Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
14-03-2024, 22:00
Pərviz Şahbazov İrana səfər etdi


Pərviz Şahbazov İrana səfər etdi

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov İrana səfər edib.
Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Məlumata görə, iki ölkə arasında energetika sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparmaq məqsədi ilə bu gün Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana səfər edib.
Qeyd edək ki, Pərviz Şahbazov bu gün Araz çayı üzərində inşa olunan "Xudafərin" və "Qız qalası" su elektrik stansiyalarının (SES) tikintisi layihəsi üzrə görülən işlərin gedişatı ilə tanış olub.
14-03-2024, 21:21
“TikTok” sosial şəbəkəsi 10 milyon avro cərimələndi


“TikTok” sosial şəbəkəsi 10 milyon avro cərimələndi

Çinin “TikTok” sosial şəbəkəsi İtaliyada 10 milyon avro cərimələnib.
İtaliyanın Rəqabətə Nəzarət Təşkilatı sosial şəbəkəni paylaşımların məzmununa nəzarət etməməkdə və uşaqların həyatına risk yaratmaqda ittiham edir.
Bildirilir ki, sosial şəbəkədə yayılan məlumatların məzmununa nəzarət qeyri-adekvatdır. Bəzi paylaşımlar uşaqların fizioloji və psixi inkişafına mənfi təsir göstərir.
14-03-2024, 21:06
Prezident: “İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq”


Prezident: “İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində söylədiyi fikirlərə qardaş Türkiyə mediasında da geniş yer verilib.
Anadolu Agentliyi, “TRT”, “Hürriyet”, “Haber Türk”, “Haber Global”, “Sondakika.com”, “Akşam” və bir sıra digər media qurumları dövlətimizin başçısının fikirləri əsasında informasilat hazırlayıblar.
Anadolu Agentliyində dərc olunan xəbərdə Azərbaycan Prezidentinin bu fikirləri yer alıb: “İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqaz müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb”.
Azərbaycan Prezidentinin çıxışının geniş işıqlandırıldığı xəbərdə dövlətimizin başçısına istinadla qeyd edilib: “Sonuncu antiterror əməliyyatı zamanı bizim ağır texnika və zirehli maşınlar da daxil olmaqla məhv edilmiş və qənimət olaraq götürülmüş hərbi sursatların dəyəri bir milyard dollara yaxın olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı hərbi qənimətlər və məhv edilmiş texnikanın, sursatın dəyəri 5 milyard dollara yaxın idi”, “Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib”. Eyni zamanda, Prezident İlham Əliyevin tədbir iştirakçılarına Fransanın Azərbaycana qarşı mövqeyi, sanksiya cəhdləri və Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə məlumat verdiyi bildirilib.
“TRT” Azərbaycan Prezidentinin çıxışına dair xəbəri “Aliyev: Cənubi Qafqazda sülh bu qədər yaxın olmamışdır” sərlövhəsi ilə yayımlayıb.
Xəbərdə Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsinə aparan proseslər, bundan həyata keçirilən antiterror tədbirləri, Azərbaycan torpaqlarının çoxillik işğalından sonra azad olunması ilə tarixi ədalətin bərpası, bu istiqamətdə uzun illər davam edən uğursuz danışıqlar prosesi, hazırda Azərbaycanın sülh prosesini davam etdirməyə hazır olduğu kimi fikirlər yer alıb.
Məqalənin “Fransanın bütün səyləri boşa çıxdı” yarımbaşlıqlı hissəsində dövlətimizin başçısının fikirlərinə istinadən Fransanın Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli mövqedən, bu ölkədə Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktı və hazırda abidənin Azərbaycanın Mədəniyyət Mərkəzinin həyətinə yerləşdirilməsindən bəhs edilib.
“Hürriyet” qəzetində dərc olunan “Əliyevdən sülh mesajı” sərlövhəli yazıda dövlətimizin başçısına istinadla Azərbaycanın sülh prosesini davam etdirməyə hazır olduğu vurğulanıb, “Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və indi biz düşünürük ki, sülhə nail olmaq mümkündür. Biz bunu istəyirik”, “...indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib” kimi fikirlər oxucuların diqqətinə çatdırılıb.
Məqalə “Sülhə daha yaxınıq”, “Düşmənliyə son verməyin vaxtı yetişib”, “Fransaya reaksiya” adlı yarımbaşlıqlarla yayımlanıb.
Qeyd olunub ki, Azərbaycan Prezidenti 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini, Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu bildirib.
“Haber Türk” saytında yayımlanan xəbərdə Prezident İlham Əliyevin XI Qlobal Bakı Forumundakı çıxışı zamanı hazırda Azərbaycanın Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxın olduğu, Cənubi Qafqazda bərpa edilən ədalət, ikinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ikinci Qarabağ müharibəsində götürülmüş hərbi qənimətlər, onların dəyərinin beş milyard ABŞ dollarına yaxın olması, rəsmi Bakının regionda ədavətə son qoymaq, sülhə nail olmaq istiqamətində göstərdiyi səylər, Fransanın ölkəmizə qarşı qərəzli münasibəti kimi mövzulara toxunduğu bildirilib.
“Haber Global”, “Sondakika.com”, “Akşam” saytlarında Anadolu Agentliyinə istinadla dərc olunan yazılarda dövlətimizin başçısının İkinci Qarabağ müharibəsi, bu dövrə qədər uzun illər davam edən danışıqlar prosesi, antiterror tədbirləri, Azərbaycan torpaqlarının uzun illər işğal altında qalması, bölgədə tarixi ədalətin bərpası, Fransada Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktı ilə bağlı fikirlər yer alıb.
“Ekonomim”, “İHA” və “Beyaz gəzet” portalları isə Azərbaycan Prezidentinin bu fikirlərini oxuculara çatdırıblar: “Bizim ərazi bütövlüyümüzün bərpasına gəldikdə, Fransa öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır”, “İndi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib”, “Biz 2020-ci ilin sentyabr-noyabr aylarında onlara dərs vermək məcburiyyətində olduq və düşündük ki, bu dərs onlara kifayət edəcək”, “Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və indi biz düşünürük ki, sülhə nail olmaq mümkündür. Biz bunu istəyirik”, “...çünki 1990-cı illərin əvvəlindən Azərbaycan və Fransa arasında münasibətlər müsbət istiqamətdə inkişaf edib”, “Lakin Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu” və sair.
XI Qlobal Bakı Forumunun ilk günü Türkiyənin televiziya kanallarında da geniş işıqlandırılıb.
14-03-2024, 20:24
Daha bir ləyaqətli elm xadimi itirdik...


Daha bir ləyaqətli elm xadimi itirdik...

Bu gün Azərbaycan xalqı özünün ən ləyaqətli oğullarından birini itirdi. Filologiya elmləri, doktoru, professor Şirindil Alışanlı haqqın dərgahına qovuşdu.
Müasir ədəbiyyatşünaslıq elmimizin ən parlaq simalarından biri, dərin savadı, geniş erudisiyası, yüksək intellekti ilə fərqlənən Şirindil Alışanlı yeri doldurulmayacaq tək-tük ziyalılarımızdan biri idi. Böyük tribunalarda səsi nə qədər gur, fikirləri nə qədər məntiqli, alim mövqeyi obyektiv idisə, sinəsində gəzdirdiyi ürəyi də bir o qədər yumşaq, dağ çiçəkləri kimi zərif idi.
Uca Tanrı ona hər şeyi bol-bol vermişdi. Alp ərənlər kimi boylu-buxunlu, müdrik filosoflar kimi İmran dilli, ensiklopedik yaddaşa malik, dostluqda sədaqətli, ailədə ailəcanlı bir Vətən oğluydu Şirindil müəllim.
Neçə-neçə aspirantına, dissertantına təmənnasız kömək göstərən, iş yoldaşlarının hər birinin ən kiçik qayğısını özünün böyük problemi hesab edən Şirindil müəllimin belə vaxtsız gedişi bütün xalqımız üçün böyük itkidir. Məkanın cənnət olsun, əziz Şirindil müəllim! Xalqımız, Ulu Sözümüz var olduqca sən də var olacaqsan!
P.S. Professor Şirindil Alışanlı ilə vida mərasimi sabah saat 10.00-dan 12.00-dək "Təzə Pir" məscidində olacaq. Allah rəhmət eləsin!
14-03-2024, 19:33
İlham Əliyev Qoşulmama Hərəkatına canlanma gətirib


İlham Əliyev Qoşulmama Hərəkatına canlanma gətirib

Yenidən gözəl Bakı şəhərində olmaqdan qürur duyuram və burada XI Qlobal Bakı Forumunun açılış mərasimində sizə qoşuluram. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürümü bildirirəm ki, bizi “Parçalanmış dünyanın bərpası” adlı mühüm mövzu ətrafında toplayıb. Şair Nizami Gəncəvi “körpü salan” şair idi. O inanırdı ki, qonşular və dostlar yaxındır. Nizami Gəncəvi yaradıcılığı ilə digər mədəniyyətlərə hörmətlə yanaşmağı təşviq edirdi.
Bu fikirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima söyləyib.
O deyib: “Prezident İlham Əliyev Qoşulmama Hərəkatına canlanma gətirib. Buna görə Zati-alilərinə təşəkkür edirəm. Azərbaycan Prezidentinin bununla bağlı plan və islahatlarını alqışlayıram. O, Azərbaycan Hökuməti qadınların Qoşulmama Hərəkatına dəstək verdi. Həmin görüşün nəticəsi olaraq Bakı Bəyənnaməsi qəbul edildi. Azərbaycan Qoşulmama Hərəkatının Gənclər Katibliyini formalaşdırdı. Ümid edirik ki, həmin katibliyin işi burada - Bakıda inkişaf etsin”.
14-03-2024, 19:12
14-03-2024, 18:49
Vətəndaşları işə düzəltmək adı altında aldadan şəxs saxlanıldı


Vətəndaşları işə düzəltmək adı altında aldadan şəxs saxlanıldı

Bakıda vətəndaşları işə düzəltmək adı altında aldadan şəxs saxlanılıb.
DİN-dən bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının vətəndaşlardan daxil olan müraciətlər əsasında keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü Hicran Şeyxov tutulub.
Onun bir neçə şəxsin etimadından sui-istifadə etməklə müxtəlif dövlət qurumlarında işə düzəlməkdə köməklik edəcəyinə dair yalan vədlər verərək zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirdiyi müəyyən edilib.
H.Şeyxov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onun əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə DİN-in “102 - Zəng Mərkəzi”nə, eləcə də ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.
14-03-2024, 18:25
Taksi sürücüləriylə bağlı yeni qərar təsdiqləndi


Taksi sürücüləriylə bağlı yeni qərar təsdiqləndi

Taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, taksi sifarişi operatorları tərəfindən “AYNA” informasiya sisteminə aşağıdakı adsızlaşdırılmış məlumatlar real vaxt rejimində ötürülür:

- taksi minik avtomobilinin hər bir statusuna uyğun olaraq tarix və vaxt;

- taksi sifarişinin statusu (aktiv (sürücü sərnişini götürməyə gedir), imtina edilib (sifariş sərnişin və ya sürücü tərəfindən ləğv edilib), icra edilir (daşıma həyata keçirilir), icra edilib (daşıma başa çatıb);

-taksi sifarişinin hər bir statusuna münasibətdə tarixi və vaxtı;

-taksi sifarişi üzrə tətbiq olunan tarif, gediş haqqı və gediş haqqının ödənişi üsulu (nağd və ya nağdsız qaydada);

-daşıyıcının vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə üzrə məlumat;

-taksi minik avtomobilinin dövlət qeydiyyat nişanı;

-taksi minik avtomobilinin yeri, marşrutu və sürəti;

-taksi minik avtomobilinin sifariş statusu (boşdur,
sifarişi qəbul edir, məşğuldur - sərnişin daşıyır, məşğuldur - sərnişin daşımır və sifariş qəbul etmir);

-taksi minik avtomobilinin sürücüsünün sürücülük vəsiqəsinin seriyası və nömrəsi;

-taksi minik avtomobilinin sürücüsünün iş və istirahət vaxtının başlanğıc, son tarixi və vaxtı.
14-03-2024, 18:13
Magistratura imtahanların ən yüksək balı onlar topladı


Magistratura imtahanların ən yüksək balı onlar topladı

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 11 fevral 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının yekun nəticələrini elan edib.
DİM-in məlumatına görə, imtahan iştirakçıları qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə 5 bal toplaya bilərdilər.
İmtahanda 3 nəfər 96 bal toplamaqla mümkün olan ən yüksək nəticəni göstərib.
Bunlar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnformasiya texnologiyaları ixtisasının 4-cü kurs tələbəsi Gültən Məhərrəmli;
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisasına qəbul olunmuş IV kurs tələbəsi Sübhan Əlizadə;
Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Əbülfəz Cəfərovdur.
14-03-2024, 17:44
Meşəlik ərazidə ağacdan asılmış meyit tapılıb


Meşəlik ərazidə ağacdan asılmış meyit tapılıb

Xaçmaz rayonunun Fərzəlioba kəndi yaxınlığında meşəlik ərazidə ağacdan asılmış meyit tapılıb.
Meyiti tapılan şəxsin Maqsudkənd kənd sakini 27 yaşlı Əliyev Pərvin Səbri oğlu olduğu məlum olub. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit Xaçmaz morquna aparılıb.
Qeyd edək ki, P. Əliyevin martın 11-də Maqsudkənd kəndində evdən çıxıb bir daha geri dönmədiyi barədə polisə müraciət edilib. O, itkin kimi axtarılırdı.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!