5-07-2023, 21:09
Üsyan zamanı Rusiya əhalisinin yarısı Yevgeni Priqojini dəstəkləyib - Zelenski"Vaqner"in üsyanı zamanı Rusiya əhalisinin yarısı Yevgeni Priqojini dəstəkləyib. Bunu Ukrayna prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində deyib. O, qiyamdan sonra Vladimir Putinin ölkədə hakimiyyətini möhkəmləndirmək üçün hər şeyi edəcəyini bildirib. Zelenskinin sözlərinə görə, Kreml vəziyyəti təhlil edib, "Vaqner" rəhbərini Rusiyanın əhəmiyyətli bir hissəsi dəstəklədiyini görüb və onlar hakimiyyətin adekvatlığına ciddi şübhə etməyə başlayıblar.
5-07-2023, 21:09
Üsyan zamanı Rusiya əhalisinin yarısı Yevgeni Priqojini dəstəkləyib - Zelenski"Vaqner"in üsyanı zamanı Rusiya əhalisinin yarısı Yevgeni Priqojini dəstəkləyib. Bunu Ukrayna prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində deyib. O, qiyamdan sonra Vladimir Putinin ölkədə hakimiyyətini möhkəmləndirmək üçün hər şeyi edəcəyini bildirib. Zelenskinin sözlərinə görə, Kreml vəziyyəti təhlil edib, "Vaqner" rəhbərini Rusiyanın əhəmiyyətli bir hissəsi dəstəklədiyini görüb və onlar hakimiyyətin adekvatlığına ciddi şübhə etməyə başlayıblar.
5-07-2023, 21:09
Üsyan zamanı Rusiya əhalisinin yarısı Yevgeni Priqojini dəstəkləyib - Zelenski"Vaqner"in üsyanı zamanı Rusiya əhalisinin yarısı Yevgeni Priqojini dəstəkləyib. Bunu Ukrayna prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində deyib. O, qiyamdan sonra Vladimir Putinin ölkədə hakimiyyətini möhkəmləndirmək üçün hər şeyi edəcəyini bildirib. Zelenskinin sözlərinə görə, Kreml vəziyyəti təhlil edib, "Vaqner" rəhbərini Rusiyanın əhəmiyyətli bir hissəsi dəstəklədiyini görüb və onlar hakimiyyətin adekvatlığına ciddi şübhə etməyə başlayıblar.
5-07-2023, 20:19
XİN Başçısı malayziyalı həmkarıyla bir sıra məsələləri müzakirə etdi5 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər iclası çərçivəsində Malayziyanın xarici işlər naziri Zambri Abd Kadir ilə görüşüb. Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, görüşdə Ceyhun Bayramov Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi barədə qarşı tərəfə məlumat verib və hər iki ölkənin təşkilat çərçivəsində uğurla əməkdaşlıq etdiyini bildirib. Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş potensialın olduğunu bildirib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər. Nazirlər Azərbaycan ilə Malayziya arasında Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində də sıx əməkdaşlığın vacibliyini vurğulayıblar. Görüş zamanı iki ölkə arasında qarşılıqlı təmasların genişləndirilməsinin vacibliyi vurğulanıb. Tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
5-07-2023, 19:34
Ceyhun Bayramov özbəkistanlı həmkarıyla görüşdüAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər İclası çərçivəsində ölkədə səfərdə olan Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb. Görüşdə iki xalq arasında tarixən mövcud ənənəvi dostluq və qardaşlıq əlaqələrinin, qarşılıqlı siyasi etimadın və iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafından məmnunluq ifadə edilib, hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda, hər iki ölkənin rəhbərləri səviyyəsində qardaşlıq və dostluğa əsaslanan təmaslarının müstəsna rolundan bəhs edilib. Habelə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, müntəzəm əsasda həyata keçirilən yüksək səviyyəli təmaslardan irəli gələn məsələlər, siyasi, sosial-iqtisadi, humanitar və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Bu xüsusda, iki ölkə arasında institusional dialoq mexanizmi kimi davamlı yol xəritəsinin müəyyənləşdirilməsinin vacibliyi qeyd olunub.
Görüşdə həmçinin ikitərəfli müstəvi ilə yanaşı, beynəlxalq platformalarda da əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri məmnunluqla vurğulanıb. Bu gün ölkəmizdə keçirilən bu mötəbər tədbirə dəvətə görə təşəkkür edən Baxtiyor Saidov Azərbaycanı tədbirin yüksək səviyyədə təşkilinə görə təbrik edib, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi çərçivəsində reallaşdırılan təşəbbüslərini yüksək qiymətləndirib. Məhz Azərbaycanın sədrliyi dövründə Hərəkatın davamlı və dinamik surətdə inkişaf etdiyini vurğulayıb. Görüş zamanı eyni zamanda digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
5-07-2023, 18:04
Prezident Fələstinin XİN Başçısını qəbul etdiİyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Malikini qəbul edib. Riad Əl-Maliki Azərbaycanın Fələstində diplomatik nümayəndəliyinin açılması ilə bağlı təşəkkürünü bildirdi. O, Azərbaycanın xarici işlər nazirinin Fələstinə səfərinin önəmini vurğuladı, bu addımların Azərbaycanla Fələstin arasında ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verəcəyinə əminliyini ifadə etdi. Fələstinin xarici işlər naziri Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırdı. O, Azərbaycanın Fələstinə göstərdiyi daimi humanitar yardımın və dəstəyin Fələstin xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. Riad Əl-Maliki Azərbaycanı öz torpaqlarını işğaldan azad etməsi münasibətilə təbrik etdi. Azərbaycan Prezidenti Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyeh ilə görüşünü məmnunluqla xatırladı. Dövlətimizin başçısı bu görüş əsnasında Fələstində Azərbaycan tərəfindən məktəbin tikilməsi layihəsi barədə müraciətin olduğunu qeyd edərək, buna müsbət münasibətin bildirildiyini və tezliklə bu layihənin icra olunacağını dedi. Dövlətimizin başçısı Azərbaycanın Fələstində diplomatik nümayəndəliyinin açılmasını müsbət addım kimi dəyərləndirdi.
Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
5-07-2023, 17:02
Azərbaycan İran üçün qardaş ölkə hesab olunur - AbdullahiyanAzərbaycan İran üçün yaxşı qonşu, qardaş ölkə hesab olunur. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan iyulun 5-də Bakıda jurnalistlərə açıqlamasında deyib. O, bu gün Prezident İlham Əliyevlə görüş keçirdiyini xatırladıb: “Prezident İlham Əliyevlə uğurlu danışığımız oldu. Görüşümüz 90 dəqiqə çəkdi. Azərbaycanın milli təhlükəsizliyini İranın və regionun təhlükəsizliyi hesab edirik. Prezident İlham Əliyevlə görüşdə Azərbaycanın Tehrandakı səfirliyində baş verən hadisəni geniş müzakirə etdik. Biz tarixi kommunikasiyaların davamı olaraq dəmiryolu nəqliyyatının tezliklə açılması barədə razılığa gəlmişik. Biz, həmçinin regiondakı vəziyyətlə bağlı çox geniş müzakirələr apardıq”. "İran və Azərbaycan xalqları regionda ən çox ortaq məxrəcə malik olan xalqlardır. Biz anlaşılmazlıqları aradan qaldıraraq ölkələrimiz və xalqlarımız arasındakı müştərək əlaqələri yenidən bərpa edə bilərik. Cənubi Qafqazdakı bütün problemlərin sülh və danışıqlar yolu ilə həll oluna biləcəyinə inanırıq”, - İranın XİN başçısı vurğulayıb.
5-07-2023, 16:13
Regionun böyük tranzit potensialına malik olduğuna inanırıq - İran XİNAzərbaycan regionda nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsinin tərəfdarıdır. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısında deyib. Onun sözlərinə görə, bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevlə bu gün keçirilən görüşdə müzakirə olunub. "Biz regionun böyük tranzit potensialına malik olduğuna inanırıq", - İranın XİN başçısı deyib. Nazir qeyd edib ki, əsas məqsəd bütün dünyada ədaləti və qanunun aliliyini təşviq etmək olmalıdır. İranın terrorla mübarizədə özünü mühüm tərəfdaş kimi sübut etdiyini bildirən XİN rəhbəri regional problemlərin yalnız regional əməkdaşlıq yolu ilə həll oluna biləcəyini vurğulayıb.
5-07-2023, 15:35
ANAMA əməkdaşları Füzulidə yol qəzasına düşdüFüzuli rayonunda ANAMA əməkdaşları yol qəzasına düşüb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib ki, 2023-cü il 05 iyul tarixində Füzuli rayonunun Kurdmahmudlu kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində Agentliyin əməkdaşları Məhərrəmov Orxan, Hacıyev Ceyhun, Aslanov Afiq və Əhmədov Elnur xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə iş saatından sonra, əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib.
5-07-2023, 15:06
Rusiyaya hərbi dəstək göstərən ölkələr İran, Belarus və Şimali KoreyadırRusiya Federasiyasına hərbi dəstək göstərən ölkələr İran, Belarus və Şimali Koreyadır. Bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksey Qromov bildirib. Onun sözlərinə görə, postsovet ölkələrinin bəziləri Rusiyaya yardım edir. "İran, Belarus və Şimali Koreya kimi ölkələr Rusiya Federasiyasına yardımda lider olaraq qalırlar. Bundan əlavə, postsovet məkanının bəzi ölkələri müasir silah və hərbi texnikanın istehsalı üçün yüksək texnologiyalı komponentlərin idxalına töhfə verirlər”,- deyə general vurğulayıb.