Baş katib Vaşinqton görüşünü yaxından izləyir .....                        İki rayonda təbiətə 18 min ziyan vuruldu .....                        Dənizdə batan şəxsin meyiti tapıldı .....                        Hökumə Əliyevaya görə 1 dəqiqlik sükut - VİDEO .....                        Azərbaycanla Ermənistan sülh razılaşması imzalayacaq - AĞ EV .....                        1151 taksi sürücüsü DİM-in imtahanından keçdi .....                        Xankəndiyə getmək istəyənlər üçün ŞAD XƏBƏR! .....                        TƏBRİK EDİRİK! .....                        Rəsmi Bakıdan Gürcüstana dəstək mesajı .....                       
Tarix : 13-02-2017, 20:26
Dağıstanda saxlanılan azərbaycanlılar buraxıldılar

Bəzi Azərbaycan KİV-də yayılmış məlumata əsasən, güya Dağıstan Respublikasının Federal Miqrasiya xidməti idarəsi tərəfindən 300-dən artıq azərbaycanlı saxlanılıb.

Butov.az xəbər verir ki, Səfirlikdən APA-nın Moskva müxbirinə verilən məlumata gorə, məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi Rusiya Federasiyasının aidiyyatı qurumlarına müraciət edib.

Dağıstan Respublikasının Daxili İşlər Nazirliyinin məlumatına görə, həqiqətən də cari ilin 9 fevral tarixində Dağıstan Respublikasının Federal Miqrasiya Xidməti Dərbənd şəhərindəki tikinti obyektlərində həyata keçirdiyi reydlər nəticəsində Rusiya ərazisində yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazələri olmayan 185 nəfər saxlanılıb.

Saxlanılan şəxslərin sayı çox olduğundan, onlar lazımi yoxlama müddətinə idman zalında yerləşdiriliblər. Fevralın 10-da zəruri rəsmiyyət və müvafiq prosedurlar aparıldıqdan sonra bütün saxlanılanlar sərbəst buraxılıblar.

Bu gün saat 16:00-da “Dərbənd şəhəri” şəhər dairəsinin başçısı Maliq Baqliyev Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə telefon danışığı zamanı yuxarıda qeyd olunan məlumatı şəxsən təsdiq edib. Həmçinin, o vurğulayıb ki, hazırda Dərbənddə saxlanılmış bir Azərbaycan Respublikasının vətəndaşı belə yoxdur.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!