4-07-2023, 14:44
Hakan Fidan bir sıra məsələlərə münasibət bildirdi
"Stokholmda Qurani-Kərimə qarşı edilən alçaq hücumu və xəbərdarlıqlarımıza baxmayaraq, bu hücuma göz yumulmasını qətiyyətlə pisləyirik". Bunu Türkiyənin XİN başçısı Hakan Fidan deyib. İsrail-Fələstin münaqişəsi ilə bağlı o qeyd edib ki, bölgədə sülhün bərqərar olması üçün səylər davam etdiriləcək. "Türkiyə və Misir öz bölgələrində iki güclü qardaş ölkədir. Tarixi, coğrafi, mədəni və inanc bağlarına görə bir-birindən ayrı olması doğru deyil. Bu gün verdiyimiz ortaq qərarla qarşılıqlı səfir təyinatı gerçəkləşdirdik. İndi normallaşmanın mühüm mərhələsini geridə qoyuruq. Siyasi və iqtisadi sahədə əlaqələrimiz böyük sürətlə davam edəcək", - nazir vurğulayıb. "İsveçin münasibəti NATO-ya problemlər gətirən münasibətdir. “İsveçin NATO-ya üzvlüyü yükdür, yoxsa fayda” məsələsi indi daha çox müzakirələrə açıqdır. Terror təşkilatları küçələrdə hər cür aksiyalar edə, pul yığa, münaqişə zonalarında insan alveri edə bilər. İsveç ev tapşırığını edirsə, başqa alternativlər də var. Bununla belə, müqəddəs dəyərləri təhqir etməyə imkan verən atmosfer və İsveçin təhlükəsizliklə bağlı təxribatların qarşısını ala bilməməsi bizi daha çox düşündürür", - o əlavə edib.
4-07-2023, 14:21
İran Şanxay Əməkdaşlıq Təşkilatının üzvü oldu - Rəsmiİran rəsmi şəkildə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvlüyünə daxil olub. Bu barədə təşkilatın bu gün keçirilən virtual sammitində qərar qəbul edilib. Beləliklə, ŞƏT-ə üzv olan ölkələr Qazaxıstan, Hindistan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan və İrandır.
4-07-2023, 13:42
Ucqar kəndlərdə də elektron resept tətbiq olunacaqElektron reseptin proqram təminatının 95 %-i hazırdır. Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında iştirak edən səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib. “İlk olaraq Bakı və bir neçə region sistemə qoşub. Bundan sonra ucqar kəndlərdə də bu tətbiqin istifadəsində israrlıyıq”, - deyə o vurğulayıb.
4-07-2023, 13:40
Prezident bu avtomobil yolunun tikintisiylə bağlı Sərəncam imzaladıPrezident İlham Əliyev Zərdab rayonunun Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat ayrılıb.
4-07-2023, 13:27
Qiymətlər hər bir ölkəyə görə fərqli təyin olunur - Nazir müaviniSəhiyyə Nazirliyinin qarşıya qoyduğu bir neçə məsələ var. Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında çıxış edən səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib. “Bizim hədəfimiz Azərbaycandakı dərman vasitələrinin qiymətinin bütün dünya ölkələri ilə müqayisədə ən aşağı olmasıdırmı, yoxsa əlçatan olmasıdır? Qeyd edim ki, qiymətlər hər bir ölkəyə görə fərqli təyin olunur. Daxili istehsalı olan ölkəyə təyin edilən qiymətlər başqa olur. O zaman dərman vasitələrinin qiymətinin aşağı salınması ilə bağlı necə fikir demək olar? Bu kimi məsələlərə aydınlıq gətirilməlidir”, - deyə o bildirib.
4-07-2023, 13:13
Dərmanların uzun müddət gömrükdə qalması məsələsi işıqlandırıldıDərman vasitələrinin uzun müddət gömrükdə qalması məsələsinə aydınlıq gətirilib. Səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin iclasında çıxışı zamanı bu məsələyə toxunub. “Milli Məclisdə dərman vasitələrinin gömrükdə uzun müddət saxlanılması ilə bağlı məsələ qaldırılıb. Bu məsələni aydınlaşdıracağıq. Müvafiq qurumla da danışıqlar aparacağıq. Aylarla dərmanların gömrükdə qalması həqiqətən də ciddi problemdir”, - deyə o bildirib.
4-07-2023, 13:05
Balaxanıda hərbi sursat aşkarlandıFövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon
xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib. Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
4-07-2023, 12:26
Sabahın hava proqnozuAzərbaycanda iyulun 5-də gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-50 faiz təşkil edəcək. Abşeron çimərliklərində gözlənilən hava şəraiti: mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba) 22-23°, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 17-22° isti olacaq.
4-07-2023, 11:28
Paşinyan amerikalı həmkarına təbrik məktubunda Qarabağa toxunduErmənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Co Baydeni Müstəqillik Günü münasibətilə təbrik edib. O, "ərazi bütövlüyü və suverenliyi" dəstəklədiyinə görə ABŞ-a təşəkkürünü bildirib. Ermənistanın baş naziri, həmçinin Vaşinqtonun Cənubi Qafqazda sülhün bərqərar olması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Qarabağ məsələsi istiqamətində səylərini yüksək qiymətləndirib.
"İrəvan regionda uzunmüddətli sülh yolu ilə inkişaf maraqları naminə Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığını nəzərə alaraq sülh gündəliyinə sadiq qalmaqda davam edir", - təbrikdə deyilir.
4-07-2023, 11:12
Bakı yalnız bir mövzunu müzakirə edir - ArutyunyanAzərbaycan deyir ki, masaya oturmaq üçün ilk növbədə silahlı erməni dəstələri Qarabağdan çıxarılmalıdır. Bunu erməni separatçılarının başçısı Arayik Arutyunyan deyib. O, Bakının danışıqlar üçün bir sıra şərtlər irəli sürdüyünü söyləyib. “Bakı yalnız bir mövzunu müzakirə edir: inteqrasiya. İkinci mövzu müzakirə olunmur. Bəziləri bizə deyir, gedin, onları inandırın, müzakirə edin. Azərbaycan deyir ki, masa arxasına oturmaq üçün birinci “özünümüdafiə ordusu” buraxılmalıdır”,- Arayik deyib. Baş separatçı Azərbaycanın təkliflərini qəbul etməyərək, "müqavimət" göstərəcəklərini vurğulayıb. “Sonrakı ardıcıllıq belə olacaq: ordunu dağıdırıq, “dövlət idarəetmə” sistemini dağıdırıq, bələdiyyə seçkiləri mexanizmi yaradırıq, bundan sonra qaz, işıq verilir və Azərbaycan vətəndaşı kimi avtomobil yolu ilə gedə bilirik. Bizim edəcəyimiz iki iş var: özünümüdafiə və müqaviməti artırmaq”,- o qeyd edib.