Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 4-02-2022, 17:44


TÜRKİYƏ-ERMƏNİSTAN YAXINLAŞMASI TÜRKİYƏ VƏ TÜRKLƏRƏ NƏ VƏD EDİR?


TÜRKİYƏ-ERMƏNİSTAN YAXINLAŞMASI
TÜRKİYƏ VƏ TÜRKLƏRƏ NƏ VƏD EDİR?


Son ikiyüz il ərzində ermənilərin öz havadarlarına arxalanıb, onların köməyilə türklərə qarşı hansı böyük xəyanətləri, qətliamları törətməsi faktları əsasən ictimaiyyətə məlumdur. Rusiya və İranın aktiv köməyi ilə SSRİ dağılarkən Azərbaycanda sabit milli nizami qoşunun olmaması, ölkə daxilində hakimiyyət uğrunda çox sərt mübarizənin getməsi və bir sıra digər səbəblər üzündən ermənilərin Azərbaycan ərazisinin 20 faizini işğal etməsindən keçən 30 ilə yaxın bir müddət ərzində Türkiyənin Ermənistanla bağladığı sərhədlərin açılması, 100 il öncə Kremlin Zəngəzuru Ermənistanın tərkibinə verməklə Azərbaycanın özünün tərkib hissəsi olan Naxçıvanla, həm də Türkiyə ilə birbaşa əlaqələrinə son qoymuş Zəngəzur dəhlizinin açılması, habelə Qarabağın Rusiyanın sülhməramlı adı ilə müvəqqəti işğal etdiyi dağlıq hissəsinin məsələsinin, yüz ildən bəri ermənilərin öz havadarları vasitəsilə bütün dünyaya saxta soyqırım iddiasını qəbul etdirmək vasitəsilə Türkiyəyə torpaq iddialarını daha da gücləndirməsi cəhdləri və bir sıra digər mühüm məsələlərin həll edilməsi məqsədilə Türkiyə-Ermənistan arasında başlamış danışıqlar təkcə bütün dünya türkləri və ermənilərinin deyil, həm də indiyədək ermənilərdən daim türklərə arxadan zərbə vurmaq üçün istifadə etmiş və etməkdə olan irili-xırdalı, güclü-gücsüz türk düşmənlərinin diqqət mərkəzindədir. Əlbəttə ki, bu danışıqların yekun razılaşmasında hamı məsələlərin öz maraqlarına uyğun əks olunmasına çalışır və çalışacaq, bu çox təbii haldır. Lakin erməni tərəfin danışıqlara heç bir ilkin şərtlər irəli sürmədən başlanmasında çox israrlı olmasını əsas iki səbəblə izah etmək olar. Bunlardan birincisi, danışıqların getdiyi dövrdə danışıqların getməsinə, bu danışıqların predmeti olan məsələlərin həll olunmamasında maraqlı olan ölkədaxili və xarici qüvvələrin ölkədə sabitliyi pozaraq danışıqlara mane olmasının qarşısının alınması, ikincisi isə, ermənilərə və onların havadarlarına sərf edən məsələləri qarşı tərəflə razılaşdırıb, sənədləşdirdikdən sonra türkləri maraqlandıran əsas məsələləri, yəni saxta soyqırımı, Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları, Qarabağ ermənilərinə status tələbi və s. kimi türklərin milli maraqlarına zidd olan tələbləri haqqında danışıqları müxtəlif bəhanələrlə sonraya saxlamaqla beynəlxalq müstəvidə türk düşmənlərinin mövqeyini gücləndirməsi istəyi ola bilər. Çünki. Ermənilərin ən ciddi məsələlər barədə danışıqlarda səhər, günorta və şam yeməyindən sonra öz mövqelərini gündə ən azı üç dəfə dəyişə bilmək şakəri hamıya məlumdur. Ermənilərin tarix boyu heç bir zaman dövləti olmadığı, bütün erməniləri daim erməni kilsələrinin idarə etdiyi də məlum faktdır.
Türk torpaqlarında 103 ildən bəri rəsmən erməni dövləti qurulmasına, bunun 70 ildən çoxunun Ermənistanın SSRİ tərkibində olması ilə əlaqədar rəsmən formal olaraq Kreml tərəfindən idarə edildiyi halda belə, xüsusilə erməni ümummilli məsələləri erməni kilsəsi tərəfindən tənzimlənib. SSRİ-nin dağıldığı bu 30 il müddətində də Rusiyanın böyük hərbi bazasının Ermənistanda yerləşməsi, iqtisadi, siyasi cəhətdən də onun Rusiyadan birbaşa asıllığı şəraitində də bu vəziyyət mahiyyət etibarilə dəyişməyib. Bu baxımdan Türkiyə-Ermənistan danışıqları barədə müxtəlif erməni kilsə başçılarının, Vatikanın, ermənilərin böyük toplum halında yaşadıqları Rusiya, ABŞ, Fransa erməni icma liderlərinin danışıqlar haqqında söylədiyi fikirlər onların təmsil etdiyi təşkilatların, yaşadıqları dövlətlərin bu danışıqlarda hansı məsələlərin hansı məzmunda həll edilməsini istədiklərini nümayiş etdirir. Məsələn, erməni apostol kilsəsinin İstanbul (Konstantinopol) patriarxı Saak Meşalyan Türkiyənin «Hürriyyət» qəzetinə verdiyi müsahibədə Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin Moskvadakı görüşünü iki dövlət arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində atılan addım olduğunu, bu münasibətlərin gündən-günə yaxşılaşmasının iki icmanın bir-birini yaxşı tanıması və birlikdə işləməsi üçün fövqəladə əhəmiyyəti olduğunu vurğulamışdır. «Qaragözyan» fondunun idarə heyətinin sədri Dikrıta Gülməzgil isə daha da irəli gedərək, «bu andan Türkiyə bütün aspektlərdə Ermənistanı dəstəkləməlidir», – deyib, bir növ Türkiyənin boynuna öhdəlik qoymağa da cəhd etmişdir.
Ümumiyyətlə Türkiyə-Ermənistan sülh danışıqları başlayan kimi bu məsələdə ciddi maraqları olan tərəflərdən çoxunun hələ susmasına baxmayaraq bu barədə öz tələblərini dilə gətirənlərin açıqlamalarından bir çox mətləblər aydın olur. Belə ki, katolik patriarxı Rafael Bodrosun 14.12.2021-ci il tarixində Asia News katolik portalına verdiyi müsahibəsində Türkiyə-Ermənistan sülh danışıqlarına müsbət yanaşsa da, sülh müqaviləsi danışıqlarının əsas elementinin «ilkin şərtlər olmadan» aparılmasını, əsas müqavilə bəndlərindən birinin «Dağlıq Qarabağın» təbii sərvətlərə malik olması, xüsusilə orada Ermənistanı təmin edən su resurslarının Azərbaycan ərazisində yerləşdiyini deməklə əslində Vatikanın bütün dünyanın, eləcə də Ermənistanın rəsmi dairələrinin aranlı-dağlı Qarabağın Azərbaycana məxsus olduğunu qəbul və təsdiq etməyinə baxmayaraq Qarabağın dağlıq hissəsinə, həm də onun bütün təbii sərtvətlərinin faktiki olaraq Ermənistanın istifadəsinə verilməsini nəzərdə tutan, deməli, bu ərazinin ancaq simvolik olaraq Azərbaycan ərazisi adlandırılmasını nəzərdə tutan bir status verilməsində israrlı olduğunu sərgiləyir.
Vatikanın iştahı bununla da bitmir. R.Bedros sonra, «Mənim kilsəm bu ərazilərdə katoliklərin hüquqları və həyatını müdafiə etmək, qorumaq, eləcə də Ermənistanda və «Dağlıq Qarabağda» hamı üçün icbari olan «dini azadlıq məsələsini də qoymaq» istədiyini də qeyd edib.
Bu da Rusiya, Avropa, ABŞ və s. kimi Vatikanın da Cənubi Qafqazda erməni-türk münasibətlərindən vasitə kimi istifadə edərək bu reqionda öz varlıqlarını təmin etmək, mövqelərini gücləndirmək məqsədini təqib etdiyini sübut edir.
Türkiyədə yaşayan ermənilərin bu danışıqlara sevinclə yanaşması da ilk baxışda göründüyü kimi «övliya» deyil. Türkiyə və Ermənistan arasında sülh müqaviləsinin bağlanması, Ermənistanla, Azərbaycanla, İranla, Rusiya ilə kommunikasiya xəttlərinin açılması onların təkcə bu ölkələrlə deyil, Orta Asiya respublikaları, Çinlə də birbaşa əlaqələrini yaratmaqla onların iqtisadi fəaliyyətini gücləndirməklə yanaşı, Orta Asiya erməniləri ilə təşkilati əlaqələrini dirçəltmiş olacaq. Ən əsası isə Türkiyə ermənilərini «Böyük Ermənistan» yaratmaq planında «favoritə» çevirməklə Rusiya, ABŞ, Fransa, İran, Ərəbistanda yaşayan ermənilərin maliyyə və s. dəstəyini onlara yönəldəcək. Çünki, 106 il əvvəl Osmanlı dövlətini çökdürməklə bütün türk dünyasını sındırıb türkləri əsarətə almış, Osmanlı imperiyasının kiçik bir parçasında Mustafa Kamal Paşa Atatürkün başçılığı və türk millətinin fədakarlığı, qəhrəmanlığı hesabına öz milli dövlətinin mövcudluğunu qoruyan Türkiyəni isə hətta regional məsələlərdə belə söz sahibi olmaq imkanından məhrum edərək iqtisadi, texniki və s. sahələrdə özlərindən asılı vəziyyətə saldıqları halda, son dövrlərdə Türkiyənin bir çox strateji sahələrdə əhəmiyyətli nailiyyətlər əldə etməsi ilə yanaşı, SSRİ dağıldıqdan sonra müstəqillik əldə etmiş türk dövlətləri ilə sıcaq iqtisadi-ictimai əlaqələrinin yaradılması Türk düşmənləri olan millətlər və dövlətləri çox ciddi narahat etməyə başlamışdır. İndi Türkiyədə «erməni amilini» gücləndirməklə Türkiyəni daxildən çökdürməyə bütün imkanlarını səfərbər edəcəkləri heç bir şübhə doğura bilməz. Bunu hələ 2013-cü ildə erməni apostol kilsəsinin patriarxı Aram Atəşyanın, «Türkiyədə 100 min anası erməni, atası başqa millət olan erməninin yaşadığını», «nənəsi və ya babası erməni oğlanların sayının isə milyonu keçdiyini» deməsi, hətta bəzi erməni tədqiqatçılarının Osmanlı dövründə ermənilərin hərbi, iqtisadi, diplomatik və s. sahələrdə əldə etdikləri əhəmiyyətli mövqeləri əsas gətirərək məcazi mənada «Türkiyəni ermənilərin yaratdığını» iddia etməsi Türkiyə-Ermənistan arasında sülh müqaviləsinin məzmununda Türkiyəni çökdürmək üçün «erməni amilindən» öz məqsədlərinə uyğun səmərəli istifadə etməyə imkan verən maddələrin olmasında çox ciddi surətdə israrlı olacaqlarını sübut edir.
Məsələ bundadır ki, Turkiyə və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması ermənilər və onların havadarlarına son dərəcə zəruri olduğu kimi Türkiyə və digər Türk dövlətləri üçün də son dərəcə əhəmiyyətlidir. Bu hər şeydən əvvəl Türk dünyasının lokomotivi olan Türkiyə ilə bu günə müstəqil olan Türk dövlətlərinin bütün sahələrdə sürətli və geniş inteqrasiyasının reallaşdırılmasına imkan verən əsas amildir. Məhz buna görə də Rusiya hələ 1993-cü ildə planlaşdırdığı kimi Azərbaycanın Qarabağın bir hissəsini azad etməsinə razılıq verməklə qalan hissəsinə Laçın dəhlizi vasitəsilə nəzarəti əlində saxlayaraq Azərbaycana təsir etmək, Zəngəzur dəhlizinə nəzarət ilə isə Türkiyənin Azərbaycan və Orta Asiya Türk respublikaları ilə əlaqələrinə nəzarət etməklə onların inteqrasiyasının ona sərf etməyən həddə çatmasının qarşısını almaq məqsədi güdür.
Siyasət mümkün olanı reallaşdırmaq peşəsi olduğundan Türkiyə və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmalıdır. Lakin bu müqavilə ayrı-ayrılıqda təkcə Türkiyə, Azərbaycan və s. Türk dövlətlərinin konkret mənafeyi nəzərindən deyil, öncə ümumtürk milli mənafeləri, təhlükəsizliyi baxımından çözülməli, erməni tərəfi ayrıca maddə ilə 1915-ci ildə Osmanlıda erməni soyqırımı olmadığını rəsmən etiraf etməli, Türkiyə və Azərbaycana qarşı heç bir torpaq iddiası olmadığını etiraf etməli, bu gün Rusiya qoşunlarının müvəqqəti nəzarətində olan erməniləri Ermənistan ərazisinə köçürmək öhdəliyi götürməlidir. Çünki, bu ərazidə yaşayan erməniləri Azərbaycan dövlətinə qarşı qaldıraraq onlarla birlikdə Azərbaycanın torpaqlarını işğal edib, 30 ilə yaxın işğal altında rəsmən Ermənistan dövləti saxlamışdır. Bundan başqa Ermənistan tərəfi Azərbaycanla etdiyi müharibə nəticəsində Azərbaycana vurduğu zərəri beynəlxalq ekspertlərin müəyyən etdiyi məbləğdə Azərbaycana ödəməsi barədə də müqavilədə dəqiq tarix göstərilməklə ayrıca maddə olaraq öhdəlik götürməlidir. Bu müddət ərzində həmin məbləği ödəyə bilməyəcəyi halda SSRİ dönəmində Moskvanın qanunsuz olaraq Azərbaycandan alıb Ermənistana verdiyi Zəngəzur, Göyçə torpaqlarını Azərbaycana qaytarmalıdır. Bunun üçün həm tarixdə, həm də bu gün, məsələn Çinin Tacikistandan borcu əvəzinə torpaq alması presidenti də var. Ermənistanla sülh müqaviləsinin məzmununda yuxarıda göstərilən maddələrdən başqa müharibə dövründən sonra da Türkiyə, Azərbaycan və başqa Türk dövlətləri ərazisində onların hər hansı bir iqtisadi, inzibati, hüquqi və s. sahələrdə öz şəbəkələrini qurmaq, kütləvi məskunlaşmaq, katolik patriarxı Rafael Bodrosun ifadə etdiyi kimi «dini azadlıq məsələsi» adı altında hələ Fateh Sultan Mehmetin İstanbulu fəth etdikdən sonra yunanlardan alıb ermənilərə verdiyi kilsələrin ətrafında cəmləşib, şəbəkələnib anı gələndə 1915-ci ildə Türkiyənin iri çaplı düşmənləri ilə əlbir olub Türkiyəyə arxadan ösümcül zərbə vura biləcək imkanının yaratmalarını önləyici tədbirlər vasitəsi ilə neytrallaşdırılmalıdır. Bu zərurəti dərk etmək üçün 1878-c il Berlin konfransının qərarına, İngilis, Alman, Fransız, son yüzillikdə onların yolunu gedən Çinin bu sahədə yeritdiyi siyasətə ötəri nəzər salmaq yetərlidir. Təkcə Türkiyədə deyil, elə Azərbaycanın özündə də bu problem vaxtilə türk şahlarının gürcüləri və erməniləri türk torpağında, o cümlədən Azərbaycan ərazilərində yerləşdirməsi, sonradan Ağban xristian qıpçaq kilsələrinin Rusiya imperatoru tərəfindən erməni və gürcülərə verilməsi, türk torpaqlarnda gürcü və erməni dinlərinin təşkilati mövcudluğuna göz yumması, bu gün həmin millətlərin məhz bu dini tikililərin mövcudluğunu əsas gətirərək öz havadarlarının himayəsi ilə Azərbaycana torpaq iddiası və s. dövləti hüquqlar irəli sürürlər. Bu gün ən qatı Türk düşməni olan Fransa dövlətinin akademiki, fransız qafqazşünas Mari Brosseə yazır ki, – «Tiflis Kala (Qala – müəll.) adı ilə salınıb. Tiflis-Qazax arasında Sadar, Bazar, Uruz (Kutaisi), Bərdə və s. şəhərləri Albaniyadan (Ağvandan - müəllif) gələn türklər salıb».
Bu gün də Tiflisin göbəyində yer üzündən silinməyə hesablanmış baxımsızlıq üzündən qoca yaralı qartal kimi dayanmaqda olan türkün Narın Qalası fransız akademikin fikrini təsdiq edən danılmaz maddi sübut olduğu halda Gürcüstan hakimiyyəti bizim ərazimizdə tikilmiş monastırı əsas gətirərək bizdən torpaq tələb etməkdədir. Tarixə bələd olmayanlar və bələd olmaq istəməynələr də onları, erməniləri və s. haqlı saymaqda davam etməkdədir. Bu gün Qarabağın Rusiya qoşunlarının işğalı altında olan hissəsində rus pravoslav kilsəsinin tikilməsi, həmin ərazidə Rusiyanın rus icması formalaşdırma çabalarının nəticələri də sələflərimizin bizə qoyub getdikləri miras kimi sabah xələflərimizə problemlər yaşadacağı şübhəsizdir. Türk şəhəri İrəvanda bütün tarixi türk arxitektura abidələrini, digər türk izlərini dağıdıb erməniləşdirən, hətta oradakı türk arxitekturası üslubunda tikilən türklərin müsəlman – şiə məscidini belə yenidənqurma adı ilə fars ustalarına fars milli üslubunda yenidən qurdurulması nəsillərimizin sabahına hesablanmış ərazi iddiasına hazırlanan süni «əsas» deyilmi? Biz bu gün bütün bunlara laqeydlikdən və ya məcburiyyətdən göz yumub, hətta bunları bir fakt olaraq heç olmasa yazılı mənbələrdə qeydə almasaq, bütün hallarda gələcək nəsillərin qarşısında tariximizi qaranlığa gömdüyümüzə görə günahkar olacağıq. Bu tarixi oxumaq isə sonrakı nəsillərin borcudur. Erməni millətinin bir qədər uzaq dövrdəki xislətinə Gilan hökmüdarı Keykavusun gözü ilə baxanda: «Ermənilərin eybi: oğru, gözügötürməyən (paxıl – müəll.) bir ayağı qaçmaqda olan, yersiz hay-küy salan, vəfasız, riyakar, ürəyi xıltlı, ağasına düşmən olanlardır. Ümumiyyətlə, onlar başdan ayağa müsbətdən çox mənfiyə yaxındırlar» («Qabusnamə», Bakı, «Altun kitab». 2005, səh.99). Ermənilərin İrandan Azərbaycan torpaqlarına köçürülməsinin əsas təşkilatçısı olan A.S.Qriboyedov isə 1828-ci ildə rus çarına yazdığı məktubda xəbərdarlıq edir ki, – «Ali həzrətləri ermənilərin mərkəzi Rusiya torpaqlarında yerləşdirilməsinə icazə verməyin. Onlar elə tayfadır ki, orada bir neçə on il yaşadıqdan sonra bütün dünyaya qışqıracaqlar ki, bura bizim ata-baba torpağımızdır». Qriboyedovun bu xəbərdarlığına barmaqarası yanaşan rus dövləti Abxaziyadan tutmuş Qaradəniz sahillərində Soçi, Adler, bundan başqa Rostov və Moskvada möhkəmlənərək bir sıra strateji sahələri ələ aldığına görə bu yaxınlarda Paşinyanın, – «Erməni tərəfi Krasnodar ermənilərinin taleyindən narahatlıq keçirir. Rusiya bizə kömək etməsə onların öz müqəddəratını təyin etmə hüququ var», hədəsi ilə üzləşməsi çox ciddi görünməsə də, bu fakt anı gələndə Rusiyanın parçalanmasında mühüm rol oynayacaq. Türk dövlətləri başçılarından tutmuş sıravi türklərə qədər hamısı hər bir kiçik addımında belə ermənilərin şəxsi və milli xislətinin bəşər tarixinin bütün dönəmlərində öz təsdiqini tapmış bu xüsusiyyətlərini, eləcə də başqa millətlərin TÜRK millətinə tarix boyu bu günə qədər davam edən gizli-aşkar bəslədiyi real münasibətlərini nəzərə almalıdır. Çünki, bəzən ən kçik görünən səhvlər bütöv bir milləti belə böyük bəlalara düçar edə bilir.
Böyük Mustafa Kamal Paşa Atatürk demişkən, – «Əcdadının yazdığı tarixi oxumağa aciz olanlar düşmənin yazdığı talehi yaşamağa məhkumdur». Biz isə hələ ki, indiyədək cəlladlarımız olan millətlərə ifrat alicənablıq, humanizm nümayiş etdirməklə indiyədək acı taleh yaşamaqdayıq. Ömər Xəyyam demişkən:

Cəlladına aşiq olursa millət,
Ona istər əzan, ya zəngi dinlət.
Etiraz etmirsə sürü tək, əlbət,
Layiqdir ona, hər cür, zülm və zillət.


Bu gün biz türklər milli mənliyimizi dərk edib, onu həyatımız bahasına olsa belə qorumasaq, elmə sarılıb hərtərəfli inkişaf etməsək, ərəb, fars və s. quraşdırdığı nağıllara uyaraq kimlərəsə öz mənəvi və ya inzibati köləliyimizdən məmnunluq duysaq, sabahkı nəsillərimiz çox asanlıqla başqa millətlərin yeminə, köləsinə çevrilmiş olacaq.

Şapur Qasimi
27.01.2022


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!