Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
15-02-2023, 16:40
İranda məhbuslar edam edilib


İranda məhbuslar edam edilib

Fevralın 14-də İranın Urmiya, Qəzvin və Kərəc şəhərlərində 6 məhbus edam edilib. Bu barədə “Azad İran” teleqram kanalı İran İnsan Haqları Təşkilatına istinadla məlumat paylaşıb. Bildirilib ki, Qəzvin şəhərində Əhməd Süməri, Behzad Əlirzayi, Kərəc şəhərində isə Əli Purheydəri və Mehdi Dustdari adlı məhbuslar dar ağacından asılıb. Rəsmi qurumlar edamla bağlı açıqlama yaymayıb.
15-02-2023, 13:57
Ölən tələbənin atası oğlunun həyatda olmadığına hələ də inanmır


Ölən tələbənin atası oğlunun həyatda olmadığına hələ də inanmır

Ötən gün Türkiyənin Malatya şəhərində dağıntılar altında qalan azərbaycanlı tələbələrin meyitləri tapılıb. Cansız bədənləri dağıntı altından çıxarılan gənclərdən biri Gündüz Nəzərzadədir. Gündüz Sumqayıt şəhərində anadan olub, 9-cu mikrorayon ərazisində yaşayıb. Ailədə iki qardaş olub. Yaxınlarının bildirdiyinə görə, Gündüz Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsini bitirib, sonra təhsilini qardaş ölkədə davam etdirmək qərarına gəlib. "Gündüzün Arzuman adlı bir qardaşı var. O da Türkiyədə oxuyur. Gündüz Azərbaycan Tibb Universitetini bitirib, daha sonra Türkiyəyə gedib. Eskişəhər və Malatyada tibb üzrə uzmanlıq təhsili almağı planlaşdırırdı. Qardaşı Arzuman isə Türkiyənin Antalya şəhərində Akdeniz Universitetində turizm fakültəsində təhsil alırdı. Anaları evdar qadındır. Ataları isə əlinin zəhməti, qabarı ilə onları böyüdüb. Ataları Mübariz çalışırdı ki, hər iki övladı təhsilli olsun. Halal, zəhmətkeş ailədə böyüyüblər. Atası onun ölümünü qəbul edə bilmir. Deyir ki, "mənim oğlum ölməyib, onu torpağa qoymayana qədər öldüyünə inanmayacam". Gündüzün anası da şəkər xəstəsidir. Türkiyəyə gedəndən xəstəxanadır. Hazırda onlar hadisənin şokunu yaşayırlar. Qardaşı da pərişandır. Çox böyük faciədir, Allah səbr versin", - deyə ailənin yaxınları bildiriblər. Gündüzün Azərbaycan Tibb Universitetindəki müəllimi Aidə Bəndəliyeva da onunla bağlı xatirələrini bölüşüb. "Ağıllı, tərbiyəli, savadlı, intizamlı, yaraşıqlı və çox da mehriban bir tələbə idi. Çox danışmağı sevməzdi, dərs zamanı hər dəfə mənalı suallar verərdi. Oxumaq, öyrənmək həvəsi böyük idi. Tələbələrdən soruşanda ki, gələcək planınız nədir, Gündüz deyirdi ki, “mən təhsilimi Türkiyədə davam etdirmək istəyirəm. Ona görə də çalışıram ki, qiymət ballarım yüksək olsun”. Bu arzusuna çatdı Gündüz, amma nə yazıq ki, gələcək digər arzuları yarıda qaldı..", - deyə müəllim qeyd edib.

15-02-2023, 13:52
Ölən tələbələrimiz bu tarixdə ölkəyə gətiriləcək


Ölən tələbələrimiz bu tarixdə ölkəyə gətiriləcək

Türkiyənin Malatya bölgəsində zəlzələ zamanı həlak olan azərbaycanlı tələbələrin - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cənazələri fevralın 16-da ölkəyə gətiriləcək. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. Onun sözlərinə görə, cənazələrin Azərbaycana gətirilməsi üçün artıq hazırlıqlara başlanılıb. "Cənazələrin bu gecə saat 02:00 radələrində ölkəyə gətirilməsi nəzərdə tutulub", - XİN sözçüsü vurğulayıb. Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra dünən tapılıb.
15-02-2023, 13:48
Mobil telefonların qeydiyyatıyla bağlı yeni qayda tətbiq edildi


Mobil telefonların qeydiyyatıyla bağlı yeni qayda tətbiq edildi

Bugündən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların İMEİ nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq mərkəzi tərəfindən qeydiyyata alınmayacaq. Bununla bağlı Dövlət Gömrük Komitəsinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytlarında müvafiq bildirişlər yerləşdirilib. Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli qərarına əsasən, xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Lakin bugünədək müəyyən yayınma halları mövcud idi. Yuxarıda göstərilən tarixdən bəyan edilməyən və rüsumu ödənilməyən mobil cihazların ölkə daxilində İMEİ qeydiyyatı həyata keçirilməyəcək.
15-02-2023, 13:43
İlham Əliyev Serbiya prezidentinə təbrik məktubu ünvanladı


İlham Əliyev Serbiya prezidentinə təbrik məktubu ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Hörmətli cənab Prezident, Serbiya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. Azərbaycan ilə Serbiya arasında münasibətlər möhkəm dostluq, qarşılıqlı etimad və anlaşma üzərində qurulmuşdur. Sıx dövlətlərarası əlaqələrimiz və gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımız böyük məmnunluq doğurur. Bu gün siyasi əlaqələrimizin yüksək səviyyəsi, çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr münasibətlərimizin genişlənməsində və qarşılıqlı fəaliyyətimizin dərinləşməsində mühüm rol oynayır. İkitərəfli müstəvidə olduğu kimi ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər. Əminəm ki, Azərbaycan-Serbiya strateji tərəfdaşlığı, siyasi, iqtisadi-ticari, energetika, nəqliyyat-logistika, müdafiə və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf edəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Serbiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
15-02-2023, 13:40
Kahramanmaraşda yenidən zəlzələ olub


Kahramanmaraşda yenidən zəlzələ olub

Türkiyənin Kahramanmaraş bölgəsində yenidən zəlzələ olub. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Göksun adlanan bölgədə baş verən zəlzələ 4,6 bal gücündə qeydə alınıb. Zəlzələnin 12.3 kilometr dərinlikdə olduğu bildirilib.
15-02-2023, 13:37
Bu gündən polietilen torbalar ödənişlidir


Bu gündən polietilen torbalar ödənişlidir

Bu gündən Azərbaycanda polietilen torbaların pulla satışına başlanılıb. Bir çox marketlərdə alıcılara polietilen torbalar ölçüsündən asılı olaraq 1, 3, 5 qəpiyə satılır. “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinə məktub ünvanlanıb. Məktubda qeyd olunub ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi ödənişli olmalıdır. "Bununla bağlı olaraq ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən, ətraf mühitin sağlamlaşdırılması məqsədilə 15 fevral 2023-cü il tarixindən etibarən, polietilen torbalar müştərilərə ödənişli qaydada təqdim ediləcək”, - deyə məlumatda qeyd edilib.
15-02-2023, 13:12
Ermənistandan Türkiyəyə növbəti yardım


Ermənistandan Türkiyəyə növbəti yardım

Ermənistandan Türkiyənin zəlzələ bölgəsinə növbəti yardım karvanı yola düşüb. Bu barədə Ermənistan XİN-in sözçüsü Vahan Hunanyan twitter səhifəsində yazıb. Bildirilib ki, ötən gecə humanitar yardımın ikinci partiyasını daşıyan yük maşınları körpü vasitəsilə Ermənistan-Türkiyə sərhədindən keçib.
15-02-2023, 07:15
İlham Məmmədli-60: Çeşmə kimi dumduru - Şirindil Alışanlı yazır

Şirindil Alışanlı
Filologiya elmləri doktoru, professor


İlham Məmmədli-60: Çeşmə kimi dumduru


İstedadlı ədəbiyyatşünas alim və publisist İlham Məmmədli yetişib pərvazlandığı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, həmkarları, qələm dostları və oxucuları arasında təvazökar şəxsiyyət, söz sənətinin incəliklərini dərindən duyan tədqiqatçı, həyatın ən çətin məqamlarında belə öz ləyaqətini qoruyub saxlayan qələm əhli kimi hörmət və nüfuz qazanmışdır. İlham otuz ildən artıqdır ki, Respublika mətbuatında ədəbi-elmi və publisist yazıları ilə çıxış edir. Onun yaradıcılığında müstəqillik illərinin ağrıları, əzabları ilə yanaşı, milli azadlığa qovuşmağın və doğma torpağın qayıdışın təlqin etdiyi fəxarət hissinin şahidi oluruq. İlhamın bir jurnalist, publisist kimi fəaliyyətinin vətəndaşlıq, milli qeyrət tutumunu onun redaktoru olduğu qəzetin adı sərrast ifadə edir: "Bütöv Azərbaycan". Bu qəzetdəki adi xəbərlər də, tarixi mövzulu yazılar da siyasi bir ustalıqla Vətənimizin bütövlüyünə xidmət missiyasını icra edir.
İlham Məmmədli ədəbiyyatşünaslığa gələndə kifayət qədər təcrübəsi var idi. Xeyli müddət idi ki, Kəlbəcərdə yaranan ədəbiyyat, zəngin saz-söz sənəti haqqında monoqrafik tədqiqat aparmaq iqtidarında olan müəllif sorağında idim. İlhamla ilk tanışlıqdan qəti qənaətə gəldim ki, axtardığımı tapmışam. İnstitutun Elmi Şurasında İlham Məmmədli üçün "Kəlbəcər ədəbi mühiti" adlı dissertasiya mövzusunun təsdiqi böyük müzakirəyə səbəb oldu. Bilənlər də danışdı, bilməyənlər də. Səs çoxluğu ilə mövzunu təsdiq etdik. Onu da deyim ki, mövzu əleyhinə meydan sulayanlar müdafiə zamanı bu əsəri ən çox tərifləyənlər oldular. Qəribədir, bütün istedadlı tələbələrimin mövzularının təsdiqi zamanı xeyli əsəb gərginliyi keçirmişəm.
İlham Məmmədli tədqiqat işinə haqlı olaraq ədəbi materialın toplanması və nəşri ilə başladı. Əllidən artıq öz sözünü demiş şairin şeirlərindən ibarət antologiya hazırladı. "Kəlbəcərin söz sərvəti" adlı bu kitaba yazdığı geniş müqəddimə, şairlərin qısa tərcümeyi-halı da əlavə olunmaqla elmi prinsiplərə söykənən sanballı bir məcmuə meydana çıxdı, elmi-nəzəri ümumiləşdirmələr üçün geniş meydan yarandı. İlham Məmmədlinin "XX əsr Kəlbəcər ədəbi mühiti" monoqrafiyası son on ildə bu səpgidə yazılmış sanballı əsərlərdəndir. Bu monoqrafiya ilə İlham Məmmədli bir ədəbiyyatşünas alim kimi özünü ədəbi-elmi mühitdə təsdiq etdi. Ən başlıcası isə bu əsər "ədəbiyyatşünaslıq vərdişləri" ilə yazılmamışdı. Onun müəllifi poeziyanın ideya-bədii tutumunu, estetik daşıyıcılarının tarixi təkamülünü və hər bir tarixi mərhələdə kəsb etdiyi bədii funksiyanın çalarlarının duyur və doğru şərh edir.
Müəllif haqlı olaraq qeyd edir ki, Azərbaycanda vahid ədəbi prosesin formalaşması və təkamülündə ayrı-ayrı regionlarda müəyyən tarixi-sosial və ədəbi şərtlərin reallaşdırdığı yaradıcılıq mühitlərinin böyük rolu olmuşdur. Hələ ümummilli ədəbi prosesin formalaşmadığı tarixi dövrlərdə Şuşa, Tiflis, Şamaxı, Bakı və s. ədəbi mühitlərini birləşdirən ümimi amillərlə yanaşı fərdi bədii-estetik dəyərlər də mövcud idi.
Öz spesifık cəhətlərini saxlayan sonuncu ədəbi mühit kimi Kəlbəcər ədəbi mühiti bu regionun erməni faşizmi tərəfindən işğalından sonra tarixi gerçəkliyə çevrildi. Bu ədəbi-estetik gerçəkliyin tədqiqi Azərbaycan ədəbiyyatının zəngin bədii çalarlara məxsus bir qolunu üzə çıxarmaq kimi nəcib bir missiya daşıyır.

İlham Məmmədli incə poetik ruhu olan tədqiqatçıdır. O, Kəlbəcərdə yazıb-yaratmış yüzdən artıq söz sahibinin poeziyasını tədqiqata cəlb etmişdir. İ.Məmmədli bu regionda yaranan ədəbi nümunələri və şəxsiyyətləri dərindən öyrənmiş, onların bir çoxu ilə yaradıcılıq əlaqələri yaratmışdır.
İlham Məmmədlinin monoqrafıyası elmi strukturu və təhlil prinsipləri baxımından mükəmməl əsərdir. O, birinci növbədə bu mühitin formalaşmasını şərtləndirən tarixi-coğrafı, ictimai-sosial və ədəbi-bədii nümunələr zəminində konseptual elmi təsəvvür yarada bilir. Tarixi və bədii materialların vəhdətdə, bir- birini tamamlayan amil kimi təhlilə cəlb edilməsi müəllifə öz qənaətlərində ardıcıl olmağa əsas yaradır.
Kəlbəcər ədəbi mühitinin bədii-estetik fərdiliyini üzə çıxartmaq üçün müəllif səriştəli təhlillər aparır, tipik nümunələr seçir. Bədii nümunələrin poetikası səpkisində aparılan təhlillər həmin mühitin fərdi sənətkarlıq cəhətlərini üzə çıxarır.
Bu əsərin digər elmi və ictimai əhəmiyyəti ondadır ki, Kəlbəcər ədəbi mühiti artıq tarixi anlamdır və onun bərpasının mümkünlüyü şübhə altındadır. İlham Məmmədlinin bu kitabı ədəbi-ictimai fıkir tariximizdə belə bir spesifık mühitin varlığının təsdiqidir.
İlham Məmmədli püxtə qələm sahibidir. Onun jurnalistik fəaliyyəti, ədəbi-ictimai həyatla daim təmasda olması zəngin faktik materialı seçməkdə, dəyərləndirməkdə ona yardımçı olmuşdur. Onun elmi-nəzəri ədəbiyyatla tanışlığı mühakimə və qiymətləndirmələrinin dəqiqliyinə zəmin yaradır.
"XX əsr Kəlbəcər ədəbi mühiti" monoqrafiyasının digər üstünlüyü ondadır ki, vaxtında yazıldı. Bu bölgədən çıxan sənətkarların bir çoxu dünyasını dəyişdi, özü də Kəlbəcər həsrəti ilə qovrula-qovrula dünyadan köçdülər. Yerdə qalanlar bu gün doğma torpağa qovuşdular. Ancaq çətin ki, "Kəlbəcər ədəbi mühiti" anlamını şərtləndirən vaxtı ilə gördüyümüz, yaşadığımız aura bərpa oluna.
İlham Məmmədli xeyli vaxtdır Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi kimi çalışır. Azərbaycan poeziyasında dördlük formasının tarixi təkamülü barədə ciddi araşdırmalar aparır. Bu mövzuda nüfuzlu elmi dərgilərdə dərc etdirdiyi məqalələr qədim tarixi ənənələri olan bu şeir şəklinin poeziya tariximizdəki yerini müəyyən etməyə yardımçı olur. Şübhə etmirəm ki, İlham tezliklə bu monoqrafiyasını tamamlayıb müzakirəyə təqdim edəcək.
İlham əməkdaşı olduğu şöbənin sanballı nəşrlərinin əsas müəlliflərindən biridir. Onun Səməd Vurğun, Mir Cəlal, M.İbrahimov, İ.Əfəndiyev, M.Hüseyn, B.Vahabzadə, H.Kürdoğlu, M.Aslan, Fikrət Sadıq haqqında tədqiqatlarında poetika məsələləri əsas hədəf kimi götürülür və müəllifin ilk monoqrafiyasında qazandığı təcrübə ona yardımçı olur. Çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin müəlliflərindən biri kimi onun yeni yaradıcılıq keyfiyyətləri üzə çıxır. Tarixi gedişatı müasir nəzəri-praktik qənaətlər əsasında dəyərləndirmək onun seçdiyi doğru metodoloji prinsipdir.
Mən öz yetirmələrimlə (onların çoxu artıq həmkarım kimi ədəbiyatşünaslıq elmimizi təmsil edirlər) fəxarət duyuram. Bu cərgədə İlham Məmmədlinin öz yeri var. O, vaxtından əvvəl "ağsaqqal" statusu qazananlardandır. Doğulduğu Kəlbəcərin çeşmələri kimi saf və dumdurudur.
60-ın mübarək, əzizim İlham!

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!