Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
18-02-2023, 17:25
Kəlbəcərdə türk vətəndaşı faciəvi şəkildə öldü


Kəlbəcərdə türk vətəndaşı faciəvi şəkildə öldü

Kəlbəcərdə bədbəxt hadisə olub. Hadisə Toğanalı-Kəlbəcər tunelində baş verib. Tuneldə fəhlə işləyən Türkiyə vətəndaşı 1968-ci il təvəllüdlü Osman Kaya daş qopması nəticəsində dünyasını dəyişib. Faktla bağlı prokurorluqda araşdırma aparılır.
18-02-2023, 17:21
İranda yüksələn aksiyalar davam edir


İranda yüksələn aksiyalar davam edir

İranda cümə axşamı gecə saatlarında başlayan aksiyalar davam edir. Paytaxt Tehran daxil olmaqla ölkənin böyük şəhərlərində əsasən gənclərdən ibarət etirazçılar istefa şüarları səsləndirir. Tehranın bir neçə məhəlləsində, eləcə də Xuzistan vilayətinin Kərəc, İsfahan, Qəzvin, Rəşt, Ərak, Məşhəd, Sənəndəc, Qorvə və İzeh şəhərlərində nümayişlər keçirilib. İranın bəluc azlığının məskunlaşdığı cənub-şərq Sistan-Bəlucistan vilayətinin mərkəzi Zahedanda da böyük etiraz nümayişləri təşkil olunub. Aksiyalar iki etirazçının edam edilməsindən 40 gün sonraya təsadüf edir. Mohammad Mehdi Karami və Mohammad Hosseini yanvarın 8-də İran hakimiyyəti tərəfindən edam edilib. Fars rejiminin bu addımı xalqı hiddətləndirib. Xatırladaq ki, ötən ilin sentyabr ayından başlayaraq İranda genişmiqyaslı etiraz aksiyaları keçirilir. Aksiyalarda 20 minə yaxın adam həbs edilib, 4 nəfər isə edam olunub. Təhlükəsizlik qüvvələri ilə toqquşma zamanı 70-i azyaşlı olmaqla 500-dən çox insanın öldüyü deyilir.
18-02-2023, 17:09
Tələbəmizin valideynləri zəlzələnin qurbanı olub


Tələbəmizin valideynləri zəlzələnin qurbanı olub

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Türkiyədə baş vermiş zəlzələdə valideynlərini itirib. BDU-nun tələbəsi, Türkiyə vətəndaşı olan Xədicə İlikin ata-anası Adıyaman bölgəsində dağıntılar altında qalaraq həlak olub. Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində 40 minə yaxın insan dünyasını dəyişib.
18-02-2023, 17:05
Zəlzələ bölgəsində tikiləcək binalar 3-4 mərtəbə olacaq


Zəlzələ bölgəsində tikiləcək binalar 3-4 mərtəbə olacaq

Türkiyənin zəlzələdən zərər çəkmiş 10 vilayətində məskunlaşma sahələri müəyyən edilib. Bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib. Onun sözlərinə görə, zəlzələ bölgəsində hündürmərtəbəli binalar inşa edilməyəcək: "Komandalarımız ərazilər üzrə ətraflı geoloji tədqiqat hesabatları hazırlayır. Tikiləcək yaşayış binaları 3-4 mərtəbədən artıq olmayacaq". Nazir vurğulayıb ki, bir həftə ərzində 10 vilayətdə bütün zərər qiymətləndirmə işləri tamamlanacaq, mart ayında evlərin tikintisinə başlanılacaq. Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində 40 minə yaxın insan ölüb.
18-02-2023, 17:01
Çin koronovirus üzərində qələbə qazandığını bildirdi


Çin koronovirus üzərində qələbə qazandığını bildirdi

Çin hökuməti koronavirusa (Covid-19) qarşı mübarizədə "həlledici qələbə" qazandığını elan edib. Bu barədə Çin lideri Si Cinpinin sədrliyi ilə keçirilən iclasda bildirilib. Pekin rəsmiləri Çinin "bəşər sivilizasiyası tarixində möcüzə" yaratdığını iddia edib. Çin hökuməti 200 milyondan çox insanın koronavirusa qarşı müalicə edildiyini və Çində koronavirusdan ölüm nisbətinin "dünyada ən aşağı səviyyə" olduğunu qeyd edib. Rəsmi Pekinin iddiaları Qərb tərəfindən şübhə ilə qarşılanıb. Qeyd edək ki, Çin ötən ilin sonundan koronavirusa yoluxma sayını açıqlamır.
18-02-2023, 16:47
Ukrayna Dünya Bankından 203 milyon dollar kredit çəkib


Ukrayna Dünya Bankından 203 milyon dollar kredit çəkib

Ukrayna Böyük Britaniyanın zəmanəti ilə Dünya Bankından 203 milyon dollar məbləğində kredit alıb. Bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Dünya Bankından Ukraynanın dövlət büdcəsinə 203 milyon dollarlıq əlavə maliyyələşdirmənin ikinci hissəsi daxil olub. Birinci hissə ilə birlikdə Böyük Britaniya təminatlı kreditin ümumi həcmi 500 milyon dollardır. Məlumata görə, kredit güzəştli şərtlərlə verilib, ödəmə müddəti 5 il, güzəşt dövrü ilə 18,5 il, faiz dərəcəsi illik 0,25 faiz təşkil edir. Qeyd edilib ki, vəsait uşaqlı ailələrə sosial yardımın ödənilməsinə və dövlət ali təhsil müəssisələrində çalışan işçilərin maaşlarının ödənilməsinə sərf olunacaq.
18-02-2023, 16:44
İŞİD Suriyada hücuma keçdi


İŞİD Suriyada hücuma keçdi

Suriyanın Homs əyalətində İŞİD terror qruplaşmasının hücumu zamanı 50-dən çox insan həlak olub. Bu barədə Suriyanın Əl-Əxbariyyə telekanalı məlumat yayıb. Bildirilib ki, İŞİD terrorçularının Homs vilayətinin şərqindəki Əl-Suxna şəhərinin cənub-şərqində həyata keçirdikləri hücum nəticəsində 50-dən çox insan ölüb. Suriyanın Radio və Televiziya Baş İdarəsi isə 53 insanın öldürüldüyünü açıqlayıb.
18-02-2023, 00:38
O, kövrək qələmli, ciddi natiqdir


O, kövrək qələmli, ciddi natiqdir

Vəliyəddin müəllimlə tanışlığımızın, əslində, doğmalaşmağımızın tarixi bunlarla, qeyd etdiklərimlə bitmir. Onu kəlbəcərlilərin xeyir-şər məclislərində həmişə görmək olar. Bu da onun bir elin ağsaqqal ziyalısı kimi üzərinə düşən mənəvi borcun layiqincə yerinə yetirməsinin göstəricisidir.
2005-ci ildə Milli Məclisə seçkilər keçiriləndə hər ikimiz (yalnız ikimiz yox, bir neçə nəfər) də Kəlbəcər 123 saylı seçki dairəsindən Milli Məclisin üzvlüyünə namizədliyi irəli sürülən, Dədə Şəmşirin ocağında dünyaya göz açan, Qənbər müəllimin ata və müəllim tərbiyəsi ilə Azərbaycan ictimiyyəti üçün böyüyən Cavid Qurbonovun vəkillərindən idik. Ona görə də seçicilərlə namizədin görüşlərində birlikdə iştirak edirdik. O zaman bir daha Vəliyəddin müəllimin nitq mədəniyyətinin də şahidinə çevrildik.
Mətbuatla bağlı dəfələrlə polemikamız, fikir bölüşmələrimiz olur. Hər dəfə Vəliyəddin müəllimlə görüşüm bir tarixə və sonralar həmin məqamlar bədii-publisistik yazıya çevrilir. Vəliyyədin Misiroğlunun dövri mətbuatda dərc olunmuş silsilə məqalələrini, portret oçerklərini burada adbaad sıralamağa ehtiyac duymuram. Oxuduqlarım və yaddaşıma yazılan məqalələri az deyil. Demək olar ki, fikrimi öyrənmək üçün (əslində, bu, hər bir yazarın istəyidir ki, oxucu onun yaradıcılığına münasibət bildirsin) məqalələri dərc edilmiş qəzetləri oxuyub-oxumamağımla maraqlanıb. Üstündən sükutla keçib ki, görsün məqaləsini oxumuşm, ya yox. Təbii ki, bir-birindən fərqli üsub və formada qələmə aldığı maraqlı və oxunaqlı yazılarından sitatlar çəkəndə telefonun o başından xəfif bir təbəssüm hiss etmişəm. Əslində, peşəkar qələmdən çıxmış yazıların dadı-duzu, özünəməxsusluğu oxucusunu oxumağa səsləyir. Dədə Şəmşirlə bağlı xatirələri, Qənbər Şəmşiroğlu ilə Ələmdar Cabbarlının yaradıcılığına ayna tutması göstərir ki, Vəliyəddin Misiroğlu sanki həvəskar deyil, əslində, peşəkar, ədəbi-bədii sahənin mütəxəssislərindəndir.
Səssiz yubileylər silsiləsi və bir telefon zəngi
Bir qədər arxaya baxmalı oldum. Kəlbəcərlilərin ad günləri və yubileyləri daim dağlarda, bulaqların başında keçərdi. Kəlbəcərin işğalından sonra bu təmtəraqlı günlər də əlimizdən çıxdı. Ağdabanlı Qurbanın 150, Dədə Şəmşirin 110, 120, Qənbər Şəmşiroğlunun 70, 80 illik yubileylərinin təmtəraqdan uzaq qeyd edildiyi kimi, digərləri də bu əlamətdar tarixi günlərin fərqinə varmadılar. Bir haşiyə çıxaraq qeyd edim ki, “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovun 60 illiyi də bax beləcə, səssiz-səmirsiz (sosial şəbəkədə gördüm ki, o, həmin gün ata-anasının məzarı üstündədır) keçdi və bir kimsə bilmədi.
Bu yaxınlarda mənə telefon açdı Vəliyəddin müəllim. Həmişə çıxış etdiyi qəzetlərin ikisinin adını çəkdi və soruşdu:
-“Bütöv Azərbaycan”la, “Kredo”nun hər sayını oxuyursanmı?
-Müntəzəm olmasa da, xəbərim olur,-dedim. Bir də soruşdu:
-Oxumamısız. Oxusaydınız, son saylarında dərc olunan məqalələrimdən xəbəriniz olardı.
Doğrudan da oxumamışdım. Səhvimi anlayıb elə həmin gün “Bütöv Azərbaycan”ın 29 yanvar 2014-cü il tarixli sayını alıb baxdım. Vəliyəddin Misiroğlunun qələmindən süzülən xatirələr yumağı məni kəlbəcərli günlərə qaytardı.
“Saz similə daranan tel” sərlövhəli məqalə - xalq şairi, sevimlimiz, Dədə Şəmşirin doğma balası kimi çox istədiyi, söz kəhkəşanının parlaq ulduzu Zəlimxan Yaqubla bağlı bir şirin xatirə həm də məni kövrəltdi... Şairin axşam ay işığına başını telli saza söykəyib Kəlbəcəri yuxuya verən dağlara layla çaldığını Vəliyəddin müəllim zərgər ustalığı ilə səsyazanın lentindən oxucu yaddaşına köçürmüşdü. Elə həmin məqalədə Vəliyəddin Misiroğlu yaradıcılıq nümunələrindən yeri gəldikcə istifadə edirdi. O, Zəlimxan müəllimin anası Güllü nənəni tele-ekrandan görüb, ona üz tutub yazdığı qoşmada deyir:
Nə gözəl nur yağır nur camalından,
Kəlmələr asmısan boyunbağından.
Oğlun Zəlimxanın qoşmalarından
Qurşaq vur belinə, ay Güllü ana.
Şair yaman coşub, göylərə qalxır,
Ulduzlu göylərdə ildırım çaxır.
Şimşək ayna tutub, Zəlimxan baxır,
Sığal ver telinə, ay Güllü ana.
Misiroğlu Borçalıdan hay çatıb,
Qaş qaralıb, toran düşüb, gün batıb.
Ana layla çalır, Zəlimxan yatıb,
El heyran dilinə, ay Güllü ana.
Dədə ocağının istisinə qızınan ürək

...Bu ocaqdan minlərlə kəlbəcərlinin nəinki könlünə-gözünə, ailəsinə pay düşdü. Bu pay əsasən mənəvi sərvətimiz olan məlhəm sözdür. Ağdabanlı Qurbanın söz bulağı qaynayıb-daşdıqca ondan “ovuc-ovuc” könlümüzə, gözümüzə səpdik. Vəliyəddin müəllim də bu ocaqda doğmalaradan biri kimi göründü gözə, dəyər verdi kəlməyə, sözə. Dədə Şəmşirin sağlığından başlayan bu ədəbi yolun yolçusuna çevrilən Vəliyəddin Misiroğlu bu gün də Qənbər Şəmşiroğlu ilə qoşa addımlayır, dərdləşir-sözləşir-şeirləşir.
Bir dəfə yarı-zarafat, yarı-ciddi dedim ki, siz vaxtilə peşə, sənət seçəndə səhvə yol vermisiz, yolunuz ədəbiyyata apardığı halda, səmtini dəyişib, istedadınızı azdırmağa çalışmısız. Amma ulu yaradan ömrünüzün hər səhifəsində bu “səhvinizi” düzəldib – sizi bizlərə əsl saz-söz adamı kimi tanıdır.
Güldü:
-Kəlbəcərdə doğulanların hansı bu qabiliyyətin yiyəsi deyil ki?! Bunu seçmirik, Tanrı verir, biz peşə-sənət sahibi ola bilərik, söz-saz, təb ilahinin qismətidir və hər bir kəlbəcərli bu qabiliyyətin yiyəsidir.
Doğru deyirdi. Səhv elədiyimi anladım. Qənbər Qurbanovla Vəliyəddin müəllim uzun illərin həm rəsmi, həm də qeyri-rəsmi iş yoldaşı (vəzifə başında), həm də ailə dostu, sirdaşı olublar. Bundan sonra da davam edər inşallah! Qənbər müəllim 2008-ci il yanvar ayının 28-də Moskvada, Kreml xəstəxanasında müalicə olunarkən dostlarını bir-bir qərib gecələrinin xəyali qonağı edir. Amma Vəliyəddin Misiroğluna, özü dediyi kimi, 50 illik dostuna xüsusi olaraq uzun bir məktub-xatirə yazır. Təbii ki, arada şeirə də müraciət edir.
Vəliyəddin Misiroğlu da dostuna-sirdaşına borclu qalmır. Dostların belə məktub-deyişmələri az olmayıb. Onlardan birini də Vəliyəddin müəllim Qənbər Şəmşiroğlunun 75 illiyinə yazdığıdır. “Hanı Qənbər?” rədifli qoşmasında müəllif ötənlərə-itənlərə qayıdır, dosta təsəlli olsun deyə səbr diləyir, əlbəttə, poetik sözdən və qələmindən yapışmaqla:
Niyə gileylənib deyirsən ömrün
Dayazmış dəryası, ümmanı, Qənbər?!
Varlığa yox deyib yaşıyanların
Qalarmı sabaha gümanı, Qənbər?!
Niyə kövrəldirsən dostu-tanışı,
Axı, sən mətinsən, deyilsən naşı.
Bəhanə gətirmə yetmiş beş yaşı,
İtirmə ömürə inamı, Qənbər.
Şəmşiroğlu, heç qınama fələyi,
Doğulanda bələyibdir bələyi.
Ömürə qurub min oyunu, kələyi,
Ha danla, ha qına, ha yanı, Qənbər.
Yeri varmı bu təhnizin, gileyin,
Arxaya bax, nəyin qalıb, gör nəyin?!
Vəfalı dilbərlə ömür sürməyin,
Sən demə, bəs imiş hər anı, Qənbər.
Misiroğlu, dostuna ver təskinlik,
Nəyə lazım ya bədbinlik, küsgünlük.
Əzəl gündən bu dünyadır “beş günlük”,
Atamız, anamız bəs hanı, Qənbər?!
Qara telefonun hay-harayı,yaxud “dosta zəng”

Doğrudan da bəzən (əsasən də təcili lazım olanda) dostun telefonuna zəng çatmayanda qalırsan əl-amanda. Qəlbinə qara-qura fikirlər dolur. Rahatlıq tapmırsan. Bir neçə dəfə bununla bağlı Vəliyəddin müəllimin tənbehedici gileylərini eşitmişəm.
Xeyli vaxt idi Qənbər müəllimlə, heç olmasa, telefon əlaqəsi saxlaya bilməyən Vəliyəddin Misiroğlu “dosta zəng” zarafatını yadına salır. Aprelin 2-də nə qədər zəng çalsa da, Qənbər müəllim telefona cavab vermir. (Axı, o gün kəlbəcərlilərin nə gözləri yer-göy görür, nə də qulaqları xoş söz eşidir. 28 il idi ki, kəlbəcərlilər bu qara təqvimin ağrısını yaşayırdı. O gün Qənbər müəllimin də telefonu susub yəqin-M.N.) Təkrar yığanda isə “bu nömrəyə zəng çatmır”, yaxud “telefon ya söndürülmüşdür, ya da əhatə dairəsindən kənardır”- eşidir. Qanı qaralan dostun gümanı sözə gəlir. Götürüb Qənbər müəllimə belə bir qoşma qoşur:
Bağlama, a qardaş, bağlama görək,
Tutulub-açılan qara telfonu.
Zəngim haray salır, səni çağırır,
Bağlayıb qoymusan hara telfonu?!
Kiminin qolundan tutub qaldırır,
Kimiyə “Kərəmi”, “Cəngi” çaldırır.
Kimini nəzərdən, gözdən saldırır,
Qoymursan yetişə kara telfonu.
Vəlyəddin demir ki, hər an eşitsin,
Ya da “söndürülüb”- yalan eşitsin.
Sən Allah, açıq qoy, qalan eşitsin,
Ürəyi bağlamış yara telfonu.
“Dərdi dizinin üstə böyüdən şair...”

Bu da Vəliyəddin Misiroğlunun gənc şair Ələmdar Cabbarlının bədii yaradıcılığına ayna tutduğu yazının sərlövhəsi. Bu yazının adi oxucu qələmindən çıxması inandırıcı deyil. İlk cümlələrdən qələm sahibinin publisist düşüncələri özünü göstərməkdədir: “Dərd həmişə ağır olub... istər batmanla gəlsin, istərsə də misqalla... Deməli, dərdin ölçüsü yoxdur, dərd dərddir. Amma dərdin tamı var... Şair Bəhmən Vətənoğlu bir beytində deyirdi:
“Əzizim, dərdə tamı,
Dərd verər dərdə tamı”.

Deməli, dərdə tamı dərd verir. Bəs dərdin çarəsizi, ölənə qədər tamı zəhər dadanı hansıdır? Bu çarəsiz dərd Vətən dərdi, torpaq həsrəti, yurd göynərtisiymiş... Sən demə, çarəsiz qalanda dərd özü də ağlayarmış”.
Müəllif burada artıq ədəbi tənqiddən xəbərdar tənqidçi kimi çıxış edərək, şairin poeziyasına münasibət bildirir: “Ələmdar Cabbarlı şeirlərinə sözün bülbülünü qonaq eləyir və misralarına qaranquş qanadı taxır:
- Yaranandan azad deyil,
Çəkiləsi əzab deyil.
Sürünməsən - az-zad deyil,
Yaşasan - çoxdu bu ömür.

Əslində, Vəliyəddin müəllimin bir ziyalı dost kimi haqqında nə isə demək istədiyim halda, deyəsən, onun ömür yolunu vərəqlədim. Ötəri baxdığımız hər səhifədə onun necə bir ictimaiyyətçi, alicənab, vətənpərvər olması ilə yanaşı, könlünü sözə bağladığını da hiss elədik. Qısası, Vəliyəddin Misiroğlunun düzüb-qoşduğu söz, bənd, misra, beyt, bütöv şeirlər ustad Məmməd Aslanın duyğularını incitmirsə, hətta ona poetik cavablar da verirsə, demək, onun barəsində yazmağa dəyər. Ona görə də Vəliyəddin Misiroğlunun bu poetik dünyasına boylanası, orada görüb oxuduqlarımdan nümunələr göstərməklə fikrimə ayna tutmaq istərdim. Məmməd Aslana yazır:
Sən şairsən qundağından çıxandan,
Günəş kimi dan yerindən baxandan.
Misiroğlu düz yapışıb yaxandan,
Ağlayan elimin bəsisən, Məmməd,
Dərdli Kəlbəcərin səsisən, Məmməd!
Bir ömür yaşadım min ömür qədər...
Min ömür nə verdi bir ömür qədər?!
Deyirlər ki, ömür yaman şirindi,
Şirinlik təkcəcə daddımı, oğul?!
Dünyanı duymadan ömür yaşayan
Ömürün tamınnan daddımı, oğul?!

Şair ömrün dəyərliliyini yaşanan günlərin, illərin çoxluğu ilə ölçmür. Görülən işlər, əməllər hər bir insanın həyatda qoyduğu iz, vətəninə, xalqına sadiqlik onun ömür ölçüsüdür. Ömrü sürünməklə yox, şərəflə yaşaya-yaşaya başa vurmaq lazımdır. Torpaqlarımızın azadlığı uğrunda cavan ömrünü fəda vermiş milli qəhrəmanlarımız, gənc alimlərimiz, mədəniyyət və incəsənət xadimlərimiz və şairin özü kimi gənc yazarlarımız ləyaqətli ömür yaşayanların nümunəsidir”.
Vəyiyəddin müəllimin Kəlbəcərdən uzaqlarda təmtəraqdan çox uzaq yubileyinə dağ çiçəklərinin ərtini verməsə də, qoşma sovqatını könlümün duyğuları ilə sulayıb cücərtdim ki, həmişə təzə-tər qalsın:
Ömrün zirvəsinə, ay Misiroğlu,
Kaş, o dağlarda çata biləydik.
Dərib dağçiçəyin biz qucaq-qucaq,
Çəməni çiçəyə qata biləydik,
Yubileyə dağlarda çata biləydik.
Quraydıq məclisi göy çəmən üstə,
Gələydi dost-tanış hey dəstə-dəstə.
“Yurd yeri” üstündə, həzin, ahəstə,
Bulaq nəğməsinə yata biləydik,
Yubileyə dağlarda çata biləydik.
Qol götürüb asta-asta süzəydik,
Hər çəməndən bircə çiçək üzəydik.
Ayaqyalın, başı açıq gəzəydik,
Çiçək dənizinə bata biləydik,
Yubileyə dağlarda çata biləydik.
Dilim yenə yaman yerdə kiridi,
Yurd həsrəti min dərdimdən biridi.
Çeşmə kimi gözüm nuru əridi,
Hardan gəldi bir bu xata biləydik,
Yubileyə dağlarda çata biləydik.
Çəkəmmədik Kəlbəcərin nazını,
Çalammadıq Dədə Şəmşir sazını.
Məhəmmədə yazdıranda yazını,
Kəlbəcər ruhunu tuta biləydik,
Yubileyə dağlarda çata biləydik.


Məhəmməd NƏRİMANOĞLU
Bakı, 10 fevral 2023-cü il

18-02-2023, 00:09
İlham Əliyev Şarl Mişellə bir sıra məsələləri müzakirə etdi


İlham Əliyev Şarl Mişellə bir sıra məsələləri müzakirə etdi

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub. Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlar və Brüssel sülh prosesi ətrafında müzakirələr aparılıb. Prezident İlham Əliyev Azərbaycanın Brüssel sülh prosesini dəstəklədiyini qeyd edib. Şarl Mişel Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında, sülh müqaviləsi üzrə danışıqlarda, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasında səylərini bundan sonra da davam etdirəcəyini bildirib. Söhbət zamanı, həmçinin Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.
18-02-2023, 00:04
Nə yaxşı ağsaqqal , ziyalı  qonşum var

Nə yaxşı ağsaqqal , ziyalı qonşum var

Bəri başdan deyim ki, müəllim ailəsində böyüsəm də, ali təhsilli mütəxəssis olsam da, ömrümdə bircə dəfə də olsa kiminsə haqqında məqalə yazmamışam.Lakin işimlə bağlı akt, protokol, ərizə və bu kimi digər rəsmi sənədləri çox hazırlamışam. Bu girişi ona görə etdim ki, ağsaqqal ziyalı,82 yaşında qonşum Məmmədağa müəllim (mən ona “dayı” deyə müraciət edirəm) haqqında yazmaq istədiyim məqalə zəif alınsa məni qınamasınlar.
Qırx ildən artıq respublika səviyyəli ictimai təşkilatlarda və dövlət orqanlarında ləyaqətlə işləyəndən sonra bir il olar ki, Məmmədağa Əhmədkərim oğlu Sərdarov təqaüdə çıxmışdır. Mən onun əmək fəaliyyəti dövründə aldığı mükafatlardan,xarici səfərlərindən, müəllifi olduğu kitablardan heç nə yazmayacağam, çünki o təbiətən təvazökar insandır və ünvanına kimsə tərif söyləyəndə xoşlamır.
Qeyd edim ki, uzun illər Bakı şəhərində yaşamış Məmmədağa müəllim övladlarının mənzil şəraitini yaxşılaşdırmaq, onlara müəyyən qədər sərbəstlik vermək məqsədilə özünə iki otaqlı mənzil almış və Xırdalan şəhərinə köçmüşdür. Belə vəziyyət bir yaradıcı şəxsiyyət kimi ona elmi və publisist məqalələr yazıb dərc etdirməyə də imkan verir.
İş elə gətirdi ki, bu ağsaqqal ziyalı ilə biz iki ailə eyni binada, eyni mərtəbədə yaşamalı olduq. Çox keçmədi ki, bizim tanışlığımız ata-oğul münasibətlərinə çevrildi. Hələ üstəlik xəbər tutdum ki, Məmmədağa müəllim əslən Qusar rayonundandlr. O da bildi ki, mənin valideynlərim Quba rayonundandır, sonradan Xaçmaz rayonuna köçüblər.Eyni zonadan olmağımız bizi daha da yaxınlaşdırdı, bayramları, ad günülərini bir yerdə qeyd edirik.
Biz iki qardaş və iki bacı evdə elə tərbiyə görmüşük ki, həmişə böyüklərə hörmət etməyə , onlardan öyrənməyə çalışmışıq. İndi də yaşım qırxı keçsə də özümdən yaşlı insanlardan yaxşı nə varsa onu götürməyə çalışıram.Düz deyirlər ki, əsl məktəb həyatdır. Qaldı ağsaqqal alim , jurnalist qonşum Məmmədağa müəllimə , ondan öyrənməli şeylər çoxdur.Bizim hər söhbətimiz düzlük, zəhmətsevərlilik, ədalətlilik, mənəvi saflıq və digər əxlaqi dəyərlərdən gedir.Əksər hallarda da mövqelərimiz, baxışlarımız üst-üstə düşür. Bunun nəticəsidir ki, biz bir-birimizə inanırıq və etibar edirik.Bu xoş münasibətlər ailələrimiz,övladlarımızın da arasında belə saf münasibətlərin yaranmasına gətirib çıxarır.Mənə belə gəlir ki, insanlar arasında münasibətlər məhs bu cür meyarlar əsasında qurulmalıdır.
Fikirlərimi bir neçə misal ilə təsdiq etmək istəyirəm.Xırdalan şəhər mərkəzi kitabxanasının direktoru Məlahət Yusifqızının təşəbbüsü ilə Məmmədağa Sərdarovla görüş keçirilirdi.Görüşdə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli və digər alimlər iştirak edirdilər. Həmin görüşdə kitabxananın fəal oxucuları ilə yanaşı Məmmədağa müəllimin dəvəti ilə mən də iştirak etdim və ürək sözlərimi dedim. Görüşdə edilən çıxışlardan , ağsaqqal yazıçı, alimin ünvanına deyilən xoş sözlərdən mən onun insani keyiyyətləri və dövlət qarşısındakı xidmətləri barədə daha geniş məlumat aldım.
Digər bir misal. Xırdalanda Heydər Əliyev parkında Mədəniyyət Nazirliyi tərəfindən kitab sərgi-satışı təşkil edilmişdi. Mən də ağsaqqal qonşumla ora getdik və özümüzə kitab seçib aldıq.Bizi uzaqdan görən sərginin təşkilatçılarından biri olan Məlahət xanım salamlaşandan sonra bizi bir stendə baxmağa dəvət etdi. Həmin stend Ulu öndər haqqında yazılmış kitablardan ibarət idi. Onların arasında Məmmədağa müəllimin “Mahir siyasətçi, müdrik rəhbər” kitabı da vardı.Üçümüz bir yerdə stendin önündə şəkil də çəkdirdik, sonradan həmin şəkil respublika qəzetlərinin birində əksini tapmışdır.Kitabdan söz düşmüşkən qeyd edim ki, onun mənzilindəki kiçik bir otaqda təşkil etdiyi şəxsi kitabxanasından dostları və qonşuları da istifadə edirlər.
Məmmədağa müəllimin insani keyfiyyətlərini göstərən daha iki faktın da üzərində dayanmaq istəyirəm.Birincisi budur ki, o Xaçmazda Şollar qəsəbəsində yaşayan qohumunun evinə hüzr yerinə gəlməli idi. Mən də Bakıdan sərnişin daşıyan kürəkənimiz Azərdən xahiş etdim ki, ağsaqqal qonşuma qayğı göstərib onu Xırdalandakı evindən maşınına mindirib rayona gətirsin, sonra hara lazım olsa özüm apararam. İstirahətdə olan adamam, çox sevinərəm ki, onunla burada görüşəm. Bu iş nəzərdə tutduğum kimi baş tutdu. Məmmədağa müəllimi öz maşınımda Şollardakı qohumunun evinə aparıb sonra da geri qaytardım. Gecəni keçirmək üçün onun özünün təkidi ilə Xaçmaz şəhərindəki qohumu Şakirgilə apardım.Söhbət əsnasında ona dedim ki, ertəsi gün ata-anamın qəbirlərini ziyarət etmək istəyirəm.O bilirdi ki, valideyinlərim eyni vaxtda faciəvi surətdə həyatdan köçmüşlər. Bu geniş ürəkli, qayğıkeş insan mütləq mənə qoşulub qəbirləri ziyarət edəcəyini bildirdi. Qəbiristanlıqda mənimlə bərabər mollaya hörmət etməyi də unutmadı.Allah bütün vəfat edənlərə, o cümlədən Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş əsgər və zabitlərimizə rəhmət eləsin!

Qusarda keçirilən ad günü məclisində
Söyləyəcəyim ikinci fakt xoş əhval –ruhiyyə yaradan bir tədbirlə bağlıdır.Ötən ilin iyul ayı idi, mən ailəmlə Qubaya toya getmişdim. Bakıdan mənə xəbər gəldi ki, Qusarda Məmmədağa müəllimin ad günü keçirilir. Bilirdim ki, pandemiya ilə əlaqədar onun 80 illik yubileyi keçirilməmişdir.Mən onunla tez əlaqə saxladım və mütləq gəlib iştirak edəcəyimi bildirdim.O bizi çox səmimi qarşıladı və öz yanında oturtdu. Məclis Qusar şəhərinin səfalı bir yerində təşkil edilmişdi, çox şən keçdi. Maraqlısı budur ki, məclisə nə Bakıdakı dostlarından , nə də rayonda məsul vəzifələrdə çalışan tanışlarından heç kəs dəvət olunmamışdı. İştirak edənlər əsasən Məmmədağa müəllimin doğulub boya-başa çatdığı Gədəzeyxur kəndində və rayon mərkəzində yaşayan qohumları və onların ailələri idi. Kənar adamlar yox idi, bircə mənim ailəmdən başqa. Musiqi çalınanda böyüklü-kiçikli hamı durub rəqs edirdi. Məclis çox xoşuma gəldi. Məmmədağa müəllimin qardaşı oğlu 70 yaşlı Telman müəllimin ( o həm də qudasıdır) gənclərlə bərabər məşhur “ Ləzginka “ rəqsini oynaması əyləşənlərə xüsusi ləzzət verdi. Həqiqətən əgər orada kənardan gəlmiş qonaqlar , vəzifəli şəxslər olsaydı , kənd adamları, xüsusilə ildən,aydan bir dəfə ev işlərindən uzaqlaşıb bəzənib-düzənib gəlmiş xanımlar özlərini sıxıntılı aparar, belə şənlənməzdilər. Bu da ağsaqqal qonşumun uzaqgörənliyi, məclisdə sadə, səmimi atmosfer yaratmaq arzusundan irəli gəlirdi.

Xırdalan Mərkəzi Kitabxanasında
Məclisdə yubiliyarın ünvanına çox xoş sözlər deyildi. Mən bir daha Məmmədağa müəllimin qohum-əqrəba arasında böyük hörmətinin şahidi oldum.Bu nüfuzu o, neçə illər ərzində öz şəxsi keyfiyyətləri ilə qazanmışdır. El arasında tanınmaq , layiqli hörmət qazanmaq hər adama nəsib olmur. Yeri gəlmişkən qeyd edim ki, tədbirdə oturmağa macal tapmayan onun kiçik oğlu Şahin yaxşı təşkilatçı olduğunu nümayiş etdirdi.
Tədbirin sonunda bu torpağın yetişdirməsi və mən deyərdim fəxri , filosof-alim və şair Məmmədağa Sərdarov iştirak edənlərə öz minnətdarlığını bildirdi və şeirlərindən bir neçəsini oxudu. Sevindirici haldır ki, tanınmış bəstəkar Eldar Mansurov tərəfindən Məmmədağa müəllimin sözlərinə bəstələnmiş “ Mən Qusara gələndə “mahnısının səsləndirilməsi şənlikdə iştirak edənlər tərəfindən böyük sevinclə qarşılandı.
Yazımı bitirərək həmişə “dayı” deyə müraciət etdiyim , xətrini şox istədiyim , sözün əsil mənasında müəllim kimi hər yerdə sayılıb seçilən bir insan olan , müdrik dövrünü yaşayan ağsaqqal qonşumuza cansağlığı və könül xoşluğu arzulayıram.

Azad Abidov,
Fövqəladə Hallar Orqanlarında xidmət edən zabit












����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!