Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
22-02-2023, 15:57
Ermənistanın 7 qətnaməsi rədd edildi


Ermənistanın 7 qətnaməsi rədd edildi

Laçın-Xankəndi yolu ilə bağlı Ermənistanın 7 qətnaməsi rədd edilib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Avronest Parlament Assambleyasının Moldovanın paytaxtı Kişineu şəhərində keçirilən 10-cu sessiyası başa çatıb. Sessiyada Milli Məclisi parlamentin komitə sədri Tahir Mirkişilinin rəhbərliyi ilə 6 deputat təmsil edib. Məlumata görə, 10-cu sessiyanın yekun sənədinə Ermənistan nümayəndə heyəti tərəfindən dəyişikliklər təklif olunmuşdu. Dəyişikliklər “Laçın dəhlizinin açılması”, “Dağlıq Qarabağın blokadadan çıxarılması”, “Azərbaycan Ordusunun Ermənistan ərazisindən çıxarılması”, “ATƏT Minsk qrupunun aktivləşdirilməsi” kimi çağırışları əhatə edirdi. Azərbaycan nümayəndə heyəti üzvlərinin həm ikitərəfli görüşlərdə göstərdikləri səylər, həm də komitə və plenar iclaslardakı çıxışlarda gətirdikləri arqumentlər nəticəsində Ermənistan nümayəndə heyətinin bütün layihələri Assambleya nümayəndələri tərəfindən rədd edilib.
22-02-2023, 15:55
Sabahın hava proqnozu - Sulu qar gözlənilir


Sabahın hava proqnozu - Sulu qar gözlənilir

Bakıda və Abşeron yarımadasında fevralın 23-də günün ikinci yarısında şimal küləyi 15-20 m/s, 24-də arabir 23-28 m/s-yə çatacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraitinin dəyişəcəyi haqqında yaydığı xəbərdarlıqda bildirilir. Hava şəraitinin qısa müddətə yağıntılı olacağı gözlənilir. Belə ki, fevralın 23-ü axşama doğru arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə sulu qara keçəcəyi, 24-də gün ərzində fasilələrlə sulu qar, axşam tədricən kəsiləcəyi gözlənilir. Azərbaycanın rayonlarında fevralın 23-də gecə və səhər əsasən şimal və qərb rayonlarında, 23-ü axşama doğru və 24-də əksər rayonlarda arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Fevralın 22-24-də qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
22-02-2023, 13:04
Ceyhun Bayramov britaniyalı həmkarıyla görüşüb


Ceyhun Bayramov britaniyalı həmkarıyla görüşüb

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. O, bu barədə twitter hesabında yazıb. Nazir Azərbaycan Böyük Britaniyanın mühüm ticarət və enerji tərəfdaşı olduğunu bildirib: "Mən Böyük Britaniyanın regionda sülh və təhlükəsizliyə sadiqliyini vurğuladım".
22-02-2023, 13:00
Tapdığı bank kartı ilə maşınına yanacaq aldı


Tapdığı bank kartı ilə maşınına yanacaq aldı

Bakı şəhər sakini olan bir nəfərin itirdiyi bank kartı vasitəsi ilə yanacaqdoldurma məntəqələrinin birindən 115 manat dəyərində yanacaq alınması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Süleyman Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
22-02-2023, 12:57
Azərbaycanda zəlzələ baş verib


Azərbaycanda zəlzələ baş verib

Lerikdə zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:25-də Yardımlı stansiyasından 22 km cənub-şərqdə, Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
22-02-2023, 12:55
Neft-qaz sektoruna 89 milyard dollar sərmayə qoyulub


Neft-qaz sektoruna 89 milyard dollar sərmayə qoyulub

Azərbaycanın neft-qaz sektoruna 27 il ərzində 89 milyard ABŞ dolları məbləğində xarici sərmayə qoyulub. Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib. O, "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi və “Şahdəniz” qaz yatağı layihələrindən 170 milyard ABŞ dolları məbləğində gəlir əldə edildiyini açıqlayıb: “AÇG və "Şahdəniz" yataqlarından 569 milyon tona yaxın neft, 40,6 milyon ton kondensat, təxminən 390 milyard kubmetr qaz çıxarılıb". Nazirin sözlərinə görə, Bakı-Supsa neft boru kəməri ilə nəql edilən 99,4 milyon tonu, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə isə 477,5 milyon tonu Azərbaycana, 55,4 milyon tonu digər ölkələrə məxsus ümumilikdə 533 milyon tondan çox nefti dünya bazarına göndərilib: "İndiyə kimi ixraca yönləndirilmiş 130 milyard kubmetr qaz üçün bazarlar Cənub Qafqaz Boru Kəməri, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə daha da şaxələndirilib”.
22-02-2023, 12:51
Yaxşı nəticəyə çatmaq üçün kifayət qədər vəsait lazımdır - Nazir


Yaxşı nəticəyə çatmaq üçün kifayət qədər vəsait lazımdır - Nazir

"Təhsil sahəsi daim ictimai müzakirə mövzusudur. Bu müzakirələrdə təhsildə nəticə nədir sualının verilməsi və cavabını tapması olduqca vacibdir. Bu məsələdə əsas olan fakt və rəyləri bir-birindən ayırmaqdır". Bunu elm və təhsil naziri Emin Əmrullayev "Təhsil sektorunda Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, nəticəyönümlü maliyyələşməyə keçid həm ictimaiyyətlə, həm maliyyə nəzarət qurumları, həm də digər aidiyyəti orqanlarla birgə düzgün diskussiya və dialoq üçün təhsilin nəticəsi nədir sualının cavabını müəyyən etməyə imkan verir: "Bütün müzakirə və mübahisələrimiz ölçüləbilən bu nəticələr əsasında olmalıdır. Bununla da şəxsi rəylər mübahisəsi etməmiş olarıq. Çünki şəxsi rəylərə əsaslanan mübahisənin təhsil üçün heç bir faydası olacağına inanmıram". "İkinci böyük çağırış yəqin ki, müəyyən edilmiş indikatorların ölçmə məsələsidir. Burada da ənənəvi müzakirəmiz fərdi rəylər, qiymətləndirmələr və digər məsələlərlə bağlı olur. Yəni, nəyinsə yaxşı olması və ya olmaması əsasən statistik dataya əsaslanan fikir və faktlar yox, şəxsi rəy və subyektiv mülahizələrə daha çox rast gəlinir. Bu mənada nəticəyönümlü maliyyələşmənin ən böyük üstünlüklərindən biri nəinki nəticəni müəyyən etmək, həm də nəticəni ölçmək sualını da müəyyən mənada özündə cavablandırmış olur. Təbii ki, bunun maliyyə məsələsi olduqca vacibdir. Çünki yaxşı nəticəyə çatmaq üçün kifayət qədər vəsait lazımdır. Bir şeyi ölçmədən ona necə nail olmaqla bağlı suallar ortaya çıxır. Bizim üçün bu yanaşmanın üstünlükləri ilk növbədə təhsil siyasəti sahəsində olan ictimai müzakirələrə konkretləşmənin gəlməsi və istinad nöqtəsinin formalaşmasıdır", - nazir əlavə edib.
22-02-2023, 12:46
ABŞ Ukraynaya yeni funksiyalara sahib bombalar verəcək


ABŞ Ukraynaya yeni funksiyalara sahib bombalar verəcək

ABŞ Ukraynaya 72 kilometrə qədər uzaqmənzilli və yüksəkdəqiqlikli bombalar verəcək. Bu barədə "Bloomberg" yazıb. Nəşrin məlumatına görə, söhbət "Jdam-ER"lərdən gedir. Onların çəkisi 220-900 kiloqram arasında dəyişir. Bu vasitə ilə digər bombalar da idarə olunan hərbi sursata çevrilə bilər. "Belə bir bomba atıldıqdan sonra qanadlarını genişləndirir, bu da uçuş məsafəsini üç dəfə artırır", - deyə qeyd olunub. Pentaqon tədarük barədə rəsmi elan verməsə də, "Bloomberg"in məlumatına görə, ABŞ və Ukrayna bu barədə razılığa gəliblər.
22-02-2023, 01:49
Gələn il NATO-nun sammiti ABŞ-da keçiriləcək - Bayden


Gələn il NATO-nun sammiti ABŞ-da keçiriləcək - Bayden

2024-cü ildə NATO sammiti ABŞ-da keçiriləcək. Bu barədə ABŞ Prezidenti Co Bayden Varşavada çıxışı zamanı məlumat verib. O qeyd edib ki, ABŞ tərəfdaşları ilə birlikdə Ukraynanı müdafiə etməyə davam edəcək. Bayden, həmçinin bildirib ki, gələn il NATO-nun bütün üzvlərini ABŞ-da keçiriləcək sammitdə qəbul edəcək. "Biz birlikdə dünya tarixinin ən güclü müdafiə ittifaqının 75 illiyini qeyd edəcəyik”, - ABŞ lideri deyib.
22-02-2023, 00:39
Gələn il NATO-nun sammiti ABŞ-da keçiriləcək - Bayden


Gələn il NATO-nun sammiti ABŞ-da keçiriləcək - Bayden

2024-cü ildə NATO sammiti ABŞ-da keçiriləcək. Bu barədə ABŞ Prezidenti Co Bayden Varşavada çıxışı zamanı məlumat verib. O qeyd edib ki, ABŞ tərəfdaşları ilə birlikdə Ukraynanı müdafiə etməyə davam edəcək. Bayden, həmçinin bildirib ki, gələn il NATO-nun bütün üzvlərini ABŞ-da keçiriləcək sammitdə qəbul edəcək. "Biz birlikdə dünya tarixinin ən güclü müdafiə ittifaqının 75 illiyini qeyd edəcəyik”, - ABŞ lideri deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!