Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
7-02-2023, 17:26
Hava şəraitiylə bağlı əhaliyə müraciət edildi


Hava şəraitiylə bağlı əhaliyə müraciət edildi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Bu barədə BŞİH-in Mətbuat xidmətindən bildirilib. Belə ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün günün ikinci yarısından başlayaraq fevralın 9-a kimi ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun xeyli enəcəyi, sulu qar, qar yağacağı, güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanlarla bağlı Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə müraciət edərək, gözlənilən hava şəraiti ilə bağlı müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq və avtomobilləri saxlamamaq tövsiyə olunur. "Bildiririk ki, hava şəraiti ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində çalışacaqlar", - BŞİH-dən bildirilib.
7-02-2023, 17:22
Estoniyanın Rusiyadakı səfiri ölkəni tərk etdi


Estoniyanın Rusiyadakı səfiri ölkəni tərk etdi

Estoniyanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Marqus Laydre ölkəni tərk edib. Bu barədə "Current Time" məlumat yayıb. Bildirilib ki, səfir diplomatik nümayəndəliyin inzibati binası tərk edib, daha sonra Estoniyaya yola düşüb. Qeyd edək ki, bir müddət əvvəl ölkələr arasında diplomatik münasibətlərinin səviyyəsinin aşağı endirilməsi barədə qərar qəbul edilmiş və səfirlər qarşılıqlı olaraq geri çağırılmışdı. Həmçinin digər Baltikyanı dövlətlər, habelə bir sıra Şərqi Avropa ölkələri Rusiya ilə münasibətlərin səviyyəsini endirib.
7-02-2023, 15:46
“Space” telekanalının rəhbəri dəyişdi


“Space” telekanalının rəhbəri dəyişdi

“Space” telekanalının rəhbəri, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov vəzifəsindən azad edilib. Onun yerinə "Parni iz Baku” KVN komandasının keçmiş üzvü, ATV və "Lider" telekanallarında müxtəlif vəzifələrdə çalışmış Vado Karovin gətirilib. Qeyd edək ki, M.Hətəmov 2021-ci ilin may ayında "Space" TV-yə rəhbər təyin olunmuşdu.
7-02-2023, 15:42
Çin Türkiyə və Suriyaya 200 min dollar ayırdı


Çin Türkiyə və Suriyaya 200 min dollar ayırdı

Çin Qızıl Xaç Cəmiyyəti minlərlə insanın ölümünə səbəb olan güclü zəlzələdən sonra xilasetmə əməliyyatlarına dəstək üçün Türkiyə və Suriyaya hər birinə 200 min dollar göndərəcək. Bu barədə təşkilatın məlumatında deyilir. “Çin Qızıl Xaç Cəmiyyəti təbii fəlakət zamanı yardım və xilasetmə işlərinə dəstək olmaq üçün Türkiyə Qızıl Aypara Cəmiyyəti və Suriya Qızıl Aypara Cəmiyyətinin hər birinə təcili humanitar yardım olaraq 200 min dollar ayırmağa qərar verib”, - deyə məlumatda bildirilir. Qeyd olunur ki, Çin Qızıl Xaç Cəmiyyətinin sədri Çen Çju Türkiyə və Suriya Qızıl Aypara cəmiyyətlərinə başsağlığı məktubu göndərib. “Çin Qızıl Xaç Cəmiyyəti vəziyyəti izləməyə davam edəcək və lazım gələrsə, əlavə humanitar yardım göstərəcək”, - deyə təşkilat bildirib.
7-02-2023, 15:39
Minlərlə insan kömək üçün hava limanına axışdı


Minlərlə insan kömək üçün hava limanına axışdı

Türkiyədə baş vermiş zəlzələdən sonra axtarış-xilasetmə tədbirləri davam etdirilir. Minlərlə insan könüllü şəkildə zəlzələ bölgəsində köməksiz vəziyyətdə qalan insanlara yardıma getmək üçün İstanbul hava limanına axışıb. Aeroportda böyük izdiham yaranıb.

7-02-2023, 15:36
Hatay limanında başlayan yanğın hələ də davam edir


Hatay limanında başlayan yanğın hələ də davam edir

Türkiyədə baş verən zəlzələdən sonra Hatay limanında başlayan yanğın 1 gündür davam edir. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bildirilib ki, vilayətin İskenderun rayonunda yerləşən limanda səbəbi bəlli olmadan konteynerlərdən birinin alovlanması ilə başlayan yanğının qarşısını almaq hələ də mümkün olmayıb. Zəlzələnin episentrinin yerləşdiyi Kahramanmaraşla yanaşı, Hatayda da dağıdıcılıq yüksək olub. Burada magistral yollar, aeroportun uçuş-enmə zolağı dağılıb və yardımların təmin olunmasında böyük problemlər yaranıb. Həmçinin axtarış-xilasetmə tədbirləri gecikib. İnsanlar küçələrdə və maşınlarda gecələməli olub. Minlərlə insan şaxtalı və qarlı hava şəraitində gecə boyu dağıntılar altında qalıb və xilas edilməsi ümidi ilə səhəri gözləyib.
7-02-2023, 15:33
65 ölkənin xilasedici heyəti zəlzələ zonasında işləyir


65 ölkənin xilasedici heyəti zəlzələ zonasında işləyir

65 ölkədən ümumilikdə 2660 personal təbii fəlakət bölgələrində aparılan işlərə kömək edir. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) "Twitter" hesabında məlumat yayıb. “Türkiyə Gənclər və İdman Nazirliyinin yataqxanalarında 48 416 vətəndaş yerləşdirilib. Əlavə olaraq 34 084 boş çarpayı da mövcuddur”, - məlumatda deyilir. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.
7-02-2023, 15:29
Xaricdə verilən diplomların tanınmasıyla bağlı yeni qaydalar müəyyənləşdi


Xaricdə verilən diplomların tanınmasıyla bağlı yeni qaydalar müəyyənləşdi

Nazirlər Kabinetinin müvafiq qərarı ilə yeni “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” təsdiq edilib. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki, sözügedən qaydalar xarici dövlətlərdə ali təhsil sahəsində diplom sahibi olmuş şəxslərin kvalifikasiyalarının tanınması ilə bağlı aşağıdakı yenilikləri əks etdirir:
1. Bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə xaricdə əldə edilmiş kvalifikasiyalarla yanaşı, həmçinin ali təhsil pilləsinə qəbul olmaq hüququ verən, yəni xarici dövlətdə tam orta təhsil və ya orta ixtisas təhsili almış şəxslərin kvalifikasiyalarının tanınması da həyata keçiriləcək;
2. Tədris dili üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə mərhələsi ləğv olunub. Bununla belə, qaydalara əlavədə nəzərdə tutulmuş tənzimlənən peşə ixtisasları üzrə xarici dövlətlərdə təhsil almış şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən həmin peşə ixtisasları üzrə təşkil olunan qiymətləndirmə imtahanlarında iştirak etməlidirlər. Əlavə olaraq, səhiyyə və tibb peşə sahələri üzrə ixtisasların qiymətləndirilməsi zamanı Səhiyyə Nazirliyinin rəyinin alınması da nəzərdə tutulub;
3. Orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb) və magistratura səviyyələri üzrə xarici ixtisasların tanınması zamanı təhsilalanın hər bir tədris ili ərzində müvafiq ixtisas üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yalnız yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınma haqqında müsbət rəy üçün kifayət hesab ediləcək;
4. Bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri ilə yanaşı, xarici dövlətlərdə tam orta və orta ixtisas təhsili üzrə əldə edilmiş sənədlərə də apostil verilməsi (leqallaşma) tələb olunacaq;
5. Xarici ali təhsil müəssisələrinin rus, ingilis və türk dillərində təqdim etdikləri təhsil sənədlərinin notarial qaydada tərcümə olunmuş təsdiqinə ehtiyac olmayacaq;
6. Müvafiq ali təhsil səviyyəsi üçün müəyyən edilmiş minimal kredit sayını toplamayan və (ya) dissertasiya işi yazmayan (magistratura pilləsi üzrə) şəxslərin ali təhsil kvalifikasiyalarının şərti tanınması həyata keçiriləcək. Belə ki, həmin şəxslər yerli ali təhsil müəssisələrinin birində çatışmayan kreditləri toplamalı (praktik dərslərdə) və (ya) magistr dissertasiyası hazırlayaraq müdafiə etməli olacaqlar. Şərtlər yerinə yetirildikdə həmin şəxslərin ali təhsil kvalifikasiyalarının tam tanınması mümkün hesab ediləcək;
7. Xarici dövlətdə natamam ali təhsil almış şəxslərin ali təhsil kvalifikasiyalarının qismən tanınması həyata keçiriləcək. Başqa sözlə, həmin şəxslərin ali təhsil kvalifikasiyaları üzrə xaricdə toplanmış kreditlərinin tanınması həyata keçiriləcək və onlara qismən tanınma haqqında müvafiq sənəd təqdim olunacaq. Nəticə etibarilə, vətəndaşlar təhsillərinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün müraciət etmək hüququna malik olacaqlar;
8. Tanınma haqqında şəhadətnamələrin tamamilə elektron formada (gücləndirilmiş e-imzalı) verilməsinə başlanılacaq. Beləliklə, xüsusi zərurət olmadığı halda vətəndaşların agentliyə gəlmələrinə ehtiyac olmayacaq;
9. Elm və Təhsil Nazirliyinin tabeliyində Apellyasiya Komissiyası fəaliyyət göstərməyə başlayacaq ki, xarici diplomlarının tanınmaması haqqında verilmiş qərardan narazı olan şəxslər birbaşa komissiyaya müraciət etmək hüququ əldə edəcəklər.
7-02-2023, 15:22
İran Türkiyəyə yardım göndərdi


İran Türkiyəyə yardım göndərdi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İran Qızıl Aypara Cəmiyyətinin Türkiyə ilə tam əməkdaşlığa hazır olduğunu bəyan edib. Abdullahian bu sözləri bazar ertəsi gecə türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığında deyib. İranın xarici işlər naziri minlərlə insanın ölümü və yaralanması ilə nəticələnən ölümcül zəlzələ ilə bağlı Türkiyə hökumətinə və xalqına başsağlığı verib. Abdollahianın sözlərinə görə, İran Qızıl Aypara Cəmiyyətinin xilasetmə və tibbi qrupları zəlzələdən zərər çəkmiş bölgələrdəki insanlara yardım göstərmək üçün bazar ertəsi axşam saatlarında Türkiyəyə göndərilib. İranın xarici işlər naziri deyib: “Biz bu çətin vəziyyətdə türk millətinin və hökumətinin yanındayıq”. Çavuşoğlu da öz növbəsində İranın türk xalqına rəğbət və dəstəyinə görə təşəkkür edib və İranın zəlzələdən zərər çəkmiş bölgələrdəki insanlara yardım etməyə hazır olduğunu yüksək qiymətləndirib. Bazar ertəsi Türkiyənin mərkəzi Kahramanmaraş vilayətində 7,4 bal gücündə güclü zəlzələ baş verib. Zəlzələdən sonra onlarla afterşok baş verib, ən güclüsü 6,6 bal gücündə olub. Yüzlərlə bina dağlıb, 3 minə yaxın insan həlak olub, 15 mindən çox yaralı qeydə alınıb.
6-02-2023, 19:31
Başın sağolsun Türkiyə!

Başın sağolsun Türkiyə!

Çox təəssüf ki, Türk Dünyasının bu səhəri acı xəbərlə açıldı. Türkiyənin Qəhrəmanmaraş vilayətində baş verən zəlzələ zamanı dağıntılar nəticəsində 1121 nəfərin ölümü, 7 min 634 nəfərin xəsarət alması hamımızı sarsıtdı. Azərbaycan Prezidenti İlham Əliyevin həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına xalqımız adından başsağlığı verməsi, ölkəmizin Türkiyənin bu dərdinə şərik çıxdığını bildirməsi, 420 nəfərdən ibarət xilasedici heyəti qardaş ölkəyə göndərməsi ürəyimizdən xəbər verdi.
Biz də Zəngəzur mahalının Qafan Rayon icması olaraq ürəyimizin Türkiyədəki qardaşlarımızla birgə döyündüyünü diqqətə çatdırırr, dərin hüznlə başsağlığı verir, hər zaman yanlarında olduğumuzu bildiririk.
Sevgi və sayğılarla: Qafan Rayon İcması adından
İcmanın sədri Pofessor Eldar Abasov
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!