9-07-2023, 22:25
Zelenski NATO-la bağlı hələ qərar verməyibUkrayna prezidenti Volodimir Zelenski iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitində iştirak edib-etməmək barədə hələ qərar verməyib. Bu barədə Ukrayna baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olha Stefanişina bildirib. “Hələlik yekun qərar verilməyib. Biz Vilnüsdəki bütün görüşlərin formatını tam başa düşmürük və fiziki olaraq masaya qoyulacaq qərarları tam başa düşmürük”, - Stefanişina “European Pravda”ya deyib. Onun sözlərinə görə, NATO sammitində müzakirə olunacaq yekun sənədlər üzərində iş hələ də davam edir. “Yəni, biz vəziyyəti simulyasiya edirik: Ukrayna-NATO Şurasının iclası var, sammitin özündə prezidentin çıxışı var. Liderlərin qarşısındakı masada sammitin yekunlarına əsasən qəbul edilməsi təklif olunan yekun sənədlər var. İndi biz bu sənədlərdə nələrin olacağını bilmirik”, - Stefanişina bildirib.
NATO-nun baş katibi Yens Stoltenberq Zelenskinin sammit çərçivəsində keçiriləcək Ukrayna-NATO Şurasının ilk iclasında iştirak edəcəyini bildirib
9-07-2023, 22:09
NATO raketləri ilə hücum etsə, Rusiya Avropadakı nüvə obyektlərinə zərbələr endirəcəkSmolensk AES-ə NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, Rusiya Şərqi Avropadakı nüvə obyektlərinə zərbələr endirə bilər. Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün teleqram kanalında bildirib. “Əgər Smolensk (Desnoqorsk) AES-ə NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, Rusiyanın Cənubi Ukrayna, Rivne və Xmelnitski AES-lərə, eləcə də Şərqi Avropadakı nüvə obyektlərin eyni vaxtda zərbə endirmək ssenarisini nəzərdən keçirmək lazımdır”, - deyə o qeyd edib.
Xatırladaq ki, bəzi teleqram kanalları Ukrayna Silahlı Qüvvələrinin Smolensk vilayətindəki Desnoqorsk nüvə zavoduna raketlərlə hücum etməyə çalışdığını iddia edib.
9-07-2023, 21:41
Ərdoğan amerikalı həmkarıyla telefon danışığı apardıTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Bayden ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Ukraynanın NATO-dakı mövqeyi, İsveçin NATO-ya üzvlüyü, F-16-ların təhvil verilməsi və Türkiyənin Avropa Birliyinə (AB) tam üzvlük prosesi müzakirə edilib. Ərdoğan deyib ki, Türkiyənin “F-16” tələbini İsveçin NATO-ya üzvlüyü ilə əlaqələndirmək düzgün deyil. Türkiyə lideri vurğulayıb ki, İsveçdə terror təşkilatı olan PKK/PYD/YPG tərəfdarlarının sərbəst şəkildə terroru dəstəkləyən nümayişlər keçirməsi ölkənin NATO-ya üzv olması ilə bağlı atılan addımlarını puça çıxarır.
9-07-2023, 19:47
Özbəkistanda prezident seçkiləriylə bağlı səsvermə başa çatdıÖzbəkistanda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb. Bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Yerli vaxtla saat 20.00-a ölkə ərazisindəki bütün seçki məntəqələri bağlanıb. ABŞ istisna ilə, Özbəkistanın xaricdəki diplomatik nümayəndəliklərində açılan seçki məntəqələri də bağlanıb.
Qeyd edək ki, saat 17.00-a seçici fəallığı 69,85 faiz olub.
9-07-2023, 19:18
Sudan və İran səfirliklərin açılması barədə razılığa gəldiSudan və İran yaxın gələcəkdə diplomatik münasibətlərin bərpası və səfirliklərin açılması barədə razılığa gəliblər. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Əlcəzairdə keçirdiyi mətbuat konfransında deyib. Bildirib ki, bu barədə qərar Bakıda Qoşulmama Hərəkatının nazirlər toplantısı çərçivəsində sudanlı həmkarı Əli Əl-Sadiq Əli ilə aparılan danışıqlarda qəbul edilib. Münasibətlərin bərpası Ər-Riyad və Tehran arasında normallaşma fonunda baş verir. Sudan 2016-cı ildə Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumdan sonra İranla diplomatik əlaqələri kəsib. Bu ilin martında Səudiyyə Ərəbistanı və İran Çinin vasitəçiliyi ilə əldə olunan razılaşmanın bir hissəsi olaraq mart ayında münasibətləri bərpa etmək barədə razılığa gəliblər.
9-07-2023, 18:05
N hərbi hissəsinin yaradılmasının ildönümü münasibətilə tədbir keçirildiİyulun 9-da N hərbi hissəsinin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Tədbirdə Müdafiə Nazirliyinin və rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, hərbi hissənin şəxsi heyəti, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasimdə Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri şəxsi heyətə çatdırılıb. Çıxış edənlər hərbi hissənin yaranma tarixindən, keçdiyi döyüş yolu, o cümlədən Vətən müharibəsi və son əməliyyatlarda iştirakından, eləcə də qarşısında duran vəzifələrdən danışıblar. Hərbi hissənin qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəldiyi xüsusi qeyd olunub. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasəti uğurla davam etdirdiyi vurğulanıb. Bildirilib ki, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində şəxsi heyətin döyüş hazırlığı və sosial-məişət şəraiti daim yüksək səviyyədə saxlanılıb. Sonra komandoların nümunəvi çıxışları izlənilib, incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim olunub. Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.
9-07-2023, 17:37
XİN əməkdaşları “Heydər Zirvəsi”nə qalxdıAzərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları peşə bayramı günü qürurla 3 751 metrlik "Heydər zirvəsi"nə qalxıblar. Bu barədə XİN-dən bildirilib. Qeyd edilir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və “Heydər Əliyev İli” münasibətilə, Azərbaycanın Xarici İşlər Nazirliyinin əməkdaşları 9 iyul peşə bayramı günü qürurla "Heydər zirvəsi"nə (3 751 metr) qalxıb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, 9 iyul - diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür. Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür.
9-07-2023, 16:46
Fransada 6 minə yaxın insan küçələrə axışdıFransanın bir çox şəhərində polis zorakılığına qarşı etiraz aksiyası keçirmək üçün 6 minə yaxın insan küçələrə çıxıb. Bu barədə bazar günü Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb. Hakimiyyət orqanlarının məlumatına görə, respublikada 30-a yaxın nümayiş təşkil olunub. Polis prefekturasının qadağasına baxmayaraq, ən böyük aksiya Parisdə baş tutub. Etirazlarda 2 minə yaxın insan iştirak edib. Marseldə 750, Nantda 640, Strasburqda 400, Bordoda 200 nəfər nümayişə gedib. Etirazlar Anqulme, Venisyo, Dijon və ölkənin digər şəhərlərində də keçirilib. Lilldə yerli hakimiyyət nümayişi qadağan edib. Parisdə 2016-cı ildə jandarmlar tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən 24 yaşlı qaradərili Adama Traorenin bacısı Assa Traorenin çağırışı ilə Respublika meydanında mitinq keçirilib. Aksiya başlamazdan əvvəl prefektura nümayişə qadağa qoyub. İştirakçılar meydana toplaşmağa başlayanda polis hərəkətə keçib, icazəsiz nümayişdə iştirak etdiklərinə görə bir neçə nəfəri cərimələyib.
Qeyd edək ki, Fransada kütləvi etirazlar polis əməkdaşlarının iyunun 17-də əlcəzairəsilli 17 yaşlı yeniyetməni odlu silahla qətlə yetisməsindən sonra başlayıb. Ölkədə digər xalqların nümayəndələrinə qarşı bu cür zorakılıq ilk dəfə deyil ki, baş verir.
9-07-2023, 16:01
G7 ölkələri Ukrayna infrastrukturunun bərpası üzrə razılığa gəldi“Böyük Yeddilik” qrupunun (G7) şəhərsalma üzrə nazirləri Yaponiyanın qərbindəki Takamatsu şəhərində başa çatan danışıqlar zamanı Ukrayna infrastrukturunun bərpası üzrə razılığa gəliblər. Nazirlər, həmçinin istixana qazı emissiyalarının azaldılacağı şəhər mühitinin formalaşmasına töhfə verməyə razılaşıblar.
Qeyd edək ki, mayın 20-də G7 liderlərinin Xirosima sammitinin yekunlarına dair birgə bəyanatında 2030-cu ilə qədər dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına ehtiyac vurğulanır.
9-07-2023, 15:03
Fransa Ukraynaya yardımı artırırFransa Ukraynaya yardımı artıracaq. Bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna deyib. O, qeyd edib ki, heç kim Fransanın lazım olduğu qədər Ukraynanı dəstəkləmək əzminə şübhə etməməlidir. Yeni hərbi yardımın çatdırılmasına hazırlıq görülür. "Fransa dəfələrlə təsdiqləyib ki, o, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qanuni müdafiəsini təmin etmək üçün lazım olduğu müddətdə Kiyevə dəstək verəcək. Bu öhdəliyi yerinə yetirmək əzmimizə heç kim şübhə etməməlidir", - nazir vurğulayıb. Ketrin Kolonnanın sözlərinə görə, Fransa tərəfindən göstərilən yardım Kiyev tərəfindən formalaşdırılan ehtiyacların ödənilməsinə yönəlib. Söhbət ilk növbədə hava hücumundan müdafiə və artilleriyaya yönəldərək Ukraynaya Rusiyanın təcavüzündən özünü müdafiə etməkdə kömək etməkdən gedir. "Bu dəstək davam edəcək və intensivləşəcək. Ukraynanın ifadə etdiyi təcili ehtiyaclar nəzərə alınmaqla yeni hərbi yardım göndərişləri hazırlanır", - nazir bildirib.