Fransa Ukraynaya AMX-10RC yüngül tanklarının ilk partiyasını göndərməyə başlayır. Bu barədə "Forces Operations" nəşri məlumat yayıb. Qeyd olunur ki, Ukrayna ekipajları artıq bu texnikalar üçün təlim proqramından keçiblər. Xatırladaq ki, Fransa Ukraynaya 14 ədəd AMX-10RC yüngül tankı göndərəcəyini açıqlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Pakistanın Baş naziri Şahbaz Şərifi qəbul edib. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Mətbuata qapalı keçirilən görüş 1 saat 20 dəqiqə çəkib.
Ukrayna prezidenti İsrail xarici işlər nazirini qəbul edib
Fevralın 16-da Ukrayna prezidenti Volodimir Zelenski İsrailin xarici işlər naziri Eli Koen ilə görüşüb. Bu barədə İsrailin Ukraynadakı səfiri Mixailo Brodski "Twitter" səhifəsində məlumat yayıb. O, görüşün nəticəsinin müsbət olduğunu bildirib. İsrail Xarici İşlər Nazirliyi açıqlamasında qeyd edib ki, tərəflər İranın Ukraynadakı terror fəaliyyətinnin pratiki addımlar tələb etdiyi məsələsində razılığa gəliblər. Xatırladaq ki, Koen Ukrayna prezidenti ilə görüşdən əvvəl xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb və Ukrayna üçün sülh formulasını müzakirə edib.
ABŞ Prezidenti Co Baydenin Avropaya səfəri yalnız Polşa ilə məhdudlaşacaq. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat yayıb. O bildirib ki, Bayden Ukrayna da daxil olmaqla, hər hansı başqa bir ölkəyə getməyəcək. Bundan əlavə, Ağ Ev Baydenin Ukrayna lideri Volodimir Zelenski ilə görüşü barədə heç bir məlumat verməyib.
Moldovada yeni hökumət qurulub. Hökumət Moldova parlamenti tərəfindən təsdiq edilib. Yeni hökumətə Ali Təhlükəsizlik Şurasının katibi Dorin Resi rəhbərlik edəcək. Resin Moldova hökumətində bir sıra yüksək vəzifələrdə çalışmış təcrübəli siyasətçidir. O, 2012-2015-ci illərdə iki baş nazirin dövründə daxili işlər naziri vəzifəsində çalışıb və bu vəzifəni tutan ilk mülki şəxs olub.
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Kahramanmaraşda növbəti çadır şəhərciyi qurulub. Bu barədə FHN-dən məlumat verilib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların Nazirliyin qüvvələri tərəfindən qurulması prosesi həyata keçirilir. Belə ki, FHN-in qüvvələri tərəfindən Kahramanmaraş rayonunda yerləşən Kahramanmaraş Sütçü İmam Universitetinin həyətində 300 çadırdan ibarət növbəti çadır şəhərciyi qurulub. Çadırlarda yaşayan insanlar üçün lazımi şərait yaradılıb, o cümlədən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil edilib.
Zəlzələ bölgəsində 61 mindən çox bina yararsızlaşıb
Türkiyənin zəlzələnin təsir etdiyi bölgələrində 61 722 bina yaşayış üçün tamamilə yararsız hesab edilib. Bu barədə ölkənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi məlumat yayıb. Tamamilə yarasız hesab edilən binaların hamısı söküləcək. Araşdırmalar nəticəsində məlum olub ki, 13 917 bina orta dərəcədə zədələnib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO baş katibi Yens Stoltenberqlə görüşüb. Bu barədə Türkiyə Cümhuriyyətinin Prezident Administrasiyası məlumat yayıb. Bildirilib ki, görüş Ərdoğanın iqamətgahında keçirilib. Qeyd edək ki, Stoltenberq Türkiyədə səfərdədir.
Ermənistan və İran humanitar minatəmizləmə sahəsində əməkdaşlıq edəcək. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, tərəflər memorandum imzalayıblar. Əməkdaşlıq memorandumuna Ermənistanın Minaların Təmizlənməsi Mərkəzi və İranın Minalardan Təmizləmə Mərkəzinin rəsmiləri imza atıb.
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 5800-ü ötüb. Məlumatı BMT-nin müşahidə missiyası yayıb. Yaralananların sayı 6000-dən çoxdur. Rəsmi Dəməşq isə təbii fəlakət nəticəsndə 2 200 nəfərin öldüyünü açıqlayıb. Suriyada İnsanHüququları təşkilatının məlumatına görə, zəlzələ nəticəsində ölən və itkin düşənlərin sayı 7 mindən çoxdur. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.