Əlli bir ildən sonra çöysüyən həsrət .....                        Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib .....                        AZAL təyyarəsinin "qara qutu"ları bu ölkəyə göndərilir - RƏSMİ .....                        Suriyada seçkilər nə vaxt keçiriləcək? .....                        “Rusiya ilə bağlı bu nüans çox vacibdir” - Fərid Şahbazlı .....                        "Mançester Siti"nin növbəti qələbəsi .....                        Əfqanıstan da Azərbaycana başsağlığı verdi .....                        Suriyadakı səfirliyimiz yenidən fəaliyyətə başlayır .....                        Təyyarə qəzasında həlak olan sərnişin Şəmkirdə dəfn edildi .....                       
29-07-2023, 19:59
Ermənistan XİN yenə də dezinformasiya yayır - Ayxan Hacızadə


Ermənistan XİN yenə də dezinformasiya yayır - Ayxan Hacızadə

Ermənisan Xarici İşlər Nazirliyi yenə də dezinformasiya yayır.
Bunu Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “Twitter“də yazıb.
Ermənistan XİN sözçüsü Ani Badalyanın yalan informasiyalar səsləndirməsinə cavab olaraq, Hacızadə qeyd edib ki, haqqında sözügedən 68 yaşlı Vaqif Xaçaturyan Xocalıdakı Meşəli qətliamında iştirak etdiyi üçün beynəlxalq axtarışa verilib.
Hacızadənin sözlərinə görə, istintaq müəyyən edib ki, Xaçaturyan 1991-ci ildə Meşəli kəndinə basqın edərək 25 azərbaycanlını qətlə yetirmiş, 14 nəfəri yaralamış, 358 azərbaycanlını öz yurd-yuvasından didərgin salmış erməni silahlı cinayətkarları sırasında yer alır.
Qeyd edək ki, Vaqif Xaçaturyan bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
29-07-2023, 19:41
Xaçaturyan Laçın sərhəd-keçid məntəqəsində saxlanıldı - VİDEO


Xaçaturyan Laçın sərhəd-keçid məntəqəsində saxlanıldı

Xəbər verdiyimiz kimi, bu gün qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri Xaçaturyan Vaqif Çerkezoviç Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Butov.az Xaçaturyanın Laçın sərhəd-keçid məntəqəsindəki görüntülərini təqdim edir:

29-07-2023, 19:09
Hikmət Hacıyev Xaçaturyanın saxlanmasına münasibət bildirdi


Hikmət Hacıyev Xaçaturyanın saxlanmasına münasibət bildirdi


“25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçatryanın saxlanmasına Ermənistanın rəsmi, ictimai/media qurumlarının “etirazı” dövlət səviyyəsində hərbi cinayətlərə dəstək və haqq qazandırmaqdan başqa bir şey deyil”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev twitterdə bildirib.
“O, insan qaçaqmalçılığı üçün BQXK-nin tibbi evakuasiyasından istifadə etməyə çalışıb”, - Prezidentin köməkçisi əlavə edib.
29-07-2023, 18:14
Atletimiz qızıl medal qazandı


Atletimiz qızıl medal qazandı

26 iyul – 3 avqust tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) iştirak edir. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulurlar.
Bu gün onlardan Ömər Cavadov körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlər arasında 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atletimiz birdən qaldırma hərəkətində 152 kq-ı ram edib və bu hərəkətdə Avropa birinciliyinin qalibi olub.
Cavadov təkana qaldırma hərəkətində 165 kq-ı qaldırıb və bu hərəkətdə 4-cü olub.
Toplam 317 kq (152+165) nəticə göstərən Ömər yekun sıralamada da 4-cü yeri tutub.
29-07-2023, 17:22
Baş nazir Bakı Gəmiqayırma Zavoduyla tanış oldu


Baş nazir Bakı Gəmiqayırma Zavoduyla tanış oldu

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 29-da Bakı Gəmiqayırma Zavodunda olub.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Baş nazir zavodda görülmüş işlər, bu günədək icra olunmuş və potensial layihələrlə tanış olub.
Tanışlıq zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarovun, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurovun və Bakı Gəmiqayırma Zavodunun İdarə Heyətinin sədri Elşad Nuriyevin iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə zavodun fəaliyyəti, həmçinin onun istehsalat gücünün artırılması planları ilə bağlı təqdimatlar edilib, ölkəmizin nəqliyyat-tranzit potensialının artması fonunda müəssisənin işinin daha səmərəli şəkildə qurulmasının, onun fəaliyyətinin kommersiya səmərəliliyinin artırılmasının zəruriliyi vurğulanıb.
Eyni zamanda, zavodun dayanıqlı və istehsal gücündən tam istifadə edilməsi üçün maliyyələşmə mexanizminin və uzun müddətli kreditlərin cəlb edilməsi, müəssisənin istehsal gücünün artırılması üçün yeni qapalı sahələrin yaradılması, həmçinin bərpa olunan enerji istehsalı üçün zavodun texniki imkanlarının genişləndirilməsi məsələləri müzakirə edilib.
Zavodun potensialının artırılması, istehsalat işlərinin genişləndirilməsi ilə bağlı konkret təkliflərin təqdim edilməsi üçün İqtisadiyyat Nazirliyinə tapşırıq verilib.
Daha sonra zavodun ərazisində fəhlələrlə görüş olub.
29-07-2023, 15:33
Sabiq erməni səfiri və oğlu saxlanıldı


Sabiq erməni səfiri və oğlu saxlanıldı

Ermənistanın İsraildəki sabiq səfiri Armen Smbatyan və oğlu Sergey Smbatyan saxlanılıb.
Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Onlar dələduzluqda şübhəli sayılır.
Qeyd edilir ki, şəxslərin qanunsuz əməlləri nəticəsində dövlətə 966 milyon dram (təxminən 2.5 milyon dollar) məbləğində ziyan dəyib.
29-07-2023, 15:07
Çüdoçumuz qələbə qazandı


Çüdoçumuz qələbə qazandı

Azərbaycan Çinin Çendu şəhərində keçirilən XXXI Yay Universiadasında ilk medalını qazanıb.
48 kq-da mübarizə aparan cüdoçu Leyla Əliyeva bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, Universiadada Azərbaycanı 20 ali təhsil müəssisəsindən 18-27 yaş aralığında 87 atlet 16 idman növündə təmsil edir.
Avqustun 8-dək davam edəcək yarışda 113 ölkədən 6 500 tələbə idmanın 18 növü üzrə 269 medal dəsti uğrunda mübarizə aparacaq. Yarışların təşkili üçün 49 arena ayrılıb.
29-07-2023, 13:19
“Laçın” təyyarəsinin sınaq uçuşları keçirildi


“Laçın” təyyarəsinin sınaq uçuşları keçirildi

Azərbaycan Ordusunun istifadəsində olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə modernizə edilməsi prosesi həyata keçirilir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq Türkiyəyə göndərilmiş Su-25 hücum təyyarəsində "Türk Aviasiya və Kosmik Sənaye Şirkəti" (TUSAŞ) tərəfindən modernləşdirmə işləri yekunlaşdıqdan sonra Azərbaycana gətirilib.
"Laçın" layihəsi adı altında modernizasiya edilərək yenidən hərbi pilotlarımızın istifadəsinə verilən Su-25ML (modernizə edilmiş "Laçın") təyyarəsinin sınaq uçuşları keçirilib.
Təyyarəyə yeni quraşdırılmış Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin testləri yekunlaşıb və ümumilikdə görülən işlər hərbi mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib.
Qeyd edək ki, İstanbulda “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində iyulun 26-da Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının "TUSAŞ" şirkəti arasında “Su-25 modernləşdirmə layihəsi ("Laçın") müqaviləsinin imzalanma mərasimi” keçirilib.

29-07-2023, 13:06
Bazar gününün hava proqnozu


Bazar gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-31° isti olacaq.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Arabir güclənən şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.
29-07-2023, 12:41
İlham Əliyev fərman imzaladı - Ödənişli parklanma təsdiqləndi


İlham Əliyev fərman imzaladı - Ödənişli parklanma təsdiqləndi

"Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası”nı təsdiq edilib.
Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!