Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
4-10-2022, 22:46
“Müzəffər Əsgərimiz” layihəsinin regionlarda təqdimatı davam edir


“Müzəffər Əsgərimiz” layihəsinin regionlarda təqdimatı davam edir – FOTOLAR

“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Müzəffər Əsgərimiz” layihəsinin regionlarda təqdimatı davam edir.


Birliyin Mətbuat xidmətindən Butov.az-a bildirilib ki, indiyədək layihə çərçivəsində hazırlanmış videoçarxların ümumilikdə 17 şəhər və rayonda, 1000-ə yaxın gəncin iştirakı ilə təqdimatı baş tutub. Anım Günü çərçivəsində keçirilən təqdimatların 8 Noyabr – Zəfər Gününədək respublikamızın bütün bölgələrini əhatə etməsi planlaşdırılır.
Qeyd edək ki, “Müzəffər Əsgərimiz” layihəsinin əsas məqsədi 44 günlük Vətən müharibəsində qələbəni bizə yaşadan qəhrəmanlarımızı tanıtmaq və onların xatirəsini dərin ehtiramla yad etməkdir.

4-10-2022, 22:19
Muğam Mərkəzində Səadət Butanın yaradıcılıq gecəsi

Beynəlxalq Muğam Mərkəzində şair Səadət Butanın yaradıcılıq gecəsi keçirilib.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə tanınmış şair Səadət Butanın 70 illik yubileyinə və 58 illik yaradıcılıq fəaliyyətinə həsr olunmuş gecə keçirilib.Tədbir zamanı "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin təşəbbüsü ilə Səadət Butanın kitabları və Güllü Eldar Tomarlının ev muzeyindən kəlağayılar nümayiş etdrilib.

Tədbirdə Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirin aparıcısı Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı, Səadət Buta haqqında məlumat verərək qeyd edib ki, tanınmış şair Səadət Buta yaradıcılığının Azərbaycan poeziyasında xüsusi yeri vadır.

Tədbirdə Səadət Butanın həyat və yaradıcılığına aid video-çarx nümayiş olunub.
Azərbaycan poeziyasının inkişafında göstərdiyi uzunmüddətli səmərəli fəaliyyətinə görə, xüsusilə aşıq poeziyasının inkişafında göstərdiyi əvəzsiz xidmətlərinə görə tanınmış şair Səadət Buta "Aşıq Ələsgər 200" yubiley medalı ilə təltif edilib. Yubiley medalını "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri, Dədə Ələsgərin nəticəsi Xətai Ələsgərli təqdim edib.
Tədbirdə Əməkdar artistlər Ağalar Bayramov, Nuriyyə Hüseynova, Rəhilə Bəndəliyeva, müğənni Aref Mehmandoost, aşıqlar Gözəl Kəlbəcərli, Telli Borçalı, Kəmalə Məhyəddinqızı, Aşıq Sevil Xıdırova, Rəfiqə Göyçəli, Aşıq Şaiq, Qabil Faxralı, Ramin Qarayev, şairlər Südabə İrəvanlı, Mərziyə Sarvan, Xətai rayon 59 saylı ort məktəbin şagirdləri İbrahimov Mübariz, Aslanlı Əsmər ifaları və çıxışları ilə Səadət Butanı təbrik ediblər.
Daha sonra Səadət Buta Azərbaycan poeziyasının inkişafında göstərdiyi əvəzsiz xidmətlərinə görə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi tərəfindən Fəxri diplomla təltif edilib.

Sonda Səadət Buta, yaradıcılığına göstərilən diqqətə görə bütün tamaşaçılara, saz-söz adamlarına öz dərin minnətdarlığını bildirib.
4-10-2022, 22:04
Elmar Bayramlıya həsr olunmuş anım tədbiri keçirildi

Sumqayıtda 24 saylı məktəbdə şəhid Elmar Bayramlıya həsr olunmuş anım tədbiri keçirildi

Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini anmaq, onların tanıdılmasında ailələrinə mənəvi dəstək olmaq hər birimizin borcudur. Bu şərəfli missiyada isə məktəblərin xüsusi rolu var. Belə məktəblərdən biri də Sumqayıt şəhərində fəaliyyət göstərən 24 saylı məktəbdir. Məktəb köhnə, təmirsiz olsa belə bir çox son texnalogiyalarla təmin olunmuş təmirli məktəblərdən qat-qat gözəl fəaliyyət göstərən məktəbdir. Ən əsası isə şəhidlərinə dəyər verən məktəbdir.
2020-ci ildə həmin məktəbin də məzunlarından Əliyev Eltun, Bayramlı Elmar və İsmayılov Elvin şəhadətə ucalmışdı. Məktəbin direktoru Cabbarova Nəsibə müəllimə məktəbinin şəhid məzunları haqqında tez-tez tədbirlər təşkil etdirir, valideynlərinin ziyarətində olur, bütün kollektivi ilə birlikdə hər zaman şəhid ailələrinə dəstək olmağa çalışır.

Bu dəfə isə məktəbdə təşkil olunan tədbir şəhid Elmar Bayramlıya həsr olunmuşdu.Şahüseynova İlhamə müəllimin təşkilatçılığı ilə 3a-sinfinin məktəbin şəhid məzunu Elmar bayramlınının anım gününə həsr olunmuş kiçik kompazisiyası zamanı şagirdlər şəhidlər haqqında şeirlər söyləyərək, vətənpərvərlik mövzusunda musiqilər səsləndirdilər. Tədbir zamanı şəhidimiz haqqında hazırlanan videoçarx nümayiş olunduqdan sonra qonaqlara söz verildi. Tədbirin xüsusi qonaqlarından biri olan şairə Esmira Günəş öz çıxışı zamanı şəhid Elmar Bayramlıya həsr etdiyi "Xarıbülbüllər" kitabını şəhidimizin anası Amaliya xanıma təqdim edərək, şəhidlərimizin kitablar və tədbirlər sayəsində hər zaman qəlblərdə yaşayacağını bildirdi. Daha sonra şəhidimizin anası hər kəsə təşəkkürünü bildirərək xatirə şəkilləri çəkdirdi. Tədbirdən sonra şairə Esmira Günəş və qonaqlar birlikdə məktəbin digər məzun şəhidlərinin adına yaradılan guşələrlə tanış oldular.
Əslində belə təmirsiz məktəbdə şəhidlərin xatirələrini yaşatmaq üçün yaradılan guşələr digər məktəblərə də örnək olmalıdır. Eşq olsun şəhidlərinə dəyər verən müəllimlərə!
4-10-2022, 20:58
Ağdamın yol və kommunikasiya şəbəkəsinin təməli qoyuldu


Ağdamın yol və kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimində iştirak ediblər. Butov.az xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma görüləcək işlərlə bağlı məlumat verib. Bildirildi ki, dördzolaqlı Bərdə-Ağdam avtomobil yolu Ağdamın şəhərdaxili yol şəbəkəsi ilə birləşir. Şəhərdaxili yolların ümumi uzunluğu isə 191,1 kilometrdir. İlkin mərhələdə 121 kilometr uzunluğunda yolların inşası nəzərdə tutulur. Qeyd edildi ki, şəhərdaxili yollar eni 55-60 metr olan 1-ci dərəcəli və eni 40 metr olan 2-ci dərəcəli ümumşəhər əhəmiyyətli prospektlərdən, həmçinin eni 34 metr olan ümumşəhər əhəmiyyətli və eni 20-24 metr olan yerli əhəmiyyətli küçə və yollardan ibarət olacaq. Yolların 2, 4 və 6 zolaqlı olması nəzərdə tutulur. Prezident İlham Əliyev Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlini qoyub.
4-10-2022, 20:56
Edillidə aşkarlanan kütləvi məzarlıqla bağlı cinayət işi açıldı


Edillidə aşkarlanan kütləvi məzarlıqla bağlı cinayət işi açıldı

Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığın aşkar edilməsi faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 115.4, 120.2.1, 120.2.7 və 120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. İstintaqla müəyyən edilib ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsipləri, o cümlədən «Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında» 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələbləri kobud surətdə pozularaq, 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxs öldürülüb və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilib. İstintaq zamanı Xocavənd rayonunun Edilli kəndi ərazisinə 23-26 fevral 2022-ci il tarixlərdə baxış keçirilərkən kütləvi məzarlıqdan 7 şəxsə aid, 14-30 sentyabr 2022-ci il tarixdə isə 18 şəxsə aid insan sümük qalıqları aşkar edilərək götürülüb. İş üzrə zəruri ekspertizalar təyin edilməklə sümük qalıqlarından nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib. Həmin hadisələrin şahidi olmaqla 28.08.1993-cü il tarixdən 14.12.1994-cü il tarixədək Ermənistan Respublikasında əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış Füzuli rayon sakini Şıxəliyev Şəmsi Canəhməd oğlu zərərçəkmiş şəxs qismində tanınıb. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
4-10-2022, 20:51
Hulusi Akar Azərbaycanda təltif olundu


Hulusi Akar Azərbaycanda təltif olundu

Oktyabrın 4-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, görüş zamanı M.Quliyev qardaş ölkənin nümayəndə heyətini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. O, bu işgüzar səfərin iki ölkə arasında əlaqələrin daha da inkişafına önəmli töhfə verəcəyinə əminliyini bildirib.Müdafiə Sənayesi Nazirliyinin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yardıldığını vurğulayan nazir, MSN-nin bugünədək böyük inkişaf yolu keçdiyini bildirib.M.Quliyev Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə olan uğurlu əməkdaşlıq barədə danışıb.44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstəyin qazandığımız Zəfərdə böyük rol oynadığını vurğulayan nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətlərinin iki ölkə arasındakı əlaqələrin inkişafına böyük töhfə verdiyini xüsusi qeyd edib. Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb. Türkiyənin milli müdafiə naziri H. Akar "Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" medalı ilə təltif edilib. Medalı qonağa M.Quliyev təqdim edib.Səmimi qəbula görə nazir M.Quliyevə təşəkkürünü bildirən H.Akar Ermənistanın təxribatlarının qarşısını alarkən şəhid olan hərbi qulluqçuların yaxınları və ailə üzvlərinə başsağlığı verib, yaralılara şəfa diləyib. İşgüzar səfər çərçivəsində baş tutan bu görüşün Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə olan əməkdaşlığın daha da inkişafında önəmli rol oynacağını qeyd edib. Sonda xatirə şəkli çəkdirilib.
4-10-2022, 20:44
Mətbuat Şurasının yeni strukturu formalaşdırıldı


Mətbuat Şurasının yeni strukturu formalaşdırıldı

Bu gün Azərbaycan Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk iclası keçirilib. Butov.az xəbər verir ki, toplantını giriş sözü ilə MŞ sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq Şuranın İdarə Heyətinin Azərbaycan jurnalistlərinin VIII qurultayında seçilmiş üzvlərinə təbriklərini çatdırıb, onlara qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb. R.Məcid MŞ-nin media-ictimaiyyət, media-hakimiyyət münasibətlərininn tənzimlənməsindəki rolundan söz açaraq bildirib ki, qurum uzun illər bu missiyasını sabiq sədr, hazırda “Xalq qəzeti”nin baş redaktoru kimi fəaliyyət göstərən İH üzvü Əflatun Amaşovun rəhbərliyi ilə uğurla reallaşdırıb. R.Məcid Şuranı yeni dövrün çağırışlarına uyğun daha dinamik fəaliyyət dövrünün gözlədiyini vurğulayıb, İdarə Heyətinin hər bir üzvünün ümumi işə fayda verəcəyinə əminliyini ifadə edib.
Bundan sonra MŞ-nin strukturlarını formalaşdırılıb. İH-nin ictimaiyyət təmsilçilərindən olan üzvü Bakı Dövlət Universitetinin dekanı, professor Vüqar Zifəroğlu, jurnalistlərdən olan üzvü ATV prezidentinin müşaviri Səadət Məmmədova MŞ sədrinin müavinləri seçiliblər.

***

R.Məcid MŞ-nin icraçı katibi vəzifəsinə hazırda Şurada monitorinq qrupunun rəhbəri olaraq fəaliyyət göstərən Əvəz Rüstəmovun namizədliyini irəli sürüb. Təklif İH üzvləri tərəfindən məqbul qiymətləndirilib.

***

İclasda Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının 29 sentyabr 2022-ci il tarixli toplantısının qərarı təsdiqlənib. Qərara əsasən “Qazilər.az” saytının baş redaktoru Rey Kərimoğlu NTK-nın sədri, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Nadir Azəri isə qurumun katibi olaraq müəyyənləşib.

***

Gündəlikdəki ikinci məsələ MŞ-nin komissiyalarının tərkibinin müəyyənləşdirilməsi olub. Əvvəlcə Şikayətlər üzrə Komissiyanın tərkibi təsdiqlənib. Sədr MŞ-nin sədr müavini Vüqar Zifəroğlu olmaqla İH üzvlərindən “Bayraqdar.info” saytının baş redaktoru Azər Həsrətin, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlunun, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərlinin, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədr müavini Bəhruz Məmmədzadənin Komissiyada təmsilçilikləri təsdiqlənib. R.Məcid məlumat verib ki, Azərbaycan jurnalistlərinin VIII qurultayında MŞ-də yeni Etika Komissiyası yaradıldı. Bu qurumun başlıca missiyası ümumən informasiya məkanımızda etik prinsiplərin qorunması ilə bağlı tendensiyaları izləməkdən, mövcud istiqamətdə müzakirələrin təşkilindən ibarət olacaqdır. Komissiyanın fəaliyyətinə media müstəvisindəki neqativ təmayüllərə operativ reaksiya vermək də daxildir. İclasda İH üzvü, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmlinin Etika Komissiyasına sədrliyi üzərində dayanılıb. Sədr Qulu Məhərrəmli olmaqla İH üzvlərindən “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızının, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayevin qurumun tərkibində təmsil olunmaları məqbul qiymətləndirilib. MŞ-nin Beynəlxalq əlaqələr Komissiyasının tərkibinə gəldikdə isə, İdarə Heyətinin üzvü Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin komissiyaya sədrliyi məqbul qiymətləndirilib. Komissiyanın tərkibinə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “Modern” Media Qrupunun rəhbəri Elşad Eyvazlı, “Technote” Media Şirkətinin rəhbəri Fərid Pərdəşünas və Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva daxil ediliblər. MŞ sədri R.Məcid Şuranın Media ilə dövlət qurumları arasında kommunikasiya üzrə Daimi Komissiyasının da mühüm praktik əhəmiyyət daşıdığını vurğulayıb. O, komissiyanın tərkibində Baş Prokurorluğun, Daxili İşlər, Ədliyyə Nazirliklərinin, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının təmsil olunduqlarını diqqətə çatdırıb. Müzakirələrdən sonra İH üzvü, “Modern” Media Qrupunun rəhbəri Elşad Eyvazlının komissiyaya sədrliyi təsdiqlənib.

***

İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan olunmasına dair Sərəncamı ətrafında fikir mübadiləsi aparılıb. Bununla bağlı MŞ tərəfindən müvafiq tədbirlər planının hazırlanması təklif olunub.

***

İdarə Heyəti Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi arasında Anlaşma Memorandumunun mətnini də müzakirəyə çıxarıb. Bununla əlaqədar İH üzvü M.Ələsgərli təqdimat edib. O deyib ki, memorandum layihəsində media savadlılığının, jurnalistlərin peşəkarlığının artırılmasına dəstək göstərmək, jurnalistlərin informasiya almaq hüququnun gücləndirilməsi imkanlarını artırmaq məqsədilə müştərək layihələr hazırlayıb icra etmək, habelə mediada dərc olunan və ya yayımlanan informasiyalara dair hüquqi tələblərin, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın tətbiqi imkanlarını yaxşılaşdırmaq üçün birgə maarifləndirci tədbirlər reallaşdırmaq və sair məsələlər əksini tapıb, digər təkliflər də nəzərdən keçiriləcəkdir.

***

Toplantıda həmçinin Azərbaycan Mətbuat Şurasının 2022-ci ilin oktyabr-dekabr ayları üzrə İş planı ilə bağlı müzakirələr aparılıb. Bu xüsusda media ekspertləri, fəal sosial şəbəkə istifadəçiləri, sosial şəbəkələrdəki populyar səhifə istifadəçiləri, internet platforma yayıcıları, jurnalist təşkilatlarının təmsilçiləri, MŞ-nin üzvü olmayan internet informasiya subyektləri ilə görüşlərin təşkili təklif olunub. Eyni zamanda 8 noyabr Zəfər Gününədək MŞ İdarə Heyətinin üzvlərinin qazilərlə, Vətən Müharibəsi iştirakçıları olan jurnalistlərlə, şəhid valideynləri ilə görüşlərinin reallaşdırılması məqsədəuyğun sayılıb. İclasda həmçinin MŞ-nin texnoloji imkanların jurnalist fəaliyyətinə təsir formaları, kiber təhlükəsizlik və peşə prinsipləri mövzusunda media təmsilçiləri üçün təlim təşkil etməsi ilə bağlı fikir mübadiləsi də aparılıb. Görüləcək bütün işlərlə əlaqədar konkret qrafik müəyyənləşdirilib, iş bölgüsü aparılıb, icraya məsul şəxslər müəyyənləşdirilib.

***

Cari məsələlərlə bağlı müzakirələrdə MŞ sədrinin müavini Səadət Məmmədova, İH üzvlərindən Umud Rəhimoğlu, Elçin Mirzəbəyli, Aqil Ələsgər, Yadigar Məmmədli, Ceyhun Musaoğlu və Azər Həsrət təkliflərini veriblər. Təkliflər Mətbuat Şurasının fəaliyyətinin səmərəliləşdirilməsi ilə bağlı olub. Mövcud istiqamətdə geniş fikir mübadiləsi aparılıb.
4-10-2022, 20:40
Xıdırlı kəndinin təməli qoyuldu


Xıdırlı kəndinin təməli qoyuldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam rayonunun Xıdırlı kəndinin təməlqoyma mərasimində iştirak ediblər. Butov.az xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma kənddə görüləcək işlərlə bağlı məlumat verib. Sonra kəndin tikintisi və inkişaf planı barədə videoçarx nümayiş olunub. Bildirildi ki, Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsinin ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır. Vurğulandı ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, dini, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfərin işlə təmin olunması planlaşdırılır. Qeyd edilib ki, Xıdırlıda tikinti işlərinə bu il oktyabrın 10-da başlanılacaq. Kənddə tikinti işlərinin 2024-cü il aprelin 10-da tamamlanması nəzərdə tutulur.
4-10-2022, 20:39
Prezident Atçılıq Nəsilartırma Mərkəzinin təməlini qoydu


Prezident Atçılıq Nəsilartırma Mərkəzinin təməlini qoydu

Oktyabrın 4-də Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Butov.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı və birinci xanım atlara baxış keçirdilər. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Atçılıq Nəsilartırma Mərkəzi barədə məlumat verildi. Qeyd olundu ki, mərkəzin konsepsiyası “Reflect Architechts” şirkəti tərəfindən hazırlanıb. Potensial böyümə hədəfi 30 hektar olan ərazinin 7 hektarında yerləşən mərkəzin tərkibində 120 baş at üçün xüsusi dizayn edilmiş tövlələr, nəsilartırma laboratoriyaları, baytarlıq klinikası və digər zəruri obyektləri yaradılacaq. Diqqətə çatdırıldı ki, mərkəzdə 60-80 otaqlı mehmanxana, muzey, kafe, restoran və tribunalar nəzərdə tutulub. İstər peşəkar, istərsə də həvəskar çaparlar üçün xüsusi məşq zonaları, qaçış zolaqları və Çövkən yarışları üçün meydança layihələndirilib.
4-10-2022, 20:26
Azərbaycan 17 erməni hərbçini İrəvana qaytarır


Azərbaycan 17 erməni hərbçini İrəvana qaytarır

Azərbaycan 13-14 sentyabr tarixlərində Ermənistanın son təxribatları zamanı saxlanılan 17 hərbçini qarşı tərəfə təhvil verəcək. Butov.az xəbər verir ki, ölkəsinə təhvil veriləcək erməni hərbçilərdən 4 nəfəri yaralıdır. Onlara Azərbaycanda lazımi tibbi yardım göstərilib. Yaxın vaxtlarda hərbçilərin Ermənistana qaytarılması planlaşdırılır. Qeyd edək ki, proses beynəlxalq kanallar vasitəsilə Ermənistan hökuməti ilə razılaşdırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!