Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                       
10-07-2023, 20:02
XİN Başçısı Müqəddəs Taxt-Tacın dövlət katibiylə görüşdü


XİN Başçısı Müqəddəs Taxt-Tacın dövlət katibiylə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın ölkəmizdə səfərdə olan dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Söhbət zamanı Azərbaycan-Vatikan münasibətlərinin cari vəziyyəti və gələcək perspektivləri, Azərbaycanla Ermənistan arasında sülh prosesi və bölgədəki hazırkı vəziyyət müzakirə edilib.
Ceyhun Bayramov Azərbaycanın ölkələrimiz arasında olan münasibətlərə böyük əhəmiyyət verdiyini və bu xüsusda Azərbaycanın Vatikanda yeni fəaliyyətə başlayan səfirliyinin əməkdaşlığın daha da inkişafına xidmət göstərəcəyinə əminliyini ifadə edib. İki tərəf arasında həyata keçirilən yüksək səviyyəli səfərlər mübadiləsinin bu münasibətlərin inkişafına təkan verdiyi qeyd olunub. Nazir, həmçinin qarşı tərəfə 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə törədilmiş cinayətlər, vandalizm və dağıdılmış mədəni və dini irs barədə ətraflı məlumat verib. Bununla yanaşı, Ermənistanın törətdiyi və davam edən mina təhdidləri və digər təxribatları barədə müfəssəl məlumat verilib. 1990-cı illərin əvvəllərindən 3 800-dən yuxarı itkin düşmüş azərbaycanlı barədə hələ də məlumat olmadığı diqqətə çatdırılıb.
Qeyd edilənlərlə yanaşı, Ermənistanın sərhədi təsadüfən keçmiş hərbçilərin geri qaytarılması barədə etimad quruculuğu tədbirlərinə əməl etmədiyi xatırlanıb.
Görüşdə, həmçinin Azərbaycanın Vatikanın tarixi və dini məkanlarının bərpasında iştirakı məmnunluqla qeyd edilib və bunun mədəniyyətlərarası dialoqa bir töhfə kimi qiymətləndirildiyi diqqətə çatdırılıb. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
10-07-2023, 19:51
Ərdoğan Stoltenberq və İsveçin Baş naziri ilə görüşdü


Ərdoğan Stoltenberq və İsveçin Baş naziri ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberq və İsveçin baş naziri Ulf Kristerssonla görüşüb. Bu barədə TRT məlumat yayıb. Bildirilir ki, görüş Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammiti çərçivəsində baş tutub. Görüş mətbuata qapalı keçirilir.

10-07-2023, 19:12
Keçən həftə aşkarlanan minaların sayı açıqlandı


Keçən həftə aşkarlanan minaların sayı açıqlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, iyulun 3-dən iyulun 8-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 19 mina və 39 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. 271,82 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
10-07-2023, 18:27
Pakistanda hökm sürən güclü yağışlar 80 nəfərin ölümünə səbəb olub


Pakistanda hökm sürən güclü yağışlar 80 nəfərin ölümünə səbəb olub

Pakistanda iyunun 25-dən bəri davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 80-ə çatıb. Bu barədə ölkənin Milli Fəlakət İdarəetmə Agentliyi (NDMA) məlumat yayıb. Məlumata görə, Pəncab, Sind və Bəlucistan əyalətlərində son 24 saat ərzində güclü yağışlar nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb. Yaralananların ümumi sayı isə 142-yə yüksəlib.
Qeyd edək ki, hər il iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana böyük ziyan vurur. Ötən il musson yağışların səbəb olduğu daşqınlar nəticəsində 1739 nəfər həlak olub.
10-07-2023, 18:00
Stalkoviç “Neftçi”dən ayrıldı


Stalkoviç “Neftçi”dən ayrıldı

"Neftçi" futbolçusu Voislav Stankoviçlə yollarını ayırıb. Klubdan verilən məlumata görə, serbiyalı müdafiəçi ilə başa çatan müqavilənin müddəti yenilənməyib.
Qeyd edək ki, 36 yaşlı oyunçu 2019-cu ilin yayından Bakı klubunun formasını geyinirdi. O, Azərbaycanda "İnter" (hazırkı "Şamaxı") və "Qəbələ" komandalarında da çıxış edib.
10-07-2023, 17:43
Ukrayna hakimiyyəti Sumı və Xarkov şəhərlərini təslim olmağa hazırlayır


Ukrayna hakimiyyəti Sumı və Xarkov şəhərlərini təslim olmağa hazırlayır

Ukraynanın Sumı vilayətində beş kilometrlik sərhəd zolağında yerləşən yaşayış məntəqələrinin sakinlərinin təxliyəsi üçün hazırlıqlara başlanılıb. Bu barədə Sumı Regional Hərbi Administrasiyasının teleqram kanalı regionun rəhbəri Vladimir Artyuxa istinadən məlumat yayıb. Onun sözlərinə görə, təxliyə qərarı hərbçilərin, rayon və ərazi icmalarının rəhbərlərinin məruzələrinin nəticələri əsasında sərhəd bölgəsində əməliyyat şəraitinin hərtərəfli təhlilindən sonra qəbul edilib.
Rusiya mətbuatında yer alan xəbərlərə əsasən, Ukrayna hakimiyyəti Sumı və Xarkov şəhərlərini təslim olmağa hazırlayır. Artıq iki şəhərdə iri müəssisələrin boşaldılmasına başlanıldığı deyilir.
10-07-2023, 17:26
DİN qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirdi


DİN qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirdi

Daxili İşlər Nazirliyində (DİN) 2023-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
İclası giriş sözü ilə açan respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu ilin birinci yarısının da növbəti uğurlu hesabat dövrlərindən olduğunu, daxili işlər orqanları və Daxili Qoşunların cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində gündəlik vəzifələrin öhdəsindən layiqincə gəldiyini, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə təhlükəsizliyin etibarlı təmin edildiyini vurğulayıb.
Nazir məmnunluqla qeyd edib ki, daxili işlər orqanlarının fəaliyyətini həmişə yüksək qiymətləndirən cənab Prezidentin sərəncamları ilə ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşıya qoyulmuş tapşırıqların icrasında fərqləndiklərinə görə 38 əməkdaş və hərbi qulluqçu dövlət mükafatlarına layiq görülüb, habelə rəhbər vəzifəli 4 əməkdaşa ali xüsusi rütbə verilib.
İlin ikinci yarısında da qarşıda mühüm vəzifələrin durduğunu qeyd edən general-polkovnik V.Eyvazov onların ətraflı müzakirəsinin, xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün əlavə təşkilati tədbirlərin müəyyən edilib həyata keçirilməsinin vacibliyini bildirib.
Hesabat məruzəsi ilə çıxış edən nazirin birinci müavini polis general-leytenantı Seyfulla Əzimov ötən 6 ayda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 19.533 cinayət qeydə alındığını və bu cinayətlərin 95,5 faizinin (18.661-i) daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olduğunu bildirib. Eləcə də 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələrin 15,4, qəsdən sağlamlığa ağır zərər vurmaların 12,3, əzab vermələrin 22,2, odlu silahın tətbiqi ilə törədilən cinayətlərin 21,7, adam oğurluqları və quldurluqların hər birinin 25, soyğunçuluqların 8,4, xuliqanlıqların 16,6, oğurluqların 1,7, onlardan mənzillərdən edilənlər 21,7, ailə münaqişəsi zəminində baş vermiş cinayətlərin 1,4, ictimai yerlərdə qeydə alınmış cinayətlərin 13,6 faiz azaldığını qeyd edib.
Kriminal qəsdlərin qurbanlarının pozulmuş hüquqlarının bərpası istiqamətində həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə ümumi cinayətlərin 90 faizinin, o cümlədən “isti izlər”lə 1605 cinayətin açıldığını, 4587 hüquqazidd əməlin qarşısının alındığını, axtarışda olan 3291 şəxsin tutulduğunu, dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 79,4 faizinin ödətdirildiyini vurğulayıb.
Məruzəçi mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 395 kriminal qrupun zərərsizləşdirildiyini, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 275 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 946 kiloqram çox – 2 ton 921 kiloqram narkotik vasitə çıxarıldığını, qanunsuz kultivasiya olunan 143 ton narkotik xassəli bitkinin aşkarlanıb məhv edildiyini nəzərə çatdırıb.Həmçinin vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində mühüm vəzifələrin icrası çərçivəsində mediada qabaqcadan məlumat verilməklə 2318 vətəndaşın qəbulunun həyata keçirildiyini, qaldırılan məsələlərin əksəriyyətinin öz qanuni həllini tapdığını bildirib.
Məruzəətrafı çıxışlarda Nazirliyin bir sıra baş idarələrinin, Polis Akademiyasının və ərazi polis orqanlarının rəhbərləri görülmüş işlər, əldə olunmuş nəticələr, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə planlaşdırılan tədbirlər barədə məlumat veriblər.
Kollegiya iclasına yekun vuran nazir general-polkovnik V.Eyvazov cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində müsbət nəticələrin inkişaf etdirildiyini vurğulayaraq xidməti fəaliyyətin səmərəliliyinin daha da artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müəyyənləşdirdiyi əsas vəzifələrdən olduğunu xatırladan nazir cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, müraciətlərə baxılması və qəbul işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib.
Narkotiklərlə mübarizənin vəziyyətinə toxunan nazir V.Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirib. Yeniyetmələr və gənclər arasında aparılan antinarkotik təbliğatın əhəmiyyətini nəzərə çatdıraraq bu qəbildən tədbirlərin davamlı və məqsədyönlü olması, fəaliyyətin ölkədə narkotiklərə olan tələbatın azaldılması məqsədi üzərində qurulması ilə bağlı göstərişlər verib.
Nazir cinayətkarlığa, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə vətəndaşların və medianın fəal iştirakına da toxunaraq onlara, habelə respublikada ağır və xüsusilə ağır cinayətlərin qarşısının alınması, istintaqı, keçmiş illərdən bağlı qalmış 258 cinayətin açılmasında birgə səmərəli fəaliyyətlərinə görə Baş Prokurorluğun və ərazi prokurorluqlarının əməkdaşlarına təşəkkürlərini ifadə edib.
Müasir texnologiyaların tətbiqinin və idarəetmədə elektronlaşdırmanın genişləndirilməsinin zəruriliyini, hüquqi və fiziki şəxslərə məxsus obyektlərin, mənzillərin mühafizə-siqnalizasiya vasitələri ilə təmin edilməsinin, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı müdafiəsinin, bütövlükdə polisin xalqa xidmət işini peşəkarlıqla yerinə yetirməsinin vacibliyini nəzərə çatdırıb.
Nazirliyin tədris müəssisələrində tədris və təlim prosesinin qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdiyini də qeyd edən general-polkovnik Vilayət Eyvazov ixtisaslı kadr hazırlığı, kursant və dinləyicilərdə analitik düşüncə tərzinin, müasir texnologiyalarla işləmək və ekstremal şəraitdə düzgün qərar çıxarmaq bacarığının formalaşdırılması üzrə görülən işlərə, bu istiqamətdə əldə olunmuş müsbət nəticələrə diqqət çəkib, möhkəm intizamın təməli sayılan döyüş, fiziki, mənəvi-psixoloji və sıra hazırlığının yüksəldiyini bildirib. Kollegiyada müzakirə olunan məsələ üzrə qarşıda duran vəzifələrlə bağlı qərar qəbul edildi və növbəti iclasda onun icra vəziyyətinə dair hesabatların dinləniləcəyi qeyd olunub. General-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarına göstərdiyi ali diqqətə, fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına görə Azərbaycan Prezidenti İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib və əmin edib ki, respublikada ictimai asayişin mühafizəsi, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində vəzfələr bundan sonra da layiqincə və tam yerinə yetiriləcək.

10-07-2023, 17:10
Taxıl sahəsində baş vermiş yanğın söndürüldü


Taxıl sahəsində baş vermiş yanğın söndürüldü

Tərtər rayonunun Bala Kəngərli kəndi yaxınlığında
taxıl sahəsində baş vermiş yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

10-07-2023, 16:44
Şolts Ərdoğanın təklifinə münasibət bildirdi


Şolts Ərdoğanın təklifinə münasibət bildirdi

"Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə İsveçin NATO-ya üzvlüyü arasında heç bir əlaqə yoxdur".
Bunu Almaniyanın kansleri Olaf Şolts Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifinə münasibət bildirərkən deyib.
Qeyd edək ki, bundan əvvəl Ərdoğan Türkiyənin İsveçin NATO-ya üzv olmasına yaşıl işıq yandırması üçün ölkəsinin Avropa İttifaqına üzvlüyü ilə bağlı qapıların açılmalı olduğunu vurğulamışdı. NATO baş katibi Yens Stoltenberq Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəklədiklərini bəyan etmişdi.
10-07-2023, 16:16
İlham Əliyev özbəkistanlı həmkarına təbrik məktubu ünvanladı


İlham Əliyev özbəkistanlı həmkarına təbrik məktubu ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Hörmətli Şavkat Miromonoviç, Özbəkistan Respublikasının Prezidenti vəzifəsinə keçirilən növbədənkənar seçkilərdə qazandığınız parlaq qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Səsvermənin nəticələri milli iradənin ifadəsi, Özbəkistan vətəndaşlarının Sizin şəxsinizə olan sonsuz etimadının, inamının və hörmətinin, ölkənizin hərtərəfli inkişafı, rifahı və tərəqqisi naminə yürütdüyünüz siyasi xəttə geniş xalq dəstəyinin bariz təzahürüdür. Biz ortaq tarixi-mədəni köklər, qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Özbəkistan münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Xalqlarımızın iradə və məramından qaynaqlanan, qarşılıqlı inam və dəstəyə əsaslanan dövlətlərarası əlaqələrimizin bugünkü səviyyəsi, tərəfdaşlığımızın yüksələn xətlə inkişaf etməsi xüsusi məmnunluq doğurur. Sevindirici haldır ki, son dövrdə ikitərəfli münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafında yeni istiqamətlər müəyyən edilmişdir. Əminəm ki, birgə səylərimizlə qardaş ölkələr və etibarlı tərəfdaşlar olan Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq münasibətlərinin inkişafına, çoxşaxəli əməkdaşlığın genişlənməsinə, strateji tərəfdaşlığın daha da dərinləşməsinə nail olacağıq.
Hörmətli Şavkat Miromonoviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Özbəkistan Respublikasının və xalqının əmin-amanlığı və firavanlığı naminə məsul dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!