6-02-2023, 16:59
Zəlzələ qurbanı olan soydaşlarımızın son durumuyla bağlı görüntülər İranın Qərbi Azərbaycan vilayətindəki Xoy şəhərində bir həftə əvvəl - yanvarın 28-də 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsinə azərbaycanlıların yaşadığı bu bölgə güclü dağıntılara məruz qalıb. 175 min əhalisi olan Xoy şəhərində azı 3 nəfər ölüb, 900-dən çox insan yaralanıb. Qərbi Azərbaycan vilayətinin qubernatoru bildirib ki, zəlzələ 70 kənddə binalara 20-50 faiz ziyan vurub. Zəlzələ nəticəsində şəhər və kənd yerlərində 12 minə yaxın yaşayış binası dağılıb. Evləri dağılan soydaşlarımız arasında 25 mindən çox çadır paylanıb. Zəlzələ qurbanları olan azərbaycanlıların mətbuata söylədiklərinə görə, İran hökuməti onların problemlərinə ciddi diqqət yetirmir.
Butov.az xəbər verir ki, “İsna” agentliyinin fotoqrafı dünən - fevralın 5-də Xoy şəhərindəki vəziyyəti lentə alıb. Təqdim edtdiyimiz bu fotoşəkillər zəlzələdən bir həftə sonra Xoy şəhərindəki zərər çəkmiş soydaşlarımızın vəziyyətini göstərir.
6-02-2023, 16:47
Putin Türkiyə və Suriyaya başsağlığı verdiRusiya prezidenti Vladimir Putin zəlzələ ilə bağlı Türkiyə və Suriya liderlərinə başsağlığı verib. O, zəlzələdən kədərləndiyini ifadə edib. "Rusiya yardım göstərməyə və zəlzələnin fəsadlarının aradan qaldırılmasına kömək etməyə hazırdır", - deyə başsağlığı mətnində bildirilib.
6-02-2023, 16:43
Zelenski zəlzələ ilə bağlı paylaşım etdiUkrayna prezidenti Volodimir Zelenski zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı verib. O, twitter səhifəsində bu barədə türkcə paylaşım edib. "Prezident Ərdoğana və türk xalqına, zəlzələdə həyatını itirənlərin ailələrinə başsağlığı diləklərimi çatdırır, bütün yaralılara tezliklə sağalmalarını diləyirəm. Bu çətin zamanda türk xalqının yanındayıq. Təbii fəlakətin nəticələrinin öhdəsindən gəlmək üçün lazımi yardımı təmin etməyə hazırıq", - deyə o yazıb. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
6-02-2023, 16:39
Ceyhun Bayramov türkiyəli həmkarına başsağlığı verdiAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Başramov Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğluya zəng vuraraq qardaş ölkənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığı diləklərini çatdırıb. Nazir yaralıların tezliklə sağalmasını arzulayıb. Ceyhun Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidentinin tapşırığı əsasında yaxın saatlarda axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş Türkiyəyə yola düşəcəyini bildirilib. Nazir Mövlud Çavuşoğlu bu həmrəyliyə və göstərilən dəstəyə görə minnətdarlığını diqqətə çatdırıb.
6-02-2023, 16:35
İsrail XİN Türkiyəyə yardım ayırdıİsrailin Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə yardım ayırıb. Bu barədə İsrailin XİN başçısı Eli Koen twitter hesabında yazıb. “Mən Xarici İşlər Nazirliyinə Türkiyəyə ağır fəlakətlə mübarizə üçün sürətli yardım proqramına rəhbərlik etməyi tapşırdım. Qəlbimiz həlak olanların yanındadır və yaralananların tezliklə sağalmasını arzu edirik”, - deyə XİN başçısı vurğulayıb. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
6-02-2023, 16:31
Türk dünyasından zəlzələylə bağlı dəstək paylaşımı
Türk Dövlətləri Təşkilatı baş verən zəlzələyə görə Türkiyəyə başsağlığı verib. Bu barədə qurumun twitter səhifəsində paylaşım edilib. Başsağlığında deyilir:
6-02-2023, 16:24
Deputatın ailəsi zəlzələnin qurbanı olduTürkiyədə baş verən zəlzələ çoxsaylı insan tələfatına və dağıntılara səbəb olub. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Hatayı təmsil edən deputatı Hüseyn Yaymanın ailəsi də dağıntılar altında qalıb. Bu barədə deputatın özü məlumat verib. "İki qardaşım, bacım və onların həyat yoldaşları, uşaqları dağıntıların altındadır", - deyə o bildirib. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
6-02-2023, 16:16
Türkiyəni silkələyən zəlzələ bəzi ölkələrdə də hiss olunubTürkiyə və Suriyada böyük dağıntılar və insan tələfatına səbəb olan zəlzələ digər ölkələrdə də hiss olunub. Zəlzələ bütün region ölkələrində təsir edib. Belə ki, Gürcüstan, İraq, Livan, İsrail, Fələstin, İordaniya, Səudiyyə Ərəbistanı və Misirdə də yeraltı təkan hiss edilib. Lakin bu ölkələrdə təbiət hadisəsi dağıntı və insan tələfatına yol açmayıb. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
6-02-2023, 16:12
ABŞ zəlzələylə bağlı Türkiyəyə yardım təklif etdiABŞ zəlzələyə görə Türkiyəyə yardım təklif edib. Prezident Co Baydenin müşaviri Ceyk Sallivan bu barədə açıqlama verib. O qeyd edib ki, ölkəsi zəlzələdən böyük narahatlıq keçirir və Türkiyənin hakimiyyət nümayəndələri ilə əlaqə saxlayıblar. "ABŞ istənilən bütün yardımları etməyə hazırdır. Mövcud vəziyyəti izləməyə davam edəcəyik", - deyə Sallivan söyləyib. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
6-02-2023, 16:08
İsraildən Türkiyəyə dəstək mesajıİsrailin Ankaradakı Türkiyəyə başsağlığı verib. Bununla bağlı səfirliyin twitter səhifəsində müvafiq paylaşım edilib. “Bu gün baş verən zəlzələdən sonra qəlbimiz və dualarımız türk xalqının yanındadır. Həlak olanların sevənlərinə və türk xalqına başsağlığı verir, yaralılara şəfa diləyirik”, - səfirlikdən bildirilib. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.