9-02-2023, 13:58
Zəlzələ qurbanlarının sayı 13 minə yaxınlaşırTürkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Təbii fəlakət zamanı 62 937 nəfər isə yaralanıb.
9-02-2023, 13:53
Fransa prezidenti Zelenskini təltif etdiFransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenskini təltif edib. Makron bu barədə twitter səhifəsində paylaşım edib. Makron Zelenskiyə "Fəxri legion" ordenini təqdim edib. "Ukrayna xalqı üçün. Əziz Volodimir, cəsarətin üçün sənə sayğılar", - deyə Fransa prezidenti yazıb. Qeyd edək ki, Zelenski Fransa paytaxtı Parisdə səfərdə idi.
9-02-2023, 13:49
Güclü külək ağaclara ziyan vurduBakıda gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ağaca ziyan vurub. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə, dünən günün ikinci yarısından başlayaraq bütün gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ədəd ağaca ziyan dəyib. Birliyin əməkdaşları tərəfindən ziyan dəymiş ağacların 4-nün sınmış hissələri budanıb, 11 ədəd ağac isə kəsilərək görürülərək ərazi təmizlənib.
9-02-2023, 13:46
Ukraynaya 120 milyard dollar dəyərində yardım edilib - NATONATO ölkələri münaqişə ərzində Ukraynaya hər cür yardım göstərib. Bu barədə təşkilatın Baş katibi Yens Stoltenberq Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə keçirdiyi mətbuat konfransında deyib. “NATO ölkələri Ukraynaya hərbi, humanitar və digər yardımlar daxil olmaqla 120 milyard dollar dəyərində yardım edib”, - deyə Baş katib qeyd edib.
9-02-2023, 13:41
Heydər Əliyev fondundan Türkiyəyə yardım fevralın 14-dək davam edəcəkHeydər Əliyev Fondu tərəfindən Türkiyəyə çatdırılan humanitar yardım ilkin mərəhələdədir. Bu barədə Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsaslanaraq, həmçinin, Türkiyənin ölkəmizdəki səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Bakı şəhərində yardım kampanyasına start verib. “Belə ki, 8-14 fevral tarixlərində türkiyənin zəlzələ olan regionalrında ehtiyac duyulan ləvazimatlar toplanacaq və ən qısa müddətdə kompleksləşdirilərək Türkiyəyə yola salınacaqdır. Bir daha, Heydər Əliyev Fondu olaraq ölkədə baş vermiş faciə ilə əlaqədər həlak olanların doğmalarına və yaxınlarına baş sağlığı verir, yaralılara şəfa diləyirik”, - deyə Fond rəsmisi qeyd edib.
8-02-2023, 18:32
İran XİN Təbrizdəki konsulluğumuzla bağlı iddiaları təkzib etdiİran Xarici İşlər Nazirliyi Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun bağlanması ehtimalı ilə bağlı iddiaları təkzib edib. Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani fevralın 8-də jurnalistlərə açıqlamasında deyib: "Biz dəfələrlə öz mövqelərimizi ifadə etmişik. Əlaqələri qorumaq və inkişaf etdirmək İran İslam Respublikasının qonşu ölkələrlə bağlı siyasətidir". İranlı diplomat daha sonra əlavə edib: “İranın bununla bağlı mövqeyi aydındır və Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunu bağlamaq planı yoxdur”. Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra diplomatik korpusun əməkdaşları Bakıya təxliyə edilib. Səfirliyə silahlı hücum nəticəsində 1 nəfər şəhid olub, 2 nəfər yaralanıb. Azərbaycan Prezidenti İlham Əliyev hadisəni terror aktı kimi qiymətləndirərək, olayın hərtərəfli araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edib.
8-02-2023, 18:24
Fransa Azərbaycan-Ermənistan sərhədinə jandarmlar yollayırFransa Azərbaycan və Ermənistan sərhədində yerləşdiriləcək Avropa İttifaqı (Aİ) missiyasının tərkibində jandarmlar göndərəcək. Bu barədə fransalı deputat Natali Loiseau bildirib. Avropa Parlamentinin üzvünün sözlərinə görə, Avropa İttifaqı çox uzun müddət münaqişədən uzaq qaldı. “İndi Avropa İttifaqı daha çox iş görməlidir”. Qeyd edək ki, Avropa İttifaqı bir müddət öncə Ermənistana 2 il müddətinə 100 nəfərdən ibarət müşahidə missiyasının göndərilməsi barədə qərar qəbul edib.
8-02-2023, 18:20
Bəzi məhsullar gömrük rüsumundan azad edildiBəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr gömrük rüsumundan azad edilib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Nazirlər Kabinetinin 2023-cü il 7 fevral tarixli 40 nömrəli Qərarı ilə xarici iqtisadi fəaliyyətin kodlarına uyğun olaraq bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr 2023-cü ilin sonunadək idxal gömrük rüsumundan azad edilmişdir.
8-02-2023, 18:13
Prezident şəxsiyyət vəsiqələrinin verilməsiylə bağlı dəyişikliyi təsdiqlədiPrezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. Dəyişikliyə əsasən, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə olunur:“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir”.
8-02-2023, 18:10
“Sosial müavinətlər haqqında” qanuna dəyişiklik təsdiqləndiPrezident İlham Əliyev “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. Sənədə əsasən, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 10.3-1-ci maddə əlavə edilir: “10.3-1. Müavinətlərin təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir”.