Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
7-02-2023, 18:00
Zəlzələ bölgəsindəki Azərbaycan vətəndaşları siyahıya alınır


Zəlzələ bölgəsindəki Azərbaycan vətəndaşları siyahıya alınır

Türkiyənin zəlzələ bölgəsindəki Azərbaycan vətəndaşları siyahıya alınır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Məlumata görə, 24 saat fəaliyyət göstərən və əməkdaşlar tərəfindən cavablandırılan qaynar xətlərə daxil olmuş vətəndaş müraciətlərinə və əldə edilmiş məlumatlara əsasən, Türkiyənin zəlzələ nəticəsində dağıntılara məruz qalmış vilayətlərində (Kahramanmaraş, Hatay, Adana, Malatya, Qaziantep, Adıyaman, Şanlıurfa, Kilis, Osmaniye, Diyarbakır, Elazığ və Mərsin) məskunlaşan və ya müvəqqəti burada olan Azərbaycan vətəndaşları siyahıya alınır. "Azərbaycana təxliyyə edilmək arzusunda olan vətəndaşların bu məqsədlə ayrılmış avtobuslara yerləşdirilməsi təmin edilir. Əlverişsiz hava şərati ilə bağlı məhdudiyyətlərin təxliyyə prosesinə maneə yaratmaması üçün Türkiyə dövlət qurumları ilə bu məhdudiyyətlərin aradan qaldırılması istiqamətində danışıqlar aparılır", - açıqlamada deyilir.
7-02-2023, 17:57
Xarici diplomların tanınması üçün keçiriləcək imtahanın qiyməti açıqlandı


Xarici diplomların tanınması üçün keçiriləcək imtahanın qiyməti açıqlandı

Xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üçün keçiriləcək imtahanlarda iştirak qiyməti açıqlanıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova məlumat verib. Onun sözlərinə görə, xaricdə təhsil almış müraciətçilər üçün qiymətləndirmə imtahanlarının keçirilmə qrafikini Dövlət İmtahan Mərkəzi tənzimləyəcək: "İmtahanlar ildə bir və iki dəfə yox, mütəmadi keçiriləcək, ödəniş 250 manat təşkil edəcək".
7-02-2023, 17:53
Türkiyənin zəlzələdən əvvəlki və sonrakı görüntüləri təqdim edilib


Türkiyənin zəlzələdən əvvəlki və sonrakı görüntüləri təqdim edilib

Türkiyədə güclü zəlzələdən sonra böyük insan tələfatı və dağıntılar meydana gəlib. "The New York Times" nəşri zəlzələ bölgəsində yerləşən bir neçə məşhur tikilinin hadisədən əvvəlki və sonrakı fotolarının müqayisəsini təqdim edib.
7-02-2023, 17:51
Əvvəlki müddətdə xaricdə təhsil almış şəxslərin diplomları tanınacaq


Əvvəlki müddətdə xaricdə təhsil almış şəxslərin diplomları tanınacaq

Əvvəlki müddətdə xaricdə təhsil almış və mənfi qərar verilən şəxslər diplomlarının tanınması üçün təkrar müraciət edə bilər. Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova deyib. Sədr bildirib ki, kredit sayları qalan şəxslərə də imtina qərarı verilmişdi: "Bundan sonra həmin şəxslər istəklərinə uyğun şəkildə yerli universitetlərə müraciət edə bilərlər". Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə yeni “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” təsdiq edilib. Həmin qaydalarda xarici dövlətlərdə ali təhsil sahəsində diplom sahibi olmuş şəxslərin kvalifikasiyalarının tanınması ilə bağlı bir sıra yeniliklər də yer alıb. Həmin yeniliklər aşağıdakılardır:
1. Bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə xaricdə əldə edilmiş kvalifikasiyalarla yanaşı, həmçinin ali təhsil pilləsinə qəbul olmaq hüququ verən, yəni xarici dövlətdə tam orta təhsil və ya orta ixtisas təhsili almış şəxslərin kvalifikasiyalarının tanınması da həyata keçiriləcək;
2. Tədris dili üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə mərhələsi ləğv olunub. Bununla belə, qaydalara əlavədə nəzərdə tutulmuş tənzimlənən peşə ixtisasları üzrə xarici dövlətlərdə təhsil almış şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən həmin peşə ixtisasları üzrə təşkil olunan qiymətləndirmə imtahanlarında iştirak etməlidirlər. Əlavə olaraq, səhiyyə və tibb peşə sahələri üzrə ixtisasların qiymətləndirilməsi zamanı Səhiyyə Nazirliyinin rəyinin alınması da nəzərdə tutulub;
3. Orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb) və magistratura səviyyələri üzrə xarici ixtisasların tanınması zamanı təhsilalanın hər bir tədris ili ərzində müvafiq ixtisas üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yalnız yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınma haqqında müsbət rəy üçün kifayət hesab ediləcək;
4. Bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri ilə yanaşı, xarici dövlətlərdə tam orta və orta ixtisas təhsili üzrə əldə edilmiş sənədlərə də apostil verilməsi (leqallaşma) tələb olunacaq;
5. Xarici ali təhsil müəssisələrinin rus, ingilis və türk dillərində təqdim etdikləri təhsil sənədlərinin notarial qaydada tərcümə olunmuş təsdiqinə ehtiyac olmayacaq;
6. Müvafiq ali təhsil səviyyəsi üçün müəyyən edilmiş minimal kredit sayını toplamayan və (ya) dissertasiya işi yazmayan (magistratura pilləsi üzrə) şəxslərin ali təhsil kvalifikasiyalarının şərti tanınması həyata keçiriləcək. Belə ki, həmin şəxslər yerli ali təhsil müəssisələrinin birində çatışmayan kreditləri toplamalı (praktik dərslərdə) və (ya) magistr dissertasiyası hazırlayaraq müdafiə etməli olacaqlar. Şərtlər yerinə yetirildikdə həmin şəxslərin ali təhsil kvalifikasiyalarının tam tanınması mümkün hesab ediləcək;
7. Xarici dövlətdə natamam ali təhsil almış şəxslərin ali təhsil kvalifikasiyalarının qismən tanınması həyata keçiriləcək. Başqa sözlə, həmin şəxslərin ali təhsil kvalifikasiyaları üzrə xaricdə toplanmış kreditlərinin tanınması həyata keçiriləcək və onlara qismən tanınma haqqında müvafiq sənəd təqdim olunacaq. Nəticə etibarilə, vətəndaşlar təhsillərinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün müraciət etmək hüququna malik olacaqlar;
8. Tanınma haqqında şəhadətnamələrin tamamilə elektron formada (gücləndirilmiş e-imzalı) verilməsinə başlanılacaq. Beləliklə, xüsusi zərurət olmadığı halda vətəndaşların agentliyə gəlmələrinə ehtiyac olmayacaq;
9. Elm və Təhsil Nazirliyinin tabeliyində Apellyasiya Komissiyası fəaliyyət göstərməyə başlayacaq ki, xarici diplomlarının tanınmaması haqqında verilmiş qərardan narazı olan şəxslər birbaşa komissiyaya müraciət etmək hüququ əldə edəcəklər.
Yeni qaydalar martın 1-dən qüvvəyə minir.
7-02-2023, 17:47
BMT Qarabağın bərpasına yardım etməyə hazır olduğunu bildirdi


BMT Qarabağın bərpasına yardım etməyə hazır olduğunu bildirdi

“Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) hökumətin prioritetlərinə uyğun olaraq münaqişədən zərər çəkmiş ərazilərdə bərpa və yenidənqurma ehtiyaclarını həll etmək üçün hökumətə öz dəstəyini göstərməyə hazırdır”. Bunu BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi səlahiyyətlərini icra edən Nuno Queiros fevralın 7-də Şuşada BMTİP və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə keçirilən konfransda deyib. “Dayanıqlı iqtisadi artım, keyfiyyətli ictimai və sosial xidmətlərin göstərilməsi, ətraf mühitin mühafizəsi və yaşıl transformasiyanın təmin edilməsində təcrübəmizə arxalana bilərsiniz”, - deyə o qeyd edib.
7-02-2023, 17:43
İbrahim Kalın “Charlie Hebdo” jurnalına sərt cavab verdi


İbrahim Kalın “Charlie Hebdo” jurnalına sərt cavab verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat xidmətinin rəhbəri İbrahim Kalın "Charlie Hebdo" jurnalının zəlzələ ilə bağlı çəkdiyi karikaturaya münasibət bildirib. Kalın bu barədə twitter səhifəsində yazıb. "Modern barbarlar! Kin və nifrətinizdə boğulun", - deyə o qeyd edib. Xatırladaq ki, sözügedən karikatura Türkiyədə böyük hiddətə səbəb olub.

7-02-2023, 17:38
Zelenski Türkiyəyə yardım göndərilməsiylə bağlı qərar imzaladı


Zelenski Türkiyəyə yardım göndərilməsiylə bağlı qərar imzaladı

Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəyə zəlzələ ilə bağlı yardım göndərilməsi barədə qərar imzalayıb. Bu barədə Ukraynanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Vasili Bodnar tviter səhifəsində paylaşım edib. "Ukrayna xalqı olaraq türk xalqının kədərini paylaşırıq. Bu gün prezident Zelenski bu qorxunc təbii fəlakətin nəticələrinin öhdəsindən gəlmək üçün Türkiyəyə humanitar yardım təmin olunması barədə qərar imzalayıb", - deyə diplomat yazıb.

7-02-2023, 17:36
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadıldı


Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadıldı

Ukrayna Ali Radası prezidentin hərbi vəziyyətin və ümumi səfərbərlik müddətinin daha 90 gün uzadılması haqqında fərmanlarının təsdiq edilməsi barədə qanun layihələrini təsdiqləyib. Bu haqda Ukrayna Ali Radasının yaydığı məlumatda deyilir. Hərbi vəziyyət 2023-cü il fevralın 19-dan uzadılacaq və yenidən 90 gün davam edəcək.
7-02-2023, 17:33
Minatəmizləmə əməliyyatlarını həyata keçirən qadın qrupları yaradılır


Minatəmizləmə əməliyyatlarını həyata keçirən qadın qrupları yaradılır

"Minatəmizləmə əməliyyatlarını həyata keçirəcək ilk qadın qrupları yaradılacaq. Biz bu layihəyə “Heç kəs kənarda qalmasın" prinsipinə sadiqliyimizi nümayiş etdirmək məqsədilə başlayırıq". Bunu BMT-nin İnkişaf Proqramının (BMT İP) Azərbaycan üzrə rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros deyib. O bildirib ki, bu layihə BMTİP üçün vacibdir: "Çünki o, məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtmasını təmin etməklə yanaşı, həm də Azərbaycanda minatəmizləmə əməliyyatlarını həyata keçirəcək ilk qadın qruplarının yaradılmasına töhfə verəcək. Bu, həmçinin qadınların humanitar minatəmizləmə kimi mühüm fəaliyyətlərə cəlb olunmalarını təmin edəcək”.
7-02-2023, 17:29
Azərbaycan zirvə toplantısının ev sahibi olacaq


Azərbaycan zirvə toplantısının ev sahibi olacaq

Azərbaycan yaxın vaxtlarda Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində növbəti zirvə toplantısına ev sahibliyi edəcək. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Konqo Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edən zaman deyib. Belə ki, Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində sədr dövlət kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb, ölkəmizin yaxın vaxtlarda Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində növbəti zirvə toplantısına ev sahibliyi edəcəyini bildirib. Dövlət başçısı Qoşulmama Hərəkatı çərçivəsində BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı müzakirələrin aparılmasının vacibliyinə toxunub, Azərbaycanın Hərəkatın sədri olan dövlətin BMT Təhlükəsizlik Şurasında rotasiya qaydasında daimi üzvü olması barədə təşəbbüslə çıxış etdiyini bildirib. Prezident İlham Əliyev bu məsələ ilə əlaqədar Qoşulmama Hərəkatına üzv dövlətlər arasında məsləhətləşmələrin aparılmasının önəminə toxunub. Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bu il başa çatdığını xatırladaraq, ölkəmizin bu məsələni institusional mexanizm kimi formalaşdırmaq niyyətində olduğunu, Hərəkata sədrlik edəcək dövlətlərin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasının daha ədalətli yanaşma olacağını qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!