8-02-2023, 16:36
Sürücülük vəsiqəsiylə bağlı dəyişiklik qəbul edildiAzərbaycan vətəndaşları Birləşmiş Ərəb Əmirliklərində sürücülük vəsiqəsini dəyişdirdikdə nəzəri və praktiki imtahandan azad ediləcəklər. Bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi qanun layihəsində qeyd olunub. “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumu 2022-ci il noyabrın 16-da Əbu-Dabi şəhərində imzalanıb. Memorandumda qeyd olunan nəqliyyat vasitələrinin kateqoriyalarına uyğun olaraq (minimum yaş həddini nəzərə alaraq) yaşamaq məqsədi olmadan gələn vətəndaşlara verilmiş etibarlı sürücülük vəsiqəsi iki ölkə tərəfindən də tanınır. Yaşamaq məqsədilə gələn vətəndaşlara münasibətdə isə tərəflərin səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsini dəyişdirmək məqsədilə müraciət olunduqda həmin vətəndaşlar nəzərdə tutulan nəzəri və praktiki imtahandan azad edilirlər. Bu Memorandumun icrası üçün əlaqələndirmə tərəflərin səlahiyyətli orqanları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adından Baş Dövlət Polis İdarəsi, Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi adından isə Nəqliyyat vasitəsinə və sürücülərə vəsiqələrin verilməsi üzrə Federal Baş İdarə həyata keçirir. Memoranduma əsasən tərəf dövlətlərin müvafiq milli qanunvericiliyinə edilən hər hansı əlavə və ya dəyişikliklər barədə təxirəsalinmadan diplomatik kanallar vasitəsilə digər tərəfə məlumat verilməlidir. Eyni zamanda hər hansı fikir ayrılığı tərəflər birbaşa danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir. Bu Anlaşma Memorandumu bütün prosedurların tamamlanmasını təsdiq edən sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir. Hazırki Memorandum qeyri-müəyyən müddətə bağlanılır. Ərəb və ingilis dillərində iki əsl nüsxədə imzalanıb. Memorandumun təsvirində hər hansı fikir ayrılığı olduğu təqdirdə, ingilis dilində olan mətnə üstünlük veriləcək.
8-02-2023, 16:28
Miqrasiya Məcəlləsinə dəyişiklik edildiAtası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan vətəndaşı olanlara daimi yaşamaq icazəsi veriləcək. Bu, Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə görə, Məcəllənin 46-cı maddəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər sadalanır. Yeni layihəyə əsasən bu sənədlər siyahısına, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin və ya müraciətlə əlaqəli hüquqi şəxsin son 1 ildə təqdim etdiyi bəyannamə üzrə dövriyyəsinə dair vergi orqanından əldə edilmiş sənəd daxil edilir.
8-02-2023, 16:20
Zelenskidən Baydenə təşəkkür mesajıUkrayna prezidenti Volodimir Zelenski ABŞ-ın dövlət başçısı Co Baydenə təşəkkür edib. Zelenski bu barədə twitter səhifəsində yazıb. "Millətə səslənişində Ukrayna üçün güclü dəstək sözlərinə görə təşəkkürlər, Bayden. Biz ABŞ-a Ukraynaya yardımlarda liderlik etdiyi üçün, Amerika xalqına Ukrayna ilə həmrəylik göstərdiyi üçün minnətdarıq. Dəyərlərimiz eynidir, ortaq hədəfimiz isə zəfərdir. Ukrayna azad şəkildə öz gələcəyini seçir. Belə də olacaq", - deyə o bildirib. Qeyd edək ki, Bayden çıxışı zamanı Ukraynaya dəstəyin davam edəcəyini vurğulamışdı.
8-02-2023, 16:16
Rusiya zəlzələylə bağlı İrana 35 ton humanitar yardım yolladıRusiya İrana zəlzələ ilə bağlı 35 ton humanitar yardım yollayıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, göyərtəsində 35 ton humanitar yardım daşıyan Rusiya FHN-ə məxsus təyyarə İrana uçub. Qeyd edək ki, bir neçə gün öncə Qərbi Azərbaycan ostanının Xoy şəhərində güclü zəlzələ olub. Təbii fəlakət nəticəsində 3 nəfərin öldüyü, 1200-dən çox insanın yaralandığı, habelə minlərlə insanın evləri dağıldığı üçün şaxtalı havada küçədə qaldığı bildirilmişdi.
8-02-2023, 16:12
201 nəfər vətəndaşımız təxliyə olundu“Dünəndən etibarən təxminən 201 nəfər vətəndaşımız təxliyə olunub”. Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. XİN sözçüsü bildirib ki, onların arasında 3-4 nəfər Türkiyə Respublikasının vətəndaşları da var: “Onlar da təxliyə olunublar. Təxliyə prosesi davam edir. Avtobuslar hazırda yoldadır və Gürcüstan sərhədinə yollanırlar”.
8-02-2023, 16:09
Jurnalist ailəsi ilə birlikdə zəlzələdə həyatını itirdiTürkiyənin "DHA" xəbər agentliyinin Hataydakı müxbiri İzzət Nazlı ailəsi ilə birlikdə zəlzələdə həyatını itirib. Zəlzələ nəticəsində İ.Nazlı, onun həyat yoldaşı və 2 uşağı dağıntılar altında qalıb. Hadisədən 35 saat sonra onların cəsədləri aşkar edilib. Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
8-02-2023, 15:57
Kosovada matəm elan olunduTürkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxlu sayda insan tələfatı ilə əlaqədar fevralın 8-i Kosovoda milli matəm elan olunub. Bunu Kosovo Prezidenti Vyosa Osmani deyib. “Bu kimi faciələr zamanı dəstəyə ehtiyacı olanların yanında olmalıyıq. Türkiyə və Suriya xalqlarının ağrısı bizim də ağrımızdır. Buna görə fevralın 8-i Kosovoda milli matəm elan edilib. Kosovo lazımi dəstəyini davam etdirməyə tam hazırdır”, - deyə Osmani bildirib. Qeyd edək ki, Kosovo axtarış-xilasetmə əməliyyatlarına dəstək olmaq üçün təhlükəsizlik qüvvələrinin 30 nəfərlik heyətini Türkiyəyə göndərib.
7-02-2023, 23:07
Zəlzələ qurbanlarının sayı 5400-ü keçdiTürkiyədə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 5434 nəfərə çatıb. Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb. O qeyd edib ki, təbii fəlakət nəticəsində 31777 nəfər yaralanıb.
7-02-2023, 23:04
Hataydakı yanğın söndürüldüTürkiyədəki zəlzələdən sonra Hatay limanında başlayan yanğın bir gün sonra söndürülüb. Vilayətin İskenderun rayonunda yerləşən limanda konteynerlərdən birinin alovlanmasının səbəb olduğu güclü yanğının qarşısını almaq mümkün olub.
7-02-2023, 23:02
Ukrayna xilasedicilər TürkiyədəUkrayna Türkiyəyə 90 xilasedici göndərib. Bu barədə Ukraynanın Rusiyadakı səfiri Vasil Bodnar məlumat yayıb. O qeyd edib ki, Türkiyəyə zəlzələnin yaratdığı fəsadları aradan qaldırmaq üçün yardımlar davam edəcək.