Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
10-02-2023, 18:07
Xoş günün kədərli sonu"

"Xoş günün kədərli sonu"

Gündüz hava soyuq idi. Anam yemək hazırlayırdı, balaca bacım oyuncaqları ilə oynayırdı. Atamın isə işdən gəlməyinə az qalmışdı. O, səhərə yaxın evdə olur. Nədənsə böyük bir sevinc və səbirsizliklə atamızın yolunu gözləyirdim. Mənə söz vermişdi. Gələndə uzun zamandı istədiyim iti gətirəcəkdir. Anam mətbəxdən mənə səsləndi. "Yəqin atam gəldi, ura!" deyib sevindim. Sonra isə anama səsləndim:
– Gəldim anacan!
– Canım oğlum, əynini qalın geyin. Get çörək al.
– Anacan, atamla danışdınmı, bu gün çox xoşbəxtəm axırki itim evə gələcək.
– Əlbəttə, danışmışam. Gecikmədən get, gəl. Əyinimi geyinib evdən çıxdım market evimizdən aşağı küçədə idi, getməmişdən qabaq blokumuzda yalqız qalan qoca nənə ilə baba vardı, onların da nəyəsə ehtiyacı varmı,- deyə qapılarını döydüm. Məni gülər üzlə qarşıladılar və çörək almağımı istədilər. Mağazadan çörəkləri alıb həmin qonşuya verdikdən sonra evə daxil oldum. Atam evdə idi. Həm də istədiyim iti gətirmişdi. Qaçaraq atamı öpdüm. Sonra itimi qucaqladım. Ağlı-qaralı, yumşaq tüklü it idi. Anam süfrəni hazırladı, hamı masa ətrafına keçdi. Anam məni səslədi, itimi də götürüb salona keçdim. Əyləşdim masaya, hər kəs sevincli idi, şənlənərək yemək yeyirdik. Birdən sanki göylərin yerə acığı tutdu. Hər tərəf çökdü. Bir an "Ana" deyə qışqıranda gözlərim yumuldu. Gözlərimi açdım ətraf qaranlıq, üstümdə ağır beton vardı, tərpənə bilmirəm, ağzı üstə idim. Anamı, atamı, bacımı və balaca itimi xatırladım. Getdikcə nəfəs almaq çətinləşirdi. Güclə tutunmağa çalışdım. Gözlərim yumuldu. Birdən "Allahım nolar yardım et. Ailəmə kömək ol" səsimə və kənardan eşitdiyim səslərə ayıldım. Qışqırmağa çalışdım torpaq ağzıma dolurdu, çox gücsüz idim, ağırlığın altda ürəyim partlayırdı. Səslər kəsildi, ağlamağa başladım, göz yaşlarım torpağa qarışıb palçıq oldu. Çox ac idim, palçığı yeməyə çalışdım. Gözlərim yenidən yumuldu. Bir müddət keçdikdən sonra yenidən ayaq səsləri eşidildi. Allaha dua etdim məni tapsınlar, gücüm çatan qədər qışqırdım.
Xilas olduğuma inanmırdım. Üzərimdəki betonu götürdülər, məni xilaskar əmilər yavaşca qucaqlarına aldılar. Torpağın altından çıxanda gözlərim qarşısında binalar yerlə-yeksan olmuşdu, ətraf dolu insan idi. Hər kəs bir yana qaçırdı. Məni təcili yardım maşınına apardılar. Anam, atam, bacım, itim orda idi. Yalvardım ki, onları da xilas etsinlər. Mən olan yerdə axtarış etdilər. Digər tərəfdən bir ana ilə uşaq çıxardılar. Ananın qucağında körpəsi can vermişdi. Nənə ilə baba da tapılmışdı, amma cansız bədənlərilə. Əlimi göyə açaraq dua etdim "Allahım, kömək ol ailəmə bina altda qalanlara heç nə olmasın".
Gözümü xəstəxanada açdım. Və öyrəndim ki, o evdən mənə bircə itim yadigar qalıb.

Südabə Məmmədova
10-02-2023, 17:58
"El getsə də qardaş qalar"


"El getsə də qardaş qalar"

Qardaşlıq nədir? İstər xoş günlərdə, istərsə də çətin dönəmlərdə qardaşının yanında olmaq, canı və qanı bahasına dəstəkləmək, qorumaqdır qardaşlıq…
Azərbaycan və Türkiyə qardaşlığın mükəmməl nümunəsidir. Tarix boyu bu iki dövlət arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Təsadüfi deyildir ki, türk dünyasının müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Son günlərdə Türkiyədə baş verən zəlzələ və bu təbii fəlakətin sarsıdıcı nəticələri bizləri kədərləndirməklə yanaşı Azərbaycan-Türkiyə qardaşlığını bir daha bütün dünyaya göstərdi. Həmişəki kimi Türkiyənin köməyinə yetən ilk dövlət Azərbaycan oldu.
Prezident İlham Əliyevin tapşırığına əsasən yüzlərlə Fövqəladə Hallar Nazirliyi (FHN) işçisi Türkiyəyə yardım üçün göndərildi. Bundan başqa Azərbaycandan Türkiyəyə humanitar yardımlar edilir, minlərlə könüllü vətəndaş bu təşəbbüsə qoşulub. Təbii ki, bu heç kimi təəccübləndirə bilməz, çünki əsl qardaşlıq məhz budur. Bu gün
Azərbaycan xalqının gözündə dərin kədər duyuram, televizor qarşısında qardaş ölkənin xəbərlərini izləyənləri görürəm, sosial şəbəkələrdə qardaşlarımıza həm maddi, həm də mənəvi dəstək olan insanlarımızı görürəm, Türkiyə üçün durmadan dua edən gözüyaşlı nənə və babalarımızı görürəm. Bütün bunlar qarşısında türk kimliyimlə, xalqımla bir daha qürur duyuram. Və bunu əminliklə deyirəm, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı uğurla davam edəcək, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyacaq. Fikirlərimi dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadəninin şeirindən bir parça ilə bitirmək istəyirəm:
Birdir bizim hər halımız,
Diləyimiz amalımız.
Bayraqlarda hilalımız,
Azərbaycan-Türkiyə.


Nahid Xəlilov
10-02-2023, 17:55
Zərərçəkmiş sakinlərə kirayə pulu veriləcək - Ərdoğan


Zərərçəkmiş sakinlərə kirayə pulu veriləcək - Ərdoğan

Türkiyədə zəlzələdən zərərçəkən sakinlərə kirayə pulu veriləcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda çıxışı zamanı deyib. "Zəlzələdə evi dağılan vətəndaşlarımıza dəstək üçün evlərinin kirayəsinə də yardım edəcəyik", - Prezident bildirib.


10-02-2023, 17:52
Tez bir zamanda dağılan əraziləri bərpa edəcəyik - Ərdoğan


Tez bir zamanda dağılan əraziləri bərpa edəcəyik - Ərdoğan

Ölkənin yenidən bərpa olunması üçün proqram hazırlanır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda çıxışı zamanı deyib. "Tez bir zamanda proqrama başlayacağıq. İnşallah, bir il ərzində dağılan əraziləri yenidən bərpa edəcəyik. Bundan başqa dost qara gündə tanınar. Ölkəmizin çətin vaxtında bizə yardımçı olan dost, qardaş ölkələrə şəxsim və xalqım adına bir daha təşəkkür edirəm. Tezliklə çətin vəziyyətin öhdəsindən gələcəyik", - deyə Türkiyə lideri vurğulayıb. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələ bölgəsinə səfərləri davam edir. O, hazırda Adıyamandadır.
10-02-2023, 17:49
Bu çətin vaxtda birlik olmaq lazımdır - Ərdoğan


Bu çətin vaxtda birlik olmaq lazımdır - Ərdoğan

"Xalqıma və bütün vətəndaşlarıma bildirirəm ki, bu çətin vaxtda birlik olmaq lazımdır". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda xalqa müraciətində deyib. "Xalqımız çətin vaxtdan keçir, belə bir zamanda birlik olmaq lazımdır. Hazırda çətin vəziyyətdən istifadə edənlər cavab verəcək, xalqımdan da bu mövzuda dəstək istəyirəm. Bunu edənlərə prim vermək lazım deyil. Çünki bizim xalq alicənab xalqdır. Çətin vəziyyətimizdən istifadə edənlər gec-tez cavab verəcək", - deyə Ərdoğan vurğulayıb. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələ bölgəsinə səfərləri davam edir. O, hazırda Adıyamandadır. Xatırladaq ki, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 18 991 nəfərə çatıb. Zəlzələdə yaralananların sayı 75 523 nəfərdir.
10-02-2023, 17:46
Azərbaycanın sülhməramlılara qarşı tənqidi mövqeyi bəllidir - Zaxarova


Azərbaycanın sülhməramlılara qarşı tənqidi mövqeyi bəllidir - Zaxarova

"Əgər bu bəyanat Avropa İttifaqının regiona cəlb olunmasına haqq qazandırmaq cəhdidirsə, bunu uğurlu saymaq olmaz". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Aİ-nin yeni missiyası ilə bağlı sözlərini şərh edərkən deyib. "Qarabağda və Ermənistan-Azərbaycan sərhəddində sülh Rusiya sülhməramlıları tərəfindən təmin edilir. Rusiya tərəfi heç vaxt Bakıdan bununla bağlı narahatlıq eşitməyib, üstəlik, Azərbaycanın bu məsələdə tənqidi mövqeyi məlumdur. Brüsseldə məqsəd regionda təhlükəsizlik sistemini dəyişməkdir, burada əsas məsələ Rusiya hərbçilərinin mövcudluğu və Ermənistanın KTMT-yə üzv olmasıdır. İnanmaq istərdim ki, İrəvan bunu başa düşür və nəzərə alır", - deyə XİN rəsmisi bildirib.
10-02-2023, 17:40
Kılıçdaroğlundan AHBAP-ı hədəfə alanlara sərt reaksiya


Kılıçdaroğlundan AHBAP-ı hədəfə alanlara sərt reaksiya

Türkiyədə zəlzələ bölgəsinə yardım göstərən ünlü sənətçi Haluk Levent və onun rəhbərlik etdiyi AHBAP dərnəyinə ünvanlanmış ittihamlar Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluni hiddətləndirib. CHP lideri Kamal Kılıçdaroğlu Kahramanmaraşdakı zəlzələ qurbanları üçün mütəşəkkil fəaliyyət göstərən və ianə toplayan Haluk Leventin qurduğu AHBAP-ı hədəfə alanlara sərt reaksiya verib. Kılıçdaroğlu sosial media hesabındakı paylaşımında bildirib: "AHBAP-a böhtan atmaqdansa, yardımların paylanması koordinasiyasını təmin edin. Başladığınız qarayaxma kampaniyası ən çox zəlzələ qurbanlarına ziyan vurur. Bu əxlaqsızlığa son qoyun. Xalqın qurduğu qurumları yıxmağı ağlınıza belə gətirməyin. Millətin üstünə qaçanları ayağından vurmayın!".
10-02-2023, 17:37
Xoydakı zəlzələdən əziyyət çəkən soydaşlarımız çadırlara yerləşdirilib


Xoydakı zəlzələdən əziyyət çəkən soydaşlarımız çadırlara yerləşdirilib

İranın Qərbi Azərbaycan əyalətindəki Xoy şəhərində baş vermiş 28 yanvar tarixli zəlzələdən əziyyət çəkən azərbaycanlılar çadır düşərgələrində məskunlaşıblar. “İsna” agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Xoydakı zəlzələ qurbanlarına yardımı davam etdidiyi barədə məlumat yayıb. Bu barədə SEPAH-nin sözçüsü və ictimaiyyətlə əlaqələr üzrə məsul vəzifəli briqada generalı Ramzan Şərifə istinad edilib. R.Şərif deyib ki, Ordunun Şimal-Qərb Tibb Mərkəzinin səhra və səyyar ixtisaslaşdırılmış xəstəxanasının şöbələri zəlzələdən zərər çəkmiş ərazidə yerləşdirilib. O əlavə edib ki, hazırda çadır düşərgələrində ixtisaslaşmış müalicə qrupları xidmət göstərir. R.Şərif SEPAH Quru Qoşunlarının Tibb Mərkəzinin 5 mindən çox insanın yerləşdiyi 45 düşərgədə xidmət göstərdiyini qeyd edib. Xoy şəhərində zəlzələdən zərər çəkənlər əsasən azərbaycanlı əhalidir. On minlərlə yerli sakin evlərinin dağılması səbəbindən hazırda çadırlara sığınıb. Yanvarın 28-də Xoyda 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 175 min əhalisi olan Xoy şəhərində azı 3 nəfər ölüb, 900-dən çox insan yaralanıb. Qərbi Azərbaycan vilayətinin qubernatoru bildirib ki, zəlzələ 70 kənddə binalara 20-50 faiz ziyan vurub. Zəlzələ nəticəsində şəhər və kənd yerlərində 12 minə yaxın yaşayış binası dağılıb. Ötən həftə SEPAH komandanı, general-mayor Hüseyn Səlami Xoy şəhərinə gələndə zəlzələdən zərər çəkən azərbaycanlılar bəzi çatışmazlıqlardan şikayətlənmiş və ondan yardım istəmişdilər.
10-02-2023, 17:32
Rusiyadakı diasporumuzdan Türkiyəyə yardım


Rusiyadakı diasporumuzdan Türkiyəyə yardım

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar zərərçəkənlərə yardım kampaniyalarına başlayıb. Rusiyadakı Azərbaycan diasporu bununla bağlı xüsusi fəallıq göstərir. Sankt-Peterburq şəhərində azərbaycanlıların milli-mədəni muxtariyyəti 11 000 manat maddi və 34 min manatlıq humanitar yardım, Pyatiqorsk şəhəri “Araz” Milli-Mədəni Muxtariyyatı 45 min manat maddi və 2200 manatlıq humanitar yardım, Başqırdıstan Azərbaycan Xalqının Dostluq Evi 29 min manatlıq humanitar yardım, Sankt-Peterbur şəhərindəki Sofiyski meyvə-tərəvəz bazarında çalışan azərbaycanlı iş adamları 34 min manatlıq humanitar yardım, Krasnoyarsk Azərbaycan Milli-Mədəni Muxtariyyatı 22 min manat maddi yardım, “Xakasiya Respublikası Azərbaycanlılarının Diasporu” Regional İctimai Təşkilatı 9400 manat maddi yardım, “Ural-Azərbaycan” Sverdlovsk Vilayəti Milli-Mədəni Regional Təşkilatı 81 min manatlıq humanitar yardım toplayaraq, Türkiyədə zəlzələdən zərərçəkənlərə göndəriblər. Qeyd edək ki, Rusiya telekanalları Başqırdıstan Respublikasında fəaliyyət göstərən Azərbaycan icmasının Türkiyəyə yardımı haqqında reportaj yayımlayıb. Diaspor təşkilatlarının qardaş Türkiyəyə yardımları davam edir.
10-02-2023, 17:29
Azərbaycandan göndərilən növbəti yardım zəlzələ bölgəsinə çatıb


Azərbaycandan göndərilən növbəti yardım zəlzələ bölgəsinə çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarə ilə yola saldığı növbəti humanitar yardım Türkiyəyə çatıb. Bu barədə nazirlikdən məlumat verilib. Qeyd olunub ki, humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib. 200 ədəd çadır və 183 ədəd qızdırıcıdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!