2-05-2023, 14:30
Vaşinqton görüşünə Kremldən reaksiyaKreml Azərbaycan və Ermənistan XİN başçıları arasında ABŞ-da keçirilən görüşə münasibət bildirib. Bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında danışıb. "Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmalar istisna olmaqla, problemin nizamlanması üçün başqa hüquqi əsaslar yoxdur. İrəvanla Bakı arasında vəziyyətin nizamlanmasına yardımı alqışlamaq olar, ancaq yuxarıda qeyd olunan razılaşmalar əsasında", - Kreml rəsmisi əlavə edib. Qeyd edək ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar başlayıb. Blinken əvvəlcə Ararat Mirzoyan, sonra Ceyhun Bayramovla görüşüb, ardınca üçtərəfli görüş keçirilib. Görüşlər zamanı regionda təhlükəsizlik vəziyyəti, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə olunub.
2-05-2023, 14:00
İsrailin XİN rəhbəri Avropa Parlamentinin prezidenti ilə görüşdüİsrailin xarici işlər naziri Eli Kohen Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə görüşüb. Kohen bu barədə twitter səhifəsində yazıb. Bildirilib ki, görüşdə İrana qarşı iqtisadi və siyasi sanksiyaların genişləndirilməsi vurğulanıb. İranın nüvə enerjisinə qarşı qətiyyətli mübarizənin təşviq edilməsi yolları müzakirə edilib. "SEPAH-ın terror təşkilatları siyahısına əlavə etməyi də müzakirə etdik", - deyə Kohen qeyd edib.
2-05-2023, 13:30
Hikmət Hacıyev NATO generalı ilə görüşdüAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş katibinin köməkçisi general David Kattlerlə görüşüb. Onlar Azərbaycan-NATO tərəfdaşlığı, terrorizmlə mübarizədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
2-05-2023, 13:00
Xudavəng monastrındakı erməni keşişlər oranı tərk etməlidir - Komitə sədri"Xudavəng monastrında olan erməni keşişlər oranı tərk etməlidir". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, səbəb onların monastra aidiyyətlərinin olmamasıdır: "Əminəm ki, onlar oradan çıxıb gedəcəklər. Xudavəng monastrı Qafqaz Albaniyasına məxsus abidədir. Gec-tez Alban-udi icması tərəfindən hər şey yoluna qoyulacaq. Ermənilərin ora aidiyyəti yoxdur".
2-05-2023, 12:30
Sabahın hava proqnozuSabah - mayın 3-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadının bəzi ərazilərində intensiv olacağı ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Sabah Azərbaycanın rayonlarındaə qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək. Dağlıq ərazilərdə qar yağacaq. Yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir.
2-05-2023, 12:00
İTV-nin Yayım Şurasına yeni üzv seçildiMilli Məclisin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlər müəyyənləşib. Bununla bağlı səsvermə keçirilib. Səsvermə nəticəsində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi, Aparat rəhbəri Həsən Cəfərov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət İTV-nin Yayım Şurasına yeni üzv seçiliblər.
2-05-2023, 11:30
İlham Əliyev Səmərqənd Sazişini təsdiq etdiPrezident İlham Əliyev “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Dövlət başçısı həmçinin “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu da imzalayıb. Qeyd edək ki, sənədlər 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb.
2-05-2023, 11:00
Parlamentdə Fəridin ölümüylə bağlı məsələ qaldırıldıİdman zalındakı görüntülər sarsıdıcıdır. Gənclər və İdman Nazirliyi, eləcə də digər aidiyyəti qurumlar məşq zamanı uşağın ölməsi məsələsi ilə bağlı müvafiq addımlar atmalıdır”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov bildirib. “Sumqayıt idman məktəbində məşqçinin törətdiyi hadisəyə xüsusi yanaşma olmalıdır. Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi idman məktəblərində nəzarəti gücləndirməlidir. İdman məktəblərində müəllimlərlə profilaktik söhbətlər aparılmalıdır. Bütün idman zallarına müşahidə kameraları quraşdırılmalıdır. Eyni zamanda uşaqlara da səslənirik ki, belə hallarla qarşılaşdıqda polisə bildirsinlər”, - deyə deputat vurğulayıb. Qeyd edək ki, aprelin 29-da Sumqayıtda 7 yaşlı uşaq idman məktəbində aldığı xəsarət səbəbindən dünyasını dəyişib. 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb. O, xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.
2-05-2023, 10:30
Məhkəmə ölümə səbəb olan məşqçi ilə bağlı qərar qəbul etdiAprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi qərar qəbul edib. Məhkəmə Mehman Xəlilov barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir. İlkin araşdırmalar zamanı məlum olub ki, Mehman Xəlilov hadisədən dərhal sonra 7 yaşlı Fəridin yaxınlarına onun yıxılması nəticəsində xəsarət aldığını bildirib. Lakin qısa vaxt sonra onun sambo idman növü üzrə keçirdiyi məşqdə azyaşlılara qarşı qəddar rəftar göstərməsi üzə çıxıb və müşahidə kamerasının çəkdiyi görüntülər istintaq orqanı tərəfindən götürülüb. Yaxınlarının bildirdiyinə görə, məşqçi hadisə baş verəndən sonra ailəyə məlumat vermədən uşağı xəstəxanaya aparıb. İlkin məlumata əsasən, orada müəllimə uşağı ixtisaslaşmış xəstəxanaya aparmaq tövsiyə edilsə də, o, Fəridi evlərinə aparıb. Uşağın ailə üzvləri onun vəziyyətinin yaxşı olmadığını görərək yenidən xəstəxanaya çatdırıblar, amma azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Hazırda idman zalında çəkilmiş digər görüntülər də araşdırılır. Mehman Xəlilovun məşqlərində iştirak etmiş digər uşaqlara qarşı da eyni rəftarın göstərildiyi istisna edilmir. Məşqlərdə iştirak edən digər şagirdlərin valideynlərinin şikayəti və əzab verməni sübut edə biləcək görüntülər əsasında M.Xəlilov barəsində açılmış cinayət işinə Cinayət Məcəlləsinin digər maddələrinin də əlavə edilməsi mümkündür. Qeyd edək ki, ötən gün Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. Görüntülərdən açıq-aşkar aydın olur ki, Mehman Xəlilov təkcə Fərid Bakarova qarşı yox, məşqdə iştirak edən digər azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranıb. Onları saçından, başından, qulağından tutaraq ayağa, havaya qaldırır, həmçinin təpiklə vurur və digər təhlükəli hərəkətlər edir. Hazırda istintaq tədbirləri davam etdirilir. Görüntülərin araşdırılması, şahidlərin dindirilməsi və digər zəruri istintaq hərəkətləri həyata keçirilir.
2-05-2023, 10:00
Ukrayna Rusiya təcavüzkarına cavab verməlidir - Polşa prezidenti"Mən Polşanın maraqlarını güdürəm və burada məqsəd Ukraynanın qələbəsidir. Bunu Polşa prezidenti Anjey Duda ölkəsinin Ukraynaya hərbi yardımı haqqında danışarkən deyib. "Mən Polşanın maraqlarını güdürəm, odur ki, Ukrayna Rusiya təcavüzkarına cavab verməlidir. Ona görə də biz hərbi yardımla bağlı qərarlar qəbul edirik. Biz mehriban qonşuluq nümayiş etdirdik, polyakların möhtəşəm jesti sayəsində biz beynəlxalq arenada nüfuz qazandıq.”, - o bildirib. Qeyd edək ki, Polşa Şərqi Avropa regionunda Ukraynaya hərbi yardımın əsas logistik mərkəzi hesab olunur.