Hizbullahın daha bir komandiri öldürüldü .....                        Deputatın maşını ağaca çırpıldı .....                        Tanınmış azərbaycanlı blogerdə xərçəng tapıldı .....                        İsraildən Hizbullah komandirinə ŞOK ƏMƏLİYYAT .....                        Toydan qayıdan bəy maşını ağaca çırpdı: yaralılar var .....                        Şəhidimizin ailəsində faciə: Ana və bacısı öldü - FOTO .....                        Bank kartları məlumatlarınız oğurlanan bilər! - XƏBƏRDARLIQ .....                        Azərbaycan boksçusu dünya birinciliyində medal qazandı .....                        400 manata görə qohumunun qanını tökdü - TƏFƏRRÜATLAR .....                       
Tarix : 26-05-2024, 05:43
“Dövlət də millətin bir şəklidir.”


“Dövlət də millətin bir şəklidir.”

XX əsrin əvvəlləri Azərbaycan ictimai fikrində millətin oyanış, özünüdərk, istiqlal, türkləşmək, millilik düşüncələrinin renesans dövrü hesab olunur və əlbəttə ki, milli mətbuat bu prosesə təbiidir ki təsirsiz qalmırdır. M.Ə.Rəsulzadə dövlət haqqında yazırdı:
“Dövlətlə millət arasında təzad bir mübarizə var. Dövlət və millət kəlmələrini mütəzad və mütəbariz mənada işlədirik. Çünki dövlət də millətin bir şəklidir. Millət – özək, dövlət qabıqdır. Fəqət bu tərif, şümuli bir millətə aid olan dövlətlər haqqında səhihdir.Digər təbirlə demək olar ki, bu tərif təbii təşkilata malik olan dövlətlər haqqındadır. Çünki ən təbii dövlət – milli olan dövlətdir. Fəqət təhti-idarəsində bir çox millətlər olan dövlətdə məlumdur ki, dövlət mənası ilə millət mənası bir olmaz “!
Cümhuriyyət dövrü milli mətbuatının siyasi publisistikasının ən parlaq və ən dəyərli nümunələrinin müəlliflərindən olan M.Ə.Rəsulzadənin Azərbaycanın milli məfkurə və istiqlal savaşından doğan məqalələri xalqın milli və mənəvi dəyərləri üzərində demokratik şəraitdə yaşamasına, dövlət və dövlətçilik ideallarına xidmət edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilk günlərdə qələmə aldığı “Azərbaycan paytaxtı” adlı tarixi-publisist məqaləsi öz ictimai-siyasi əhəmiyyətinə görə, tariximizin və istiqlal savaşımızın tədqiqi baxımından əhəmiyyətini bu gün də qoruyub saxlayır.
Bakı erməni-daşnak, ingilis hərbi birləşmələrindən azad olunub, Azərbaycana qovuşandan sonra Cümhuriyyətin paytaxtının tarixi barədə kifayət qədər materialların olmamasından təəssüf hissi keçirən M.Ə.Rəsulzadə bu barədə yazırdı:
“Mən mətbuatı çox aradım. Lakin Bakı barədə bir yazıya rast gəlmədim. Bu həvəs mənə cəsarət verdi: müxtəsər də olsa, Bakının tarixi haqqında bir kaç yarpaq qaralayalım. Şübhəsiz ki, bu sətirlərlə veriləcək məlumat Azərbaycanın paytaxtının şan və heysiyyatı və hüciyyəti ilə olmayacaq... Düşündüm ki, naqis də olsa, bir şey olsun. Biz naqisini başlarıq, mütəşəbbüs gənclərimiz də çalışar, vətən eşqi, məmləkət məhəbbəti ilə səy edər, bu başlanğıcı təkmil edərlər...”
M.Ə.Rəsulzadənin 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının toplantısında söylədiyi nitqdə bu baxımdan maraqlıdır:
“Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir... Iştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşkülliyi ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor.”
Göründüyü kimi, M.Ə.Rəsulzadə hələ Birinci Dünya müharibəsi ərəfəsində mətbuatda qaldırdığı “Azərbaycan qayəsi” ideyasını xüsusi olaraq vurğulayır. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin açılışında isə bu məsələyə bir daha toxunur:
“Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni -”Azərbaycan muxtariyyəti"ni müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq. Sağdan bizə deyirdilər ki, azərbaycançılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla - Allah eləməsin - siz Islamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. “Müsavat” Partiyası birinci olaraq Azərbaycan müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır. Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir."
M.Ə.Rəsulzadənin “Əsrimizin Səyavuşu” əsəri milli azadlıq və milli dövlətçilik ideyalarının təbliği baxımında da xüsusi yer tutur. Müəllif bu əsərlə xalqımızın keçdiyi və keçəcəyi azadlıq yolunu çox uğurla seçdiyi bir bədii obraz vasitəsilə ifadə etmişdir. O bu əsərdə rus – bolşevik istilasının Azərbaycanın milli dövlətçiliyinə son qoyması ilə bağlı yazır bunu gənc Cümhuriyyətin bəxtsizliyi kimi qiymətləndirir.
Əsərin sonunda gəncliyi istiqlal uğrunda mübarizəyə çağıran müəllifin «Ya qazi və ya şəhid olacaqsan» kimi son cümləsi isə bir hayqırtıdır.
Cümhuriyyətimizin qurucusu və eyni zamanda XX əsin əvvəllərinin böyük publisisti olan Məhəmməd Əmin Rəsulzadənin yaradıcılığı demək olar ki, azadlıq, müstəqillik, milli dövlətçilik ideyaları ilə nəfəs alırdı. Tam əminliklə demək olar ki, milli müstəqillik ideyaları heç bir publisistin yaradıcılığında onun publisistikasında olduğu kimi belə qabarıq və ardıcıl, sistematik deyil. Bəlkə də Azərbaycanın müstəqilliyi arzusu bu publisistikanın yaranma səbəbi idi. Onun istər məqalələrinə, istərsə də irihəcmli əsərlərinə bu ruh hakimdir – Azərbaycan istiqlalı!
Təkcə yaradıcılığını deyil, bütün həyatını Azərbaycanın istiqlalı yoluna həsr edən, milli istiqlalı həm nəzəri, həm də əməli cəhətdən hazırlamaq işini öz üzərinə götürən Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın istiqlalının son qələbəsinə ömrünün sonuna qədər inanırdı. Zaman onun bu inamını doğrultdu, Azərbaycan yenidən müstəqillik əldə etdi.

Nəzrin MƏŞƏDİYEVA


Paylaş



Bölmə: Tələbə sözü / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!