11-02-2023, 21:32
Zelenski Avropa İttifaqına üzv olacağına ümidlidirUkrayna prezidenti Volodimir Zelenski bəzi Avropa liderlərinin bədbin proqnozlarına baxmayaraq, ölkəsinin iki ildən sonra Avropa İttifaqına (Aİ) üzv olacağına ümid edir. Bu barədə o, "JP Morgan" tərəfindən təşkil edilən investisiya forumunda çıxışı zamanı bildirib. Prezidentin sözlərinə görə, son bir ildə Ukraynada çox şey dəyişib, xüsusən, korrupsiyaya qarşı mübarizədə ciddi yol qət edilib. “Bu gün dünya liderləri arasında bəzi pessimistlər var, Ukraynanın Avropa İttifaqına üzv olması üçün daha on il vaxt lazım olduğunu deyirlər. Amma bizi tanımırlar, hətta bəzən ruhumuzdan, enerjimizdən qorxurlar. Ona görə də mən hesab edirəm ki, biz iki ildən sonra Avropa İttifaqında olmalıyıq”, - deyə Zelenski qeyd edib.
11-02-2023, 21:25
Zelenski Türkiyə səfirliyinə baş çəkdiUkrayna Prezidenti Volodimir Zelenski Türkiyənin Kiyevdəki səfirliyinə baş çəkib. Bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb. O, səfirliyin önünə gül dəstələri qoyub və matəm kitabına ürək sözlərini yazıb. “Türk xalqının dərdini paylaşır, bu çətin gündə yardım edirik. Ölənlərin ruhu şad olsun. Zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq”, - deyə Zelenski bildirib.
11-02-2023, 21:20
Zəlzələ nəticəsində dağılan binalarla bağlı 29 nəfər həbs olunubTürkiyədə baş vermiş zəlzələ nəticəsində dağılan binalarla bağlı Diyarbakırda 29 nəfər həbs olunub. Bu barədə Türkiyə Baş Prokurorluğundan bildirilib. Məlumata görə, saxlanılan şəxslərlə bağlı araşdırmalar aparılır. Qeyd edək ki, bundan öncə dağılan binalardakı nöqsanlara görə bir neçə nəfərin saxlanılması barədə məlumatlar yayılmışdı.
11-02-2023, 21:09
Tapılmayan vətəndaşlarımız var - Ceyhun BayramovHələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kahramanmaraşda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib. XİN başçısı bildirib ki, indiyədək 438 nəfər zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilib. Bundan əlavə, nazir Azərbaycanın 5 vətəndaşının zəlzələ nəticəsində həlak olduğunu vurğulayıb. Onun sözlərinə görə, ailəsinin istəyi ilə vəfat edən şəxslərdən birinin Türkiyədə dəfn olunmasına qərar verilib. Digər 4 nəfərin nəşinin Azərbaycana aparılması ilə bağlı işlər görülür.
11-02-2023, 17:36
Zəlzələ qurbanlarının sayı 21 mini keçdiTürkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 21 043 nəfərə çatıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbakırda bildirib. Təbii fəlakət nəticəsində 80 097 nəfər yaralanıb.
11-02-2023, 17:32
Ərdoğan zəlzələnin baş verdiyi növbəti bölgəyə üz tutubTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən zəlzələ bölgəsinə gedib. Ölkə lideri Esenboğa hava limanından Diyarbakıra yola düşüb. Ərdoğanın oradan Şanlıurfaya gedəcəyi gözlənilir. Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 8-də Kahramanmaraş və Hatayda olub. Növbəti gün Qaziantep, Kilis və Osmaniye vilayətlərinə səfər edib. Ərdoğan daha sonra Adıyaman və Malatyaya gedərək zəlzələ bölgəsinə baş çəkib.
11-02-2023, 17:29
Ceyhun Bayramov türkiyəli həmkarıyla səhra hospitalına baş çəkibAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kahramanmaraş şəhərində yerləşən mobil səhra hospitalına baş çəkib. XİN başçıları hospitalda yaradılmış şəraitlə tanış olublar. Mobil səhra hospitalında xəstələrə göstərilən yardımla bağlı nazirlərə məlumat verilib. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin güclü zəlzələ baş vermiş Kahramanmaraş şəhərində səfərdədir.
11-02-2023, 17:23
Çavuşoğlu Azərbaycana təşəkkür etdiTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu növbəti dəfə Azərbaycana təşəkkür edib. Nazir bu barədə Kahramanmaraş şəhərində həmkarı Ceyhun Bayramovla dağıntılar altında qalmış şəxslərin çıxarılması əməliyyatlarını izləyərkən deyib. "Qardaşlarımız Türkiyədə baş vermiş yanğınlar zamanı da bizə köməklik etdi. Var olsun, Azərbaycan!"
11-02-2023, 17:17
Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə növbəti yardımı yola salınıbAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələdən əziyyət çəkən insanlara dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti yardımı qardaş ölkəyə yola salınıb. Nazirliyin nümayəndəsi Yasin Musayev yardımın 9 yük avtomobilindən ibarət olduğunu qeyd edib. Bildirib ki, budəfəki yardıma 1015 çadır, 240 qızdırıcı və digər vasitələr daxildir.
11-02-2023, 17:11
Sabahın hava proqnozu Fevralın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi şərq rayonlarda az yağıntılı olacağı ehtimalı var. Arabir duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 13-18° şaxta, gündüz 3-8° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.