14-02-2023, 15:36
Sabahın hava proqnozuBakıda və Abşeron yarımadasında fevralın 14-ü günün ikinci yarısından 16-sı səhərədək tez-tez cənub küləyinin şimal küləyi ilə əvəz olunacağı, 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın rayonlarında fevralın 14-ü gündüzdən 16-sı səhərədək əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
14-02-2023, 14:46
İsraillə əlaqələrimizin qarşılıqlı inkişafına səy göstəririk - Çavuşoğlu"Bu gün Türkiyəyə göstərdiyi dəstəyə görə İsrailə təşəkkürümüzü bildiririk". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada İsrail XİN rəhbəri Eli Kohenlə birgə mətbuat konfransında deyib. "İlk dəfədir ki, İsrail XİN başçısı Eli Kohenlə üz-üzə görüşürəm. İki dəfə telefonla danışmışıq. Qeyd edim ki, İsraildə yeni hökümət qurulandan sonra əlaqələrin möhkəmlənəcəyinə əmin olmuşuq. Bundan sonra yeni səhifənin açılmasına ümid edirik. Hər iki ölkənin səfirləri əlaqələrin inkişafı üçün səy göstərirlər, bu təqdirəlayiqdir", - deyə XİN başçısı vurğulayıb.
14-02-2023, 14:43
Türkiyəyə ilk yardım göstərənlərdən biri İsraildir - Çavuşoğlu"Türkiyəyə zəlzələ zamanı ilk dəstək verən ölkələrdən biri İsrail idi, buna görə onlara təşəkkür edirik". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada İsrail XİN rəhbəri Eli Kohenlə birgə mətbuat konfransında deyib. "İsrail tərəfi sadəcə zənglə kifayətlənmədi, bizə hərtərəfli yardım etdilər. İsrail-Fələstin münaqişəsinə bundan sonra diqqət yetirmək lazımdır. Bu məqamda həll prinsipinə xələl gətirəcək addımlardan çəkinmək lazımdır. Hər iki ölkənin səfirləri əlaqələrin inkişafı üçün səy göstərirlər",- deyə türkiyəli nazir bildirib.
14-02-2023, 14:19
Rusiyadan Moldovaya çağırış dolu mesaj"Kişinyovun Rusiyanın Moldovada vəziyyəti destabilizasiya etmək planı ilə bağlı bəyanatları əsassızdır". Bu, Rusiya XİN-in Moldova prezidenti Maya Sandunun dünənki açıqlamasına cavabında bildirilib. "Kiyev Kişinyovu Rusiya Federasiyası ilə şiddətli qarşıdurmaya cəlb etməyi hədəfləyir. Moskva Moldova hakimiyyətini dövlət müdrikliyi göstərməyə, kənardan gələn təxribatlara uymamağa çağırır", - deyə məlumatda vurğulanıb. Rusiya XİN-in açıqlamasında ABŞ-ın Suriyadakı zəlzələ ilə bağlı addımlarına da münasibət bildirilib. "Qərb Suriyadakı zəlzələdən zərər çəkmiş insanların ehtiyacları barədə spekulyasiya edir, sərhədyanı yardım mexanizmini genişləndirmək üçün BMT Təhlükəsizlik Şurasına müraciət edir", - deyə qeyd olunub.
14-02-2023, 14:15
Dağıntılar altından külli miqdarda pul aşkarlandıTürkiyəyə göndərilmiş rusiyalı xilasedicilər dağıntılar altından külli miqdarda pul aşkarlayıblar. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin “Telegram” hesabında məlumat paylaşılıb. “Türkiyəyə göndərilən axtarış-xilasetmə əməkdaşlarımız yaşayış binasının dağıntılarını təmizləyərkən külli miqdarda pul tapıblar”, - deyə məlumatda bildirilib. Qeyd olunub ki, daha bir dağıntı qatını açan zaman içərisində yüz dollarlıq əskinaslarla dolu qazan aşkarlanıb. Qazanda olan pulun məbləğinin 150 min dollar olduğu müəyyən edilib. Həmin vəsait polis əməkdaşlarına təhvil verilib. Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən zəlzələlər nəticəsində 31 643 nəfər həlak olub, 80 mindən çox insan zərər çəkib.
14-02-2023, 14:09
Xilasedicilərimiz 51 nəfərin həyatını qurtarıbAzərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin cəsədini çıxarıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Nazirliyin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.
14-02-2023, 14:06
İran prezidenti Çinə 3 günlük səfər edirİran prezidenti İbrahim Rəisi Çinə səfər edib. O, Çin lideri Si Tsinpinin şəxsi dəvəti ilə Pekinə yollanıb. Bildirilib ki, Rəisinin səfəri üç gün davam edəcək. Onun burada yüksək səviyyəli görüşlər keçirməsi nəzərdə tutulub. Təhlilçilərin fikrincə, bu səfər ABŞ-la gərginliyin artması fonunda iki ölkə arasında əlaqələrin gücləndirilməsindən xəbər verir.