Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
17-02-2023, 15:41
FİFA-dan Türkiyə və Suriyaya 1 milyonluq yardım


FİFA-dan Türkiyə və Suriyaya 1 milyonluq yardım

FIFA Türkiyə və Suriyaya zəlzələyə görə humanitar yardım göstərəcək. Bu barədə ali futbol qurumunun rəsmi saytında məlumat yer alıb. Bildirilib ki, bunun üçün 1 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb. FIFA Türkiyə Futbol Federasiyası (TFF), Suriya Futbol Assosiasiyası (SFA) və qeyri-hökumət təşkiları ilə məsləhətləşmələrdən sonra zəruri əşyaların alınmasına, paylanmasına başlayacaq.
17-02-2023, 15:32
Paşinyan Münhen dəvətini qəbul etməyib


Paşinyan Münhen dəvətini qəbul etməyib

Xəbər verdiyimiz kimi, 59-cu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçiriləcək "Cənubi Qafqazda təhlükəsizliyin qurulması" adlı paneldə Prezident İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin iştirak edəcəyi bildirilir. Ermənistan Baş naziri Nikol Paşinyan Münhendə olsa da, o, Cənubi Qafqazla bağlı paneldə iştirak etməyəcək. Təşkilatçılar paneldə iştirak etmək üçün Paşinyana dəvət göndəriblər, lakin o, dəvəti qəbul etməyib. Diplomatik mənbələr bildirib ki, Bakı və Tbilisi panelin keçirilməsini dəstəkləyib, Paşinyan administrasiyası isə bu formatdan qəti şəkildə imtina edib. Bundan əvvəl Davosda keçirilən Dünya İqtisadi Forumunda da Prezident İlham Əliyev və İrakli Qaribaşvilinin iştirakı ilə birgə panel olub, lakin Ermənistan tərəfi həmin tədbirdə də iştirak etməyib. "Ermənistan üçtərəfli Bakı-Tbilisi-İrəvan müzakirə formatına qoşulmaq istəməməsi ilə regionda getdikcə özünü təcrid edir", - deyə "Caliber" qeyd edib.
17-02-2023, 15:28
Sabaha olan hava proqnozu


Sabaha olan hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
17-02-2023, 15:26
İlham Əliyev Münhendə keçirilən dəyirmi masada iştirak edib


İlham Əliyev Münhendə keçirilən dəyirmi masada iştirak edib

Fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.


17-02-2023, 15:24
3400 yaralı orduya məxsus xəstəxanalarda müalicə alır - Akar


3400 yaralı orduya məxsus xəstəxanalarda müalicə alır - Akar

Türkiyənin milli müdafiə naziri Hulusi Akar zəlzələdə yaralananlarla bağlı yeni məlumatlar açıqlayıb. Akar 3400 yaralının orduya məxsus xəstəxanalarda müalicə aldığını bildirib. "Zəlzələnin ziyan vurduğu bölgələrdə yaşayan və ya ailəsi burada olan 10 900 hərbçiyə icazə vermişik. "TCG Sancaktar" və "TCG Bayraktar" üzən xəstəxanalarına indiyə qədər 3 400 yaralı gətirilib. Ümumilikdə 22 cərrahiyyə əməliyyatı gerçəkləşdirilib", - deyə Akar söyləyib.
17-02-2023, 15:21
Media subyektləri ƏDV-dən azad edildi


Media subyektləri ƏDV-dən azad edildi

Media subyektlərinin öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilir. Bu barədə Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmiş Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə qeyd olunub. Qanun layihəsi birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib. Bundan başqa, Milli Məclis media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin ƏDV-dən azad edilməsi layihəsini ilk oxunuşda qəbul edib. Məcəlləyə dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmayacaq.
17-02-2023, 15:16
ANS PRESS saytı yenidən açıldı


ANS PRESS saytı yenidən açıldı

Yeddi il əvvəl bağlanan ANS PRESS saytı yenidən açılıb. Əvvəlki domenlə fəaliyyətə başlayan saytda artıq xəbərlər yenilənir. Saytın "haqqımızda" bölməsində anspress.com saytının ötən gündən etibarən fəaliyyətini davam etdirməyə başladığı qeyd olunub. Portalın Baş redaktoru Seyfulla Mustafayev “Qafqazinfo”ya bildirib ki, bir ildən artıqdır portal üzərində işləyirlər, bu günə qədər ancaq daxili istifadəçilər üçün fəaliyyət göstərib: "Xəbər bu portalın bir hissəsidir. Radioya qulaq asa bilərsiniz, televiziya var, bloqlar var və s”. Xatırladaq ki, Vahid Mustafayevin rəhbəri olduğu ANS Şirkətlər Qrupuna daxil olan ANSPRESS saytı ANS TV bağlanandan sonra fəaliyyətini dayandırmışdı.
17-02-2023, 15:12
Borrel Laçın dəhlizinə görə Rusiyanın məhsuliyyət daşıdığını bildirib


Borrel Laçın dəhlizinə görə Rusiyanın məhsuliyyət daşıdığını bildirib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik
məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Laçın dəhlizinə görə Rusiyanın məsuliyyət daşıdığını bəyan edib. O, həm Azərbaycan, həm də Ermənistanla sıx əlaqə saxlanıldığını vurğulayıb. "Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın dəstəyi ilə ali nümayəndə Borrel hər iki tərəflə sıx əlaqə saxlayır. Üçtərəfli bəyanata əsasən, o, sülhməramlı kontingentin nəzarətində olan Laçın dəhlizinə görə Rusiyanın məsuliyyətini qeyd etməlidir. Aİ-nin Ermənistan-Azərbaycan münasibətlərində problemin nəticələrinin aradan qaldırılması üçün ayırdığı humanitar maliyyə vəsaiti 2022-ci il üçün 3.6 milyon avro təşkil edib. Vəsait yerdə fəaliyyət göstərməyə qadir olan yeganə beynəlxalq humanitar təşkilat olan Beynəlxalq Qızıl Xaç Komitəsi üçün tam səfərbər edilib", - deyə məlumatda bildirilib.
17-02-2023, 15:05
Aviabiletin yüksək olması ölkəyə qayıtmaqda çətinlik yaradır - Deputat


Aviabiletin yüksək olması ölkəyə qayıtmaqda çətinlik yaradır - Deputat

Türkiyədə baş verən hadisə bir daha göstərdi ki, təyyarə biletlərinin qiymətinin yüksək olması səbəbindən bu gün tələbələrimiz ölkəyə qayıtmaqda çətinliklər çəkirlər. Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib. O, tələbələrə güzəşt edilməsini təklif edib: “Məhz bu səbəbdən çoxlu sayda tələbə qış tətilini ölkəmizdə deyil, məhz təhsil aldıqları ölkələrdə keçirirlər. Digər bir məsələ Türkiyədə zəlzələ ilə bağlı olaraq universitetlər distant tədrisə keçir və burada təhsil alan tələbələrimizin bir qismi tətil müddəti olduğu üçün vətənə qayıtmışdı. Onların kitabları, istifadə etdikləri ədəbiyyatlar var ki, biletlərin baha olması ilə əlaqədar qayıdıb, lazımlı əşyalarını gətirə bilmirlər. Eyni zamanda tələbələrə həm daxili nəqliyyatda, həm də xaricə təhsil məqsədilə səfərlərdə müəyyən güzəştlərin tətbiqi məsələsinə baxılmasına ehtiyac var. Onsuz da bu gün ölkə rəhbərliyinin təhsilimizə böyük diqqət və qayğısı var. Aidiyyəti qurumlar bu sahədə araşdırma aparıb müvafiq qurumlara təklif təqdim etməlidirlər. Bu vətəndaşlar tərəfindən dövlətimizin təhsilimizə qayğısının növbəti bariz təzahürü kimi qiymətləndiriləcək”.
17-02-2023, 15:01
İlham Əliyev Almaniyada səfərdədir


İlham Əliyev Almaniyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir. Fevralın 17-də dövlətimizin başçısı Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşüb. Prezident İlham Əliyev Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı şəraitin yaradıldığını, alman şirkətləri ilə uğurlu təcrübəmizin olduğunu, ölkələrimiz arasında sənaye, ticarət və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd etdi. Dövlətimizin başçısı ötən il Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin genişlənməsini yüksək qiymətləndirdi, qarşılıqlı ixracın artmasını müsbət amil kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu və Avropa İttifaqı ilə ölkəmiz arasında sıx münasibətlərin mövcudluğunu bildirdi. Görüşə görə təşəkkürünü bildirən Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms dövlətimizin başçısı ilə sonuncu görüşünü məmnunluqla xatırladı. Bildirdi ki, COVID-19 pandemiyasının törətdiyi fəsadlara baxmayaraq, Almaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında və ticarət dövriyyəsində əsaslı artım var. Prezident İlham Əliyev Azərbaycanda müxtəlif istiqamətlərdə, o cümlədən vergi və gömrük sahələrində həyata keçirilən islahatlar barədə məlumat verdi, ölkəmizin xarici sərmayədarlar üçün cəlbedici investisiya məkanı olduğunu vurğuladı. Dövlətimizin başçısı, eyni zamanda, ölkəmizdə azad ticarət zonasının yaradılması istiqamətində atılan addımlar, Azərbaycanın logistika və nəqliyyat imkanlarının artması barədə məlumat verdi. Bu xüsusda Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırdı, Almaniyanın Şərqi Biznes Assosiasiyasının tərkibinə daxil olan şirkətləri tanışlıq məqsədilə ölkəmizə səfərə dəvət etdi. Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu bildirdi. Dövlətimizin başçısı, eyni zamanda, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişafı üçün strateji prioritetlərin müəyyənləşdirildiyini qeyd edərək, bu sahədə ölkələrimiz arasında, o cümlədən alman şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanların olduğunu dedi. Prezident İlham Əliyev, həmçinin Azərbaycanda bərpaolunan enerjinin inkişafı məqsədilə həyata keçirilən layihələri, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində tərəfdaşlığı qeyd etdi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin iştirakı ilə ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış strateji sənədin əhəmiyyətini bildirdi. Dövlətimizin başçısı ölkəmizin həm Xəzər dənizinin Azərbaycan sektorunda, həm də quruda böyük həcmdə bərpaolunan enerji potensialına malik olduğunu qeyd etdi, Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində bu layihənin inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyini dedi və alman şirkətləri ilə də bu sahədə əməkdaşlıq üçün böyük imkanların olduğunu vurğuladı. Prezident İlham Əliyev bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış dördtərəfli memorandumunun əhəmiyyətini qeyd etdi. Ətraflı məlumata görə minnətdarlığını bildirən Mixael Harms Almaniya şirkətlərinin Azərbaycanda məmnuniyyətlə fəaliyyət göstərdiyini vurğuladı, Azərbaycanın alman şirkətlərinin birbaşa investisiyaları üçün cəlbedici məkan olduğunu, ölkəmizin nəqliyyat-logistika imkanlarının daha da genişlənməsinin alman şirkətləri üçün əlavə cəlbedicilik yaratdığını dedi. O, alman şirkətləri ilə birlikdə məmnuniyyətlə Azərbaycana səfər etmək niyyətində olduğunu diqqətə çatdırdı. Mixael Harms Almaniya şirkətlərinin bərpaolunan enerji sahəsinə xüsusi maraq göstərdiyini vurğuladı, bu sahədə də əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirdi.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!