinə yüksəlməsi Vətənin hər bir vətəndaşı üçün qürur və şərəfdir. O, təsərrüatlarında bir o qədər də yanılmırdı və sərnişinlərin arasında elə bu məqsəd üçün Moskvaya uçanlar da var idi...
Artıq akademiyanın binasının önünə çatarkən Akademiyada iş saatı başlamaq üzrə idi və əli diplomatlı və çantalı adamlar akademiya binasına axın edirdilər. Eldar telefonla danışıq zamanı müdafiənin saat 9-00 da başlayacağını, hazırlıq üçün özünün səhər saat altıdan orada olacağını bildirmişdi. Rəşid bir neçə dəfə içəri keçənlərin sırasına qoşulub akademiyanın həyətinə keçməyə cəhd etsə də, gözətçi buraxılış vərəqi olmadığı üçün onu içəri buraxmadı. Saat 9 radələrındə içəri keçənlərın sayı seyrəlməyə başladı. Adamlar seyrəldikcə çöldəki tanış simalar Rəşidin diqqətini çəkdi və məlum oldu ki, bunlar da müdafıədə iştirak üçün gələn qohumlar, dost-tanışlardır. Müdafiənin qapalı keçməsi hamısının çöldə qalmasına və qanlarının qaralmasına səbəb olmuşdu. Ümumi tanışlıqdan sonra hamısı akademiyanın həyətində bir yerə toplaşdılar və kənardan baxan olsayıdı onların iclasın qapalı keçirilməsinə etiraz edən “piketçilər” olduğunu zənn edərdilər.

***

“Piketçilər”i Akademiyanın çoxmərtəbəli binasının 2-c1 mərtəbəsinin açıq pəncərəsindən izləyən, ömrünün bütün hissəsini erməni tarixinin araşdırılmasına həsr etməsinə və bu yolda saç-saqqal ağartmasına baxmayaraq heç bir uğurlu nəticə əldə edə bilməyən erməni akademiki maraq bürüdü. “Bəlkə, onu müdafiə etmək, akademiyadan qovulmasının qarşısını almaq üçün toplaşıblar” – düşündü. Axı ağsaçlı, 82 yaşlı qocanı bu yaxınlarda təqaüdə göndərəcəkdilər... Öyrənəndə ki, Azərbaycandan olan aspirantın müdafiəsidir və çöldə toplaşanlar, müdafiə qapalı keçdiyindən, müdafiəçinin içəri buraxılmayan həmyerliləridir, pəncərənin açıq olmasına baxmayaraq nəfəsi daha da darıxdı, təzyiqi qalxdı və ürəyi sancdı...
Vaxt ötür, içəridə qapalı, çöldə isə açıq diskusiya davam edirdi. İçəridə Eldar görkəmli akademik və professorların dolu kimi yağdırdıqları sualları bülbültək, dil-dil ötərək cavablandırır, Rəşid isə həmyerlilərinə qapalı iclasın detallarını açıqlayırdı. Akademiyanın binasının II mərtəbəsində, akt zalının üstündəki kabinetində kreslosunda oturulu qalan erməni akademik isə ürəyini tutmuşdu. “Tork (türk) alimlərinin sayının biri də bu gün artacaq. Gələcəkdə də bu kresloda bəlkə elə bir tork gəlib oturacaq ”– düşündükcə ürəktutması şiddətlənirdi... İçəridə qapalı, çöldə isə açıq diskusiya davam edirdi...
Müdafə başa çatmaq üzrə idi. Eldarın elmi rəhbəri Remir Qriqoriyeviç Kostyanovski aspirantının cavablarından məmnun halda dodaqaltı gülümsünür, Eldarla gəzib dolaşdıqları Gədəbəyin əsrarəngiz təbiəti olan oylaqlarını xəyalən yenidən nəzərdən keçirirdi. Bəli, o sözündə yanılmamışdı. Kəndə qədəm basarkən “Eldar! İndi başa düşdüm sənin istedadının sirrini! Belə torpaq, belə mühit, belə təbiət belə istedadlar yetirməyə qadirdir!”- demişdir. İndi həmin istedad üzə çıxmaqda idi. Müdafiədən sonra yenə də həmin yerlərə səyahət etmək, buz kimi bulaqlardan içib, laborotoriyanın çirkli havasından qurtulub həmin yerlərin təmiz havasından ciyərdolusu udmaq səadəti dururdu onun qarşısında...
***
... Sürətlə akademiyaya yaxınlaşan və səsi ətrafı bürüyən Təcılı yardım maşını Rəşidin söhbətinin yarımçıq kəsilməsinə səbəb oldu.
– Bu nə “skoro”dur belə. Allah eləməmiş, Eldara bir şey olar, –Rəşidin ürəyi döyünməyə başladı.
–. Ağzını xeyirə aç, ay bala. Eldara nə ola bilər ki. Arısuyu kəndindən hələ xəstə adam çıxmayıb.
Rəşidin sifəti bir anın içində qaraldı, qəlbinə qara qanlar axmağa başladı. Hiss olunurdu ki, bərk qorxub.
–Tələsdi Eldar, çox tələsdi. Belə tez müdafiə etməzdi gərək. Bir az dözərdi, təcrübə toplardı. Səhnənin, kürsünün nə olduğunu uşaqlıqdan mən bilirəm. Eldar nə bilir ki… Hər adam orada duruş gətirə bilməz. Tələsdi, çox tələsdi. Gərək qapalı müdafiyəyə razılıq verməzdi. Açıq müdafiə edərdi. Bizdə yanında olub ürək-dirək verərdik.
–Ay Rəşid, bəd danışma görək. O qədər adam var akademiyada. Sən hardan biləsən ki “skoro” kimin üçün gəlib,–qohumlardan biri dilləndi..
– Nə deyim sizə. İnsan orqanizminin fiziologiyasındanmı dərs keçım indi. Həyəcan, adrenalin, damar spazmı, infarkt. Vəssalam. İndi gəl ölünü qoyub dirini ağla.
– Eldar niyə həyəcanlanmalıdı axı?! Yadında deyil, kənddə elmi rəhbəri başına and içirdi.
– Ay qurbanın olduğum, nə qədər çox bilsəniz də məndən çox bilməzsiniz. Bə bəyax demədin ki, istedadlıların həmişə başı bəlalar çəkir. Əlibaba Hacızadənin “Təyyarə kölgəsi” romanını misal çəkdin. Görmürsən gənc alimin başına nə oyun açdılar. Necə infarkt edib öldürürlər onu. Nədən xəbəriniz var?!. Kənddə dağ-daşdan başqa nə görürsünüzki?!. -Sonra o baş-bu başa gedərək öz-özünə danışmağa başladı:
–“Həyəcan, adrenalin, spazm, infarkt. Allah uzaq eləsin. Bu nə iş idi gəldi başımıza. Göz- nəfəsə gəldik deyəsən. Gərək üzərlik yandırardıq. O qədər gözü götürməyənlər var ki. Donos yazanlar da elə. Eldara bir şey olsa aləmi dağıdaram. Moskvaya od vurub yandıraram. Napalyonun vaxtında olduğu kimi”.
Artıq Rəşidin həyəcanı ətrafdakılara da sirayət edir, onlar da həyəcanlanmağa başlayırdılar.
– A kişi bu nə müdafiədir e belə, 6 saat da müdafiə olar. Özüdə qapalı şəraitdə. Adam elə havasızlıqdan boğular orda. O ki qaldı... “Nujelı” aramızdan bir adam tapılmayacaq, kecsin içəridən bir xəbər gətirsin. Ürəyimiz üzüldü ki, burda. Heç arvadı doğum evinə aparanda bu qədər gözləməmişdim.
– Mən özüm keçəcəm. Nəyin bahasına olursa olsun!!!– deyərək həyəcandan özünə yer tapmayan Rəşid qapıya doğru cumarkən qapı taybatay açıldı və təcili yardım maşını bayıra şütüdü. Rəşid özünü maşının qabağına atdı. Sürücü cəld tərpənib əyləci basdı və qışqırdı – “Çto s toboy...” Rəşid sürücüyə əhəmiyyət vermədən qarşıda oturan ağ xalatlı, ağ papaqlı həkimə - “ Çto sluçilos s Eldaram?” – dedi və cavab gözləmədən maşının arxasına cumdu, qapıları taybatay açaraq içəri baxdı... Xərəkdə ağsaçlı, ağ saqqallı bir nəfər uzanmışdı və çətinliklə nəfəs alırdı. “Feldşer” isə onun qoluna qoşulmuş sistemə nəzarət edirdi. İki gün yuxusuz, 6 saat ayaq üstdə ac-susuz qalmış Rəşidin gözləri qaraldı: “Ay Eldar, bir günün içində səni nə hala saldılar”,– qışqırıb özünü xərəyin üstünə atmaq istərkən arxadan onu qucaqladılar. Bu qucaq ona isti, doğma gəldi. Dönüb arxaya baxarkən gülümsəyən Eldarı gördü. “Eldar, sənsən?!”– təəcüblə soruşdu. Eldar gülərək. –“Yox Eldar deyil, elmlər namizədi, alim Eldar Məmmədbəylidir”– dedi...

Elman RÜSTƏM,
Yazıçı- publisist
28.11.2024


Paylaş



Bölmə: Ədəbiyyat / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!