Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
24-02-2023, 20:28
Podolyak Çinin sülh təklifinə münasibət bildirdi


Podolyak Çinin sülh təklifinə münasibət bildirdi

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Çinin sülh təklifinə münasibət bildirib. O, twitter səhifəsində bu barədə yazıb. "Yalnız atəşkəs və yeni delimitasiya xətti ilə nəticələnən, Ukrayna ərazilərinin işğalının davam etdirilməsinə səbəb olan istənilən “sülh planı” sülh haqqında deyil, müharibənin dondurulması, Ukraynanın məğlubiyyəti, Rusiyanın soyqırımının növbəti mərhələləri haqqındadır. Ukraynanın mövqeyi məlumdur: Rusiya qoşunları 1991-ci il sərhədlərinə çıxarılmalıdır", - deyə o vurğulayıb. Qeyd edək ki, Çin Ukraynadakı müharibənin bütün tərəflərini hərbi əməliyyatları dayandırmağa və “soyuq müharibə zehniyyətindən əl çəkməyə” çağırıb.
24-02-2023, 20:24
Gömrük Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb


Gömrük Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb

Azərbaycanda beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə dövlət rüsumunun ləğv edilməsi təklif edilir. Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Bununla yanaşı, gömrük orqanlarının beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsi vəzifəsinin ləğv olunması təklif edilir. Qeyd edək ki, hazırda rüsumlar beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olan xarici dövlətlərin yük və sərnişin avtomobil daşıyıcıları üçün giriş-çıxış və tranzit keçid kvota ilə müəyyən edildiyindən artıq olduqda 100 ABŞ dolları, yük avtomobilləri üçün 100 ABŞ dolları, sərnişin avtobusları üçün 50 ABŞ dolları təşkil edir. Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olmayan yük və sərnişin avtomobil daşıyıcıları üçün müvafiq olaraq 150 ABŞ dolları və 75 ABŞ dolları təşkil edir. Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
24-02-2023, 20:19
Zəlzələdə həlak olanların ailələrinə 10 min manat verildi


Zəlzələdə həlak olanların ailələrinə 10 min manat verildi

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olan azərbaycanlıların ailələrinə maddi yardım göstərilir. Çoxsaylı insan tələfatına səbəb olmuş faciə nəticəsində Adıyaman, Kahramanmaraş və Malatyada həlak olanlar arasında azərbaycanlılar da olub. Həlak olmuş soydaşlarımızın ailələrinə dəstək məqsədilə hazırda Heydər Əliyev Fondu tərəfindən 10 min AZN məbləğində maddi yardım verilir. Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ nəticəsində 10 Azərbaycan vətəndaşı həlak olub.
24-02-2023, 20:15
ABŞ Ukraynaya 2 milyard dollarlıq hərbi yardım paketi göndərir


ABŞ Ukraynaya 2 milyard dollarlıq hərbi yardım paketi göndərir

ABŞ Ukraynaya 2 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayıb. Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hərbi yardım Pentaqonun anbarlarından köçürülməyəcək, istehsalçılardan sifariş ediləcək. Yeni hərbi yardım paketinə aşağıdakı silah-sursat və texnikalar daxildir:
- HIMARS raket sistemləri üçün əlavə döyüş sursatları;
- 155 mm-lik artilleriya mərmiləri;
- Lazerlə idarə olunan raket sistemləri üçün döyüş sursatları;
- "CyberLux K8" pilotsuz uçuş aparatları;
- "Switchblade 600" kamikadze pilotsuz uçuş aparatları;
- "Altius-600" pilotsuz uçuş aparatları;
- "Jump 20" pilotsuz uçuş aparatları;
- Pilotsuz uçuş aparatları əleyhinə müdafiə sistemləri və radioelektron mübarizə vasitələrini aşkarlayan avadanlıq;
- Mina təmizləmə texnikalarlı;
- Təhlükəsiz rabitə dəstəyi avadanlıqları;
- Təlim, texniki xidmət və təminat üçün əlavə maliyyə.
24-02-2023, 13:41
İranda həkim polis bölməsində öldürüldü


İranda həkim polis bölməsində öldürüldü

İranda 24 yaşlı həkim İbrahim Riqi polis bölməsində öldürülüb. Hadisə İranın Sistan-Bəlucistan vilayətinin mərkəzi Zahidan şəhərində baş verib. Hökumət əleyhinə etiraz aksiyaları zamanı iki dəfə saxlanılan həkim birinci dəfə girov qarşılığında sərbəst buraxılıb, növbəti dəfə isə döyülərək öldürülüb. Məhkəmə tibbi ekspertizası onun döyülərək öldürüldüyünü təsdiqləyib.
24-02-2023, 13:37
Qarabağda yaşayan ermənilər seçim qarşısındadır - Xaçaturova


Qarabağda yaşayan ermənilər seçim qarşısındadır - Xaçaturova

Ruben Vardanyanın "vəzifəsindən" azad olunmasından sonra Laçın dəhlizi Azərbaycanın istədiyi statusda açılacaq. Bunu erməni jurnalist Lilit Xaçaturova söyləyib. Onun sözlərinə görə, Qarabağda yaşayan ermənilər seçim qarşısındadır. "Qarabağda olan ermənilər ya oranı tərk edəcək, ya da Azərbaycan vətəndaşlığını qəbul edib yaşayacaqlar", -deyə Xaçaturova söyləyib. Erməni jurnalist hesab edir ki, yerli sakinlər Azərbaycan vətəndaşlığını qəbul etməli olacaqlar. Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların "dövlət naziri" Ruben Vardanyan "vəzifəsindən" uzaqlaşdırılıb və onun yerinə Qurgen Nersisyan gətirilib.
24-02-2023, 13:33
Gəncədə binalar seysmoloji tələblər əsasında tikilməlidir - Deputat


Gəncədə binalar seysmoloji tələblər əsasında tikilməlidir - Deputat

“Gəncə seysmik ərazidə yerləşir. Ona görə də Gəncədə binalar və xəstəxanalar mütləq müvafiq seysmoloji tələbələr əsasında tikilməlidir”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev bildirib. “Kahramanmaraş şəhərinin yerləşdiyi piltə kəsişməsi ərazisində yerləşən regionda 1138-ci ildə baş vermiş böyük Aleppo zəlzələsindən cəmi 1 il sonra 1139-cu ildə Gəncədə güclü zəlzələ olmuşdu və Göygöl yaranmışdı. Bu tarixi hadisə mütləq tikintilər zamanı nəzərə alınmalıdır. Binalar 5 mərtəbədən yüksək olmamalıdır. Binalardakı mənzillər tam təmirli vəziyyətdə sakinlərə təhvil verməlidir. Əhalinin həyatı təhlükəyə atılmalı deyil”, - deyə deputat parlamentdə məsələ qaldırıb.
24-02-2023, 13:10
Azərbaycan və Ermənistana üçtərəfli görüş təklif etmişik - ABŞ


Azərbaycan və Ermənistana üçtərəfli görüş təklif etmişik - ABŞ

Üçtərəfli görüş barədə təklif Azərbaycan və Ermənistan tərəfinə çatdırılıb. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib. O qeyd edib ki, görüşlərdə potensial iştirak tərəflərin gündəliyində olmalıdır: “Biz son həftələrdə müşahidə etdiyimiz tərəqqinin davamını görməyə ümid edirik. Problemin hərtərəfli həlli üçün tərəfləri dəstəkləməyə hazırıq”. Xatırladaq ki, dünən Prays Münhendə dövlət katibi Antoni Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə görüşünə dair sualları cavablandırıb. O, Vaşinqtonun sülh danışıqlarına dəstək verdiyini söyləyib. Ned Prays, həmçinin Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın yenidən görüşə biləcəyini diqqətə çatdırıb. "Blinken son bir neçə ay ərzində gördüklərimizi əks etdirirdi. Bu, tərəflər arasında qarşılıqlı anlaşmanın nəticəsidir. Bu, ABŞ-la ikitərəfli əməkdaşlığın, üçtərəfli əməkdaşlığın, Avropa İttifaqı (Aİ) diplomatiyasının da gördüyü işlərin nəticəsidir və tərəflərin yaxın günlərdə Brüsseldə Aİ Şurası prezidenti Şarl Mişelin ev sahibliyi etdiyi danışıqlarda bir araya gəlməsini görəcəyimizə ümid edirik. Beləliklə, bu tərəqqinin davamını görəcəyimizə ümidliyik. Biz bu dialoqu, bu diplomatiyanı hərtərəfli həll yolunda dəstəkləməyə davam edirik. Dediyimiz kimi, qeyd etdiyimiz əhəmiyyətli irəliləyişlər var. Tərəqqinin davam etdiyini görmək üçün əlimizdən gələni edəcəyik",-o deyib.
24-02-2023, 12:56
Çindən Ukraynaya 12 maddəlik mövqe sənədi


Çindən Ukraynaya 12 maddəlik mövqe sənədi

Çin Ukraynadakı müharibənin bütün tərəflərini hərbi əməliyyatları dayandırmağa və “soyuq müharibə zehniyyətindən əl çəkməyə” çağırıb. Bu barədə Çin Xarici İşlər Nazirliyinin saytında dərc olunan sənəddə deyilir. Pekin hesab edir ki, sülh danışıqlarına başlamaq, birtərəfli sanksiyalara son qoymaq, həmçinin Ukrayna taxılının ixracına zəmanət vermək və strateji riskləri azaltmaq lazımdır. Sənəd “Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi” adlanır. Mövqe sənədində Pekin 12 maddə təqdim edib:
1. Bütün ölkələrin suverenliyinə hörmət edilməlidir: Çin beynəlxalq qanunlara, o cümlədən BMT Nizamnaməsinə əməl etməyi zəruri hesab edir, lakin ikili standartlara yol vermədən, bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü də təmin edilməlidir.
2. “Soyuq müharibə zehniyyətindən” imtina edilməlidir: Çin əmindir ki, “bir ölkənin təhlükəsizliyini digər ölkələrin təhlükəsizliyi hesabına əldə etmək olmaz. Pekin "bütün ölkələrin qanuni təhlükəsizlik maraqlarına" ciddi yanaşmağa çağırıb.
3. Döyüşlər dayandırılmalıdır: Çin qeyd edir ki, “müharibələrdə qalib yoxdur” və hesab edir ki, “bütün tərəflər rasionallıq və təmkinlilik nümayiş etdirməlidir. Pekin qeyd edir ki, Rusiya və Ukrayna arasında birbaşa dialoqun bərpasını dəstəkləmək, gərginliyin azaldılmasına kömək etmək və “vəziyyəti yumşaltmaq” və “hərtərəfli atəşkəsə nail olmaq” lazımdır.
4. Sülh danışıqları başlamalıdır: Çin fikirləşir ki, “dialoq və danışıqlar Ukrayna böhranından yeganə real çıxış yoludur”.
5. Humanitar böhran həll edilməlidir: Pekin “mülki əhalinin təhlükəsizliyinin qorunmasına” və onların təxliyəsi üçün humanitar dəhlizlərin yaradılmasına, humanitar yardımın artırılmasına və bu məsələdə BMT-nin rolunu dəstəkləməyə çağırıb.
6. Mülki vətəndaşlar və hərbi əsirlər qorunmalıdır: Çin qeyd edir ki, münaqişə tərəfləri mülki şəxslərə və mülki obyektlərə hücum etməkdən çəkinməli, qadın və uşaqları müdafiə etməli, hərbi əsirlərin hüquqlarına hörmət etməlidir.
7. Atom elektrik stansiyalarının təhlükəsizliyi qorunamlıdır: Çin hesab edir ki, "dinc məqsədli nüvə obyektlərinə" - xüsusən də atom elektrik stansiyalarına silahlı hücumların qarşısını almaq lazımdır.
8. Strateji risklər azaldılmalıdır: Pekin vurğulayır ki, nüvə silahından istifadə etmək olmaz və onların istifadəsi və ya istifadə təhlükəsinə qarşı mübarizə aparılmalıdır.
9. Taxıl ixracına zəmanət verilməlidir: Çinin fikrincə, bütün tərəflər 2022-ci ildə Rusiya, Ukrayna, Türkiyə və BMT tərəfindən imzalanmış taxılın Qara dəniz vasitəsilə daşınmasına dair sazişə əməl etməlidir.
10. Birtərəfli sanksiyalar dayandırılmalıdır: Çin hesab edir ki, bu cür tədbirlər "nəinki problemləri həll etməyəcək, həm də yenilərini yaradacaq".
11. İstehsal və tədarük zəncirlərinin sabitliyi təmin edilməlidir: Pekin qeyd edir ki, dünya iqtisadiyyatını qorumaq və onun siyasiləşdirilməsinə və hərbi məqsədlər üçün istifadəsinə müqavimət göstərmək lazımdır.
12. Müharibədən sonrakı yenidənqurma təşviq edilməlidir: Çin hesab edir ki, beynəlxalq ictimaiyyət münaqişə zonalarında müharibədən sonrakı bərpa işlərini dəstəkləmək üçün hərəkətə keçməlidir və bu məsələdə “yardım etməyə və konstruktiv rol oynamağa” hazırdır.
24-02-2023, 12:48
Azərbaycan XİN-dən Paşinyana cavab


Azərbaycan XİN-dən Paşinyana cavab

"Ermənistanın baş naziri Nikol Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı 23 fevral 2023-cü il tarixli şərhləri məhkəmənin qərarı ilə tərs-mütənasibdir və Ermənistan tərəfinin növbəti dəfə arzularının reallıq kimi təqdimatı cəhdidir". Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin N.Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı bəyanatına dair şərhində bildirilib. "İlk növbədə qeyd edək ki, Paşinyanın guya Məhkəmənin Laçın yolunun bağlandığına dair iddianı qeydə aldığı barədə şərhi heç bir şəkildə Məhkəmənin müvəqqəti tədbirlər barədə qərarının əsaslandırıldığı mətnlə üst-üstə düşmür və qərarda yolun bağlandığı qeyd olunmur. Bir qrup azərbaycanlı eko-aktivistlərin Xankəndi-Laçın yolunda keçirdiyi etiraz aksiyalarının guya “Azərbaycan hökuməti tərəfindən təşkil olunduğu” və “Azərbaycanın təbii qazın və s. kommunal xidmətlərin (məsələn, elektrik enerjisi və internet) verilməsinə mane olduğu" barədə Ermənistanın iki əsas iddiasının Məhkəmə tərəfindən rədd edilməsini qəbul edə bilməyən Baş nazirin Məhkəmənin məsələ ilə bağlı əsaslandırmasını təhrif etməsi təəssüf doğurur. Laçın yolunda Azərbaycanın vəzifələrinin nədən ibarət olduğu barədə məsələni şərh edən Ermənistan Baş naziri görünür ki, hələ də 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatında Azərbaycan Respublikasının Laçın yolu üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verməsi barədə müddəanı düzgün anlamayıb. Azərbaycanın Laçın yolunda hərəkətin təhlükəsizliyinə zəmanət verməsi yoldan sui-istifadə hallarına imkan yaradılması kimi anlaşılmamalıdır və Azərbaycan tərəfinin buna imkan yaratmayacağı dəfələrlə bəyan olunub. Ümumiyyətlə, Beynəlxalq Ədalət Məhkəməsinin guya Ermənistanın vəsatətini təmin etdiyi barədə əsassız iddia ilə bağlı qeyd edək ki, Məhkəmənin müvəqqəti tələbi Ermənistanın tələbi ilə eyni deyil və Məhkəmənin qənaəti budur ki, Azərbaycan “fasiləsiz hərəkəti təmin etmək...” əvəzinə “öz ixtiyarında olan bütün tədbirləri görməlidir”. Məhkəmə eyni zamanda, Ermənistanın yol boyu hərəkətin “sərbəst” olması və “bütün” şəxslər, yük və nəqliyyat vasitələri üçün təmin olunması ilə bağlı iddiasını da qəbul etməyib. Bununla, Məhkəmə Azərbaycanın mövqeyinə əlavə olaraq dəstək verərək, Laçın yolu ilə hərəkətin Ermənistanın iddia etdiyi kimi “azad”, yəni heç bir nəzarət olmadan həyata keçirilməsi barədə Ermənistanın tələbini rədd edib. Məhkəmə öz qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyunca hərəkətin təhlükəsizliyinə zəmanət verilməsi üzrə sərəncamında olan bütün addımları atdığı və atacağına dair, habelə 10 Noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirdiyi barədə Azərbaycanın səylərini nəzərə alıb. Ermənistan Baş nazirinin minalar ilə bağlı Məhkəmə qərarını təhrif edən açıqlaması isə göstərir ki, Ermənistan tərəfi bu məsələdə yenə də öhdəliyi öz üzərindən atır. Halbuki, Məhkəmədə dinləmələr bir daha göstərib ki, Ermənistan mina istehsal etmədiyi və basdırmadığı barədə beynəlxalq təşkilatlara açıqladığı hesabatlar yalan üzərində qurulub. Qərardan göründüyü kimi, Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərin tətbiq dairəsinə uyğun olmamasına dair əvvəl gəldiyi nəticəyə yenidən baxılmaması mahiyyət üzrə qərar deyil. Məhkəmənin bu qərarı Ermənistanın Azərbaycan ərazilərində minalar və mina tələləri yerləşdirilməsi, Laçın yolundan sui-istifadə edərək Azərbaycan ərazilərinə 2021-ci il istehsalı minaların daşıması, və minalanmış ərazilər barədə həqiqi xəritələrin təqdim edilməməsi kimi öhdəliklərin pozuntularından azad etmir. Ümumilikdə qeyd edək ki, Məhkəmə tərəfindən mina təhdidi məsələsinə mahiyyəti üzrə ayrıca baxılacaq. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Laçın yolundan istifadə qanuni və şəffaf olmalıdır və yoldan sui-istifadə hallarına yol verilməməlidir. Bu səylərin tərkib hissəsi kimi, Azərbaycan Laçın yolunun başlanğıcında sərhəd nəzarət keçid məntəqəsi yaradılması barədə təkliflə çıxış edib. Bu təklif Azərbaycanla Ermənistan arasında post-münaqişə normallaşma prosesi çərçivəsində Laçın yolu üzrə şəffaf mexanizm və etimad quruculuğu tədbiri kimi beynəlxalq tərəfdaşlar tərəfindən də müsbət qarşılanıb. Lakin, Ermənistanın bu təklifdən heç bir əsas gətirmədən imtina etməsi Ermənistanın Laçın yolunda şəffaflıqda maraqlı olmadığını və sui-istifadə hallarını davam etdirmək niyyətinin göstəricisidir", - XİN-in yaydığı məlumatda qeyd olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!