22-02-2023, 00:35
Putin nüvə sazişinin ləğviylə bağlı qanun layihəsini Dumaya təqdim edibRusiya prezidenti Vladimir Putin ABŞ-la imzalanan nüvə sazişinin ləğv edilməsi barədə qanun layihəsini Dövlət Dumasına təqdim edib. Bu barədə Kreml məlumat yayıb. “Rusiya Federasiyası ilə Amerika Birləşmiş Ştatları arasında strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması tədbirləri haqqında Müqavilənin fəaliyyətinin Rusiya Federasiyası tərəfindən dayandırılması haqqında” qanun layihəsi Dövlət Dumasında müzakirə olunacaq. Qeyd edək ki, Putin bu gün parlamentdə çıxışı zamanı Rusiyanın müqaviləni tərk edəcəyini açıqlayıb.
22-02-2023, 00:32
Bayden Vaşinqton və G7-nin ərzaq böhranındakı rolundan danışdıABŞ prezidenti Co Bayden Varşavada çıxışı zamanı Vaşinqton və G7-nin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) ərzaq böhranı ilə mübarizədə rolundan danışıb. O, bu ölkələrin ərzaq tədarükünü artırdığını bildirib. ABŞ lideri qeyd edib ki, Ukrayna taxılının ixracında çətinliklər yarandığından, onlar ərzaq tədarükünün həcmini artırmaq qərarına gəliblər. Baydenin sözlərinə görə, qlobal ərzaq böhranı xüsusilə Afrika və yoxsul ölkələrdə daha da pisləşib. "ABŞ, G7 və digər tərəfdaşlar böhranı həll etmək və ərzaq tədarükünün həcmini artırmaq qərarına gəliblər", - ABŞ prezidenti bildirib. O qeyd edib ki, həyat yoldaşı Cil Bayden ərzaq böhranı ilə mübarizə çərçivəsində bu həftə Afrikaya səfər edəcək. AFP xəbər verir ki, xanım Bayden fevralın 22-dən 26-dək Namibiya və Keniyaya səfər edəcək.
22-02-2023, 00:29
Bayden Moldovaya dəstək dolu çıxış etdiMoldova vətəndaşları qətiyyətlidirlər, demokratiyaya doğru irəliləmək, Avropa ölkələrinə qoşulmaq istəyirlər. Bunu Varşavada çıxışı zamanı ABŞ prezidenti Co Bayden deyib. "Moldova vətəndaşları qətiyyət nümayiş etdirirlər. Bu ölkədə insanlar azad olmaq istəyirlər”, - Bayden bildirib. ABŞ lideri qeyd edib ki, Moldova Prezident Maya Sandu bu mübarizəyə rəhbərlik edir. "O, bu gün buradadır. Mən sizi və azadlıqsevər Moldova xalqını dəstəkləməkdən qürur duyuram", - ABŞ prezidenti deyib.
22-02-2023, 00:25
Bayden Putinə və rus xalqına müraciət ünvanladıABŞ prezidenti Co Baydenin Varşavada çıxış edib. Bu barədə Ağ Ev məlumat yayıb. Bayden çıxışı zamanı Rusiya prezidenti Vladimir Putinə və rus xalqına müraciət ünvanlayıb. O, çıxışının əvvəlində Rusiyanın Ukraynadakı hərbi əməliyyatının ABŞ, Avropa İttifaqı və NATO üçün sınaq olduğunu bildirib.
[media=https://youtu.be/H98gJ1OruBo]
22-02-2023, 00:21
Rusiya XİN nümayəndəsindən Ermənistandakı Aİ missiyasına etirazRusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla telefon danışığı aparıb. Bu barədə TASS agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub. Rusiya rəsmisi bildirib ki, Brüsselin Ermənistanda missiya yerləşdirmək qərarı regionda vəziyyəti normallaşdırmağa kömək etmir. Həmçinin qeyd olunub ki, Bakı və İrəvan arasında bu təşəbbüslə bağlı konsensus yoxdur.
22-02-2023, 00:18
Azərbaycan Türkiyəyə 25 milyon manat humanitar yardım ayırıbAzərbaycan zəlzələdən sonra Türkiyəyə 25 milyon manata yaxın maddi yardım ayırıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Eyni zamanda, təcili tibbi yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və rəsmi axtarış-xilasetmə maşınları pulsuz yanacaqla təmin edilib.
22-02-2023, 00:14
Ukraynada ölən dinc əhalinin sayı 8 mini keçibUkraynada müharibə başlayandan bəri 8000-dən çox dinc sakin ölüb. Bu barədə BMT-nin hesabatında qeyd olunub. Bildirilib ki, Rusiyanın zərbələri nəticəsində 13 000-dən çox insan yaralanıb. BMT-nin məlumatına görə, bu rəqəm yalnız sənədləşdirilmiş ölümlərdir, amma reallıqda mülki itkilər daha çoxdur. Belə ki, hələ də Rusiya qoşunlarının işğalı altında olan Mariupolda öldürülənlərlə bağlı təşkilatda heç bir məlumat yoxdur.
22-02-2023, 00:10
Çin liderinin Rusiyaya səfəri gözlənilirÇin lideri Si Cinpin Rusiyaya səfər etməyi planlaşdırır. Bu barədə "The Wall Street Journal" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, Çin lideri Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Səfər yaxın aylarda baş tutacaq.
22-02-2023, 00:07
Türkiyədə zəlzələ qurbanlarının sayı 42 mini keçdiTürkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 42 310 nəfərə çatıb. Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, indiyədək zəlzələ bölgəsindən 448 018 vətəndaş təxliyə olunub. Məlumata görə, Kahramanmaraş və Hatay zəlzələlərindən sonra 7242 afterşok qeydə alınıb. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.