Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
15-02-2023, 22:48
Ermənistanın Azərbaycanla sərhədinə alman polisləri gəlir


Ermənistanın Azərbaycanla sərhədinə alman polisləri gəlir

Ermənistanın Azərbaycanla sərhədinə göndəriləcək Avropa İttifaqı (Aİ) missiyasında Almaniyadan 15 polis əməkdaşı iştirak edəcək. Bu barədə Almaniya hökumətinin sözçüsü Şteffen Hebestreit bildirib. Silahsız hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan tərəfində sərhəddə patrul edəcək. "Federal Nazirlər Kabineti Almaniyanın Avropa İttifaqının Ermənistandakı yeni missiyasında (EUMA) Azərbaycanla beynəlxalq sərhəddə iştirak etməsi barədə qərar qəbul edib", - deyə o qeyd edib.
15-02-2023, 22:38
Ermənistan tərəfi sülhə maraqlı olmadığını bir daha sübut etdi - XİN


Ermənistan tərəfi sülhə maraqlı olmadığını bir daha sübut etdi - XİN

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 14-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla sülh sazişi layihəsinə “Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin müzakirəsi məqsədilə beynəlxalq mexanizm yaradılması” barədə müddəanın daxil edildiyini vurğulamasına münasibət bildirib. Nazirliyin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, A.Hacızadə bununla bağlı qeyd edib: “Ermənistan tərəfinin sülh sazişi üzrə danışıqlar prosesinə maneçilik yaradan bu kimi manipulyasiyaları Ermənistanın bölgədə sülhdə maraqlı olmadığını bir daha nümayiş etdirir. Sülh sazişi üzrə danışıqlar prosesində Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi üzrə beynəlxalq mexanizm yaradılması təşəbbüsü və bu barədə müddəanın Azərbaycan-Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinə daxil edilməsi səyləri tamamilə əsassızdır və bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq. Bu səylər, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə, habelə ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqları Praqa və Soçi razılaşmalarına zidd olaraq, Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir. Bir daha xatırlatmaq istərdik ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Ermənistanın Azərbaycanın daxili məsələsi olan erməni sakinlərin reinteqrasiya prosesinə müdaxilə etməsi qəbuledilməzdir”.
15-02-2023, 22:29
Türkiyənin Elazığ vilayətində fövqəladə vəziyyət elan edilib


Türkiyənin Elazığ vilayətində fövqəladə vəziyyət elan edilib

Türkiyənin daha bir vilayətində fövqəladə vəziyyət elan edilib. Bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömür Çelik özünün "Twitter" hesabında məlumat yayıb. AKP rəsmisi qeyd edib ki, Elazığ vilayətində zəlzələ ilə bağlı fövqəladə vəziyyət tətbiq olunub. Bununla da, Türkiyədə fövqəladə vəziyyət elan olunan vilayətlərin sayı 11-ə çatıb. Qeyd edək ki, bundan öncə Türkiyənin Qaziantep, Hatay, Kilis, Adıyaman, Diyarbakır, Adana, Osmaniye, Şanlıurfa və Malatya bölgəsində 3 aylıq fövqəladə vəziyyət tətbiq edilib.
15-02-2023, 22:26
Zəlzələ bölgəsinə ezam olunan xilasedicilərimiz xəsarət alıb


Zəlzələ bölgəsinə ezam olunan xilasedicilərimiz xəsarət alıb

Türkiyəyə zəlzələ bölgəsinə ezam olunan azərbaycanlı xilasedicilərdən biri xəsarət alıb. Hadisə axtarış-xilasetmə əməliyyatı zamanı baş verib. Belə ki, azərbaycanlı xilasedicinin ayağı texnikanın ehtiyatsız idarə edilməsinə görə betona sıxışıb və nəticədə sınıb. Hazırda Kahramanmaraşda FHN-in səhra hospitalında müalicə olunan xilasedicinin durumunun yaxşı olduğu bildirilir. Onu da əlavə edək ki, “CNN Türk” kanalı səhra hospitalından süjet hazırlayıb. Süjetdə həmin xilasedicidən də bəhs edilir.

15-02-2023, 22:22
Avropa Parlamenti Saakaşviliylə bağlı qətnamə qəbul edib


Avropa Parlamenti Saakaşviliylə bağlı qətnamə qəbul edib

Avropa Parlamenti Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə bağlı qətnamə qəbul edib. AP eks-prezidentin səhhətinin pisləşməsindən narahatlığını ifadə edib. Qətnamədə Gürcüstan hakimiyyətinə çağırış edilib ki, Saakaşvilinin azadlığa buraxılaraq, xaricdə müalicə almasına şərait yaradılsın. Avropa Parlamenti, həmçinin Gürcüstan Prezidenti Salome Zurabişvilini konstitusion hüququndan istifadə edərək Saakaşvilini əfv etməyə çağırıb.
15-02-2023, 22:19
Avropadan Ukraynaya 226 milyon avroluq yardım


Avropadan Ukraynaya 226 milyon avroluq yardım

Böyük Britaniya və digər Avropa ölkələri Ukraynaya 226 milyon avro yardım göstərilməsi barədə razılığa gəliblər. Bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, yardım Ukrayna Beynəlxalq Fondu (IFU) vasitəsilə veriləcək. Yardım paketi Britaniya, Niderland, Norveç, İsveç və Danimarka tərəfindən razılaşdırılıb. Ümumi dəyəri 226 milyon avrodan çox olan yardıma artilleriya sursatları, dəniz kəşfiyyat sistemləri, müşahidə və kəşfiyyat avadanlıqları, o cümlədən Ukrayna tankları üçün nəzərdə tutulmuş avadanlıqların ehtiyat hissələri daxil olacaq.
15-02-2023, 22:16
Türkiyə və Ermənistan sərhədlərin açılması işində razılığa gəlib


Ermənistan və Türkiyə sərhədlərin açılması işində razılığa gəlib

Ermənistan və Türkiyə üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması işinə təkan vermək barədə razılığa gəliblər. Bunu Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç deyib. Onun sözlərinə görə, Ermənistan və Türkiyənin sərhədində yerləşən Marqara körpüsünün tezliklə istismara verilməsi planlaşdırılır. “Ermənistan və Türkiyə sərhəddəki Marqara körpüsünün tez bir zamanda istismara verilməsi üçün mümkün olan hər şeyi edəcəklər. Tərəflərin son zamanlar atdığı addımlar münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərəcək”, - deyə Serdar Kılıç qeyd edib.
15-02-2023, 22:11
Reznikov Ukraynanın hücuma keçməsiylə bağlı danışdı


Reznikov Ukraynanın hücuma keçməsiylə bağlı danışdı

"Ukrayna bir neçə aydan sonra hücuma keçməyə hazır olacaq". Bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib. "Texnologiya baxımından bütün ehtiyacları səsləndirmişəm. Onların Ukraynaya çatdırılması, ilk növbədə, təlim dövrü ilə bağlıdır. Bu, vaxt tələb edir. Söhbət bir neçə aydan gedir ki, bundan sonra biz tam hazır olacağıq”, - Reznikov bildirib. O, Ukrayna prezidenti Volodimir Zelenskinin qərarı ilə nazir olaraq qalacağını söyləyib. Reznikov yaxın aylarda müdafiə naziri postunda qalıb-qalmayacağı ilə bağlı sualı cavablandırıb: “Bəli, bu, mənim prezidentimin qərarı idi”. Qeyd edək ki, bundan əvvəl onun istefaya göndəriləcəyi ilə bağlı məlumatlar yayılmışdı.
15-02-2023, 21:53
Çinlə ticarət dövriyyəmizin ümumi həcmi artıb


Çinlə ticarət dövriyyəmizin ümumi həcmi artıb

Bu ilin yanvar ayında Azərbaycanın Çinlə ticarət dövriyyəsinin ümumi həcmi 44 570,98 min ABŞ dolları və ya 30,2 faiz artaraq 192 242,13 min dollar təşkil edib. Cari ilin ilk ayında Azərbaycandan Çinə 9 867,07 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 3 301,93 min dollar və ya 50,3 faiz üstələyir. Çindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 29,2 faiz və ya 41 269,05 min dollar artaraq 182 375,06 min dollara çatıb. Son bir ayda ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı 5,84 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 2,2 faiz bəndi çoxdur.
15-02-2023, 16:47
Türkiyədə zəlzələdən sonra seçkilərin keçirilməsi müzakirə olunur


Türkiyədə zəlzələdən sonra seçkilərin keçirilməsi müzakirə olunur

Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra siyasi dairələrdə bu ilin iyun ayında keçirilməsi planlaşdırılan parlament və prezident seçkilərinin aqibəti müzakirə mövzusuna çevrilib. Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Bülent Arınç seçkilərin təxirə salınmasını təklif edib. O, seçki tarixi ilə bağlı üç təklif irəli sürüb. Sabiq spikerin üstünlük verdiyi ilk təklif parlament və prezident seçkilərinin 2024-cü ildə keçiriləcək yerli seçkilərlə birləşdirilməsidir. Arınçın növbəti təklifi seçkilərin 2023-cü ilin noyabrına təxirə salınmasıdır. Üçüncüsü, o, seçkilərin bütün siyasi partiyaların razılaşdığı tarixdə keçirilməsini təklif edib. Zəlzələdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin mayın 14-ə çəkilməsini istədiyini söyləyib. Ancaq təklif barədə rəsmi qərar verilməyib. Zəlzələdən sonra seçkilərin təxirə salınması məsələsi gündəmə gətirilib. Lakik Türkiyə müxalifəti buna qarşı çıxıb. Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu bu gün açıqlamasında bildirib ki, seçkiləri təxirə salmağa çalışırlar. "Mən xalqıma aydın və birmənalı şəkildə deyirəm ki, seçkilər vaxtında keçiriləcək. Seçki müharibədən başqa səbəbə görə təxirə salına bilməz. Buna da parlament qərar verir", - deyə CHP lideri qeyd edib. Sabiq baş nazir, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu da seçkilərin təxirə salmasını istəmir. O, bugünkü çıxışı zamanı deyib ki, belə bir acı gündə seçkilər barədə düşünmək olmaz, zamanı gələndə seçki keçiriləcək. O, hakimiyyəti seçkilərin təxirə salınmasını gündəmə gətirməkdə ittiham edib və buna qarşı olduğunu bəyan edib. Keçmiş maliyyət naziri Ali Babacanın rəhbərlik etdiyi DEVA partiyasının sözçüsü İdris Şahin də seçkilərin təxirə salınmasına münasibət bildirib. O deyib ki, seçkiləri təxirə salmaq mümkün deyil. Bir neçə gün əvvəl İYİ Partiya sədri Meral Akşener jurnalistlərə açıqlamasında bildirib ki, seçkini təxirə salmaq mümkün deyil. "Amma seçki mayın 14-də olmayacaq, vaxtında, iyunun 18-də keçirilməlidir", - deyə o qeyd edib. Hakim partiya isə susqunluğunu qoruyur. Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib ki, seçkilərlə bağlı nəsə danışmağı çox yanlış hesab edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!