İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
26-07-2022, 20:54
Bir neçə hərbçinin yaralanması barədə məlumat yalandır


Bir neçə hərbçinin yaralanması barədə məlumat yalandır

Sosial şəbəkələrdə guya iyulun 26-da axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusunun xəsarət alması ilə bağlı yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. "Bildiririk ki, qeyd olunan hadisə nəticəsində xəsarət almış hərbi qulluqçu V.İsbəndiyarov barəsində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat verilib. Bir daha sosial şəbəkə istifadəçilərini rəsmi təsdiqini tapmayan məlumatları tirajlamamağa çağırırıq", - məlumatda deyilir.
26-07-2022, 20:48
Rusiya XİN-dən İsrailə ittihamlar - Səbəb Ukraynadır


Rusiya XİN-dən İsrailə ittihamlar - Səbəb Ukraynadır

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrailin Ukrayna ilə bağlı “qeyri-konstruktiv” və “qərəzli” ritorikadan istifadə etdiyini bildirib. Bu barədə o, "YouTube" kanalında danışıb. “Bu, bizim üçün tamamilə anlaşılmaz və qəribədir", - deyə Zaxarova söyləyib. O, Rusiya ilə İsrail arasındakı münasibətlərin öz-özünə pisləşmədiyini deyib. İsrailin anti-Rusiya mövqe sərgilədiyini və yalnız Ukraynanı dəstəklədiyini qeyd edən Zaxarova bunun Qərbin yanaşmasına uyğun olduğunu və "sual işarələri yaratdığını" vurğulayıb. Qeyd edək ki, ötən həftə Rusiya Ədliyyə Nazirliyi İsrail Yəhudi Agentliyinin (JAFI) Rusiyadakı nümayəndəliyinin ləğvi ilə bağlı müraciət edib. Bu barədə ilkin dinləmənin iyulun 28-də keçiriləcəyi gözlənilir. Məsələni müzakirə etmək üçün Rusiyaya getmək istəyən İsrail hüquq komitəsinin hələ də Moskvadan razılıq ala bilmədiyi qeyd olunub. Kremlin sözçüsü Dmitriy Peskov isə iyulun 22-də mövzu ilə bağlı açıqlamasında JAFI-nin Rusiya nümayəndəliyinin bağlanması tələbinin Rusiya qanunvericiliyi ilə əlaqəli olduğunu bildirib.

26-07-2022, 20:44
Qala divarlarını yazanlar polisə aparıldı


Qala divarlarını yazanlar polisə aparıldı

İçərişəhərin Qala divarlarının yazılaraq korlanması faktı aşkarlanmışdı. Aparılan axtarışlar nəticəsində hadisəni törədənlər tapılıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində qala divarlarında qrafit şəklində yazıların aşkar olunması faktı polis əməkdaşları tərəfindən araşdırılıb və qala divarlarının ötən il noyabrın 7-də paytaxt sakinləri 14 yaşlı P.B, 14 yaşlı M.M və 13 yaşlı D.V tərəfindən yazılması müəyyən edilib. Hər üç azyaşlının valideyni ərazi aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinə dəvət olunaraq onlarla profilaktiki söhbətlər aparılıb, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna dəymiş ziyanın onlar tərəfindən ödəniləcəyinə dair qərar qəbul edilib. Hazırda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun müqavilə bağlamış bərpa şirkəti ilə birgə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi və aradan qaldırılması, eləcə də Daxili İşlər Nazirliyi tərəfindən dəymiş ziyanın ödətdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
26-07-2022, 20:39
Hərbçimiz Kəlbəcərdə minaya düşdü


Hərbçimiz Kəlbəcərdə minaya düşdü

İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb. Bu barədə Butov.az-a Müdafiə Nazirliyindən bildirilib. O, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!