1-07-2023, 20:05
Zelenski: “Rusiyanın bir məqsədi var - bütün dövlətləri SSRİ-yə qaytarmaq”NATO Ukrayna üçün ən mühüm təhlükəsizlik təminatıdır. Bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib. "Təhlükəsizlik alyansına alternativ olaraq bunu bizə təklif etsələr, biz heç bir təhlükəsizlik zəmanəti ilə razılaşmırıq. Biz NATO-nun üzvü olmadığımız müddətdə bu zəmanətlərin olmasının vacib olduğunu deyirik", - Zelenski vurğulayıb. O qeyd edib ki, Rusiyanın bir məqsədi var - bütün dövlətləri Sovet İttifaqına geri qaytarmaq istəyir.
1-07-2023, 18:32
Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi artıbBu ilin yanvar-may aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 136 milyon 431 min ABŞ dolları olub. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,1 dəfə azdır. Hesabat dövründə Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi ölkənin ümumi ticarət dövriyyəsinin 1,48 %-ni təşkil edib. Beş ayda Azərbaycandan Ukraynaya 35 milyon 396 min, Ukraynadan Azərbaycana isə 101 milyon 35 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Bu isə illik müqayisədə müvafiq olaraq 9 dəfə və 8,7 % azdır.
1-07-2023, 18:04
Çin Fransadakı iğtişaşlarla əlaqədar vətəndaşlarına xəbərdarlıq etdiÇinin Parisdəki səfirliyi Fransanın müxtəlif şəhərlərində davam edən iğtişaşlarla əlaqədar vətəndaşlarına xəbərdarlıq edib. Fransanın müxtəlif şəhərlərində zorakılıq və iğtişaşlar ilə əlaqədar Çin səfirliyi həmvətənlərinə ehtiyatlı olmağı, hadisələr baş verən ərazilərə getməməyi tövsiyə edib. Çinin Parisdəki səfirliyi və Fransanın müxtəlif şəhərlərindəki baş konsulluqları həmvətənlərinə ictimai təhlükəsizlik vəziyyətinə diqqət yetirməyi, fərdi mühafizəni və əmlaklarının təhlükəsizliyini təmin etmək üçün tədbirli olmağı məsləhət görüb.
Xatırladaq ki, Fransada etirazlar iyunun 27-də başlayıb. Buna səbəb 17 yaşlı Nahel adlı gəncin polis tərəfindən qətlə yetirilməsi olub. Cümə gecəsi baş verən toqquşma zamanı 249 polis və jandarm yaralanıb. “Təhlükəli ərazilərdə” əyləncə tədbirləri ləğv edilib, gecə saatlarında ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Bəzi kommunalarda komendant saatı tətbiq edilib.
1-07-2023, 17:23
Zelenski erməni aviaşirkətə sanksiya tətbiq etdiUkrayna Ermənistanın “Air Dilijans” aviaşirkətinə sanksiya tətbiq edib. Bu barədə 1-də Ukrayna Prezidenti Volodimir Zelenski qərar imzalayıb. Şirkətin sahibi gürcüəsilli Tamaz Qayaşvilidir. Zelenskinin bu gün imzaladığı qərarla ümumilikdə 190 fiziki və 291 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
1-07-2023, 15:33
Aİ Quranın yandırılmasına sərt reaksiya bildirdiAvropa İttifaqı (Aİ) İsveçdə Quranın yandırılmasını pisləyib. Bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidmətininin yaydığı bəyanatda qeyd olunub. Qeyd olunur ki, Aİ İsveçdə bir şəxs tərəfindən Quranın yandırılmasını qəti şəkildə qınayan İsveç Xarici İşlər Nazirliyinə qoşulur. "Bu akt heç bir halda Avropa İttifaqının fikirlərini əks etdirmir. Quran və ya hər hansı digər müqəddəs kitabı yandırmaq təhqiramiz hərəkətdir, hörmətsizlikdir və açıq-aşkar təxribatdır. İrqçilik, ksenofobiya və dözümsüzlüyün təzahürlərinə Avropada yer yoxdur", - bəyanatda deyilir.
1-07-2023, 14:27
ATƏT PA-nın payız sessiyası Ermənistanda keçiriləcəkATƏT Paralment Assambleyasının payız sessiyası Ermənistanda keçiriləcək. Bu barədə qərar bu gün Vankuverdə keçirilən sessiyada qəbul edilib. Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Sarkis Xandanyan bildirib ki, növbəti sessiya Cənubi Qafqazda təhlükəsizlik problemləri və onların nəticələrini müzakirə etməyə imkan verəcək. "Təhlükəsizlik problemləri ATƏT regionunu sarsıtmağa davam edir və bu şəraitdə parlamentlərarası əməkdaşlıq və dialoq getdikcə daha çox əhəmiyyət kəsb edir", - erməni rəsmisi qeyd edib.
1-07-2023, 13:15
Şəxsi təhlükə həyatımın bir hissəsidir və buna öyrəşmişəm - ZelenskiŞəxsi təhlükəyə mənim həyatımın bir hissəsidir və mən buna öyrəşmişəm. Bunu İspaniyanın "El Mundo" qəzetinə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O qeyd edib ki, yanında olan bir çox insan təhlükə altındadır. "Bu, şüurlu şəkildə etdiyimiz seçimdir. Qarşımda duran vəzifə ilə fəxr edirəm. Mən normal yaşayıram. Sizə deyim ki, Putin indi məndən daha çox təhdid altındadır. Onu öldürmək istəyənlər daha çoxdur", - Zelenski vurğulayıb.
1-07-2023, 12:43
Küveyt Quranın yandırılmasına etirazını bildirdiİsveçin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveytdəki səfiri Liselotte Anderson Küveyt Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, onunla xarici işlər nazirinin müavini Cerrah Cabir əl-Əhməd əs-Sabah görüşüb. Stokholmdakı məscidlərdən birinin qarşısında müqəddəs Quranım yandırılmasına görə Andresona etiraz notası verilib. İsveç belə hərəkətlərə icazə verilməməsi üçün məsuliyyətli olmağa və bu cür halların təkrarlanmaması üçün ciddi addımlar atmağa çağırılıb. Hadisə ilə əlaqədar Küveytin xarici işlər naziri Səlim Abdulla əl-Cabir əs-Sabahın isveçli həmkarı Tobias Billström ilə telefon danışığı apardığı da bildirilir.
Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində yerləşən Medborjarplatsen meydanındakı məscidinin yaxınlığında 37 yaşlı Salvan Momika adlı iraqlı mühacir aksiya keçirib. O, kitabın səhifələrini qoparıb, onlarla ayaqqabılarını silib və daha sonra Quranı yandırıb. İsveç hakimiyyəti bu cür hərəkətlərin qanuni olduğu bildirib, ancaq aksiyanın yersiz olduğunu vurğulayıb. Aksiyadan dərhal sonra Salvan Momikaya qarşı dini ədavətin qızışdırılması və yanğın qadağasının pozulması ilə bağlı protokol tərtib edilib.
1-07-2023, 12:21
Sabahın hava proqnozuBakıda və Abşeron yarımadasında iyulun 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacaq.
1-07-2023, 11:32
İsmayıllı-Lahıc avtomobil yolundakı məhdudiyyət aradan qaldırıldıİyunun 30-da günorta saatlarından başlayan intensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunda (9-19-cu km-lər) yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət aradan qaldırılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, sözügedən yolda yaranmış problemlə bağlı Agentliyin “Çağrı Mərkəzi”nə (012-599-79-75) məlumat daxil olan kimi dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “5 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi dünən axşam saatlarından etibarən təmin olunub.